Məhkəmə qərarları › İş №e-2(024)-195/2024

Qax Rayon Məhkəməsi Qərardad — İş №e-2(024)-195/2024

01.02.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Qax rayonu İş № e-2(024)-195/2024 01.02.2024 QAX RAYON MƏHKƏMƏSİ Hakim Qarayev Malik İbrəhim oğlunun sədrliyi, Məsləhətçi iclas katibi Fətəliyev Mansur Məhəmməd oğlunun katibliyi ilə. İddiaçı ASC-nin Cavabdeh qarşı “pul tələbinə dair” kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : İddiaçı ASC Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh İddiaçı ASC-nin xeyrinə 2552.73 manat əsas, 11.89 manat faiz, cəmi 2564.62 manat məbləğində vəsaitin və ödənilmiş 45.65 manat dövlət rüsumunun tutlması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı ASC nümayəndəsi X1 məhkəmyə ərizə göndərərək ərizəsində, İddiaçı ASC-nin Cavabdeh qarşı “pul tələbinə dair” mülki iş üzrə borclu müqavilə üzrə borc öhdəliyini yerinə yetirilməsi üçün cavabdehlərazılıq əldə etdiklərini, iddia ərizəsinin və ona əlavə olunmuş sənədlərin geri qaytarılmasını xahiş etmişdir. Məhkəmə hesab edir ki, hazırki iş üzrə iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 259.0.11-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə işi baxılmamış saxlayır. Həmin Məcəllənin 114.1 və 114.1.5-ci maddələrinə əsasən ödənilmiş dövlət rüsumu bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə baxılmamış saxlanılarsa, qaytarılır. Həmin Məcəllənin 114.2-ci maddəsinə əsasən bu Məcəllənin 114.1.1-ci maddəsində nəzərdə tutulmuş hallarda dövlət rüsumunun artıq ödənilmiş hissəsi geri qaytarılır. Dövlət rüsumu Azərbaycan Respublikasının qanunları ilə nəzərdə tutlmuş digər hallarda da geri qaytarılır. Məhkəmə dövlət rüsumunun qaytarılması məsələsi barədə qərardad çıxarır, qərardadda dövlət rüsumunun tam və ya qismən qaytarılmasının əsasları göstərilir. Beləliklə, məhkəmə hesab edir ki, İddiaçı ASC-nin Cavabdeh qarşı “pul tələbinə dair” mülki iş üzrə İddiaçı ASC-nin işə baxılmamış saxlanması barədə ərizəsi qəbul edilməli və iş baxılmamış saxlanılmalı, iddia ərizəsinə əlavə olunmuş sənədlər iddiaçıya geri qaytarılmalı və iddiaçının xx.xx.2024-cü il tarixli ********** nömrəli qəbzə əsasən ödədiyi 45.65 manat dövlət rüsumu məbləği ona qaytarılmalıdır. Məhkəmə qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikasının MPMnin 114,259, 260, 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİ : İddiaçı ASC-nin Cavabdeh qarşı “pul tələbinə dair” mülki iş baxılmamış saxlanılsın. İddiaçı ASC-nin Cavabdeh qarşı “pul tələbinə dair” mülki iş üzrə məhkəməyə müraciət etmək üçün iddiaçının xx.xx.2024-cü il tarixli ********** nömrəli qəbzə əsasən ödədiyi 45.65 manat dövlət rüsumu məbləği ona qaytarılsın. Qərardadın dövlət rüsumunun geri qaytarılması hissəsinin icrasını təmin etmək müvafiq icra hakimiyyəti orqanına həvalə edilsin. Qərardaddan 10(on)gün müddətində Qax rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Malik Qarayev.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar