Məhkəmə qərarları › İş №e-2(024)-160/2024

Qax Rayon Məhkəməsi Qərardad — İş №e-2(024)-160/2024

15.01.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Qax rayonu İş № e-2(024)-160/2024 15.01.2024 QAX RAYON MƏHKƏMƏSİ Hakim Qarayev Malik İbrəhim oğlunun sədrliyi, Məhkəmə iclas katibi Fətəliyev Mansur Məhəmməd oğlunun katibliyi ilə. İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı cavabdehin vərəsələrindən İddiaçı ASC-nin xeyrinə 1357.14 (bir min üç yüz əlli yeddi manat on dörd qəpik) manat əsas, 45.36 ( qırx beş manat otuz altı qəpik) manat faiz, cəmi 1402.50 (bir min dörd yüz iki manat əlli qəpik) manat borcun həmçinin ərizəyə görə ödənilmiş 34.43 (otuz dörd manat qırx üç qəpik) manat dövlət rüsumunun tutulması tələbi”nə dair iddia ərizəsini və ona əlavə edilmiş sənədləri Qax Rayon Məhkəməsinin inzibati binasında nəzərdən keçirərək, m ü ə y y ə n e t d i m: İddiaçı ASC Cavabdeh qarşı cavabdehin vərəsələrindən İddiaçı ASC-nin xeyrinə 1357.14 (bir min üç yüz əlli yeddi manat on dörd qəpik) manat əsas, 45.36 ( qırx beş manat otuz altı qəpik) manat faiz, cəmi 1402.50 (bir min dörd yüz iki manat əlli qəpik) manat borcun həmçinin ərizəyə görə ödənilmiş 34.43 (otuz dörd manat qırx üç qəpik) manat dövlət rüsumunun tutulması barədə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İş materiallarından görünür ki, xx.xx.2019-cu il tarixli kredit müqaviləsi iddiaçı ilə mərhum Cavabdeh arasında bağlanmış, Cavabdeh xx.xx.2021-ci il tarixdə vəfat etdiyindən hazırda iddiaçı borc məbləğinin onun vərəsələrindən tutulmasını tələb edir. Cavabdeh vərəsələrinin kimlərdən ibarət olıması mərhumdan onun vərəsəsinə qalan mirasın nədən ibarət olması, miras əmlakın dəyəri barədə məhkəməyə hər hansı sübut təqdim edilməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1306.1-ci maddəsinə görə vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. Mərhum Cavabdeh qalan mirasın nədən ibarət olması, miras əmlakın dəyəri müəyyən edilmədiyindən və kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında işə baxılarkən bu kimi halların məhkəmələr tərəfindən sorğu edilərək araşdırılması qanunvericilikdə nəzərdə tutulmadığından hazırki işə sadələşdirilmiş icraat qaydasında baxılması qanunauyğun deyildir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-4.1-ci maddəsinə əsasən Məhkəmə kiçik iddialara dair işlərə sadələşdirilmiş qaydada baxılması ilə əlaqədar ərizənin qəbul olunmasından aşağıdakı hallarda imtina edir: 284-4.1.1. bu Məcəllənin 153.2-ci maddəsində nəzərdə tutulmuş hallar müəyyən edilmişdirsə; Həmin Məcəllənin 152.1.3-cü maddəsinə əsasən əgər iş ərazi və ya məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Həmin Məcəllənin 284-4.1, 284-4.1.3 və 284-4.1.4-cü maddələrinə əsasən verilmiş tələbi təsdiq edən sənədlər təqdim olunmamışdırsa; ərizənin əsaslandığı tələbetmə hüququ barədə mübahisə vardırsa məhkəmə kiçik iddialara dair işlərə sadələşdirilmiş qaydada baxılması ilə əlaqədar ərizənin qəbul olunmasından imtina edir. Həmin Məcəllənin 114.1.2-ci maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizəni baxılmaq üçün qəbul etməkdən imtina edilərsə, ödənilmiş dövlət rüsumu geri qaytarılır. Bu baxımdan hesab edirəm ki, iddianın yolverilməzliyinə görə iddia ərizəsinin qəbul edilməsindən imtina etməli, Qeyd olunanlara əsasən hazırki tələb Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-4.1-ci maddəsinə uyğun olmadığından, ərizənin qəbul olunmasından imtina edilməli, ərizə və ona əlavə edilmiş sənədlər geri qaytarılmalı, həmçinin iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu ona geri qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-4.2-ci maddəsinə əsasən bu Məcəllənin 284-4.1-ci maddəsində nəzərdə tutulmuş hallarda məhkəmə ərizənin daxil olduğu gündən 5 (beş) iş günü müddətində onun qəbul edilməsindən imtina haqqında əsaslandırılmış qərardad çıxarır. Məhkəmə bu müddət ərzində ərizəni qəbul etməkdən imtina etməyibsə, o, qəbul edilmiş sayılır. Ərizəni qəbul etməkdən imtina barədə qərardaddan şikayət verilə bilməz. Eyni zamanda, iddiaçıya izah edilir ki, ərizə və ona əlavə edilmiş sənədlərin qaytarılması sonradan iddia icraatı qaydasında və ya qərardadda qeyd olunan nöqsanlar aradan qaldırıldıqdan sonra yenidən sadələşdirilmiş icraat qaydasında məhkəməyə müraciət edilməsinə mane olmur. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263, 264, 266-268, 284-1, 284-4-cü maddələrinin tələblərini rəhbər tutaraq, q ə r a r a a l d ı m: İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı cavabdehin vərəsələrindən İddiaçı ASC-nin xeyrinə 1357.14 (bir min üç yüz əlli yeddi manat on dörd qəpik) manat əsas, 45.36 ( qırx beş manat otuz altı qəpik) manat faiz, cəmi 1402.50 (bir min dörd yüz iki manat əlli qəpik) manat borcun həmçinin ərizəyə görə ödənilmiş 34.43 (otuz dörd manat qırx üç qəpik) manat dövlət rüsumunun tutulması tələbi”nə dair iddia ərizəsinin qəbul olunmasından imtina edilsin. İddia ərizəsi və ona əlavə edilmiş sənədlər İddiaçı Açıq Səhmdar Cəmiyyətinə qaytarılsın. İddiaçı tərəfindən xx.xx.2023-cü il tarixli ********** saylı qəbzlə dövlət büdcəsinə ödənilmiş 34 (otuz dörd) manat məbləğində dövlət rüsumu ona geri qaytarılsın. Ərizəni qəbul etməkdən imtina barədə qərardaddan şikayət verilə bilməz. Hakim: Malik Qarayev.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar