Azərbaycan Respublikası adından QƏTNAMƏ Qax rayonu İş № e-2(024)-512/2024 06.11.2024 QAX RAYON MƏHKƏMƏSİ Hakim Kərimov Taleh Etibar oğlunun sədrliyi, Məhkəmə iclas katibi (böyük məsləhətçi) Quliyev Elçin Feyzullah oğlunun katibliyi, İddiaçı Cavabdeh qarşı «kredit müqaviləsi üzrə pul» tələbinə dair mülki işə Qax Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyənetdi: İddiaçı Cavabdeh qarşı «kredit müqaviləsi üzrə pul» tələbinə dair iddia ərizəsi ilə Qax Rayon Məhkəməsinə müraciət edərək Cavabdeh xx.xx.2021-ci il tarixli kredit müqaviləsi üzrə 14900 (on dörd min doqquz yüz) manat pulun və 135 manat dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə tərəflərə lazımi qaydada məlumat verilmiş, İddiaçı və Cavabdeh məhkəmə iclasına gəlməmiş, iddiaçının vəkili Vəkil məhkəməyə elektron ərizə ilə müraciət edərək iddia ərizəsində qeyd edilənlərin nəzərə alınmasını, mülki işə onların iştirakı olmadan baxılmasını və iddianın tam təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmiş, Cavabdeh əvvəlki məhkəmə hazırlıq iclaslarında iştirak etmiş, lakin məhkəmə baxış iclasına gəlməməsinin üzürlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə tərəflərin iştirakı olmadan baxılmasının mümkün hesab etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh xx.xx.2021-ci il tarixdə iddiaçıdan xx.xx.2022-ci il tarixində qaytarmaq şərti ilə 14900 (on dörd min doqquz yüz) manat pul məbləğində borc almış, bu barədə həmin tarixdə aralarında kredit müqaviləsi bağlanmış və müqavilə Abşeron rayonu 1 saylı notariat ofisinin xüsusi notariusu X3 tərəfindən təsdiq edilmişdir. Qeyd etdiyi kimi cavabdeh borcu xx.xx.2022-ci il tarixdə qaytarmalı olduğu halda bu günə kimi onu aldadaraq pulu qaytarmır. Hər dəfə müxəlif bəhanələr gətirən cavabdehin borcu qaytarmaq niyyəti yoxdur və gələcəkdə qaytaracağına dair təminat da vermir. Belə olan halda borcun məcburi qaydada cavabdehdən alınması üçün aidiyyatı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Hesab edir ki, işin faktiki hallarını və qanunvericiliyin tələbini nəzərə alaraq cavabdehə qarşı tələbi əsaslı olduğundan iddia ərizəsi təmin edilməklə cavabdehdən borclu olduğu pulun və iddia qaldırılmasına görə ödədiyi dövlət rusmunun tutulması barədə ədalətli və qanuni qətnamə qəbul ediləcəkdir. Odur ki, hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Cavabdeh iştirak etdiyi məhkəmə iclasında iddia tələbini qəbul etmədi və iddia ilə bağlı göstərdi ki, həmin pul iddiaçının özünə qaytarılmışdır. Kredit müqaviləsində qeyd edilən pulu iddiaçıdan keçmiş arvadı Təravət almış, pul da notariusda verilmişdir. Sadəcə olaraq notariusda arvadı Təravətin şəxsiyyət vəsiqəsi üzərində olmadığı üçün onun adına sənədləşmə getmişdir. İddiaçı pulu oradan götürüb keçmiş arvadı Təravətə vermişdir. İddiaçı uzaqdan-uzağa onun yoldaşı olmuşdur. Təravət Bakı şəhəri ərazisində hazırlıq kursu işlətmiş, iddiaçının arvadı da orada qəbul bölməsində təxminən bir-iki ay müddətində müvəqqəti işləmişdir. Hazırlıq kursunun adı “X6” olmuş və Abşeron rayonu, Xırdalan şəhərində yerləşmişdir. Onlar orada yaşamışlar. Təravət krediti qızıl-alıb satmaq məqsədi ilə almışdır. İkinci dəfə isə İddiaçı Təravətə pul verərkən notariusda rəsmiləşdirməyi təklif etmişdir. Həmin vaxt Təravətin üstündə şəxsiyyət vəsiqəsi olmamış, ona görə də, kredit müqaviləsinə o imza etmişdir. Belə olduğu üçün onun adına sənədləşmə getmişdir. Bundan əvvəl isə İddiaçı bir-iki dəfə yazılı olmadan Təravətə borc pul vermişdir. Həmin pulların Təravətə verilməsindən onun xəbəri olmuş, Təravət bu barədə ona məlumat vermişdir. Təravətin Turaldan 14400 manat, 7000 manat və yaxud 6000 manat götürməsini dəqiq olaraq xatırlamır. Özü əvvəllər polis işləmiş, sonradan öz xahişinə əsasən işindən azad olunmuşdur. Kredit müqaviləsi bağlanan zaman polis əməkdaşı olmuşdur. Notariusda pul verildikdən sonra da dəfələrlə iddiaçı tərəfindən Təravətə borc pul verilmiş, həmin pulların çoxu da iddiaçıya geri qaytarılmışdır. Həmin pul ödənməmiş olsaydı İddiaçı keçmiş arvadı Təravətə pul verməzdi. Təravət barəsində məhkəmə hökmü çıxarılmışdır və hökmü məhkəməyə təqdim edəcəkdir. Hazırda iddiaçının əlinə şans düşmüş, onun adına kredit müqaviləsi sənədləşdiyi üçün bundan istifadə edir. Kredit müqaviləsi bağlandıqdan sonra pulu notariusda Təravət götürmüşdür, lakin pulun hara xərclənməsi ilə bağlı məlumatı olmamışdır. X8 özləri haqq-hesab etmiş, qızıl-alıb satmışlar. Təravət Bilalova şahid qismində məhkəməyə dəvət olunarsa özü şəxsən gəlib etiraf edə bilər. Təravət Sumqayıt Ağır Cinayətlər Məhkəməsində də pulu notariusda özünün götürdüyünü, hadisənin necə baş verməsini ətraflı şəkildə danışmışdır. Təravət başqa şəxslərdən də pul almışdır. Əgər bu işlərdə onun da əli olsaydı, başqa şəxslər də barəsində şikayət edərdilər. Çünki həmin şəxslər onu tanımadığını, pulu keçmiş arvadı Təravətə verdiklərini bildirmişlər. Yəni orada onun adı heç vaxt hallanmamış, heç vaxt o işlərə qarışmamışdır. İddia tələbini qəbul etmir və əsassız sayır. Hazırda cəzaçəkmə müəssisəsində cəza çəkən X1 şahid qismində məhkəmədə iştirakının təmin edilməsini xahiş edir. Çünki həmin pulu Təravət götürmüş, xərcləmiş və pul iddiaçıya qaytarılmışdır. İddiaçı əlində olan notariusda təsdiq olunmuş kredit müqaviləsini əsas tutur və həmin sənəddən istifadə edərək iki dəfə pul almaq istəyir. Qeyd olunanlara əsasən iddia tələbinin rədd edilməsini xahiş etdi. Mülki iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: İddiaçı ilə Cavabdeh arasında bağlanmış və Abşeron rayonu 1 saylı Notariat ofisinin xüsusi notariusu tərəfindən təsdiq olunmuş xx.xx.2020-ci il tarixli kredit müqaviləsinin surətindən görünür ki, İddiaçı tərəfindən Cavabdeh xx.xx.2022-ci il tarixədək qaytarılması şərti ilə 14900 manat məbləğində kredit verilmişdir. Borc tələbi barədə Bildirişdən görünür ki, İddiaçı tərəfindən 21 avqust 2023-cü il tarixdə Cavabdeh 10 gün müddətində borcun geri qaytarılması tələb olunmuş, əks təqdirdə borcun məburi qaydada tutulması üçün borcla yanaşı çəkəcəyi hüquqi və digər xərcləri, eyni zamanda əldən çıxmış faydanı və pulundan faydalandığı üçün əlavə faizləri də cavabdehdən tələb edəcəyi barədə xəbərdarlıq edilmişdir. Paysis MMC vasitəsilə ödənilmiş xx.xx.2024-cü il tarixli 62223349 nömrəli qəbzdən görünür ki, iddiaçı məhkəmədə iddia qaldırmaq üçün 135 manat məbləğində dövlət rüsumu ödəmişdir. Mülki Prosessual Məcəllənin 88-ci maddəsinə təsbit edilmişdir ki, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə işin hallarına dair cavabdehin izahatını dinləyib, iddia ərizəsinin dəlillərini mülki iş materialları ilə birlikdə araşdırıb, işin hallarına tətbiq edilməli olan qanunvericiliyə əsasən hüquqi qiymət verərək, aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir (Mülki Prosessual Məcəllənin 217.3 və 218.1-ci maddələri). Məhkəmə göstərir ki, tərəflər arasında yaranmış hüquq münasibətləri borcla bağlı yaranan mülki münasibətlərdir. Ona görə də işin hallarına borcla bağlı qanunvericiliyə əsasən hüquqi qiymət verilməli və Azərbaycan Respublikası Mülki Məcəlləsinin aşağıdakı müddəaları əsasında həll olunmalıdır. Mülki Məcəllənin mülki hüquqların və vəzifələrin əmələ gəlməsindən bəhs edən 2-ci fəslinin 14.2.1-ci maddəsinə görə qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr (əmək müqavilələri istisna olmaqla) və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biridir. İddia tələbinin hüquqi əsasını təşkil edən Azərbaycan Respublikası Mülki Məcəlləsinin həmin vaxt qüvvədə olan 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin həmin vaxt qüvvədə olan 740-cı maddəsində deyilir ki, borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. İddia tələbinin kökündə tələb etmənin əsası kimi xx.xx.2020-ci il tarixli kredit müqaviləsi dayanır. Məhz iddiaçı həmin müqaviləni rəhbər tutaraq hazırda cavabdehdən borc məbləğini tələb edir və əsas kimi göstərir ki, borcalan kredit müqaviləsi üzrə üzərinə düşən öhdəlikləri icra etməmişdir. Məhkəmə bununla bağlı aşağıdakıları göstərməyi zəruri hesab edir. Qeyd olunmalıdır ki, mülki münasibətlərdə hüquq və vəzifələrin əmələ gəlməsi, bir qayda olaraq, müqavilələrlə (əqdlərlə) bağlıdır. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Müqavilənin bağlanması üçün tərəflərin razılaşdırılmış iradə ifadəsi olmalıdır. Hər kəs müqavilə bağlamaqda müstəqildir və müqavilə azadlığı mülki qanunvericiliyin əsas prinsiplərindən biridir (Mülki Məcəllənin 6-cı maddəsi). Həmin prinsip mülki hüquq subyektlərinə müstəqil olaraq, heç kəsin iradəsindən asılı olmadan öz mülahizə və istəklərinə görə mənafelərini nəzərə almaqla müqavilə bağlamaq imkanı verir. Mülki Məcəllənin “Müqavilə hüququ” adlanan 20-ci fəslinin məqsədi müqavilə hüquq münasibətlərinə girən tərəflərin sərbəst iradə ifadəsi və bərabərliyi prinsiplərinə riayət etməklə və onların müqavilə maraqlarını qorumaqla mülki dövriyyənin azadlığını təmin etməkdir. Mülki Məcəllənin 390.1-ci maddəsinin məzmununa görə, fiziki və hüquqi şəxslər müqavilə əsasında öz hüquq və vəzifələrinin, həmçinin müqavilənin qanuna zidd olmayan istənilən şərtinin müəyyən edilməsində sərbəstdirlər. Mülki qanunvericilikdə müqavilə hüququnun əsasını təşkil edən müqavilə azadlığı prinsipi ilə yanaşı, bağlanan müqavilələrin ümumi şərtlərini (müqavilənin növlərini və formasını, onun standart şərtlərini, dəyişdirilməsinin və ləğv edilməsinin əsaslarını və s.), o cümlədən bağlanmış müqavilənin qüvvəsini tənzimləyən bir sıra müddəalar nəzərdə tutulmuşdur. Müqavilə münasibətlərində tərəflər bərabər hüquq və vəzifələrə malik olmaqla balanslaşdırılmış ortaq maraqdan çıxış edir. Həmin müqaviləni bağlayan şəxslərin iqtisadi marağı onda ifadə olunur ki, bir tərəf - borc verən pul məbləğini digər tərəfin mülkiyyətinə verir və borc məbləği artıq onun sərəncamından çıxmış hesab olunur, digər tərəf isə istifadə müddəti ərzində həmin vəsaitdən səmərəli istifadə etməklə faydalanmağı nəzərdə tutur və müddəti çatdıqda borcunu qaytarmağı öhdəsinə götürür. Müqavilənin mahiyyəti onda ifadə olunur ki, belə razılaşmada hər iki tərəfin mənafeyi qorunur. Mülki qanunvericilik müqavilə şərtlərinin məcburiliyini və icra edilməli olduğunu təsbit edir. Bu prinsipə görə, bağlanmış müqavilələr onlarda göstərilən və tərəflərin razılığa gəldikləri şərtlər əsasında da icra edilir. Həmin prinsip müəyyən edir ki, müqavilə qüvvəyə mindiyi andan tərəflər üçün məcburi xarakterə malik olur və onun şərtləri, bir qayda olaraq, dəyişdirilmir. Bu, mülki dövriyyənin sabitliyini, möhkəmliyini və dayanıqlığını təmin edir. Eyni zamanda, mülki qanunvericilik müqavilənin qüvvədə olduğu müddət ərzində dəyişdirilməsinin və ləğv edilməsinin mümkünlüyünü nəzərdə tutur. Belə ki, Mülki Məcəllənin 386.1-ci maddəsi bəzi istisnalarla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilənin bağlanmalı olduğunu müəyyən edir. Həmin maddədə nəzərdə tutulmuşdur ki, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. İddia ərizəsinə əlavə edilmiş sənədlərə istinad edilən zaman müəyyən edilir ki, kreditor və borcalan xx.xx.2020-ci il tarixli kredit müqaviləsini Mülki Məcəllənin 390-cı maddəsinin tələbləri baxımından könüllü şəkildə iradələrinə uyğun olaraq bağlamışlar və müqavilənin etibarsızlığı baxımından hər hansı hüquqi durum mövcud deyildir. Müqavilə nəticəsində iddiaçı borc verən, cavabdeh isə borcalan statusu əldə etmişdir. Həmin müqavilə onlar arasında yaranmış borc münasibətlərinin təməlini qoymuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsində göstərilmişdir ki, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Həmin Məcəllənin 425.1-ci maddəsinin tələbinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Mülki Məcəllənin 448.1-ci maddəsində deyilir ki, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. İş materialları ilə müəyyən edilmişdir ki, tərəflər arasında borc münasibətləri mövcud olmuş və cavabdeh X4 İddiaçı ümumilikdə 14900 manat borc pul almış və xx.xx.2020-ci il tarixdə bu barədə tərəflər arasında notariat ofisində kredit müaviləsi bağalanaraq təsdiqlənmişdir. Həmin müqavilə üzrə cavabdeh xx.xx.2022-ci il tarixdə qaytaracağına dair öhdəlik götürmüşdür. Lakin cavabdeh verdiyi vədə əməl etməmişdir. Eyni zamanda hazırki vaxtadək borcundan iddiaçıya heç bir ödəniş etməmişdir. Cavabdeh müqavilə tərəfi kimi borcalan qismində imza etsə də, 14900 manat pulun ona deyil, keçmiş həyat yoldaşı Təravət Bilalovaya verildiyini, həmin vaxt Təravət Bilalovanın üzərində şəxsiyyət vəsiqəsi olmadığı üçün həmin müqaviləyə imza etdiyini, məhkəməyə təqdim etdiyi Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin 15 may 2023-cü il tarixli 1(124)-81/2023 nömrli hökmündə Təravət Bilalovanın bu barədə ifadə verdiyini göstərsə də, onun bu izahatına məhkəmə tənqidi yanaşmışdır. X2 cinayət məsuliyyətinə cəlb olunmuş və Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin 15 may 2023-cü il tarixli 1(124)-81/2023 nömrəli hökmü əsasında AR CM-nin 178.3.2-ci maddəs ilə təqsirli bilinərək 06 (altı) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2023-cü il tarixli 1(105)-396/2023 nömrəli qərarından görünür ki, Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin 15 may 2023-cü il tarixli 1(124)-81/2023 nömrəli hökmü dəyişdirilmədən saxlanılmışdır. Həmin hökm qanuni qüvvəsini almışdır. Ona görə də hazırkı mülki iş üzrə preyudisial əhəmiyyətə malikdir. Azərbaycan Respublikası CPM–in 65.4-cü maddəsinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə, kommersiya və ya inzibati mübahisəyə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. İddianın təmin edilməsi hüququnu təsdiq edən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü mülki işə baxılarkən məhkəmə üçün bu hissədə məcburidir. Azərbaycan Respublikası MPM–in 82.4-cü maddəsinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Belə ki, cavabdeh tərəfindən məhkəməyə təqdim olunmuş qeyd olunan hökmdə Təravət Bilalova göstərmişdir ki, 2020-ci ilin avqust ayında Tural 14400 manat pulu yaşadığı Abşeron rayonunda yerləşən mənzildə əri Cavabdeh yanında ona vermişdir. 2020-ci ilin sentyabr ayında Tural əri Məhəmmədin iştirakı ilə ona 6600 manat pul vermişdir. Tural 2020-ci ilin oktyabr ayında bankdan götürdüyünü dediyi 7000 manat məbləğdə pulu ona vermişdir. 2020-ci ilin oktyabr ayında Tural ona 10000 manat, noyabr ayında 15000 manat məbləğində pulu notariat qaydada vermişdir. Turala 10000 manat pulun müqabilində beş ay ərzində hər ay 1000 manat, 15000 manat pulun müqabilində isə 4 ay hər ay 1500 manat olmaqla vermişdir. Lakin cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş həmin hökmdə İddiaçı ifadəsinə nəzər saldıqda görünür ki, o ifadəsində göstərmişdir ki, iddiaçı FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətində əməliyyat növbətçisi vəzifəsində çalışmışdır. Cavabdeh təxminən 7-8 ildir tanıyır. Təravət Bilalovanı da təqribən 2-3 il olar bağça müdirəsi kimi tanımışdır. 2020-ci ilin avqust ayında Məhəmmədlə birlikdə parkda gəzərkən işlərinin yaxşı olmadığını və əlavə qazanc mənbəyi axtardığını demişdir. Məhəmməd də Təravətlə birlikdə qızıl işi ilə məşğul olduqlarını, qızıl-zinət əşyalarını ucuz qiymətə aldıqlarını və daha sonra həmin malların üzərinə pul qoymaqla baha qiymətə kreditə satdıqlarını demişdir. Məhəmməd ona həmin işə qoşulmaq üçün Təravətə pul verməyini, Təravətin də ona verdiyi pula görə hər ay qazanc verəcəyini demişdir. Məhəmmədi uzun illər tanıdığı üçün bu işə razılaşmışdır. Pulu olmadığı üçün 2020-ci ilin avqust ayında özünə məxsus olan “Mercedes” markalı avtomobili 14.400 manat müqabilində satmışdır. Həmin pulu 2020-ci ilin avqust ayında Təravət Bilalovaya əri Cavabdeh iştirakı ilə vermişdir. Təravət növbəti ay 1500 manat pul vermişdir. Bu işin gəlirli iş olduğunu görmüşdür. Təravət işlərin yaxşı olduğunu, ucuz qızıllar olduğunu, daha çox pul versə, daha çox pul qazandıra biləcəyini demişdir. Buna görə Təravətin sözlərinə inanıb "xxxx" ASC-nin Xırdalan filialından 6.600 manat pul götürüb həmin pulu 2020-ci ilin sentyabr ayında Təravətə əri Məhəmmədin yanında vermişdir. Təravət də verdiyi ümumi 21000 manat pulun müqabilində ona aylıq 2.100 manat pul verəcəyini demişdir. Daha çox qazanc əldə etmək üçün Höküməli- Qobu yolunda yerləşən torpaq sahəsini hissə-hissə olmaqla satmışdır. Torpağın satışından əldə etdiyi pulları Təravətə vermişdir. Fevral-mart aylarında ondan 113 min pul almışlar. Ona 45-50 manata qızıl alıb satdıqlarını demişdilər. Təravət Bilalova ondan 2020-ci ilin avqust ayından 2021-ci ilin mart ayınadək olan müddət ərzində hissə-hissə olmaqla 162.000163.000 manat pul almışdır. Təxminən 40-50 min manat pulu qaytarmışdır. Hazırda təxminən 112000 manat pul borcludur. O, Təravətin başqa şəxslərə borclu olduğunu bilməmişdir. Beləliklə məhkəmə tərəfindən müəyyən olundu ki, İddiaçı məhkəmə istintaq zamanı verdiyi ifadəsində 2020-ci ilin avqust ayında özünə məxsus olan “Mercedes” markalı avtomobili 14.400 manat müqabilində satdıqdan sonra həmin pulu 2020-ci ilin avqust ayında Təravət Bilalovaya əri Cavabdeh iştirakı ilə verdiyini göstərmişdir. İddiaçıla Cavabdeh arasında 14900 manat pulun Cavabdeh verilməsini sübut edən kredit müqaviləsi xx.xx.2020-ci il tarixdə bağlanmışdır. Yəni İddiaçı tərəfindən 2020-ci ilin avqut ayında Təravət Bilalovaya, həmin ilin noyabr ayında isə Cavabdeh 14900 manat borc verməsi mümkün olan bir haldır. Göründüyü kimi cavabdehin izahatında gətirdiyi dəlillər hər hansı başqa sübut ilə təsdiq edilmədiyindən mötəbər sübut kimi qəbul edilə bilməz. Məhkəmə həmin hökmdə Təravət Bilalovanın 2020-ci ilin avqust ayında İddiaçı 14400 manat pulu yaşadığı Abşeron rayonunda yerləşən mənzildə əri Cavabdeh yanında ona verməsi və həmin ilin noyabr ayında 15000 manat məbləğində pulu notariat qaydada ona verməsi barədə göstərdiklərini hazırki iddianın predmeti olan 14900 manat pulun iddiaçı tərəfindən Cavabdeh verilməsini təkzib edən sübut kimi qəbul etmir. Çünki ilk öncə məhkəmə qeyd edir ki, hökmdə qeyd olunan Təravət Bilalovanın ifadəsində qeyd edilən İddiaçı borc aldığı həmin məbləğlərlə hazırki iddia üzrə tələb olunan və kredit müqaviləsində qeyd olunan məbləğ fərqlidir, bu dəlilləri irəli sürməklə sübutetmə yükünü öz üzərinə götürmüş cavabdeh Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin müvafiq hökmündə qeyd olunan pul məbləğlərinin hazırki tələbdə qeyd olunan məbləğ olmasını həmin hökm istisna olmaqla sübut edəcək hər hansı bir sübutu məhkəməyə təqdim etməmişdir. Lakin iddiaçının məhkəməyə sübut qismində təqdim etdiyi cavabdehin ona 14900 manat borcunun olmasını əks etdirən yuxarıda qeyd olunan kredit müqaviləsi iddianın sübuta yetirilməsi baxımından daha əsaslı və mötəbər sübut hesab edilməlidir. İddiaçıla Cavabdeh arasında 14900 manat pulun Cavabdeh verilməsini ilə bağlı kredit müqaviləsi xx.xx.2020-ci il tarixdə bağlanmışdır. Cavabdeh kredit müqaviləsinə imza etsə də, borc məbləğinin Təravət Bilalovanın götürməsi ilə bağlı istinad etdiyi hallara dair məhkəməyə heç bir sübut təqdim etməmişdir. Qeyd olunan kredit müqaviləsi cavabdeh tərəfindən mübahisələndirilməmiş və hazırda qüvvədədir. Məhkəmə həmçinin Cavabdeh 14900 (on dörd min doqquz yüz) manat pulun ona deyil, keçmiş arvadı Təravət Bilalovaya verilməsi barədə izahatını hazırki halda mülki məsuliyyətdən yaxa qurtarmaq kimi qiymətləndirir. Kredit müqaviləsindən görünür ki, tərəflər müqaviləni notariat qaydada xx.xx.2020-ci il tarixdə bağlamış, borcun xx.xx.2022-ci il tarixə qədər tam ödəniləcəyi barədə razılığa gəlmişlər. Həmçinin cavabdeh həmin borcun iddiaçıya ödənildiyi iddia etmişdir. Cavabdeh nə həmin pulun keçmiş arvadına verilməsini, nə də həmin borcun tam ödənilməsini təsdiq edəcək hər hansı bir mötəbər sübutu məhkəməyə təqdim edə bilməmişdir. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. (Azərbaycan Respublikası MPM-nin 76.1 və 76.2-ci maddələri). Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsində göstərilmişdir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. «Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2019-cu il tarixli Qərarında göstərilmişdir ki, hüquqi həqiqət prinsipi, bir növ, əvvəllər mövcud olmuş obyektiv həqiqət prinsipi ilə anqlo-sakson hüquq sisteminə xas olan xalis çəkişmə əsasında qurulan formal həqiqət prinsipi arasında kompromisdir. Çünki iş üzrə ədalətli qərar qəbul etmək üçün məhkəmə tərəflərin çəkişməsini, sübutların araşdırılmasında real iştirakını təmin etməli və digər prosessual hüquqlarını həyata keçirmələrinə köməklik göstərməlidir. Ümumiyyətlə hüquqi həqiqət prinsipinin realizəsi mexanizmi bu cürdür: iş üzrə sübutetmə predmetinə daxil olan halların təqdim edilməsi yükü tərəflərin üzərinə düşür; məhz tərəflər bu halların mövcud olubolmamasını sübut etməyə borcludurlar; prosesdə həqiqəti isə ədalət mühakiməsi orqanı olaraq məhkəmə müəyyən edir. Nəticədə hüquqi həqiqət prinsipi mülki prosesdə tərəflər və məhkəmə arasında müəyyən iş bölgüsünə gətirib çıxarır: tərəflər işin faktiki hallarını təqdim edir, məhkəmə isə sübutları qiymətləndirir və sonda hüququ tətbiq edir. Belə iş bölgüsü Roma hüququnun “da mihi factum, dabo tibi ius” (“mənə faktları ver, mən sənə uyğun hüququ verəcəm”) prinsipinə əsaslanır. Ona görə də, məhkəmə hesab edir ki, iddia tələbi əsaslıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "C.Əzimovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2018-ci il tarixli Qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına” dair xx.xx.2018-ci il Qərarında formalaşdırılan hüquqi mövqeyə görə, mülki prosessual qanunvericiliyə görə, iş üzrə tərəflərin izahatları yalnız başqa obyektiv sübutlarla təsdiq edildiyi halda məhkəmə tərəfindən qəbul edilə bilər. Bu baxımdan hər bir izahat məhkəmə tərəfindən ətraflı yoxlanılmalı və digər mövcud sübutlarla təsdiq edilib əsaslandırılmalıdır. Materiallar o zaman sübut kimi qəbul oluna bilər ki, onlar faktları təsdiq edən halları nəzərdə tutsun və yalnız obyektiv təsdiqini tapan həmin hallar əsasında məhkəmə iş üçün əhəmiyyət daşıyan faktiki halları müəyyən etsin. «Məhkəmələr və hakimlər haqqında» Azərbaycan Respublikası Qanunun 100-cü maddəsinin 3-cü bəndinə görə məhkəmə qərarları hakimlərin sərbəst daxili inamına və məhkəmə araşdırmasının nəticələrinə əsaslanmalıdır. Azərbaycan Respublikası Konstitusiyasında ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsipləri kimi işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxılması (127-ci maddənin İİ hissəsi), məhkəmə icraatının çəkişmə prinsipi əsasında həyata keçirilməsi (127-ci maddənin Vİİ hissəsi) təsbit olunmuşdur. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (Azərbaycan Respublikası MPM-nin 217.1 və 217.4-cü maddələri). Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumu "S.Əliyevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının xx.xx.2004-cü il tarxli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair" 31 may 2006-cı il tarixli qərarında göstərmişdir ki, məhkəmə özü tərəfindən işin müəyyən olunmuş hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməlidir. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmununu qətnamədə şərh etməli, sübutları əlaqələndirməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəblərini göstərməlidir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh 14900 (on dörd min doqquz yüz) manat pul alınaraq İddiaçı verilməlidir. Həmçinin məhkəmə onu da qeyd edir ki, iddia ərizəsinin verilməsi üçün dövlət rüsumu olaraq ödənilmiş 135 (bir yüz otuz beş) manat pulun əvəzinin də Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə uyğun olaraq cavabdehdən alınaraq iddiaçıya verilməsi qət edilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia tələbi təmin edilsin. Cavabdeh 14900 (on dörd min doqquz yüz) manat məbləğdə pul alınaraq İddiaçı verilsin. İddia ərizəsinin verilməsi üçün dövlət rüsumu olaraq ödənilmiş 135 (bir yüz otuz beş) manat pulun əvəzi Cavabdeh alınaraq İddiaçı verilsin. Qətnamədən təqdim olunduğu andan 1 (bir) ay müddətində Qax Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim : Taleh Kərimov
Məhkəmə qərarları › İş №e-2(024)-512/2024
Qax Rayon Məhkəməsi Qətnamə — İş №e-2(024)-512/2024
06.11.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver