Azərbaycan Respublikası adından QƏTNAMƏ Qax rayonu İş № e-2(024)-604/2023 23.10.2023 QAX RAYON MƏHKƏMƏSİ Hakim Qarayev Malik İbrəhim oğlu, iddiaçı «X1» Bakı filialının cavabdehlər Cavabdeh və (zamin) Zamin qarşı “kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat barədə” iddiasına dair mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı “X1” Bakı filialı iddia ərizəsi ilə Qax Rayon Məhkəməsinə müraciət edərək cavabdehlər Cavabdeh və (zamin) Zamin xx.xx.2023-cü il tarixnə olan kredit borcunun ödənilməmiş qalan 3.674.02 manat məbləğində əsas borc, 275.21 (iki yüz yetmiş beş manat iyirmi bir qəpik) manat məbləğində faiz borcu olmaqla, cəmi – 3.949.23(üç min doqquz yüz qırx doqquz manat iyirmi üç qəpik) manat pul vəsaiti və 59.49 (əlli doqquz manat qırx doqquz qəpik) manat məbləğində ödənilmiş dövlət rüsumu alınaraq iddiaçı “X1” Bakı filialının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı “X1” Bakı filialı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli 136 №-li kredit müqaviləsinə əsasən cavabdehə istehlak məqsədləri üçün 36 ay müddətinə illik faiz dərəcəsi 19% olmaqla 10.000 (on min) manat məbləğində kredit verilmişdir. Kredit öhdəliyinin icrasının təmin edilməsi məqsədilə Bank Zamin ilə həmin tarixdə 211№-li zaminlik müqaviləsi bağlamış və müqavilənin şərtlərinə əsasən zamin borclunun öhdəliklərinin yerinə yetirilməsinə görə kreditor qarşısında borclu ilə birlikdə cavabdehlik daşımağı öhdəsinə götürmüşdür. Kredit müqaviləsinin 4.1 - ci maddəsinə əsasən «Borcalan» ssuda hesabında qalıq əmələ gəldiyi gündən 1 ay sonradan başlayaraq hər ayın həmin günü Banka ssuda borcu ssuda hesabının qalığına hesablanmış faizlərdə daxil olmaqla 366,56 manat ödəməli idi. Bu müqavilənin 2.2 - ci bəndinə görə «Borcalan» tərəfindən «Kredit müqaviləsi» nin hər hansı bir şərti pozulduqda « Bank » verilmiş krediti hesablanmış faizlərlə birlikdə vaxtından əvvəl ödənilməsini tələb etmək hüququ vardır. Müqavilə şərtlərinə uyğun olaraq «Borcalan» xx-xx-2023- ci il tarixə «Bank» a kredit borcu üzrə -10.630,24 manat ödəniş yerinə yetirməli idi. Lakin xx-xx-2023-ci il tarixə kimi «Borcalan» tərəfindən «Banka»a 9.270,56 ödəniş həyata keçirilmişdir. Cavabdehlər tərəfindən yuxarıda qeyd edilən kredit müqaviləsinin şərtlərinə uyğun olaraq kredit müqaviləsi üzrə verilmiş vəsait və ona hesablanmış faizlər tam və vaxtında ödənilməmişdir. Həmçinin kredit müqaviləsinin şərtlərindən biri də gecikdirilmiş borc nəticəsində cərimə borcunun hesablanmasıdır. Borclu və zaminə kreditin vaxtında qaytarılması haqqında dəfələrlə şifahi və yazılı xəbərdarlıq edilməsinə baxmayaraq, onlar, öz öhdəliklərini yerinə yetirməmiş və borcun ödənilməsini təmin etməmişlər. Hazırda, “X1” Bakı filialı tərəfindən verilmiş maliyyə arayışına əsasən xx.xx.2023-cü il tarixə cavabdehlər Cavabdeh və (zamin) Zamin “X1” Bakı filialına ödənilməmiş qalan 3.674.02 manat məbləğində əsas borc, 275.21 (iki yüz yetmiş beş manat iyirmi bir qəpik) manat məbləğində faiz borcu olmaqla, cəmi – 3.949.23(üç min doqquz yüz qırx doqquz manat iyirmi üç qəpik) manat borcu yaranmışdır. Tərəflər arasında yaranmış mübahisəni məhkəmədən kənar qaydada həll edilməsi barədə danışıqlar kreditor tərəfindən aparılmış, lakin bu danışıqlar (pretenziya qaydasında həll olunma) heç bir nəticə verməmişdir. Bu səbəbdən də, iddiaçı «X1»Bakı filialının nümayəndəsi məhkəməyə müraciət etməli olmuşdur. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 275.1-ci maddəsinə əsasən müəyyən pul məbləğinin ödənilməsi tələbləri və ya əmlakın tələb edilməsi üzrə işlərə baxılmasının sadələşdirilmiş qaydasına yol verilir. Həmin Məcəllənin 276.1-ci maddəsinə əsasən kreditorun tələbi aşkardırsa və ya həmin tələb borclunun mübahisə edilməyən vəzifəsinə əsaslanırsa, bu hallarda məhkəmə əmri verilə bilər. Həmin məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin məcəllənin 443.1-ci maddəsinə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Həmin Məcəllənin 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.7-ci maddəsinə görə borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Göstərilənləri nəzərə alaraq, məhkəmədən xahiş edir, cavabdehlər Cavabdeh və (zamin) Zamin iddiaçı «X1»Bakı fililının xeyrinə ödənilməmiş qalan 3.674.02 manat məbləğində əsas borc, 275.21 (iki yüz yetmiş beş manat iyirmi bir qəpik) manat məbləğində faiz borcu olmaqla, cəmi – 3.949.23(üç min doqquz yüz qırx doqquz manat iyirmi üç qəpik) manat pul vəsaiti və 59.49 (əlli doqquz manat qırx doqquz qəpik) manat məbləğində ödənilmiş dövlət rüsumunun tutularaq iddiaçı «X1»Bakı fililının xeyrinə ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442, 443, 445, 448, 449, 453, 460, 465.2, 470 və 472-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddia təmin edilsin. Qax rayonu, Dəymədağlı kəndində qeydiyyatda olan borclu Cavabdeh və Qax rayonu, İngiloy kəndində qeydiyyatda olan borclu (zamin) Zamin ödənilməmiş qalan 3.674.02 manat məbləğində əsas borc, 275.21 (iki yüz yetmiş beş manat iyirmi bir qəpik) manat məbləğində faiz borcu olmaqla, cəmi – 3.949.23(üç min doqquz yüz qırx doqquz manat iyirmi üç qəpik) manat pul vəsaiti və 59.49 (əlli doqquz manat qırx doqquz qəpik) manat məbləğində ödənilmiş dövlət rüsumunun alınaraq iddiaçı «X1»ASC-yə verilsin. Qətnamə rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Qax Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmış işlər üzrə çıxarılmış məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Malik Qarayev
Məhkəmə qərarları › İş №e-2(024)-604/2023
Qax Rayon Məhkəməsi Qətnamə — İş №e-2(024)-604/2023
23.10.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver