Məhkəmə qərarları › İş №e-2(024)-286/2024

Qax Rayon Məhkəməsi Qərardad — İş №e-2(024)-286/2024

14.03.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Qax rayonu İş № e-2(024)-286/2024 14.03.2024 QAX RAYON MƏHKƏMƏSİ Hakim Qarayev Malik İbrəhim oğlunun sədrliyi, Cavabdeh katibliyi ilə. İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı “kredit müqaviləsi üzrə borc tələbi”nə dair iddia ərizəsini nəzərdən keçirib, müəyyən etdi : İddiaçı "xxxx" ASC Cavabdeh qarşı Qax rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək Cavabdeh 499.41 manat əsas məbləğ üzrə, 88.62 manat faiz və 5.31 manat cərimə olmaqla, cəmi 593.34 manat borcun və dövlət rüsumu olmaqla ödənilmiş 30.40 mant məbləğində vəsaitin tutulub iddiaçı "xxxx" ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Müəyyən edilmişdir ki, məhkəmə tərəfindən iddia ərizəsini icraata götürmək haqqında qərardad çıxarılana qədər iddiaçı məhkəməyə iddia ərizəsinin qaytarılmasına dair ərizə ilə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1.9-cu maddəsinə əsasən iddia ərizəsini icraata götürmək haqqında qərardad çıxarılana qədər iddiaçıdan iddia ərizəsinin qaytarılmasına dair ərizə daxil olduqda hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Belə olan halda məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1.9-cu maddəsinin tələblərinə əsasən iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə iddiaçıya qaytarılmalıdır. Həmin Məcəllənin 114.1.3-cü maddəsinə əsasən ödənilmiş dövlət rüsumu bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa, rüsum geri qaytarılır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149, 152.1.9, 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı : İddiaçı »Unibank Kommersiya bankı» ASC-ni Cavabdeh qarşı “kredit müqaviləsi üzrə borc tələbi”nə dair iddia ərizəsi ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə iddiaçı »Unibank Kommersiya bankı» ASC-yə geri qaytarılsın və və ərizə ona əlavə olunmuş sənədlərlə birlikdə iddiaçıya qaytarılsın və iddia ərizəsinin verilməsi üçün ödənilmiş 30.40 (otuz manat qırx qəpik) manat dövlət rüsumu dövlət büdcəsindən iddiaçı »Unibank Kommersiya bankı» ASC-yə geri qaytarılsın. Qərardad tərəfə rəsmi qaydada verildiyi gündən 10(on) gün müddətində Qax Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Malik Qarayev.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar