Azərbaycan Respublikası adından QƏTNAMƏ Qax rayonu İş № e-2(024)-44/2024 24.04.2024 QAX RAYON MƏHKƏMƏSİ Hakim Qarayev Malik İbrəhim oğlunun sədrliyi, Məhkəmə iclas katibi Fətəliyev Mansur Məhəmməd oğlunun katibliyi ilə, İddiaçı ASC "xxxx" Bankının etibarnamə üzrə nümayəndəsi X3, Cavabdeh4 iştirakı ilə. İddiaçı ASC "xxxx" Bankının cavabdehlər Cavabdeh4, Cavabdeh2 Niyazi qızı, Cavabdeh3 və Əliyeva (Bayramova) Fəridə Əlövsət qızına qarşı “xx.xx.2014cü il tarixli **********99214 №-li Kredit müqaviləsi üzrə iddiaçının (Kreditorun) tələblərinin təmin edilməsi üçün ipoteka predmetinə tutmanın yönəldilməsi və satışdan sonra ipoteka predmeti olan mənzildən çıxarma tələbi”nə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı ASC "xxxx" Bankı Cavabdeh4, Cavabdeh2 Niyazi qızı, Cavabdeh3 və Əliyeva (Bayramova) Fəridə Əlövsət qızına qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək “xx.xx.2014-cü il tarixli **********99214/1M №-li İpoteka müqaviləsi üzrə ipoteka predmeti qismində çıxış edən Cavabdeh4 məxsus olan Qax şəhəri. Şota Rustaveli küçəsində, 14 nömrəli, 5 mərtəbəli binanın 4-cü girişində, 3-cü mərtəbəsində yerləşən, 52.4 kv.m ümumi, 29.4 kv.m yaşayış, 23 kv.m yardımçı sahədən ibarət 2 otaqlı 56 nömrəli mənzilə tutma yönəldilməsi, ipoteka predmetinin açıq hərracda satılması və həmin əmlak obyektinin satışından əldə olunan vəsait hesabına Borcalan Cavabdeh4 xx.xx.2014-cü il tarixli **********99214 №-li Kredit müqaviləsi üzrə iddiaçı ASC "xxxx" Bankı qarşısındakı kreditin qaytarılma müddətinin bitdiyi xx.xx.2021-ci il tarixinə qədər kreditdən istifadəyə görə hesablanmış 5 307.97 (beş min üç yüz yeddi manat 97 qəpik) manat məbləğində adi faizlər üzrə borc məbləği, əsas borc məbləğinin tam şəkildə qaytarıldığı xx.xx.2023-cü il tarixinə qədər vaxtı keçmiş əsas borc məbləğinə illik 15 % (on beş faiz) dərəcəsi ilə hesablanmış 2 710.25 (iki min yeddi yüz on manat 25 qəpik) manat məbləğində penya, xx.xx.2021-ci il tarixdən xx.xx.2023-cü il tarixinə kimi vaxtı keçmiş əsas borc məbləğinə illik 18% (on səkkiz faiz) dərəcəsi ilə hesablanmış 4 305.48 (dörd min üç yüz beş manat 48 qəpik) manat manat məbləğində əldən çıxmış faydanın əvəzi, cəmi 12 223.70 (on iki min iki yüz iyirmi üç manat 70 qəpik) manat məbləğində pul vəsaiti və ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin dövlət qeydiyyatına alınmasına görə 45 (qırx beş) manat məbləğində çəkilmiş xərc ASC "xxxx" Bankının xeyrinə tutulması, mənzil satıldıqdan sonra orada yaşayan Cavabdeh4, Cavabdeh2 Niyazi qızı, Cavabdeh3 və Əliyeva (Bayramova) Fəridə Əlövsət qızı, onlarla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər fərdi yaşayış evini 1 ay ərzində tərk etmədikləri halda, həmin şəxslər fərdi yaşayış evindən məcburi qaydada çıxarılması və iddia ərizəsinin verilməsinə görə 126.67 (bir yüz iyirmi altı manat 67 qəpik) manat məbləğində dövlət rüsumunun ödənilməsi üzrə çəkilmiş xərc Cavabdeh4 iddiaçının xeyrinə tutulması və ipoteka predmetlərinin ilkin satış qiyməti ipoteka müqaviləsinin 3.5-ci bəndində göstərilmiş likvid dəyərinə uyğun olaraq 24000 (iyirmi dörd min) manat müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə tərəflərə mülki prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq məlumat verilməsinə baxmayaraq cavabdehlər Cavabdeh2 Niyazi qızı, Cavabdeh3 və Əliyeva (Bayramova) Fəridə Əlövsət qızı məhkəmə iclaslarına gəlməmiş, məhkəməyə ərizə göndərərək işə onların iştirak ıolmadan baxılmasını xahiş etmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən işə cavabdehlər Cavabdeh2 Niyazi qızı, Cavabdeh3 və Əliyeva (Bayramova) Fəridə Əlövsət qızının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Mülki işin məhkəmə baxışı zamanı iddiaçı ASC "xxxx" Bankının nümayəndəsi X4 iddianı müdafiə etmiş, Cavabdeh4 iddianı qismən qəbul etmişdir. İddiaçı ASC "xxxx" Bankı iddia ərizəsində göstərmişdir ki, iddiaçı (kreditor) ASC "xxxx" Bankı ilə Cavabdeh4 (Borcalan) arasında bağlanmış xx.xx.2014-cü il tarixli **********99214 №-li Kredit müqaviləsinə əsasən iddiaçı tərəfindən borcalana 48 (qırx səkkiz) ay müddətinə, kreditdən istifadəyə görə illik 19 % (on doqquz faiz) ödənilməsi şərtilə 19 500 (on doqquz min beş yüz) ABŞ dolları məbləğində kredit verilmişdir. xx.xx.2017-ci il larixdə borc alanla iddiaçı arasında xx.xx.2014-cü il tarixli **********99214 №-li Kredit müqaviləsi üzrə kreditləşmə müddətinin artırılması, mövcud borcun restruktruzasiyası və kredit öhdəliyinin valyutasının konvertasiyası barədə 01 №-li Əlavə Saziş bağlanmışdır. Həmin Sazişlə, kreditdən istifadəyə görə müəyyənləşdirilmiş illik faiz dərəcəsi 19%-dən (on doqquz faizdən) 18%-ə (on səkkiz faizə) endirilmiş, kredit müqaviləsində nəzərdə tutulmuş kreditləşmə müddəti 36 (otuz altı) ay uzadılaraq 84 (səksən dörd) aya çatdırılmış, vaxtı keçmiş əsas borc əsas borc kateqoriyasına keçirilərək, kreditdən istifadəyə görə hesablanmış faiz borcu və penyanın əsas borc məbləğinə kapitallaşdırılması hesabına əsas borc 17 274.72 (on yeddi min iki yüz yetmiş dörd ABŞ dolları 72 sent) ABŞ dolları məbləğində müəyyən edilmiş, həmin məbləğin Azərbaycan manatına konvertasiya edilməsi nəticəsində kredit üzrə əsas borcun qalığı 29 410.21 (iyirmi doqquz min dörd yüz on manat 21 qəpik) manat məbləğində müəyyən edilmişdir. Borcalanın Kredit müqaviləsi üzrə öhdəliklərinin icrasını təmin etmək məqsədilə iddiaçı ASC "xxxx" Bankı ilə Cavabdeh4 arasında sonuncuya məxsus olan Qax şəhəri, Şota Rustaveli küçəsində, 14 nömrəli, 5 mərtəbəli binanın 4-cü girişində, 3-cü mərtəbəsində yerləşən, 52.4 kv.m ümumi, 29.4 kv.m yaşayış, 23 kv.m yardımçı sahədən ibarət 2 otaqlı 56 nömrəli mənzilin (bundan sonra “İpoteka predmeti” adlandırılacaq) ipoteka qoyulması barədə xx.xx.2014-cü il tarixli **********99214/İM №-li İpoteka müqaviləsi (xx.xx.2017-ci il tarixli Saziş nəzərə alınmaqla bundan sonra birlikdə “İpoteka müqaviləsi”adlandırılacaq) bağlanmışdır. Qeyd edilən İpoteka predmetinə dair ipoteka hüququnun qeydiyyata alınması barədə ASC "xxxx" Bankına Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2014-cü il tarixli RX seriyalı ******* №-li Çıxarış verilmişdir. xx.xx.2017-ci il tarixli 01 №-li Əlavə sazişə müvafiq olaraq ipoteka hüququnun əlavə qeydiyyatı aparılmış və ASC "xxxx" Bankına Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən xx.xx.2017-ci il tarixli RX seriyalı ******* №-li Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarış verilmişdir. Kredit müqaviləsinin 3.4.2-ci bəndinə əsasən, borcalan həmin müqavilə üzrə bütün ödənişləri vaxtlı-vaxtında və həmin müqavilə ilə müəyyən olunan qaydada və şərtlərlə həyala keçirməyi öhdəsinə götürmüşdür. Lakin Cavabdeh4 bu öhdəliklərini kobud şəkildə pozmuş və kreditləşmə müddətinin xx.xx.2021-ci il tarixdə bitməsinə baxmayaraq kredit üzrə əsas borc məbləğinə hesablanmış faizlərin müəyyən hissəsini ödəməmişdir. Belə ki, həmin tarixə borc alanın iddiaçı qarşısında gecikdirilmiş ümumi borcu 23 370.97 (iyirmi üç min üç yüz yetmiş manat 97 qəpik) manat məbləğində olmuşdur ki, bunun da 17 762.59 (on yeddi min yeddi yüz altmış iki manat 59 qəpik) manatını vaxtı keçmiş əsas borc məbləği 5 608.38 (beş min altı yüz səkkiz manat 38 qəpik) manatını isə əsas borc məbləğinə hesablanmış və ödənilməmiş adi faizlər üzrə borc məbləği təşkil etmişdir. Bundan sonra borc alan tərəfindən ümumilikdə 18 063 (on səkkiz min altmış üç) manat məbləğində ödəniş həyata keçirilmiş və həmin ödənişlərin 17 762.59 (on yeddi min yeddi yüz altmış iki manat 59 qəpik) manatı əsas borcun, 300.41 (üç yüz manat 41 qəpik) manatı isə adi faiz borcunun ödənilməsinə yönəldilmişdir. Kredit müqaviləsi üzrə borcalan Cavabdeh4 tərəfindən üzərinə götürdüyü öhdəliklərin kobud şəkildə pozulması ilə əlaqədar olaraq iddiaçının öz tələblərini «İpoteka haqqında» Azərbaycan Respublikasının 15 aprel 2005-ci il tarixli Qanununun 34-cü maddəsinə əsasən ipoteka qoyulmuş əmlak hesabına təmin etmək hüququ yaranmışdır. İddiaçı tərəfindən «İpoteka haqqında» Qanunun 36-cı maddəsinə uyğun olaraq, Cavabdeh4 İpoteka predmetinə tutmanın yönəldilməsi haqqında xx.xx.2023-cü il tarixli ZQ-XO-7.4.2023-001 nömrəli bildiriş göndərilmiş və İddiaçı qarşısında yaranmış borc məbləğinin ipoteka predmeti hesabına ödənilməsi üçün bu əmlak obyektinin 30 (otuz) gün müddətindən gec olmayaraq satılması tələb edilmişdir. İddiaçı tərəfindən ipoteka qoyulmuş əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydiyyata alınması barədə xx.xx.2023-cü il tarixli ZQ-XO-13.4.2023-001 nömrəli ərizə ilə AR İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsəslələri Dövlət Xidmətinə müraciət edilmiş və həmin idarələr tərəfindən bildirişlərin qeydə alınması barədə banka məlumat verilmişdir. İddiaçı tərəfindən cavabdehə ipoteka predmetinin satılması və iddiaçının tələblərinin ödənilməsi üçün kifayət qədər vaxt verilməsinə baxmayaraq, bu günə kimi borcun ödənilməsi üçün cavabdeh tərəfindən heç bir əməli addım atılmamışdır. Beləliklə, xx.xx.2023-cü il tarixinə borcalan Cavabdeh4 Kreditor qarşısında ümumi borcu 5 207.97 (beş min iki yüz yeddi manat 97 qəpik) manat təşkil edir ki, həmin məbləğ hesablanmış və ödənilməmiş adi faizlər üzrə borc məbləğindən ibarətdir. Bundan əlavə borclu Cavabdeh4 tərəfindən kredit üzrə əsas borc məbləğinin qaytarılması gecikdirildiyi üçün Banka Kredit müqaviləsinin 6.2-ci bəndinə əsasən vaxtı keçmiş əsas borc məbləğinə illik 15 % (on beş faiz) dərəcəsi ilə hesablanan penya da ödəməlidir ki, əsas borc məbləğinin tam olaraq qaytarıldığı xx.xx.2023-cü il tarixinə bu məbləğ 2 710.25 (iki min yeddi yüz on manat 25 qəpik) manat təşkil etmişdir. İddiaçı ilə Borcalan Cavabdeh4 arasında bağlanmış Kredit müqaviləsinin 5.1-ci bəndinə əsasən həmin müqavilə Tərəflərin öz üzərinə götürdükləri öhdəliklərin tam icra edilməsi anına qədər qüvvəsini saxlayır və bu şərt Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3-cü maddəsinin ikinci cümləsində ifadə olunmuş normaya tam uyğundur. Bu normanın hüquqi mahiyyəti bir daha «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair» Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun 24 dekabr 2014-cü il tarixli qərarında öz təsdiqini tapmışdır. Həmin qərarda Konstitusiya məhkəməsi qeyd edir ki: «Həmin norma müqavilədən yaranan öhdəliklərin icra olunma anıııa qədər müqavilənin qüvvədə olması prezumpsiyasına əsaslanır. Bu prezuınpsiya isə «öhdəliklər vicdanla yerinə yetirilməlidir» (pacta sunt servanda) hüquqi prinsipindən yaranır. Belə ki. müqavilənin qüvvədə olma müddətinin qurtarması və bununla əlaqədar müqavilə üzrə öhdəliklərin də xitamı şərtləri müqavilədə dəqiq göstərilməlidir». Yuxarıda qeyd edilənləri nəzərə alaraq. Konstitusiya məhkəməsinin həmin qərarın nəticə hissəsində ifadə etdiyi hüquqi mövqeyinə görə kreditor (borc verən) və borclu arasında bağlanmış kredit müqaviləsində öhdəliklərin xitamı ilə bağlı digər şərt nəzərdə tutulmadığı halda. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 399.3-cü maddəsinin ikinci cümləsinə əsasən öhdəliyin icrasının qurtarmasının müqavilədə müəyyənləşdirilmiş anına qədər müqavilə qüvvədə sayılır. Konstitusiya məhkəməsi yuxarıda qeyd edilmiş əsaslardan çıxış edərək daha sonra həmin qərarda növbəti hüquqi mövqeyini ifadə edərək, göstərir ki, ‘‘kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddət bitənədək pul vəsaitindən istifadə haqqının (faizlərin), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər". Bu zaman Konstitusiya məhkəməsi həmin qərarda göstərir ki, kreditora ödənilməsi gecikdiriləıı əsas borc üzrə faizlər şəklində zərərin (əldən çıxmış fayda formasında) ödənilməsini tələb etmək üçün həmin zərərin mücərrəd qaydada hesablanmasını həyata keçirmək kifayətdir. Yəni, kreditora həyata keçirdiyi kredit əməliyyatlarının tərkibi və müvafiq növ kredit əməliyyatları üzrə bazara uyğun orta hesabla əldə etdiyi faiz gəlirlərinin miqdarı (müəyyən etdiyi faiz dərəcəsi) barədə məlumatların məhkəməyə təqdim edilməsi kifayətdir. Konstitusiya məhkəməsi yuxanda qeyd edilmiş qərarda göstərdiyi kimi, həmin mücərrəd qaydada hesablama metodu belə bir ehtimala əsaslanır ki, kreditor işlərin adi gedişatına əsasən borc məbləği vaxtında ona qaytarıldığı təqdirdə, bu məbləğdən tez bir zamanda müvafiq faizlər şəklində gəlir əldə etməklə kreditləşmə əməliyyatlarının aparılması üçün yenidən istifadə edə bilərdi. Bu zaman, sözügedən qayda kreditorun konkret olaraq yeni bir kredit əməliyyatı aparmış olacağını sübuta yetirməsini tələb etmir. Yuxarıda qeyd edilənləri nəzərə alaraq, hazırkı iddia ərizəsinə kreditləşmə müddətinin bildiyi tarixdən əsas borcun tam olaraq ödənildiyi tarixədək təxminən 2 (iki) ilə yaxın müddəti əhatə edən dövr ərzində eyni növlü və oxşar şərtlərlə verilmiş kreditlər barədə statistik məlumatları əks etdirən arayış əlavə olunur. Təqdim edilmiş bu arayışdan (https://vvww.cbar.az/page-188/credit-institutions saytdan çıxarış) göründüyü kimi, AR Mərkəzi Bankının ..Bank kapitalının və onun adekvallığının hesablanması Qaydaları” tələbindən irəli gələrək islehlak kreditləri üzrə orta orta faiz dərəcələrinə dair Məlumata əsasən milli valyutada verilmiş istehlak kreditlərinin illik faiz dərəcəsi 20 % (iyirmi faiz) təşkil etməyinə baxmayaraq, Bank kreditin qaytarılma müddətinin bitdiyi tarixdən, yəni xx.xx.2021 -ci il tarixdən xx.xx.2023-cü il tarixə kimi əldə çıxmış faydanın hesablanmasında kredit müqaviləsində nəzərdə tutulmuş (18 %) əldə rəhbər tutmağı əsaslı hesab edir və müvafiq hesablanma aparıldıqdan sonra kreditin qaytarılma müddətinin bitdiyi tarixdən (xx.xx.2021 -ci il) əsas borcun tam olaraq ödənildiyi tarixədək (xx.xx.2023cü il) olan dövr üçün bu məbləğ 4 305.48 (dörd min üç yüz beş manat 48 qəpik) manat təşkil edir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair" Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun 29 mart 2023-cü il tarixli qərarına əsasən bir tərəfin müqavilə öhdəliyini əhəmiyyətli dərəcədə pozmaqla qarşı tərəfə zərər vurması halında qarşı tərəfin (kontragenlin) müqaviləni ləğv etməsi onun məruz qaldığı zərərin ödənilməsini tələb elmək hüququndan məhrum olunması, hüquqa zidd hərəkət edən şəxsin isə mülki məsuliyyətdən azad edilməsi kimi qiymətləndirilə bilməz. Bu halda kreditor kredit müqaviləsinin ləğv anınadək pul vəsaitindən istifadə haqqını (faizləri), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər. «İpoteka haqqında» Azərbaycan Respublikası Qanununun 39.3-cü maddəsinə əsasən məhkəmə tərəfindən ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edilərkən, qərarda ipoteka predmetinin ilkin satışı qiyməti göstərilməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir (Qanunun 39.3.3-cü maddəsi). Hesab edir ki, məhkəmə ipoteka predmetlərinə tutmanın yönəldilməsi barədə qətnamədə ipoteka predmetlərinin ilkin satış qiymətini Tərəflər arasında bağlanmış müvafiq ipoteka müqaviləsinin 3.5-ci bəndində göstərilmiş likvid qiymətinə uyğun olaraq təyin edə bilər. İpoteka predmeti olan mənzil satıldıqdan sonra “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunun 59.3-cü maddəsinə əsasən ipoteka qoyan, onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər ipoteka qoyulmuş mənzili 1 aydan gec olmayaraq tərk etməlidirlər. Həmin Qanunun 59.4-cü maddəsinə əsasən ipoteka qoyan, onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər ipoteka qoyulmuş yaşayış sahəsindən çıxmadıqda. həmin şəxslər evdən və ya mənzildən ipoteka predmetinə tutmanın yönəldilməsi barədə məhkəmə qərarı əsasında məcburi qaydada çıxarılırlar. Qanunvericiliyin yuxarıda qeyd edilən normalarını rəhbər tutaraq hesab edirik ki, məhkəmə hazırki iş üzrə iddia tələblərinin təmin edilməsi haqqında qətnaməni qəbul etdiyi təqdirdə həmin qətnamədə Kredit müqaviləsi üzrə iddiaçının (Kreditorun) tələblərinin təmin edilməsi üçün ipoteka predmeti olan mənzilə tutmanın yönəldilməsi ilə yanaşı, mənzilin satışından sonra həmin yaşayış sahəsində yaşayan ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslərin 1 ay ərzində mənzildən çıxmadığı halda onların məcburi qaydada çıxarılmalı olduğunu göstərməlidir. İpoteka predmeti olan mənzildə cavabdehlər Cavabdeh4. Cavabdeh2 Niyazi qızı, Cavabdeh3 və X1 yaşamaları faktı Qax RİH Mənzil İstismar Sahəsi tərəfindən verilmiş 2017-ci il tarixli 392 saylı arayış (Forma № 2) ilə təsdiq olunur. Yuxarıda qeyd edilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21-ci, 443.2-ci, 528-ci maddələrinə, «İpoteka haqqında» Azərbaycan Respublikası Qanununun 4-cü, 34-cü, 36- cı, 39-cu maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair» 24 dekabr 2014-cü il tarixli və "Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399,421.3, 423.2, 424.3 və 447-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair”, xx.xx.2014-cü il tarixli **********99214 №li Kredit müqaviləsinin 1.1-ci, 2.3-cü, 2.4-cü. İpoteka müqaviləsinin 1.2-ci, 3.1-ci, 4.1-ci, 7.1-ci bəndlərinə və 5.4.1-ci yarımbəndinə, habelə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 115-ci maddəsinə əsasən məhkəmədən“xx.xx.2014-cü il tarixli **********99214/1M №-li İpoteka müqaviləsi üzrə ipoteka predmeti qismində çıxış edən Cavabdeh4 məxsus olan Qax şəhəri. Şota Rustaveli küçəsində, 14 nömrəli, 5 mərtəbəli binanın 4-cü girişində, 3-cü mərtəbəsində yerləşən, 52.4 kv.m ümumi, 29.4 kv.m yaşayış. 23 kv.m yardımçı sahədən ibarət 2 otaqlı 56 nömrəli mənzilə tutma yönəldilsin, ipoteka predmeti açıq hərracda satılsın və həmin əmlak obyektinin satışından əldə olunan vəsait hesabına Borcalan Cavabdeh4 xx.xx.2014-cü il tarixli **********99214 №-li Kredit müqaviləsi üzrə iddiaçı ASC "xxxx" Bankı qarşısındakı kreditin qaytarılma müddətinin bitdiyi xx.xx.2021-ci il tarixinə qədər kreditdən istifadəyə görə hesablanmış 5 307.97 (beş min üç yüz yeddi manat 97 qəpik) manat məbləğində adi faizlər üzrə borc məbləği, əsas borc məbləğinin tam şəkildə qaytarıldığı xx.xx.2023-cü il tarixinə qədər vaxtı keçmiş əsas borc məbləğinə illik 15 % (on beş faiz) dərəcəsi ilə hesablanmış 2 710.25 (iki min yeddi yüz on manat 25 qəpik) manat məbləğində penya, xx.xx.2021-ci il tarixdən xx.xx.2023-cü il tarixinə kimi vaxtı keçmiş əsas borc məbləğinə illik 18 % (on səkkiz faiz) dərəcəsi ilə hesablanmış 4 305.48 (dörd min üç yüz beş manat 48 qəpik) manat məbləğində əldən çıxmış faydanın əvəzi, cəmi 12 223.70 (on iki min iki yüz iyirmi üç manat 70 qəpik) manat məbləğində pul vəsaiti və ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin dövlət qeydiyyatına alınmasına görə 45 (qırx beş) manat məbləğində çəkilmiş xərc ASC "xxxx" Bankının xeyrinə tutulması, mənzil satıldıqdan sonra orada yaşayan Cavabdeh4, Cavabdeh2 Niyazi qızı, Cavabdeh3 və Əliyeva (Bayramova) Fəridə Əlövsət qızı, onlarla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər fərdi yaşayış evini 1 ay ərzində tərk etmədikləri halda, həmin şəxslər fərdi yaşayış evindən məcburi qaydada çıxarılması və iddia ərizəsinin verilməsinə görə 126.67 (bir yüz iyirmi altı manat 67 qəpik) manat məbləğində dövlət rüsumunun ödənilməsi üzrə çəkilmiş xərcin Cavabdeh4 iddiaçının xeyrinə tutulması və ipoteka predmetlərinin ilkin satış qiyməti ipoteka müqaviləsinin 3.5-ci bəndində göstərilmiş likvid dəyərinə uyğun olaraq 24000 (iyirmi dörd min) manat müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı ASC "xxxx" Bankının etibarnamə üzrə nümayəndəsi X4 məhkəmə iclasında iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh4 izahat verərək göstərdi ki, iddia tələbini qismən qəbul edir. İddiaçı tərəfindən ona yüksək məbləğdə penya və əldən çıxmış faydaya görə borc məbləği hesablanmışdır. Həmin məbləğlərlə razılaşmır. O iddiaçıya 40 (qırx min) manat pul ödəmişdir. Ekspertiza rəyində göstərilən əsas borca hesablanmış faiz məbləğini qəbul edir. İddianı qəbul etdiyi hissədə təmin edilməsinə etiraz etmir. İş materiallarında olan iddiaçı ASC "xxxx" Bankı ilə Cavabdeh4 arasında bağlanmış xx.xx.2014-cü il tarixli **********99214 №-li Kredit müqaviləsindən görünür ki, iddiaçı tərəfindən Borcalana 48 (qırx səkkiz) ay müddətinə, kreditdən istifadəyə görə illik 19 % (on doqquz faiz) ödənilməsi şərtilə. 19 500 (on doqquz min beş yüz) ABŞ dolları məbləğində kredit verilmişdir. İş materiallarında olan xx.xx.2017-ci il tarixli iddiaçı ilə Cavabdeh4 arasında bağlanmış xx.xx.2014-cü il tarixli **********99214 №-li Kredit müqaviləsi üzrə kreditləşmə müddətinin artırılması, mövcud borcun restruktruzasiyası və kredit öhdəliyinin valyutasının konvertasiyası barədə 01 №-li Əlavə Sazişdən görünür ki, kreditdən istifadəyə görə müəyyənləşdirilmiş illik faiz dərəcəsi 19%-dən (on doqquz faizdən) 18%-ə (on səkkiz faizə) endirilmiş, kredit müqaviləsində nəzərdə tutulmuş kreditləşmə müddəti 36 (otuz altı) ay uzadılaraq 84 (səksən dörd) aya çatdırılmış, vaxtı keçmiş əsas borc əsas borc kateqoriyasına keçirilərək, kreditdən istifadəyə görə hesablanmış faiz borcu və penyanın əsas borc məbləğinə kapitallaşdırılması hesabına əsas borc 17 274.72 (on yeddi min iki yüz yetmiş dörd ABŞ dolları 72 sent) ABŞ dolları məbləğində müəyyən edilmiş, həmin məbləğin Azərbaycan manatına konvertasiya edilməsi nəticəsində kredit üzrə əsas borcun qalığı 29 410.21 (iyirmi doqquz min dörd yüz on manat 21 qəpik) manat məbləğində müəyyən edilmişdir. İş materiallarında olan xx.xx.2014-cü il tarixdə **********99214/İM №-li İpoteka müqaviləsi (xx.xx.2017-ci il tarixli “İpoteka müqaviləsi”ndən görüünür ki, Cavabdeh4 kredit müqaviləsi üzrə öhdəliklərinin icrasını təmin etmək məqsədilə iddiaçı ASC "xxxx" Bankı ilə Cavabdeh4 arasında sonuncuya məxsus olan Qax şəhəri, Şota Rustaveli küçəsində, 14 nömrəli, 5 mərtəbəli binanın 4-cü girişində, 3cü mərtəbəsində yerləşən, 52.4 kv.m ümumi, 29.4 kv.m yaşayış. 23 kv.m yardımçı sahədən ibarət 2 otaqlı 56 nömrəli mənzil ipoteka ilə yüklü edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən xx.xx.2017-ci il tarixli RX seriyalı ******* №-li Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışın təsdiq olunmuş surətindən görünür ki, xx.xx.2017-ci il tarixli 01 №-li Əlavə sazişə müvafiq olaraq ipoteka hüququnun əlavə qeydiyyatı aparılmış və Qax şəhəri, Şota Rustaveli küçəsində, 14 nömrəli, 5 mərtəbəli binanın 4-cü girişində, 3-cü mərtəbəsində yerləşən, 52.4 kv.m ümumi, 29.4 kv.m yaşayış. 23 kv.m yardımçı sahədən ibarət 2 otaqlı 56 nömrəli mənzil ipoteka ilə yüklü edilmişdir. İş materiallarında olan iddiaçı tərəfindən Cavabdeh4 göndərilmiş İpoteka predmetinə tutmanın yönəldilməsi haqqında xx.xx.2023-cü il tarixli ZQ-XO- 7.4.2023-001 nömrəli bildirişdən görünür ki, iddiaçı qarşısında yaranmış borc məbləğinin ipoteka predmeti hesabına ödənilməsi üçün bu əmlak obyektinin 30 (otuz) gün müddətindən gec olmayaraq satılması tələb edilmişdir. İş materiallarında olan iddiaçı tərəfindən ipoteka qoyulmuş əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydiyyata alınması barədə xx.xx.2023-cü il tarixli ZQ-XO-13.4.2023-001 nömrəli ərizədən görünür ki, AR İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsəslələri Dövlət Xidmətinə müraciət edilmiş və həmin İdarələr tərəfindən bildirişlərin qeydə alınması və ipoteka qoyana xx.xx.2023-cü il tarixdə çatdırılması barədə Banka məlumat verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 02 fevral 2024-cü il tarixli, № 9/15 saylı rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərildiyi kimi, iş materiallarında olan hesabdan çıxarış məlumatlarına əsasən Cavabdeh4 ilə ASC "xxxx" Bankı arasında bağlanmış xx.xx.2017-ci il tairxli 01 saylı Əlavə Sazişç müqaviləsinin şərtləri nəzərə alınmaqla Cavabdeh4 kredit müqaviləsinin bitmə tarixinə yəni xx.xx.2021-ci il tarixəd banka olan borcu əsas borc üzrə 17763.0 manat, faiz borcu isə 5159.04 manat, illik 5 faiz hesablanmış əldən çıxmış fayda krredit müqaviləsinin bitmə müddətindən sönra yəni xx.xx.2023-cü il tarixə banka olan borcu isə əsas borc üzrə 0 manat faiz borcuna görə 5159.04 manat. əldən çıxmış faydaya görə isə 1139.53 manat (5 faizlə) müəyyən olunur. İş materiallarına əlavə edilmiş maliyyə arayışından görünür ki, Cavabdeh4 5 307.97 (beş min üç yüz yeddi manat 97 qəpik) manat məbləğində adi faizlər üzrə borc məbləği, əsas borc məbləğinin tam şəkildə qaytarıldığı xx.xx.2023-cü il tarixinə qədər vaxtı keçmiş əsas borc məbləğinə illik 15 % (on beş faiz) dərəcəsi ilə hesablanmış 2 710.25 (iki min yeddi yüz on manat 25 qəpik) manat məbləğində penya, xx.xx.2021-ci il tarixdən xx.xx.2023-cü il tarixinə kimi vaxtı keçmiş əsas borc məbləğinə illik 18 % (on səkkiz faiz) dərəcəsi ilə hesablanmış 4 305.48 (dörd min üç yüz beş manat 48 qəpik) manat manat məbləğində əldən çıxmış faydanın əvəzi, cəmi 12 223.70 (on iki min iki yüz iyirmi üç manat 70 qəpik) manat məbləğində borcu olduğu göstərilmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli ödəniş tapşırığından görünür ki, iddiaçı hazırki iddia tələbi ilə məhkəməyə müraciət edilməsi üçün 127.07 manat məbləğində ödəniş etmişdir. İşdə olan ekspertiza xərclərinə dair bildirişdən görünür ki, iş üzrə ekspertiza xərci 100(bir yüz) manat təşkil edir. İş materiallarında olan ƏMDK-nin elektron xidmətlər portalından ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün müraciətlərin və sənədlərin qəbuluna görə xidmət haqqının ödənilməsinə dair çıxarışdan görünür ki, iddiaçı 30 manat məbləğində dövlət rüsumu ödəmişdir. İş materiallarında olan daşınmaz əmlakın qeydiyyatı ilə bağlı xidmət haqqının ödənilməsi ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınmasına dair elektron portladan çıxarışdan görünür ki, iddiaçı 15 manat məbləğində dövlət rüsumu ödəmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin və Cavabdeh4 izahatlarını və işdə toplanmış materialları nəzərdən keçirib hesab edir ki, iddia qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçı (kreditor) ASC "xxxx" Bankı ilə Cavabdeh4 (Borcalan) arasında bağlanmış xx.xx.2014-cü il tarixli **********99214 №-li Kredit müqaviləsinə əsasən iddiaçı tərəfindən borcalana 48 (qırx səkkiz) ay müddətinə, kreditdən istifadəyə görə illik 19 % (on doqquz faiz) ödənilməsi şərtilə 19 500 (on doqquz min beş yüz) ABŞ dolları məbləğində kredit verilmişdir. xx.xx.2017-ci il larixdə borc alanla iddiaçı arasında xx.xx.2014-cü il tarixli **********99214 №-li Kredit müqaviləsi üzrə kreditləşmə müddətinin artırılması, mövcud borcun restruktruzasiyası və kredit öhdəliyinin valyutasının konvertasiyası barədə 01 №-li Əlavə Saziş bağlanmışdır. Həmin Sazişlə, kreditdən istifadəyə görə müəyyənləşdirilmiş illik faiz dərəcəsi 19%-dən (on doqquz faizdən) 18%-ə (on səkkiz faizə) endirilmiş, kredit müqaviləsində nəzərdə tutulmuş kreditləşmə müddəti 36 (otuz altı) ay uzadılaraq 84 (səksən dörd) aya çatdırılmış, vaxtı keçmiş əsas borc əsas borc kateqoriyasına keçirilərək, kreditdən istifadəyə görə hesablanmış faiz borcu və penyanın əsas borc məbləğinə kapitallaşdırılması hesabına əsas borc 17 274.72 (on yeddi min iki yüz yetmiş dörd ABŞ dolları 72 sent) ABŞ dolları məbləğində müəyyən edilmiş, həmin məbləğin Azərbaycan manatına konvertasiya edilməsi nəticəsində kredit üzrə əsas borcun qalığı 29 410.21 (iyirmi doqquz min dörd yüz on manat 21 qəpik) manat məbləğində müəyyən edilmişdir. Borcalanın Kredit müqaviləsi üzrə öhdəliklərinin icrasını təmin etmək məqsədilə iddiaçı ASC "xxxx" Bankı ilə Cavabdeh4 arasında sonuncuya məxsus olan Qax şəhəri, Şota Rustaveli küçəsində, 14 nömrəli, 5 mərtəbəli binanın 4-cü girişində, 3-cü mərtəbəsində yerləşən, 52.4 kv.m ümumi, 29.4 kv.m yaşayış, 23 kv.m yardımçı sahədən ibarət 2 otaqlı 56 nömrəli mənzilin (bundan sonra “İpoteka predmeti” adlandırılacaq) ipoteka qoyulması barədə xx.xx.2014-cü il tarixli **********99214/İM №-li İpoteka müqaviləsi (xx.xx.2017-ci il tarixli Saziş nəzərə alınmaqla bundan sonra birlikdə “İpoteka müqaviləsi”adlandırılacaq) bağlanmışdır. Qeyd edilən İpoteka predmetinə dair ipoteka hüququnun qeydiyyata alınması barədə ASC "xxxx" Bankına Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2014-cü il tarixli RX seriyalı ******* №-li Çıxarış verilmişdir. xx.xx.2017-ci il tarixli 01 №-li Əlavə sazişə müvafiq olaraq ipoteka hüququnun əlavə qeydiyyatı aparılmış və ASC "xxxx" Bankına Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən xx.xx.2017-ci il tarixli RX seriyalı ******* №-li Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarış verilmişdir. Kredit müqaviləsinin 3.4.2-ci bəndinə əsasən, borcalan həmin müqavilə üzrə bütün ödənişləri vaxtlı-vaxtında və həmin müqavilə ilə müəyyən olunan qaydada və şərtlərlə həyala keçirməyi öhdəsinə götürmüşdür. Lakin Cavabdeh4 bu öhdəliklərini kobud şəkildə pozmuş və kreditləşmə müddətinin xx.xx.2021-ci il tarixdə bitməsinə baxmayaraq kredit üzrə əsas borc məbləğinə hesablanmış faizlərin müəyyən hissəsini ödəməmişdir. Belə ki, həmin tarixə borc alanın iddiaçı qarşısında gecikdirilmiş ümumi borcu 23 370.97 (iyirmi üç min üç yüz yetmiş manat 97 qəpik) manat məbləğində olmuşdur ki, bunun da 17 762.59 (on yeddi min yeddi yüz altmış iki manat 59 qəpik) manatını vaxtı keçmiş əsas borc məbləği 5 608.38 (beş min altı yüz səkkiz manat 38 qəpik) manatını isə əsas borc məbləğinə hesablanmış və ödənilməmiş adi faizlər üzrə borc məbləği təşkil etmişdir. Bundan sonra borc alan tərəfindən ümumilikdə 18 063 (on səkkiz min altmış üç) manat məbləğində ödəniş həyata keçirilmiş və həmin ödənişlərin 17 762.59 (on yeddi min yeddi yüz altmış iki manat 59 qəpik) manatı əsas borcun, 300.41 (üç yüz manat 41 qəpik) manatı isə adi faiz borcunun ödənilməsinə yönəldilmişdir. Kredit müqaviləsi üzrə borcalan Cavabdeh4 tərəfindən üzərinə götürdüyü öhdəliklərin kobud şəkildə pozulması ilə əlaqədar olaraq iddiaçının öz tələblərini «İpoteka haqqında» Azərbaycan Respublikasının 15 aprel 2005-ci il tarixli Qanununun 34-cü maddəsinə əsasən ipoteka qoyulmuş əmlak hesabına təmin etmək hüququ yaranmışdır. İddiaçı tərəfindən «İpoteka haqqında» Qanunun 36-cı maddəsinə uyğun olaraq, Cavabdeh4 İpoteka predmetinə tutmanın yönəldilməsi haqqında xx.xx.2023-cü il tarixli ZQ-XO-7.4.2023-001 nömrəli bildiriş göndərilmiş və İddiaçı qarşısında yaranmış borc məbləğinin ipoteka predmeti hesabına ödənilməsi üçün bu əmlak obyektinin 30 (otuz) gün müddətindən gec olmayaraq satılması tələb edilmişdir. İddiaçı tərəfindən ipoteka qoyulmuş əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydiyyata alınması barədə xx.xx.2023-cü il tarixli ZQ-XO-13.4.2023-001 nömrəli ərizə ilə AR İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsəslələri Dövlət Xidmətinə müraciət edilmiş və həmin idarələr tərəfindən bildirişlərin qeydə alınması barədə banka məlumat verilmişdir. İddiaçı tərəfindən cavabdehə ipoteka predmetinin satılması və iddiaçının tələblərinin ödənilməsi üçün kifayət qədər vaxt verilməsinə baxmayaraq, bu günə kimi borcun ödənilməsi üçün cavabdeh tərəfindən heç bir əməli addım atılmamışdır. İddia tələbində düzgün həlli məqsədi ilə Cavabdeh4 hesablanmış borc məbləğinin düzgün hesablanıb-hesablanmamasının müəyyən edilməsi məqsədi ilə Qax Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı ilə məhkəmə mühasibatlıq ekspertizası təyin edilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Ekspertiza Mərkəzinin 02 fevral 2024-cü il tarixli, № 9/15 saylı rəyi ilə müəyyən edilmişdir ki, rəyin tədqiqat hissəsində göstərildiyi kimi, iş materiallarında olan hesabdan çıxarış məlumatlarına əsasən Cavabdeh4 ilə ASC "xxxx" Bankı arasında bağlanmış xx.xx.2017-ci il tairxli 01 saylı Əlavə Sazişç müqaviləsinin şərtləri nəzərə alınmaqla Cavabdeh4 kredit müqaviləsinin bitmə tarixinə yəni xx.xx.2021-ci il tarixəd banka olan borcu əsas borc üzrə 17763.0 manat, faiz borcu isə 5159.04 manat, illik 5 faiz hesablanmış əldən çıxmış fayda krredit müqaviləsinin bitmə müddətindən sönra yəni xx.xx.2023-cü il tarixə banka olan borcu isə əsas borc üzrə 0 manat faiz borcuna görə 5159.04 manat. əldən çıxmış faydaya görə isə 1139.53 manat (5 faizlə) müəyyən olunur. Beləliklə də, məhkəmə hesab edir ki, Cavabdeh4 iddiaçıya olan faiz borcunun ekspert rəyində göstərilən 5159.04 manat məbləğində hesablanmalıdır. Məhkəmə hesab edir ki, iddianın əsas borc məbləğinin tam şəkildə qaytarıldığı xx.xx.2023-cü il tarixinə qədər vaxtı keçmiş əsas borc məbləğinə illik 15 % (on beş faiz) dərəcəsi ilə hesablanmış 2 710.25 (iki min yeddi yüz on manat 25 qəpik) manat məbləğində penya, xx.xx.2021-ci il tarixdən xx.xx.2023-cü il tarixinə kimi vaxtı keçmiş əsas borc məbləğinə illik 18 % (on səkkiz faiz) dərəcəsi ilə hesablanmış 4 305.48 (dörd min üç yüz beş manat 48 qəpik) manat məbləğində əldən çıxmış faydanın əvəzi, cəmi dair hissəsi təmin edilərsə, bu Cavabdeh4 maddi durumunu ağırlaşdırmaqla iddiaçıya olan borcunu ödəməyə maneçilik törədəcəkdir. Ona görə də, məhkəmə kreditorun əmlak və bütün əsaslı mənafeləri ilə yanaşı Cavabdeh4 da mənafelərini nəzərə alaraq, hesab edir ki, iddiaçı tərəfindən Cavabdeh4 hesablanmış 2 710.25 (iki min yeddi yüz on manat 25 qəpik) manat məbləğində penya tənasübsüz şəkildə 27 (iyirmi yeddi) manat məbləğinədək azaldılmalı, tələbin xx.xx.2021-ci il tarixdən xx.xx.2023-cü il tarixinə kimi vaxtı keçmiş əsas borc məbləğinə illik 18 % (on səkkiz faiz) dərəcəsi ilə hesablanmış 4 305.48 (dörd min üç yüz beş manat 48 qəpik) manat məbləğində əldən çıxmış faydanın əvəzinin tutulmasına dair hissəsi isə təmin edilməməlidir. İddia tələbinin ipoteka predmetinin ilkin satış qiymətinin ipoteka predmetinin ipoteka müqaviləsinin 3.5-ci bəndində qeyd olunmuş likvid dəyəri 24 000(iyirmi dörd min) manat məbləğində təyin edilməsinə dair hissəsinə gəldikdə isə məhkəmə qeyd edir ki, ipoteka predmeti 24000 (iyirmi dörd min) manat məbləğində qiymətləndirilməlidir. Bundan başqa mənzil satıldıqdan sonra orada yaşayan Cavabdeh4, Cavabdeh2 Niyazi qızı, Cavabdeh3 və Əliyeva (Bayramova) Fəridə Əlövsət qızı, onlarla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər fərdi yaşayış evini 1 ay ərzində tərk etmədikləri halda, həmin şəxslər fərdi yaşayış evindən məcburi qaydada çıxarılması tələbinə dair hissəsinə gəldikdə isə məhkəmə hesab edir ki, fərdi yaşayış evi ipoteka ilə yüklü edilsə də, iddiaçı həmin evin boşaldılmasını tələb etməkdə haqlı olmamışdır. Sözügedən evin boşaldılması tələbi ilə yalnız gələcəkdə həmin əmlaka mülkiyyət hüququ əldə edəcək şəxs məhkəməyə müraciət edə bilər. Ona görə də, məhkəmə hesab edir ki, tələbin həmin hissəsi əsassızdır. Belə ki, iş materiallarından görünür ki, Cavabdeh4 həmin mənzilə mülkiyyət hüququ vardır. Həmçinin Cavabdeh2 Niyazi qızı, Cavabdeh3 və Əliyeva (Bayramova) Fəridə Əlövsət qızı ailə üzvləri kimi ipoteka predmetini təşkil edən bu mənzildə yaşamaqla həmin mənzilə sahiblik və ya istifadə hüquqları vardır. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsi mülkiyyət hüququnu subyektin ona mənsub əmlaka sahib olmaq, ondan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarının mövcudluğu kimi təsbit edirlər Avropa Konvensiyasının 1 saylı protokolunun 1-ci maddəsi də şəxsin öz mülkiyyətində olan əmlaka sahib olmaq, ondan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarını müdafiə edir. Bu qanunun normalarına əsasən Cavabdeh4 ipoteka predmetini təşkil edən evə sahib olmaq, ondan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqları, həmçinin Cavabdeh2 Niyazi qızı, Cavabdeh3 və Əliyeva (Bayramova) Fəridə Əlövsət qızının həmin mənzildən istifadə hüquqları vardır. Qanunda göstərilən əsaslar olmadan heç kəs onları bu mülkiyyətdə məhrum edə bilməz. Konstitusiyanın 13 və 29-cu maddələri mülkiyyət hüquqlarının qorunmasın təminat verməklə mülkiyyətdən əsassız məhrumetməni qadağan edir. Azərbaycn Respublikası Mülki Məcəlləsinin 203-212-ci maddələrində mülkiyyət hüququna xitam verilməsinin əsasları göstərilmişdir. Bu normalarda, Mülki Məcəllənin başqa maddələrində, həmçinin digər qanunvericilik aktlarında tutmanın ipotek predmetinə yönəldiyi tələb edildiyi halda daşınmaz əmlaka mülkiyyət hüququna xitam verilməsi öz əksinin tapmamışdır. Mülki Məcəllənin 205.2-ci maddəsi tutmanın yönəldiyi əmlaka mülkiyyətçinin mülkiyyət hüququna, alınmış əmlakın keçdiyi şəxsin həmin əmlaka mülkiyyət hüququnun yarndığı andan xitam verilməsini imperativ qaydada təsbit edilmişdir. İşdəki sübutlardan görünür ki, iddiaçı ASC "xxxx" Bankının göstərilən mənzilə mülkiyyət hüquqları həmçinin istifadə və icarə hüquqları yaranmamışdır. Digər tərəfdən iddiaçı mənzilin bir aydan sonra boşaldılmasını ona tutmanınn yönəldilməli və onun satılmasından sonra ilə bağlı baş verib-verməməsi indidən məlum olmayan, mücərrəd halla bağlayır. İddiaçı göstərilnə halın mütləq baş verəcəyi ilə bağlı məhkəməyə hər hansı sübut təqdim etməmişdir. Halbuki Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən bu iddia tələbini əsaslandıran halı sübut etmə vəzifəsi iddiaçının üzrəinə düşür. Digər tərəfdən qanunda borclunun və (və ya) ipoteka qoyanın, yaxud üçüncü şəxsin ipoteka saxlayanın bütün tələblərini ödədikdən sonra ipoteka predmetinə tutmanın yönəldilməsinə və onun satışına xitam verilməsi halı nəzərdə tutulmuşdur. Belə ki, «İpoteka haqqında» Azərbaycan Respublikası Qanununun 46.1-ci maddəsinə əsasən ipoteka predmetinin açıq bazarda və ya hərracda satışına (altısatqı müqaviləsi notariat qaydasında təsdiq olunanadək və ya hərracın nəticələri üzrə protokol imzalananadək), yaxud bu Qanunun tələblərinə uyğun olaraq onun ipoteka saxlayan tərəfindən əldə olunmasına qədər (alqı-satqı müqaviləsi notariat qaydasında təsdiq olunanadək) əsas öhdəlik üzrə borclu və (və ya) ipoteka qoyan, yaxud hər hansı üçüncü şəxs ipoteka saxlayanın əsas bütün tələblərini ödəyərək ipoteka predmetinə tutma yönəldilməsinə və onun satışına xitam verə bilər. Bu hüququ məhdudlaşdıran razılaşma əhəmiyyətsizdir. Bu xüsusda məhkəmə bildirir ki, göstərilən şəxslərin həmin mənzildən çıxarılması tələbinin təmin edilməsi heç şübhəsiz ki, borclu, ipoteka qoyan və ya üçüncü şəxs tərəfindən ipoteka saxlayanın tələbinin təmin edilərək, ipoteka predmetinə tutma yönəldilməsi və onun satışına xitam verə bilməsi barədə hüquq əsassız olaraq məhdudlaşdırılmış olardı. Məhkəmə hesab edir ki, ipoteka predmeti olan Cavabdeh4 məxsus olan Qax şəhəri. Şota Rustaveli küçəsində, 14 nömrəli, 5 mərtəbəli binanın 4-cü girişində, 3cü mərtəbəsində yerləşən, 52.4 kv.m ümumi, 29.4 kv.m yaşayış, 23 kv.m yardımçı sahədən ibarət 2 otaqlı 56 nömrəli mənzilə tutma yönəldikdə və satıldıqda ən geci 1 ay ərzində həmin yaşayış sahəsindən cavabdehlər Cavabdeh2 Niyazi qızı, Cavabdeh3 və Əliyeva (Bayramova) Fəridə Əlövsət qızının həmin evdən çıxarılmaları onların Azərbaycan Respublikası Konstitusiyasının 13 və 29 maddələri, Avropa Konvensiyasının 1 saylı protokolunun 1-ci maddəsi və Mülki Məcəllənin 152-ci maddəsi ilə müdafiə olunan, həmçinin sahiblik və ya istifadə hüquqlarının pozulması ilə nəticələnmiş olardı. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 423.2-ci maddəsinə əsasən Müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni dəyişdirmək və ya ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətində ondan cavab almadıqda irəli sürə bilər. Həmin Məcəllənin 424.2-ci maddəsinə əsasən müqavilə ləğv edilərkən tərəflərin öhdəliklərinə xitam verilir. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. «İpoteka haqqında» Azərbaycan Respublikası Qanunun 39.3-cü maddəsinə əsasən məhkəmə tərəfindən ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edilərkən, qərarda ipoteka predmetinin ilkin satışı qiyməti göstərilməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. «İpoteka haqqında» Azərbaycan Respublikası Qanunun 39.3-cü maddəsinə əsasən məhkəmə tərəfindən ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edilərkən, qərarda ipoteka predmetinin ilkin satışı qiyməti göstərilməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1-ci maddəsinə görə tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.1-ci maddəsinə görə qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Mahmudov Rusiya Federasiyasına qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq sübut etmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm movcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gəlir. Həmçinin “Qavazov Bolqarıstana qarşı” iş üzrə 06 mart 2008-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq olunur. Şərh olunanlara obyektiv hüquqi qiymət verərək məhkəmə hesab edir ki, ilkin iddia qismən təmin edilməli, xx.xx.2014-cü il tarixli **********99214/1M №-li İpoteka müqaviləsi üzrə ipoteka predmeti qismində çıxış edən Cavabdeh4 məxsus olan Qax şəhəri, Şota Rustaveli küçəsində, 14 nömrəli, 5 mərtəbəli binanın 4-cü girişində, 3-cü mərtəbəsində yerləşən, 52.4 kv.m ümumi, 29.4 kv.m yaşayış, 23 kv.m yardımçı sahədən ibarət 2 otaqlı 56 nömrəli mənzilə tutma yönəldilməli, ipoteka predmeti açıq hərracda satılmalı və həmin əmlak obyektinin satışından əldə olunan vəsait hesabına borcalan Cavabdeh4 xx.xx.2014-cü il tarixli **********99214 №-li Kredit müqaviləsi üzrə iddiaçı ASC "xxxx" Bankı qarşısındakı kreditin qaytarılma müddətinin bitdiyi xx.xx.2021-ci il tarixinə qədər kreditdən istifadəyə görə hesablanmış 5159.04 (beş min bir yüz əlli doqquz manat 04 qəpik) manat məbləğində adi faizlər üzrə borc məbləği, əsas borc məbləğinin tam şəkildə qaytarıldığı xx.xx.2023-cü il tarixinə qədər vaxtı keçmiş əsas borc məbləğinə illik 15 % (on beş faiz) dərəcəsi ilə hesablanmış 27 (iyirmi yeddi) manat məbləğində penya və ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin dövlət qeydiyyatına alınmasına görə 45 (qırx beş) manat məbləğində çəkilmiş xərc və 72.31 (yetmiş iki manat 67 qəpik) manat məbləğində dövlət rüsumu olmaqla ümumilikdə 5303.35 (beş min üç yüz üç manat otuz beş qəpik) manat pul Cavabdeh4 iddiaçının xeyrinə tutulmalı və ipoteka predmetlərinin ilkin satış qiyməti ipoteka müqaviləsinin 3.5-ci bəndində göstərilmiş likvid dəyərinə uyğun olaraq 24000 (iyirmi dörd min) manat müəyyən edilməli, iş üzrə 100 (bir yüz) manat ekspertiza xərci Cavabdeh4 tutularaq müvafiq hesaba ödənilməli, iddia qalan hissədə rədd edilməlidir. Göstərilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 maddələrinə əsasən məhkəmə, qətetdi: İddia qismən təmin edilsin. xx.xx.2014-cü il tarixli **********99214/1M №-li İpoteka müqaviləsi üzrə ipoteka predmeti qismində çıxış edən Cavabdeh4 məxsus olan Qax şəhəri, Şota Rustaveli küçəsində, 14 nömrəli, 5 mərtəbəli binanın 4-cü girişində, 3-cü mərtəbəsində yerləşən, 52.4 kv.m ümumi, 29.4 kv.m yaşayış, 23 kv.m yardımçı sahədən ibarət 2 otaqlı 56 nömrəli mənzilə tutma yönəldilsin, ipoteka predmeti açıq hərracda satılsın. Həmin əmlak obyektinin satışından əldə olunan vəsait hesabına borcalan Cavabdeh4 xx.xx.2014-cü il tarixli **********99214 №-li Kredit müqaviləsi üzrə iddiaçı ASC "xxxx" Bankı qarşısındakı kreditin qaytarılma müddətinin bitdiyi xx.xx.2021-ci il tarixinə qədər kreditdən istifadəyə görə hesablanmış 5159.04 (beş min bir yüz əlli doqquz manat 04 qəpik) manat məbləğində adi faizlər üzrə borc məbləği, əsas borc məbləğinin tam şəkildə qaytarıldığı xx.xx.2023-cü il tarixinə qədər vaxtı keçmiş əsas borc məbləğinə illik 15 % (on beş faiz) dərəcəsi ilə hesablanmış 27 (iyirmi yeddi) manat məbləğində penya və ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin dövlət qeydiyyatına alınmasına görə 45 (qırx beş) manat məbləğində çəkilmiş xərc və 72.31 (yetmiş iki manat 67 qəpik) manat məbləğində dövlət rüsumu olmaqla ümumilikdə 5303.35 (beş min üç yüz üç manat otuz beş qəpik) manat pul Cavabdeh4 iddiaçının xeyrinə tutulsun. İpoteka predmetlərinin ilkin satış qiyməti ipoteka müqaviləsinin 3.5-ci bəndində göstərilmiş likvid dəyərinə uyğun olaraq 24000 (iyirmi dörd min) manat müəyyən edilsin. İş üzrə 100 (bir yüz) manat ekspertiza xərci Cavabdeh4 tutularaq müvafiq hesaba ödənilsin. İddia qalan hissədə rədd edilsin. (Büdcə təsnifatının kod-1425954, büdcə səviyyəsinin kodu-3, SAP(XİİS) hesabı, adı-X2, kodu 210005, VÖEN **********, Müxbir hesab- Az41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi-VÖEN **********, Hesab-AZ34CTRE********************) Qətnamədən tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qax Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verə bilər. Qax Rayon Məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Malik Qarayev
Məhkəmə qərarları › İş №e-2(024)-44/2024
Qax Rayon Məhkəməsi Qətnamə — İş №e-2(024)-44/2024
24.04.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver