Azərbaycan Respublikası adından QƏTNAMƏ Qax rayonu İş № e-2(024)-215/2025 27.05.2025 QAX RAYON MƏHKƏMƏSİ Hakim Zeynalov Mirheydər Seyidəmir oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Məmmədova Zəhra Rövşən qızının katibliyi, İddiaçı Aqrar Sığorta Fondunun etibarnamə üzrə nümayəndəsi Nümayəndə2, Cavabdehlər Cavabdeh3 və Cavabdeh2 ilə, İddiaçı Aqrar Sığorta Fondunun cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 qarşı «5.224,09 (beş min iki yüz iyirmi dörd manat sıfır doqquz qəpik) manat sığorta ödənişi məbləğinin və 65,03 (altmış beş manat sıfır üç qəpik) manat dövlət rüsumunun, cəmi 5.289,12 (beş min iki yüz səksən doqquz manat on iki qəpik) manat məbləğində pul vəsaitinin cavabdehlərdən tutulmasına» dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyənetdi: İddia tələbinin dəlilləri: İddiaçı Aqrar Sığorta Fondu cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 qarşı «5.224,09 (beş min iki yüz iyirmi dörd manat sıfır doqquz qəpik) manat sığorta ödənişi məbləğinin və 65,03 (altmış beş manat sıfır üç qəpik) manat dövlət rüsumunun, cəmi 5.289,12 (beş min iki yüz səksən doqquz manat on iki qəpik) manat məbləğində pul vəsaitinin cavabdehlərdən tutulmasına» dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 5.224,09 (beş min iki yüz iyirmi dörd manat sıfır doqquz qəpik) manat sığorta ödənişi məbləğinin və 65,03 (altmış beş manat sıfır üç qəpik) manat dövlət rüsumunun, cəmi 5.289,12 (beş min iki yüz səksən doqquz manat on iki qəpik) manat məbləğində pul vəsaitinin cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 tutulub iddiaçı Fondun xeyrinə ödənilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini belə əsaslandırmışdır ki, ölkədə stabil, təhlükəsiz aqrar sığorta mexanizminin formalaşdırılması, aqrar sahədə risklərin müştərək sığorta mexanizmi vasitəsilə sığortalanmasının təmin edilməsi məqsədilə 2019-cu il 27 iyun tarixdə «Aqrar sığorta haqqında» Azərbaycan Respublikasının Qanunu (bundan sonra-Qanun) qəbul edilmiş və «Aqrar sığorta haqqında» Azərbaycan Respublikasının 2019-cu il 27 iyun tarixli 1617-VQ nömrəli Qanununun tətbiqi və Aqrar Sığorta Fondunun yaradılması barədə” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il tarixli 19 avqust 809 nömrəli Fərmanına əsasən aqrar sığorta sisteminin təşkilini, inkişafını və dayanıqlılığını təmin etmək məqsədi ilə Aqrar Sığorta Fondu (bundan sonra-Fond) təsis edilmişdir. Qanunun 4.1-ci maddəsinə əsasən aqrar sığortanın predmetinə kənd təsərrüfatı bitkiləri və bitkiçilik məhsulları, kənd təsərrüfatı heyvanları və kənd təsərrüfatı məqsədilə yetişdirilən heyvanlar və akvakultura məhsulu daxildir. Qanunun 7-ci maddəsinə əsasən aqrar sığorta haqqı sığorta qaydaları əsasında idarəedici qurum tərəfindən hesablanır, aqrar sığortalı tərəfindən ödənilməli olan və dövlət büdcəsinin vəsaiti hesabına ödənilən hissələrdən ibarətdir. Aqrar sığorta haqqının 50 faizinin dövlət büdcəsinin vəsaiti hesabına ödənilməsi dövlətin Fond vasitəsilə kənd təsərrüfatı sahəsində olan sahibkarlığa dəstəyinin ifadəsidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 17 dekabr tarixli 479 nömrəli Qərarı ilə təsdiq edilmiş «Aqrar sığorta predmetinin Tərkibi»in 1.1-ci bəndinə əsasən kənd təsərrüfatı bitkiləri və bitkiçilik məhsulları üzrə aqrar sığortanın predmetinə 41 növ, 1.2-ci bəndinə əsasən kənd təsərrüfatı heyvanları və kənd təsərrüfatı məqsədilə yetişdirilən heyvanlar üzrə 2 növ və 1.3-cü bəndinə əsasən akvakultura məhsulu üzrə 1 növ məhsul daxildir. Həmçinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 27 dekabr tarixli 505 nömrəli Qərarı ilə «Aqrar sığorta üzrə təminat verilən risklərin tərkibi» təsdiq edilmişdir. Bildirmək istərdi ki, Fondun adından "xxxx" Şirkəti Açıq Səhmdar Cəmiyyəti (bundan sonra-Cəmiyyət) ilə X3 arasında BS-**********-PS, BS-**********-PS nömrəli sığorta müqavilələri bağlanmış və ona məxsus arpa sahələri sığorta olunaraq qanunvericilikdə nəzərdə tutulan risklər üzrə sığorta təminatı altına alınmışdır. Sığortalı X3 tərəfindən 12 dekabr 2022-ci il tarixdə Fonda müraciət olunaraq 01 may 2022-31 may 2022-ci il tarixlərində ona məxsus Qax rayonu, Qıpçaq kəndində yerləşən 7,72 hektar və Qax rayonu, Almalı kəndində yerləşən 10 hektar arpa sahələrinə heyvan otarılması ilə bağlı dəymiş zərərin aradan qaldırılması və zərərin ödənilməsi xahiş edilmişdir. Sığortalının müraciətinə əsasən baş vermiş hadisənin ətraflı araşdırılması və dəymiş zərərin qiymətləndirilməsi məqsədilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 oktyabr 2020-ci il tarixli 431 №li Qərarı ilə təsdiq edilmiş «Aqrar Sığorta Qaydaları»ın (bundan sonra-Qaydalar) 1.19.3-cü yarım bəndinə əsasən zərərin qiymətləndirilməsi üçün müstəqil ekspert təyin edilmiş və dəymiş zərər qiymətləndirilmişdir. Müstəqil ekspertin rəyinə əsasən yekun zərər ekspertizası nəticəsində sığortalıya məxsus arpa sahəsində heyvan otarılması ilə (üçüncü şəxslərin hərəkəti) əlaqədar zərər olduğu aşkar edilmişdir. Qaydaların 2.2.1-ci yarım bəndinin 10-cu hissəsinə əsasən üçüncü şəxslərin hərəkəti dedikdə sığortalı və ya faydalanan şəxsin ailə üzvləri istisna olmaqla, digər şəxslərin hərəkəti və ya hərəkətsizliyi nəticəsində dəyən zərərlər başa düşülür. Qaydaların 1.21.1-ci yarım bəndinin 6-cı hissəsinə əsasən üçüncü şəxslərin hərəkətlərinə münasibətdə müvafiq səlahiyyətli dövlət orqanının təqdim etdiyi sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatlarını (hadisənin baş vermə vaxtı, yeri, hadisənin baş verməsində təqsirli olan və (və ya) zərərçəkən şəxs (şəxslər), həmçinin zərər dəymiş əmlak, zərərin xüsusiyyətlərini) əks etdirən və müvafiq faktı təsdiq edən sənəd əsasında sığorta ödənişi həyata keçirilir. Sözü gedən sığorta hadisəsinin ətraflı araşdırılması və üçüncü şəxslərin hərəkətlərinə münasibətdə faktı təsdiq edən sənədin əldə edilməsi üçün Fondun idarəeidici qurumu olan Cəmiyyət tərəfindən Qax Rayon Polis Şöbəsinə 11 oktyabr 2022ci il tarixli, DT/3.1.1-2-222-763 №li məktub ünvanlanmışdır. Qax Rayon Polis Şöbəsinin Cəmiyyətə ünvanlanmış 2022-ci il 24 oktyabr tarixli, 172- 20147-1222 nömrəli məktubuna əsasən sığortalı X2 məxsus Qax rayonu, Qıpçaq kəndində yerləşən 7.72 hektar və Qax rayonu, Almalı kəndində yerləşən 10 hektar arpa sahələrinə 01 may 2022-31 may 2022-ci il tarixlərində müxtəlif vaxtlarda naməlum şəxslərə məxsus heyvanların girərək ziyan vurduğu müəyyən edilmişdir. Qax Rayon Polis Şöbəsinin 2022-ci il 24 oktyabr tarixli, 172-20147-1222 №li məktubuna əsasən həmin sığorta hadisəsi (üçüncü şəxsin hərəkəti ilə bağlı) nəticəsində sığortalı X2 dəymiş ziyan Fond tərəfindən BS-**********-PS nömrəli sığorta şəhadətnaməsi üzrə 2522,07 (iki min beş yüz iyirmi iki manat yeddi qəpik) manat, BS-**********-PS nömrəli sığorta şəhadətnaməsi üzrə 2702,02 (iki min yeddi yüz iki manat iki qəpik) manat olmaqla, cəmi 5224,09 (beş min iki yüz iyirmi dörd manat doqquz qəpik) manat məbləğində sığorta ödənişi həyata keçirilməklə qarşılanmışdır. Qaydaların 1.20.1-ci yarımbəndinin 1-ci abzasına əsasən sığorta ödənişi sığorta hadisəsi baş verdikdə sığorta müqaviləsinə uyğun olaraq Fond tərəfindən ödənilən maliyyə kompensasiyasıdır. Qaydaların 1.15.1-ci yarımbəndinin 7-ci hissəsinə əsasən Fondun malik olduğu hüquqlardan biri də subroqasiya hüququndan istifadə etməkdir. Qaydaların 1.23.1-ci yarımbəndinə əsasən subroqasiya hüququ sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı malik olduğu hüquqlarından və vasitələrindən həmin ödənişi vermiş Fondun istifadə etmək hüququdur. Fond tərəfindən subroqasiya hüququnun həyata keçirilməsi məqsədilə naməlum şəxslərin şəxsiyyətinin müəyyən edilməsi üçün Qax Rayon Polis Şöbəsinə 2024-cü il 8 fevral tarixli, 12-9/2-126/2024 №li məktub ünvanlanmışdır. Qax Rayon Polis Şöbəsinin Fonda ünvanlanmış 2024-cü il 24 fevral tarixli, 3-13-87/2- 2879/2024 №li məktubunda sığortalı X2 məxsus Qax rayonu, Qıpçaq kəndində yerləşən 7.72 hektar və Qax rayonu, Almalı kəndində yerləşən 10 hektar arpa sahələrinə 01 may 2022-31 may 2022-ci il tarixlərində müxtəlif vaxtlarda Qax rayonu, Qaysarlı kənd sakini Cavabdeh2, Cavabdeh1 və Qax rayonu, Oncallı kənd sakini Cavabdeh3 məxsus heyvanların girməsi nəticəsində ziyan vurulduğu bildirilmişdir. Həmçinin Qaydaların 1.23.5-ci yarımbəndinə əsasən Fond subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər. Bildirir ki, Fond tərəfindən cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 30 sentyabr 2024-cü il tarixli, 12-9/2-V-21-1024/2024 №li pretenziya məktubu göndərilsə də, müvafiq sığorta ödənişi məbləği bu günədək Fonda ödənilməmişdir. Tərəfindən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinə müraciət olunaraq müvafiq şəxslərin yaşayış yerləri barədə müvafiq təsdiqedici sənədlərin surətlərinin Fonda təqdim edilməsi xahiş edilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsindən daxil olmuş 21 avqust 2024-cü il tarixli, 18/2-23327/2024 №li məktubda Cavabdeh2 Qax rayonu, Qıpçaq kəndi, Cavabdeh1 Qax rayonu, Qaysarlı kəndi və Cavabdeh3 Qax rayonu, Oncallı kəndində qeydiyyatda olduğu qeyd edilmişdir. İddia tələbinə qarşı etirazın dəlilləri: İddia tələbinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları: İddiaçı Aqrar Sığorta Fondunun etibarnamə üzrə nümayəndəsi Nümayəndə2 məhkəmə iclasında iddia ərizəsinə uyğun izahat verdi, əlavə olaraq göstərdi ki, sığortalı X4 ilə Aqrar Sığorta Fondu arasında sığorta müqaviləsi bağlanmış və qanunvericilikdə nəzərdə tutulmuş sığorta risklərinə təminat verilmişdir. Sığortlanama sahəsində üçüncü şəxslərin hərəkətləri, yəni heyvan otarılması ilə bağlı zərər hadisəsi meydana gəlmişdir. Sığortalı sığortanın ödənilməsi üçün aidiyyəti üzrə fonda müraciət etmişdir və fond hadisənin araşdırılması məqsədi ilə müstəqil ekspertlər təyin etmişdir. Müstəqil ekspertlər tərəfindən sahəyə baxış keçirilmiş və onların rəylərinə əsasən sahədə heyvan otarılması ilə bağlı zərər olduğu müəyyən edilmiş və bu fotoşəkillərlə də sübut olunmuşdur. Müstəqil ekspert rəyləri iddia ərizəsinə əlavə edilmişdir. Eyni zamanda vətəndaşın zərəri qiymətləndirildikdən sonra onlar hadisənin araşdırılması üçün aidiyyəti üzrə sorğu göndərmişlər. Çünki Aqrar Sığorta qaydalarına uyğun olaraq Nazirlər Kabinetinin 30 oktyabr 2020-ci il tarixli 431 №li qərarı ilə təsdiq olunmuş qaydalarına uyğun olaraq hadisənin araşdırılması üçün əgər söhbət 3-cü şəxslərə münasibətlərdə olan hadisələrdən gedirsə aidiyyəti üzrə müvafiq səlahiyyəti olan dövlət orqanına sorğu verilir. Bununla bağlı Qax rayon Polis Şöbəsinə sorğu verilmişdir. Polis şöbəsindən fonda təqdim olunmuş cavab məktubunda həqiqətən də sığortalının sahəsinə cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 məxsus heyvanların daxil olaraq zərər vurması ilə bağlı məlumat verilmişdir. Həmin məktuba əsasən sığortalıya sığorta ödənişi həyata keçirilmişdir. Hal-hazırda isə Azərbaycan Respublikasının Mülki Məcəlləsin 936-cı maddəsində nəzərdə tutulmuş subroqasiya hüququndan istifadə edərək bu iddianı qaldırmışlar. Hesab edirlər ki, sığortaçı tərəfindən sığortalıya ödənilmiş məbləğin 3-cü şəxslərdən tələb edilməsi onların hüquqlarından biridir. İddianı müdafiə edir və Mülki Məcəllənin 110-cu maddəsinə əsasən qeyd etmək istəyir ki, heyvanın sahibi öz heyvanının başqalarına vurduğu zərərin əvəzini ödəməyə borcludur, bu zaman heyvanın nəzarət altında olduğunu, itdiyini və yaxud da ki, qaçdığının heç bir əhəmiyyəti yoxdur. Vətəndaşla müqavilə bağlandıqda hər hektara görə sığorta ödənişi nəzərdə tutulur. Onların da sığortalı olan şəxs Şahin Fərəcovla müqavilə bağlayarkən onunla 2.522 manat məbləğində bir müqavilə üzrə, təxminən həmin məbləğ qədər də digər müqavilədə nəzərdə tutulmuşdur. Yəni hər iki müqavilə üzrə toplam məbləğ 5.000 manata qədər gəlib çıxmışdır. Onların eksperti sahəyə baxış keçirmiş, həmin ərazidə müəyyən etmişdir ki, filan qədər zərər faizi vardır. Zərər faizinə görə də, ödəniş hesablanıb. İddianın təmin edilməsini xahiş edir. Məhkəmə iclasında Cavabdeh2 iddia tələbini qəbul etməyərək izahatında göstərmişdir ki, o, iddianı qəbul etmir. Bir heyvan nə qədər taxıl yeyə bilər?. O həmin sahələrin yanından keçir və ora taxıl bitməyən sahədir. Ora heç 5.300 manat dəyərində məhsul verən sahə deyildir. At oraya necə girib heç xəbəri olmayıb, həmin heyvan xəstə heyvandır, qalanlarını isə satmışdır. Söhbət 3 il bundan əvvəl, 2022-ci ilin may ayından gedir. Sahə rəisi onları çağırıb izahat almışdır. O zaman deyərdi ki, bunun cəriməsi bu qədərdir. Yəni o ödəməyə razı idi. Yəni bu qədər məbləği o haradan almalıdır? Onun İ qrup uşağı vardır. O, heç bilməmişdir ki, ora nə yazılıb, hansı qaydada yazılmışdır. Ona məlumat çatmışdır ki, onun qoca atı sahəyə girib. Ondan sonra atı saxlamış, sonra isə satmışdır. Ona yalnız xəbərdarlıq olunmuşdur. Sahə rəisi onu çağırıb izahat yazıb, ancaq özləri nə yazıb nə yazmayıb bilmir. At bir dəfə getmişdir və ona tapşırılmışdır, o bunu danmır. Sonra isə o atı satmışdır. Hazırda onun heç bir heyvanı yoxdur, özü də iş qüvvəsini itirmişdir və pulu yoxdur. Üç il əvvəl ona bir dəfə xəbərdarlıq olunmuşdur ki, onun atı oraya girmişdir. At da girən kimi taxıl sahəsini yeyə bilməz, girən kimi onun çıxartmışlar. İddianı qəbul etmir. Məhkəmə iclasında Cavabdeh3 iddia tələbini qəbul etməyərək izahatında göstərmişdir ki, o iddianı qəbul etmir. O, Qax rayonu, Oncallı kəndində yaşayır. Həmin sahə ilə onun kənd arasında 20-30 km məsafə varıdır ki, o həmi malı avtomobilə qoyaraq sahəyə aparmalıdır. Malın oraya çatması mümkün deyildir. Ona maraqlıdır, necə ola bilər ki, həmin mal gedib oraya çatmışdır. Malı səhər buraxsa axşama qədər və sonuncu günədək mal ora gedib çata bilməz. Orada bilmir neçə hektar göstərilib. Orada bilmir kim girib, kim girməyib, lap dəymiş ziyan 1 kisə buğda olsun. Burada 5.300 manat haradan hesablanıb?. Bir var onun malı ziyan vurar, gəlib kimsə ona deyə bilər ki, ziyan vurulub. 3 il əvvəl sahə rəisi ona demişdir ki, onun malı sahəyə girib ziyan vurub. O isə demişdir ki, onun malı girib ziyan vura bilməz, həmin əraziyə mümkün deyildir. Sahə rəisi demişdir ki, bir dənə izahat alsın ki, heyvan guya damdan çıxıb kiminsə sahəsinə girmişdir. O qaydada izahat almışdır. Mümkün deyildir ki, onun malı 3-4 kənd keçərək kiminsə yerinə girsin. Həmin sahəyə onun malı girməmişdir, bilmir izahatda necə yazılıb. İzahat üç il əvvəl yazılıb və nə yazıldığını unutmuşdur. O həmin sahələrin yanından keçir və ora taxıl bitməyən sahədir. Ora heç 5.300 manat dəyərində məhsul verən sahə deyildir. At oraya necə girib heç xəbəri olmayıb, həmin heyvan xəstə heyvandır, qalanlarını isə satmışdır. Söhbət 3 il bundan əvvəl, 2022-ci ilin may ayından gedir. Sahə rəisi onları çağırıb izahat almışdır. O zaman deyərdi ki, bunun cəriməsi bu qədərdir. Yəni o ödəməyə razı idi. Yəni bu qədər məbləği o haradan almalıdır? Onun İ qrup uşağı vardır. Yaşadığı kəndlə sahə arasında 30 km məsafə var və mal ora bir həftəyə gedib çıxa bilmir. Sahə rəisinə demişdir ki, onun malı oraya girə bilməz. Sahə rəisi isə ona xəbərdarlıq edəcəyini demişdir. O, kəndinin Oncalı kəndi digər kəndin isə Almalı kəndi olduğunu və malın bir sutkaya ora çata bilməyəcəyini demişdir. Sahə rəisi isə “Ay Mahir bir dənə xəbərdarlıq yazım” demiş və onu belə aldatmışdır. O isə birdən 30-40 manatlıq cərimə oluna biləcəyini dedikdə, sahə rəisi isə narahat olmamasını və belə bir şeyin olmayacağını demişdir. Yəni belə olub o izahatı imzalamışdır, sahə rəisi onu aldatmış, onun bilməməzliyindən olmuşdur. Onun malı həmin sahəyə çatmaq üçün 7 kənd keçməlidir, bu da mümkün deyildir. Onu dəvət etməmişlər ki, akt tərtib edirlər, onlara bu qədər ziyanlıq dəyibdir. Yəni mal onun idisə onu dəvət edib deməli idilər ki, onun heyvanı bu qədər ziyanlıq etmişdir. Bir baş mal bir kisə kisə buğda yeyəndə köpür, dəymiş ziyan olsun 100 kilo və yaxud 50 manat, 100 manat, 5.300 manat ziyan nə ziyandır? Bir heyvan nə qədər taxıl yeyə bilər?. İddianı qəbul etmir. Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq, Cavabdeh1 məhkəmə iclasına gəlməmiş, gəlməmsinin əbəbləri barədə məlumat verməmiş, məhkəmə iclasının təxirə salınması barədə heç bir vəsatət məhkəməyə daxil olmamışdır. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə Cavabdeh1 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İşin halları: İş materiallarına əlavə edilmiş icbari Sığorta şəhadətnaməsindən görünür ki, sığorta müqaviləsinin 1 saylı Əlavəsində göstərilən bitkilər və bitkiçilik məhsulları 3.773.77 manat məbləğində sığortalanmış və 66.04 manat sığorta haqqı ödənilmişdir. 20 may 2022-ci il tarixli Sığorta tələbindən görünür ki, X1 Sığorta Fondundan 17 may 2022-ci il tarixdə dəymiş ziyanın əvəzinin ödənilməsini xahiş etmişdir. 20 dekabr 2022-ci il tarixli Sığorta Aktından görünür ki, X2 2.702.02 manat sığorta ödənişi hesablanmışdır. 20 dekabr 2022-ci il tarixli ödəniş tapşırığından görünür ki, X2 2.702.02 manat sığorta ödənişi həyata keçirilmişdir 18 iyun 2022-ci il tarixli müstəqil ekspertin rəyindən görünür ki, sahə mütəmadi olaraq digər şəxslər tərəfindən otarılmışdır. Ekpertiza zamanı otarılan bitliklərin şəkilləri çəkilmişdir. Otarılmış ərazilər pərakəndə şəkildə olduğundan ümumi otarılmış sahələri tapmaq üçün bütüm otarılmış ərazilərin sahəsi toplanmışdır. Sahənin bir hissəsindən heyvanların keçirilməsi üçün hətta çığır da aşkarlanmışdır ki, bu da həmin yerdən heyvanların daimi keçirilməsini sübut edir. Sığortalı sahə tamamilə gəzilmiş və 3.19 hektar ərazi müxtəlif vaxtlarda otarılmışdır. Ərazinin 4 fərqli yerindən nümunə alınaraq məhsuldarlıq təyin edilmişdir. Hadisə baş verənə qədər məhsul almaq üçün zəruri olan aqro texniki tədbirlər (gübrələmə və dərmanlama) həyata keçrilmişdir. Bunu təsdiq edən hal kimi sahənin zərər dəyməyən hissəsində və fermerin digər sahələrində bitkilərin inkişfanı ıgöstərmək olar. Zərər hesablanması (33.8-6.22) 33.8*100%=81.6% Zərərin hesablanması barədə cədvəldən görünür ki, sığortalıya dəymiş zərər müəyyən olunmuşdur. Sığorta şəhadətnaməsindən görünür ki, sığorta müqaviləsinin 1 saylı Əlavəsində göstərilən bitkilər və bitkiçilik məhsulları 5146.05 manat məbləğində sığortalanmış və 90.14 manat sığorta haqqı ödənilmişdir. 20 may 2022-ci il tarixli Sığorta tələbindən görünür ki, X1 Sığorta Fondundan 17 may 2022-ci il tarixdə dəymiş ziyanın əvəzinin ödənilməsini xahiş etmişdir. 20 dekabr 2022-ci il tarixli Sığorta Aktından görünür ki, X2 2.522.07 manat sığorta ödənişi hesablanmışdır. 20 dekabr 2022-ci il tarixli ödəniş tapşırığından görünür ki, X2 2.522.07 manat sığorta ödənişi həyata keçirilmişdir. 18 iyun 2022-ci il tarixli müstəqil ekspertin rəyindən görünür ki, sahə mütəmadi olaraq digər şəxslər tərəfindən otarılmışdır. Ekpertiza zamanı otarılan bitliklərin şəkilləri çəkilmişdir. Otarılmış ərazilər pərakəndə şəkildə olduğundan ümumi otarılmış sahələri tapmaq üçün bütüm otarılmış ərazilərin sahəsi toplanmışdır. Sahənin bir hissəsindən heyvanların keçirilməsi üçün hətta çığır da aşkarlanmışdır ki, bu da həmin yerdən heyvanların daimi keçirilməsini sübut edir. Sığortalı sahə tamamilə gəzilmiş və 4.35 ha ərazidən 2.68 ha zərərə məruz qalmışdır. Hadisə baş verənə qədər məhsul almaq üçün zəruri olan aqro texniki tədbirlər (gübrələmə və dərmanlama) həyata keçrilmişdir. Bunu təsdiq edən hal kimi sahənin zərər dəyməyən hissəsində və fermerin digər sahələrində bitkilərin inkişfanı ıgöstərmək olar. Sığortalanmış məhsul 4.35*33.8=147.03 Sahədə qalan məhsul 1.67*36.09=60.2703 Zərər 147.xx-xx.2703=86.7597 Zərər hesablanması 86.7597/147.03*100%=59.01% Ödəniş tapşırığını surətindən görünür ki, iddiaçı tərəfindən 2.702.02 manat sığorta ödənişi edilmişdir. 10 sentyabr 2024-cü il tarixli pretenziya məktubundan görünür ki, iddiaçı tərəfindən sığortalı şəxs X2 ödənilmiş sığrta ödənişinin 10 gün ərzində fonda ödənilməsi tələb olunumş, əks təqdirdə fond tərəfindən məhkəməyə müraciət edilcəyə ibarədə xəbərdarlıq edilmişdir. Qax Rayon Polis Şöbəsi tərəfindən Aqrar Sığorta Fonduna ünvanlanmış 2022-ci il 24 oktyabr tarixli, 172-20147-1222 №li məktubuna əsasən sığortalı X2 məxsus Qax rayonu, Qıpçaq kəndində yerləşən 7.72 hektar və Qax rayonu, Almalı kəndində yerləşən 10 hektar arpa sahələrinə 01 may 2022-31 may 2022-ci il tarixlərində müxtəlif vaxtlarda naməlum şəxslərə məxsus heyvanların girərək ziyan vurduğu müəyyən edilmişdir. Qax Rayon Polis Şöbəsi tərəfindən Aqrar Sığorta Fonduna ünvanlanmış 24 fevral 2024-cü il tarixli, 3-13-87/2-2879/2024 №li məktubunda sığortalı X2 məxsus Qax rayonu, Qıpçaq kəndində yerləşən 7.72 hektar və Qax rayonu, Almalı kəndində yerləşən 10 hektar arpa sahələrinə 01 may 2022-31 may 2022-ci il tarixlərində müxtəlif vaxtlarda Qax rayonu, Qaysarlı kənd sakini Cavabdeh2, Cavabdeh1 və Qax rayonu, Oncallı kənd sakini Cavabdeh3 məxsus heyvanların girməsi nəticəsində ziyan vurulduğu bildirilmişdir. Qax DAİM-dən Qax RPŞ-nə ünvanlanmış məktuba əlavə edilmi ş01 iyun 2022-ci il tarixli Akt-dan görünür ki, Qax RPŞ-dən daxİİ olan xx.xx.2022-ci il tarixli,№172-9042-1222 nömrəli məktubun icrası ilə bağlı Qax .rayon Qıpçaq kəndində yerləşən X2 məxsus 12 hektardan ibarət arpa sahəsinə yerində baxış keçirdik.Sahənin demək olar ki. 3 tərəfinin kənarları 8-10 metr aralığında tamamilə yeyilərək,tapdalanaraq məhv olmuş,sahənin içərisini isə hissə hissə olmaqla mal-qara,atlar yeyərək taxılı yararsız hala salmışdır.Biz sahəyə baxış keçirən zaman sahənin içərisində iribuynuzlu mal-qara müşahidə olunurdu. Təqribi hesablamamıza görə sahənin kənarları üzrə məhv olmuş sahə 1.5 ha.icərisində isə tapdalanaraq,yeyilərək məhv olan sahə isə hissə-hissə olmaqla 0.5 hektar təşkil edirdi.Həmin sahədə olan taxılın vəziyyətinə əsaslanaraq deyə bilərik ki,sahənin hər hektarından təqribən 15-20 sentner məhsul götürmək mümkün olar.Bu hesabla şikayətçiyə ümumilikdə 2(iki) hektar sahəyə görə təqribən 30-40 sentner(3-4 ton) məhsul ziyan dəymiş olur. Məhkəmə sorğusu əsasında Qax RPŞ tərəfindən məhkəməyə təqdim olunan materiala əlavə edilmiş Cavabdeh3 tərəfindən polis şöbəsinə verilmiş 01 iyun 2022-ci il tarixli izahatdan görünür ki, o təsərrüfatında iri buynuzlu heyvanları saxlayaraq kəndin naxırına sürür, buzovları isə kənarında otlaqda olur. Məhkəmə sorğusu əsasında Qax RPŞ tərəfindən məhkəməyə təqdim olunan materiala əlavə edilmiş Cavabdeh1 tərəfindən polis şöbəsinə verilmiş 03 iyun 2022-ci il tarixli izahatdan görünür ki, 15-20 gün əvvəl ona məxsus bir rəst at nəzarətsiz qalaraq yaxınlıqda olan Şahin Fərəcova məxsus taxıl sahəsinə daxil olmuşdur. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 21.3-cü maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. Zərərin əvəzinin ödənilməsinin mütləqlik xarakteri şəxsiyyət və mülkiyyət toxunulmazlığı haqqında Konstitusiya müddəalarına əsaslanır. Şəxsiyyət və mülkiyyət toxunulmazlığı hüquqlarını pozan hər cür hərəkətin qarşısı qətiyyətlə alınmalı və onun nəticəsində dəymiş zərərin əvəzi mütləq ödənilməlidir. Məhz buna görə də Konstitusiyanın 68-ci maddəsində əsas insan və vətəndaş hüquqları və azadlıqları sırasında zərərin ödənilməsini tələb etmək hüququ nəzərdə tutulmuşdur. Mülki qanunvericilikdə bu konstitusiya hüququnun həyata keçirilməsinin hüquqi bazası yaradılmışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsində hüququ pozulmuş şəxsin ona vurulmuş zərərin ödənilməsini tələb etmək hüququ ilə yanaşı, zərərin hüquqi anlayışı da verilmişdir. Şərh olunan maddədə nəzərdə tutulduğu kimi hüququ pozulmuş şəxsə dəyən zərərin tərkibinə həm onun faktiki itkiləri, həm də əldən çıxmış faydası daxildir. Real zərər adlanan faktiki itkilərə zərər çəkmiş şəxsin öz pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi aiddir. Əldən çıxmış fayda dedikdə şəxsin hüququ pozulmayacağı halda adi mülki dövriyyə şəraitində əldə edə biləcəyi gəlirlərdən məhrum olması anlaşılır. Göründüyü kimi, qanunvericilik real zərərə hər şeydən əvvəl şəxsin öz pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərcləri aid edir. Bu, o deməkdir ki, hüququ pozulmuş şəxs imkanı olduqda müəyyən xərc çəkməklə öz pozulmuş hüququnu bərpa edib, çəkdiyi xərcin əvəzini hüququ pozan şəxsdən ala bilər. Buna görə də mülki qanunvericilikdə öhdəliyin borclunun hesabına icra edilməsi imkanı nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 30 oktyabr tarixli 431 nömrəli Qərarı ilə təsdiq edilmiş «Aqrar sığorta Qaydaları»ın (bundan sonra-Qaydalar) 1.19.3-cü yarımbəndinə əsasən Zərər barəsində məlumatlar idarəedici quruma daxil olduqdan dərhal sonra zərərin qiymətləndirilməsi üçün idarəedici qurum tərəfindən ASİS vasitəsilə müstəqil ekspert təyin edilir. Həmin Qaydaların 2.2.1-ci yarımbəndinin 10-cu hissəsinə əsasən üçüncü şəxslərin hərəkəti dedikdə sığortalı və ya faydalanan şəxsin ailə üzvləri istisna olmaqla, digər şəxslərin hərəkəti və ya hərəkətsizliyi nəticəsində dəyən zərərlər başa düşülür. Həmin Qaydaların 1.21.1-ci yarımbəndinin 6-cı hissəsinə əsasən üçüncü şəxslərin hərəkətlərinə münasibətdə müvafiq səlahiyyətli dövlət orqanının təqdim etdiyi sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatlarını (hadisənin baş vermə vaxtı, yeri, hadisənin baş verməsində təqsirli olan və (və ya) zərərçəkən şəxs (şəxslər), həmçinin zərər dəymiş əmlak, zərərin xüsusiyyətlərini) əks etdirən və müvafiq faktı təsdiq edən sənəd əsasında sığorta ödənişi həyata keçirilir. Həmin Qaydaların 1.20.1-ci yarımbəndinin 1-ci abzasına əsasən sığorta ödənişi sığorta hadisəsi baş verdikdə sığorta müqaviləsinə uyğun olaraq Fond tərəfindən ödənilən maliyyə kompensasiyasıdır. Həmin Qaydaların 1.15.1-ci yarımbəndinin 7-ci hissəsinə əsasən Fondun malik olduğu hüquqlardan biri də subroqasiya hüququndan istifadə etməkdir. Həmin Qaydaların 1.23.1-ci yarımbəndinə əsasən subroqasiya hüququ sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı malik olduğu hüquqlarından və vasitələrindən həmin ödənişi vermiş Fondun istifadə etmək hüququdur. Həmin Qaydaların 1.23.5-ci yarımbəndinə əsasən Fond subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 936.1-ci maddəsinə əsasən, subroqasiya hüququ sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququ vardır. Həmin Məcəllənin 936.2-ci maddəsinə əsasən faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Həmin Məcəllənin 936-cı maddəsinə (subroqasiya hüququ) əsasən sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququ mövcuddur. Həmin Məcəllənin 936.5-ci maddəsinə əsasən sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər. Həmin Məcəllənin 459.1-ci maddəsinə əsasən zərərin əvəzini ödəməyə borclu olan şəxs əvəz ödəməyə borclu edən hal baş verməsəydi, mövcud olacaq vəziyyəti bərpa etməlidir. Həmin Məcəllənin 1110-cu maddəsinə əsasən heyvanın sahibi öz heyvanının başqalarına vurduğu zərərin əvəzini ödəməyə borcludur. Bu zaman heyvanın nəzarət altında olduğunun, itdiyinin və ya qaçdığının əhəmiyyəti yoxdur. Həmin Məcəllənin 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1097-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Porsessual Məcəlləsinin 284-6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Həmin Məcəllənin 284-6.2-ci maddəsinə əsasən məhkəmə qətnaməsindən bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada apellyasiya şikayəti verilə bilər. Məhkəmə iddiaçının təqdim etdiyi sənədlərin tədqiqi nəticəsinə əsaslanaraq hesab edir ki, iddia tələbi rədd olunmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Həmin Məcəllənin 76.3-cü maddəsinə əsasən qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə olunmasına yol verilmir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 85.1-ci maddəsinə əsasən özləri üçün zəruri sübutların təqdim edilməsinin nəticə etibarı ilə mümkün olmayacağından və ya çətin olacağından ehtiyat etməyə əsası olan şəxslər, o cümlədən arbitraj icraatının tərəfləri və ya arbitraj məhkəməsi bu sübutların təmin olunmasını məhkəmədən xahiş edə bilərlər. Həmin Məcəllənin 85.2-ci maddəsinə əsasən məhkəmədə işə başlamamışdan əvvəl sübutların təmin edilməsi qanunvericilikdə nəzərdə tutulmuş qaydada notariuslar, konsul idarələrinin vəzifəli şəxsləri və notarius hərəkətlərini yerinə yetirən digər şəxslər tərəfindən həyata keçirilir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 106.1-ci maddəsinə görə işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumunun «S.Əliyevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının 28 dekabr 2004-cü il tarxli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 may 2006-cı il tarixli qərarında göstərmişdir ki, məhkəmə özü tərəfindən işin müəyyən olunmuş hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməlidir. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmununu qətnamədə şərh etməli, sübutları əlaqələndirməli, araşdırılan sübutların qəbul edilibedilməməsinin səbəblərini göstərməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216.1-ci maddəsinə əsasən işi mahiyyəti üzrə həll edən birinci instansiya məhkəməsinin aktı qətnamə formasında çıxarılır. Həmin Məcəllənin 216.2-ci maddəsinə əsasən məhkəmə qətnaməni Azərbaycan Respublikası adından çıxarır. Həmin Məcəllənin 216.3-cü maddəsinə əsasən qətnamə məhkəmə iclasında işə baxıldıqdan sonra hakimlərin ayrıca müşavirə otağında çıxarılır. İşə kollegial formada baxıldıqda, qətnamə səs çoxluğu ilə qəbul olunur. Qətnamə çıxarıldığı zaman müşavirə otağında yalnız işə baxan hakim, yaxud məhkəmə ola bilər. Başqa şəxsin müşavirə otağında olmasına yol verilmir. Həmin Məcəllənin 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qətnamənin qanunilyi və əsaslığı onların qarşılıqlı olmasını və sıx əlaqədə olmasını ehtiva edir. Qətnamənin qanuniliyi dedtikdə, onun mübahisəli hüquq münasibətinin yaratdığı zaman qüvvədə olan prosessual hüquq normarlarının tələblərinə əməl edilməklə çıxarılması başa düşülür. Məhkəmənin mövqeyi: Beləliklə, işin faktiki hallarından müəyyən olunur ki, iddiaçı Aqrar Sığorta Fondunun adından "xxxx" Şirkəti Açıq Səhmdar Cəmiyyəti ilə X3 arasında BS-**********-PS, BS- **********-PS nömrəli sığorta müqavilələri bağlanmış və Ş.A.Fərəcova məxsus arpa sahələri sığorta olunmuşdur. X3 12 dekabr 2022-ci il tarixdə də iddiaçıya müraciət edərək 01 may 2022-31 may 2022-ci il tarixlərində ona məxsus və iddiaçı tərəfindən sığortalanmış olan Qax rayonu, Qıpçaq kəndində yerləşən 7.72 hektar və Qax rayonu, Almalı kəndində yerləşən 10 hektar arpa sahələrinə heyvan otarılması ilə bağlı zərər dəydiyini göstərərək dəymiş zərərin ödənilməsi xahiş edilmişdir. Ş.A.Fərəcovun müraciətinə əsasən baş vermiş hadisənin ətraflı araşdırılması və dəymiş zərərin qiymətləndirilməsi məqsədilə iddiaçı tərəfindən müstəqil ekspert təyin edilmiş və dəymiş zərər qiymətləndirilmişdir. Müstəqil ekspert tərəfindən verilmiş rəylərə əsasən yekun zərər ekspertizası nəticəsində Ş.A.Fərəcova məxsus arpa sahəsində heyvan otarılması ilə (üçüncü şəxslərin hərəkəti) əlaqədar zərər olduğu aşkar edilmişdir. İddiaçı tərəfindən sığorta hadisəsinin araşdırılması məqsədi ilə Qax Rayon Polis Şöbəsinə məktub ünvanlanmış və X2 məxsus Qax rayonu, Qıpçaq kəndində yerləşən 7.72 hektar və Qax rayonu, Almalı kəndində yerləşən 10 hektar arpa sahələrinə 01 may 2022-31 may 2022-ci il tarixlərində müxtəlif vaxtlarda naməlum şəxslərə məxsus heyvanların girərək ziyan vurduğu müəyyən edilmişdir. İddiaçı tərəfindən həmin naməlum şəxslərin şəxsiyyətinin müəyyən edilməsi üçün Qax Rayon Polis Şöbəsinə 2024-cü il 8 fevral tarixli, 12-9/2-126/2024 nömrəli məktub ünvanılanmış və Qax RPŞ tərəfindən X2 məxsus Qax rayonu, Qıpçaq kəndində yerləşən 7.72 hektar və Qax rayonu, Almalı kəndində yerləşən 10 hektar arpa sahələrinə 01 may 2022-31 may 2022-ci il tarixlərində müxtəlif vaxtlarda Qax rayonu, Qaysarlı kənd sakini Cavabdeh2, Cavabdeh1 və Qax rayonu, Oncallı kənd sakini Cavabdeh3 məxsus heyvanların girməsi nəticəsində ziyan vurulduğu barədə iddiaçıya məlumat verilmişdir. X2 iddiaçı tərəfindən BS-**********- PS nömrəli sığorta şəhadətnaməsi üzrə 2.522,07 (iki min beş yüz iyirmi iki manat yeddi qəpik) manat, BS-**********-PS №li sığorta şəhadətnaməsi üzrə 2.702,02 (iki min yeddi yüz iki manat iki qəpik) manat olmaqla, ümumilikdə 5.224,09 (beş min iki yüz iyirmi dörd manat doqquz qəpik) manat olmaqla sığorta ödənişi həyata keçirilmmişdir. İddiaçı tərəfindən cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 30 sentyabr 2024-cü il tarixli, 12-9/2- V-21-1024/2024 №li pretenziya məktubu göndərilsə də, sığorta ödənişi ödənilməmişdir. İddiaçı hazırda cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 5.224,09 (beş min iki yüz iyirmi dörd manat sıfır doqquz qəpik) manat sığorta ödənişi məbləği və 65,03 (altmış beş manat sıfır üç qəpik) manat dövlət rüsumu olmaqla, cəmi 5.289,12 (beş min iki yüz səksən doqquz manat on iki qəpik) manat məbləğində pul tələb edir. Məhkəmə iddia tələbi ilə bağlı qeyd edir ki, iddiaçının subroqasiya qaydasında pulu cavabdehlərdən tələb etməsi onun qanunla müəyyən edilmiş hüququdur və hazırki halda subroqasiya qaydasında pulun tələb edilməsi üçün qanuni əsaslar mövcud olmuşdur. Çünki cavabdehlərin təsərrüfatlarında olan heyvanları özbaşına buraxdıqları üçün onların təqsiri ucbatından sığorta hadisəsi baş vermişdir. Məhkəmə iclasında iştirak edən cavabdehlər Cavabdeh2 və Cavabdeh3 məhsul sahəsinə zərər vuran heyvanların özlərinə məxsus olmadığını göstərsələr də məhkəməyə bununla bağlı hər hnası və mötəbər sübut təqdim edə bilməmiş, əksinə məhkəmə sorğusu əsasında Qax RPŞ tərəfindən məhkəməyə göndərilmiş araşdırma materiallarına əlavə edilmiş cavabdehlərin izahatları ilə X2 məxsus əkin sahəsinə cavabdehlərə məxsus mal-qaranın ziyan vurduğu müəyyən edilmişdir. Beləliklə iddia tələbi cavabdehlərin Qax RPŞ-də verdikləri izahatlar, müstəqil ekspertin rəyləri və işdə olan digər və əsaslı mötəbər sübutlarla sübuta yetirilmişdir. Cavabdehlər Qax RPŞ-də araşdırma aparılarkən sahə rəisi tərəfindən aldadılaraq zərərin onlara məxsus heyvanlar tərəfindən vurulduğunu etiraf etdiklərini göstərsələr də, məhkəməyə aldadılmaları ilə bağlı və sahə rəisinin hərəkətləri ilə bağlı yuxarı orqana şikayət etmələri və şikayətlə əlaqədar müvafiq araşdırmanın aparılması ilə bağlı sübut təqdim etməmişlər. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmçinin məhkəmə onu da qeyd edir ki, iddia ərizəsinin verilməsi üçün ödənilmiş 65.03 (altmış beş manat üç qəpik) manat dövlət rüsumu cavabdehlər Cavabdeh2, Cavabdeh1 Zəkəiyyə oğlu və Cavabdeh3 alınaraq iddiaçı Aqrar Sığorta Fonduna ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1, 216-220, 227, 233 və 360-cı maddələrinə əsasən, məhkəmə q ə t e t d i: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 birgə qaydada 5.224,09 (beş min iki yüz iyirmi dörd manat sıfır doqquz qəpik) manat sığorta ödənişi məbləği və 65.03 (altmış beş manat sıfır üç qəpik) manat dövlət rüsumu, cəmi 5.289,12 (beş min iki yüz səksən doqquz manat on iki qəpik) manat məbləğində pul tutulub Aqrar Sığorta Fondunun xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qax Şəhər Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Mirheydər Zeynalov.
Məhkəmə qərarları › İş №e-2(024)-215/2025
Qax Rayon Məhkəməsi Qətnamə — İş №e-2(024)-215/2025
27.05.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver