Məhkəmə qərarları › İş №e-2(024)-221/2024

Qax Rayon Məhkəməsi Qərardad — İş №e-2(024)-221/2024

06.02.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Qax rayonu İş № e-2(024)-221/2024 06.02.2024 QAX RAYON MƏHKƏMƏSİ Hakim Qarayev Malik İbrəhim oğlunun sədrliyi, Məhkəmə iclas katibi Fətəliyev Mansur Məhəmməd oğlunun katibliyi ilə. İddiaçı Cavabdeh qarşı “pul tələbi”nə dair iddia ərizəsini nəzərdən keçirib, müəyyən etdi : İddiaçı Cavabdeh qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək xx.xx.2023-cü il tarixli 10239 nömrəli müqavilə üzrə samsung A54 (128GB) (A546 E/CAU-2023) markalı mobil telefon üçün 640 manat ödənilməmiş əsas borc, 266 manat faiz borcu, ümumilikdə 906 manat və 30 manat ödənilmiş dövlət rüsumunun Cavabdeh alınaraq İddiaçı ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Lakin iddiaçı xx.xx.2024-cü il tarixdə məhkəməyə ərizə göndərərək iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin geri qaytarılmasını məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 170.1-ci maddəsinə əsasən işin məhkəmə baxışına hazırlanması zamanı iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. Həmin Məcəllənnin 114.1.3-cü maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa ödənilmiş dövlət rüsumu geri qaytarılır. İddiaçı iddia ərizəsinin geri qaytarılmasını məhkəmədən xahiş etdiyinə görə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçının vəsatəti ilə qaytarılmalı və iddiaçının xx.xx.2024-cü il tarixli **********81 nömrəli qəbzə əsasən ödədiyi 30 manat dövlət rüsumu məbləği ona qaytarılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 114, 170.1, 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq, qərara aldı : İddiaçı Cavabdeh qarşı “pul tələbi”nə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya qaytarılsın. İddiaçı Cavabdeh qarşı “pul tələbi”nə dair mülki iş üzrə məhkəməyə müraciət etmək üçün iddiaçının xx.xx.2024-cü il tarixli **********81 nömrəli qəbzə əsasən ödədiyi 30 manat dövlət rüsumu məbləği ona qaytarılsın. Qərardadın dövlət rüsumunun geri qaytarılması hissəsinin icrasını təmin etmək müvafiq icra hakimiyyəti orqanına həvalə edilsin. Qərardad tərəfə rəsmi qaydada verildiyi gündən 10(on) gün müddətində Qax Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Malik Qarayev.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar