Məhkəmə qərarları › İş №e-2(024)-521/2024

Qax Rayon Məhkəməsi Qətnamə — İş №e-2(024)-521/2024

15.10.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qax rayonu İş № e-2(024)-521/2024 15.10.2024 QAX RAYON MƏHKƏMƏSİ Hakim Kərimov Taleh Etibar oğlunun sədrliyi, Məhkəmə iclas katibi (böyük məsləhətçi) Quliyev Elçin Feyzullah oğlunun katibliyi ilə, İddiaçı "xxxx" ASC-nin etibarnamə üzrə nümayəndəsi Nümayəndə3 iştirakı ilə İddiaçı "xxxx" ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2 qarşı «kredit müqaviləsi üzrə borcun tutulması» tələbinə dair mülki işə Qax Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, MÜƏYYƏNETDİ: İddiaçı "xxxx" ASC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «kredit müqaviləsi üzrə borcun tutulması» tələbinə dair Qax Rayon Məhkəməsində müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada iddiaçının xeyrinə BPM**********69 nömrəli xx.xx.2022-ci il tarixli kredit müqaviləsi üzrə 10496.80 (on min dörd yüz doxsan altı manat səksən qəpik) manat əsas borc, 2472.58 (iki min dörd yüz yetmiş iki manat əlli səkkiz qəpik) manat faiz borcu və 0.01 (bir qəpik) manat cərimə borcu olmaqla, cəmi 12969.39 (on iki min doqquz yüz altmış doqquz manat otuz doqquz qəpik) manat məbləğində kredit borcunun, həmçinin iddia əriəsinin verilməsi üçün ödənilmiş 128.91 (bir yüz iyirmi səkkiz manat doxsan bir qəpik) manat dövlət rüsumunun və 0.40 (qırx qəpik) manat bank xidməti haqqının tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlandırılmasına baxmayaraq, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin üzürlü səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə MPM-nin 185.5-ci maddəsinə əsasən cavabdehlərin iştirakı olmadan iclasın keçirilməsini mümkün hesab etmişdir. İddiaçı "xxxx" ASC-nin etibarnamə üzrə nümayəndəsi Nümayəndə3 məhkəmə iclasında iştirak etmişdir. İddiaçı "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə3 məhkəmə iclası zamanı iddianı müdafiə edərək iddia ərizəsinin məzmununa uyğun izahat verdi və təmsil etdiyi hüquqi şəxsin adından əlavə olaraq göstərdi ki, "xxxx" ASC-nin Müştəri Xidməti Departamenti ilə Cavabdeh1 arasında xx.xx.2022-ci il tarixdə Kredit müqaviləsi bağlanmışdır və sonuncuya 11500 manat məbləğində kredit verilmişdir. Həmin Kredit mqaviləsinin təminatı olaraq eyni tarixdə digər Cavabdeh2 arasında Zaminlik müqaviləsi bağlanmış və müqavilənin şərtlərinə görə Zamin Kredit müqaviləsi üzrə Borc alanla birgə qaydada məsuliyyət daşımağı öhdəsinə götürmüşdür. Cavabdeh kredit müqaviləsi üzrə öhdəlikləri vaxtında yerinə yetimədiyindən müqavilənin şərtləri pozulmuşdur. Tərəfimizdən pretenziya qaydasında mübahisənin məhkəmədən kənar həll edilməsi üçün cavabdehə müraciət olunsa da müsbət nəticə əldə olunmamışdır. Cavabdehlərin xx.xx.2024-cü il tarixə 10496.80 manat əsas borc, 2472.58 manat faiz borcu və 0.01 manat cərimə olmaqla, cəmi 12969.39 manat məbləğində kredit borcu mövcuddur. Hesab edir ki, cavabdehlər bu borcu ödəmədiyindən məhkəmə qaydasında tutulmamlıdır. İddia tələbinin təmin olunmasını məhkəmədən xaiş etmişdir. Məhkəmə iddiaçı bankın nümayəndəsinin izahatını, işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli araşdıraraq və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarına hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Belə ki, işdə olan "xxxx" ASC-nin Müştəri Xidməti Departamenti ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2022-ci il tarixli BPM**********69 nömrəli kredit müqaviləsindən görünür ki, iddiaçı bank tərəfindən Cavabdeh1 illik 20 faiz olmaqla 48 ay müddətinə 11500 manat məbləğində kredit verilmişdir. İşdə olan "xxxx" ASC-nin Müştəri Xidməti Departamenti ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2022-ci il tarixli BPM**********69 nömrəli zaminlik müqaviləsindən görünür ki, Zamin 1.2-ci bənddə qeyd olunmuş Kredit müqaviləsi üzrə borc alanın bank qarşısında götürdüyü öhdəliklərin lazımınca icra edilməsi üçün borc alanla birgə qaydada məsuliyyət daşımağı öhdəsinə götürmüşdür. İşdə olan ödəniş cədvəlindən görünür ki, "xxxx" ASC ilə Cavabdeh1 kredit məbləğinin xx.xx.2022-ci il tarixdən xx.xx.2026-cı il tarixə qədər hər ay 350 manat olmaqla ödənilməsinə razı olmuşlar. Cavabdeh1 həmin məbləğdə pulu hər ay ödəməyi öhdəsinə götürmüşdür. İşdə olan "xxxx" ASC-ə aid maliyyə arayışından görünür ki, xx.xx.2024-cü il tarixədək Cavabdeh1 banka olan borcu 10496.80 (on min dörd yüz doxsan altı manat səksən qəpik) manat əsas borc, 2472.58 (iki min dörd yüz yetmiş iki manat əlli səkkiz qəpik) manat faiz borcu və 0.01 (bir qəpik) manat cərimə borcu olmaqla, cəmi 12969.39 (on iki min doqquz yüz altmış doqquz manat otuz doqquz qəpik) manat məbləğində kredit borcunun, həmçinin iddia əriəsinin verilməsi üçün ödənilmiş 128.91 (bir yüz iyirmi səkkiz manat doxsan bir qəpik) manat dövlət rüsumunun və 0.40 (qırx qəpik) manat, rüsum üzrə cəmi tələb edilən məbləğ 129.31 (bir yüz iyirmi doqquz manat otuz bir qəpik) manat məbləğində təşkil edir. İşdə olan cavabdehlərə ünvanlanmış xx.xx.2024-cü il tarixli bildirişdən görünür ki, banka olan borcları cavabdehlərə xatırladılaraq, onlardan borclu olduğu məbləği qaytarmaq tələb olunmuşdur. Azərbaycan Respublikası MPM-in 88-ci maddəsinin tələbinə əsasən məhkəmə təqdim olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq olunmalı hüquq normalarına müvafiq qiymət verməlidir. Həmin Məcəllənin 218.1-ci maddəsinin tələbinə görə qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub–olunmadığını müəyyən edir. Məhkəmə, işin müəyyən edilmiş hallarına qiymət verərək, belə qənaətə gəlir ki, tərəflər arasında mülki hüquq və vəzifələrin əmələ gəlməsinə müqavilədən irəli gələn öhdəlik hüquq münasibətləri əsas olmuşdur. Ona görə də hazırkı mübahisənin düzgün həll edilməsi üçün müqavilədən irəli gələn öhdəlik hüquq münasibətlərini tənzimləyən mülki hüquq normaları əsasında əqdlər və müqavilələr haqqında mövcud olan ümumi və xüsusi mülki hüquq normaları əlaqəli şəkildə tətbiq edilməlidir. İşin müəyyən olunmuş hallarından görünür ki, iddiaçı bankla Cavabdeh1 arasında xx.xx.2022-ci il tarixli BPM**********69 nömrəli kredit müqaviləsi bağlanmış, həmin kredit müqaviləsinə əsasən bank cavabdehə illik 20 faiz olmaqla 48 ay müddətinə 11500 manat məbləğində kredit vermiş, Cavabdeh1 isə razılaşdırılmış qrafikə uyğun olaraq həmin kredit məbləğini faizləri ilə birlikdə hər ay hissə-hissə qaytarmağı öhdəsinə götürmüşdür. Kredit müqaviləsinin təminatı olaraq xx.xx.2022-ci il tarixdə digər Cavabdeh2 ilə bank arasında zaminlik müqaviləsi bağlanmışdır. Lakin cavabdeh tərəfindən kredit müqaviləsi üzrə müəyyən edilmiş öhdəliklər vaxtında yerinə yetirilmədiyindən müqavilənin şərtləri pozulmuşdur. Ona görə də iddiaçı bankın cavabdehə qarşı borcun ödənilməsini tələb etmək hüququ yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin həmin vaxt qüvvədə olan 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin həmin vaxt qüvvədə olan 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Həmin Məcəllənin həmin vaxt qüvvədə olan 741-ci maddəsinə əsasən əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. Həmin Məcəllənin həmin vaxt qüvvədə olan 743-cü maddəsinə əsasən əgər borc alanın əmlak vəziyyəti əhəmiyyətli dərəcədə pisləşərsə, bu isə borcun qaytarılması tələbi üçün təhlükə yaradarsa, borc verən borcun dərhal qaytarılmasını tələb edə bilər. Bu hüquq həmçinin borc alanın əmlak vəziyyəti müqavilə bağlanmazdan əvvəl pisləşdikdə, borc verənə isə bu yalnız borc müqaviləsi bağlandıqdan sonra məlum olduqda da qüvvədədir. Həmin Məcəllənin 470-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Həmin Məcəllənin 385.1-ci maddəsində göstərilmişdir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və s. və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 442-ci maddəsində göstərilmişdir ki, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.2-ci maddəsində göstərilmişdir ki, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Məhkəmə işin müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, xx.xx.2022-ci il tarixli BPM**********69 nömrəli kredit müqaviləsinə və xx.xx.2022-ci il tarixli BPM**********69 nömrəli zaminlik müqaviləsinə əsasən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 10496.80 (on min dörd yüz doxsan altı manat səksən qəpik) manat əsas borc, 2472.58 (iki min dörd yüz yetmiş iki manat əlli səkkiz qəpik) manat faiz borcu və 0.01 (bir qəpik) manat cərimə borcu olmaqla, cəmi 12969.39 (on iki min doqquz yüz altmış doqquz manat otuz doqquz qəpik) manat məbləğində pul alınıb iddiaçı banka ödənilməlidir. İddia tələbi təmin edildiyi üçün iddia ərizəsinin verilməsi üçün hökumət ödəniş portalı vasitəsilə xx.xx.2024-cü il tarixdə ********** nömrəli qəbzlə ödənilmiş dövlət rüsumu olan 128.91 (bir yüz iyirmi səkkiz manat doxsan bir qəpik) manat dövlət rüsumunun və 0.40 (qırx qəpik) manat xidmət haqqının əvəzi cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada alınaraq iddiaçı banka verilməlidir. MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216- 220, 357 və 360-cı maddələrini rəhbər tutaraq QƏTETDİ: İddia tələbi təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada "xxxx" ASC-nin xeyrinə xx.xx.2022-ci il tarixli BPM**********69 nömrəli Kredit və Zaminlik müqaviləsi üzrə 10496.80 (on min dörd yüz doxsan altı manat səksən qəpik) manat əsas borc, 2472.58 (iki min dörd yüz yetmiş iki manat əlli səkkiz qəpik) manat faiz borcu və 0.01 (bir qəpik) manat cərimə borcu olmaqla, cəmi 12969.39 (on iki min doqquz yüz altmış doqquz manat otuz doqquz qəpik) manat məbləğində kredit borcu, həmçinin iddia əriəsinin verilməsi üçün ödənilmiş 128.91 (bir yüz iyirmi səkkiz manat doxsan bir qəpik) manat dövlət rüsumu və 0.40 (qırx qəpik) manat məbləğində bank xidmət haqqı tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qax Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Taleh Kərimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar