Azərbaycan Respublikası adından QƏTNAMƏ Qax rayonu İş № e-2(024)-176/2024 15.04.2024 QAX RAYON MƏHKƏMƏSİ Hakim Qarayev Malik İbrəhim oğlunun sədrliyi, Fətəliyev Mansur Məhəmməd oğlunun katibliyi, İddiaçı iştirakı ilə. İddiaçı Cavabdeh qarşı “pul tələbi”nə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi : İddiaçı Cavabdeh qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək 20000 (iyirmi min) manat pul borcunun və onun Qax rayon Məhkəməsinə iddia qaldırmaq üçün ödədiyi 150 (bir yüz əlli) manat dövlət rüsumunun cəmi 20150(iyirmi min bir yüz əlli) manat pulun Qax rayonu Almalı kənd sakini Cavabdeh alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə tərəflərə mülki prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq məlumat verilmiş, Cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməməsinin üzürül səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5ci maddəsinə əsasən işə Cavabdeh iştirakı olmadan baxılmasını mümkün hesab edir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə etmişdir. İddiaçı iddia ərizəsində göstərmişdir ki, o Qax rayonu Almalı kəndində yaşayır. Həmin kənddə maşın alıb-satmaqla məşğul olur. Qohumu dayııs oğlu Cavabdeh dəfələrlə ondan borc pul alıb az-az qaytarmışdır. Sonuncu dəfə ondan 2023-cü ilin avqust ayında əlində olan maşının pulunu 10000 manatı almış, onunla birlikdə ona olan borcu 20000 manat təşkil etmişdir. Cavabdeh ondan borc alan zaman sabah 60000 (altmış min) manat kredit alacağını və ona olan borcunu tamamilə bağlayacağını bildirmişdir. Hımin borcdan sonra cavabdeh ona pul qaytarmamışdır. Bir müddət sonra isə cavabdeh ölkədən çıxıb getmişdir. Hazırda cavabdehin ona 20000 (iyirmi min) manat borcu qalmışdır. Ona görə də, məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Bundan əlavə məhkəmədə iddia qaldırmaq üçün 150 (bir yüz əlli) manat dövlət rüsumu ödəmişdir. Göstərdiklərini nəzərə alaraq məhkəmədən 20000 (iyirmi min) manat pul borcunun və onun Qax rayon Məhkəməsinə iddia qaldırmaq üçün ödədiyi 150 (bir yüz əlli) manat dövlət rüsumunun cəmi 20150(iyirmi min bir yüz əlli) manat pulun Qax rayonu Almalı kənd sakini Cavabdeh alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddia ərizəsinə uyğun izahat verərək əlavə olaraq onu da göstərdi ki, hazırda iddiaçı ona olan borcundan 500 manatını ödəmişdir. İddiaçıdan borca görə 20000 (iyirmi min) manat yox 19500 (on doqquz min beş yüz) manat tələb edir. Göstərdiklərini nəzərə alaraq məhkəmədən 19500 (on doqquz min beş yüz) manat pul borcunun və onun Qax rayon Məhkəməsinə iddia qaldırmaq üçün ödədiyi 150 (bir yüz əlli) manat dövlət rüsumunun cəmi 19650(on doqquz min altı yüz əlli) manat pulun Qax rayonu Almalı kənd sakini Cavabdeh alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixdə Cavabdeh tərəfindən yazılaraq imzalanmış qəbzdən görünür ki, o bibisi oğlu İddiaçı 20000 manat borca pul aldığını, maddi vəziyyətinin yaxşı olmadığını göstərərək həmin pulu geri qaytaracağını vəd etmişdir. İş materiallarında olan şəxsiyyət vəsiqəsinin məlumatlarından görünür ki, İddiaçı Qax rayonu Almalı kəndində qeydiyyatdadır. İş materiallarında olan şəxsiyyət vəsiqəsinin məlumatlarından görünür ki, Cavabdeh Qax rayonu Almalı kəndində qeydiyyatdadır. İş materiallarında olan xx.xx.2024-cü il tarixli ödəniş qəbzdən görünür ki, iddiaçı məhkəmədə iddia qaldırmaq üçün ümumilikdə 108 manat dövlət rüsumu ödəmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, cavabdehin ərizəsini və işdə toplanmış materialları nəzərdən keçirib, hesab edir ki, iddia qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Cavabdeh 03 noyabr 2022-ci il tarixdə İddiaçı 20000 (iyirmi min) manat borc pul almış, Bu səbəbdən də iddiaçı məhkəməyə müraciət etməli olmuşdur. Cavabdeh qəbz yazaraq iddiaçıdan 20000 (iyirmi min) manat borc aldığını göstərərək borcunu etiraf etmişdir. İddiaçı məhkəməyə müraciət etdikdən sonra cavabdeh iddiaçıya borc məbləğindən 500 (beş yüz) manatını ödəmişdir. Beləliklə də, Cavabdeh İddiaçı 20000 (iyirmin min) manat borcunun olması cavabdehin borcunu etiraf etməsini təsdiq edən onun tərəfindən yazılaraq imzalanmış qəbzlə, həmin borcdan 500 (beş yüz) manatını ödəməsi iddiaçının izahatı ilə yetirilmişdir. Ona görə də məhkəmə cavabdehin iddiaçıya olan borcundan 500 (beş yüz) manatını ödəməsini nəzərə alaraq hesab edir ki, iddia qismən əsaslı olduğundan qismən təmin edilməlidir. İddiaçı tərəfindən məhkəmədə iddia qaldırmaq üçün 150 (bir yüz əlli) manat dövlət rüsumu ödənilmişdir. Həmin məbləğ də cavabdehdən alınıb iddiaçıya verilməlidir. “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi” haqqında Avropa Konvensiyasının 6-cı maddəsinə əsasən hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə vəxidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1-ci maddəsinə görə tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.1-ci maddəsinə görə qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Şərh edilənlərə obyektiv hüquqi qiymət verərək məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh 19500 (on doqquz min beş yüz) manat borc pul və 150 (bir yüz əlli) manat dövlət rüsumu cəmi 19650(on doqquz min altı yüz əlli) manat pul alınaraq İddiaçı verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh 19500 (on doqquz min beş yüz) manat borc pul və 150 (bir yüz əlli) manat dövlət rüsumu cəmi 19650(on doqquz min altı yüz əlli) manat pul alınaraq İddiaçı verilsin. Qətnamədən, tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 1 (bir) ay müddətində Qax rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verə bilər. Qax rayon Məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Malik Qarayev.
Məhkəmə qərarları › İş №e-2(024)-176/2024
Qax Rayon Məhkəməsi Qətnamə — İş №e-2(024)-176/2024
15.04.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver