Məhkəmə qərarları › İş №e-2(024)-640/2023

Qax Rayon Məhkəməsi Qətnamə — İş №e-2(024)-640/2023

07.11.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qax rayonu İş № e-2(024)-640/2023 07.11.2023 QAX RAYON MƏHKƏMƏSİ Qax Rayon Məhkəməsinin hakimi Qarayev Malik İbrəhim oğlu, iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin (bundan sonra – ASC) Cavabdeh qarşı “kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında müqavilə üzrə yaranmış borcun ödənilməsi tələbi barədə” iddiasına dair mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq, Müəyyən etdi: İddiaçı "xxxx" ASC iddia ərizəsi ilə Qax Rayon Məhkəməsinə müraciət edərək Cavabdeh xx.xx.2015-ci il tarixli, **********02115 №-li kredit müqaviləsi üzrə iddiaçı "xxxx" ASC qarşısında istifadəyə görə xx.xx.2017-ci il tarixdən xx.xx.2017-ci il tarixə qədər illik 22% dərəcəsi ilə hesablanmış 279.75 ABŞ dolları mənləğində adi faizlər üzrə borcu, xx.xx.2017-ci il tarixindən xx.xx.2018-ci il tarixə qədər vaxtı keçmiş əsas borc məbləğinə illik 5% dərəcəsilə hesablanmış 541 ABŞ dolları məbləğində əldən çıxmış faydanın əvəzi, xx.xx.2017-ci il tarixdən xx.xx.2017-ci il tarixə qədər kredit üzrə ödənilməsi gecikdirilmiş məbləğə illik 15% dərəcəsi ilə hesablanmış 63.23 ABŞ dolları məbləğində penya, cəmi 883.98 ABŞ dolları məbləğində pul vəsaiti və 35.12 manat məbləğində dövlət rüsumunun "xxxx" ASC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Kredit müqaviləsi üzrə Borc alan Cavabdeh öhdəliklərinin lazımi qaydada yerinə yetirilməsini təmin etmək məqsədilə iddiaçı ASC “Xalq" Bankı ilə Cavabdeh arasında ona məxsus Qax şəhəri, Nəriman Nərimanov küçəsində 6 nömrəli binanın 2-ci mərtəbəsində yerləşən 46.7 kv.m ümumi, 28,4 kv.ın yaşayış, 18,3 kv.m yardımçı sahədən ibarət olan 2 otaqlı 17 nömrəli mənzilin (bundan sonra “Mənzil" adlandırılacaq) ipoteka qoyulması barədə xx.xx.2015-ci il tarixli **********0211.5/İM №-li İpoteka müqaviləsi bağlanmışdır. Cavabdeh tərəfindən Kredit müqaviləsi üzrə öhdəliklərinin yerinə yetirilməməsinə görə İddiaçı ASC “Xalq" Bankı Kredit müqaviləsi üzrə İddiaçının tələblərinin təmin edilməsi üçün ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında iddia tələbi ilə Qax Rayon Məhkəməsinə müraciət etmişdir. Həmin məhkəmənin xx.xx.2017-ci il tarixli 2(024)-838 №li qətnaməsi (bundan sonra “Qətnamə” adlandırılacaq) ilə Mənzilə tutmanın yönəldilməsi, həmin mənzilin açıq hərracda satılması və Kredit müqaviləsi üzrə borc alan Cavabdeh iddiaçı ASC «Xalq» Bankı qarşısındakı 9951,63 ABŞ dolları məbləğində vaxtı keçmiş əsas borcunun,xx.xx.2017-ciiltarixinədəkkreditdənistifadəyə görə illik 22 % (iyirmi iki faiz) dərəcəsi ilə hesablanmış 1570.25 ABŞ dolları məbləğində adi faizlər üzrə borcunun, xx.xx.2017-ci il tarixinə qədər vaxtı keçmiş əsas borc məbləğinə illik 15 % (on beş faiz) dərəcəsi ilə hesablanmış 19 ABŞ dolları məbləğində penyanın, cəmi 11540,88 ABŞ dolları məbləğinin ipoteka predmetinin dəyərindən iddiaçı ASC «Xalq» Bankının xeyrinə tutulması qət edilmişdir. Qətnamə qanuni qüvvəyə mindikdən sonra Cavabdeh həmin qətnamə ilə müəyyən edilmiş borc məbləğini xx.xx.2023-cü il tarixdə tam şəkildə Banka ödəmiş və bununla əlaqədar olaraq ipoteka predmetinə tutmanın yönəldilməsinə xitam verilmişdir. Lakin buna baxmayaraq. Cavabdehin Kredit müqaviləsi üzrə İddiaçı qarşısında xx.xx.2017-ci il tarixdən xx.xx.2017-ci il tarixədək (Qətnamənin qəbul olunduğu tarix) 279,75 (iki yüz yetmiş doqquz ABŞ dolları 75 sent) ABŞ dolları məbləğində adi faizlər üzrə borcu qalmışdır. Bundan əlavə Cavabdeh kredit üzrə ödənişlərin həyata keçirilməsinin gecikdirilməsi ilə əlaqədar olaraq Banka Kredit müqaviləsinin 6.2-ci bəndinə əsasən ödənilməsi gecikdirilmiş məbləğə illik 15 % (on beş faiz.) derəcəsi ilə penya da ödəməlidir ki, xx.xx.2017-ci il tarixdən xx.xx.2017-ci il tarixədək (Qətnamənin qəbul olunduğu tarix) bu məbləğ 63,23 (altmış üç ABŞ dolları 23 sent) ABŞ dolları təşkil edir. Yuxarıda göstərilənlərdən başqa qeyd etmək istəyirik ki. Kredit müqaviləsi üzrə Qətnamə ilə müəyyən edilmiş 9951.63 ABŞ dolları məbləğində əsas borc xx.xx.2018-ci il tarixdə qaytarıldığından Bank həmin müddətdə qeyd edilən pul vəsaitindən istifadə edə bilməmiş və bunun nəticəsində əldən çıxmış fayda qismində zərərə uğramışdır. Mübahisənin məhkəmədən kənra həlli üçün iddiaçı tərəf səy göstərsə də, cavabdeh öz öhdəliyini bu günədək tam şəkildə yerinə yetirməmişdir. Ona görə də hazırkı tələblə bağlı məhkəməyə müraciət edilmişdir. Məhkəmə hazırkı iddianın qiymətinin iki min manatdan az olmasını nəzərə alaraq mülki işə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1ci maddəsinə əsasən, mülki işlər üzrə iddianın qiyməti iki min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin Məcəllənin 284-5.1-ci maddəsinə əsasən, ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. İş materiallarından görünür ki, iddia ərizəsi xx.xx.2023-cü il tarixdə məhkəmənin icraatına qəbul edilmiş və həmin tarixdə məhkəmə cavabdehin qanun üzrə vərəsəsi Cavabdeh prosessual hüquq və vəzifələrinin izahı barədə rəsmi qaydada bildiriş göndərmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.2-ci maddəsinə görə cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Məhkəmə, Cavabdeh qanunla müəyyən olunmuş qaydada prosessual hüquq və vəzifələrinin izah olunduğunu, iddiaya qarşı etirazının olmamasını və iddia tələbinin kiçik iddialar kateqoriyasına aid edilməklə yanaşı mübahisə doğurmayan tələb olduğunu nəzərə alaraq hesab edir ki, mülki işin iddia icraatına keçirilməklə iş üzrə əlavə araşdırma aparılmasına, ekspertiza təyin olunmasına və ya tərəflərin məhkəməyə çağırılmaqla dinlənilmələrinə lüzum yoxdur, mülki işin prosessual vəziyyəti işə sadələşdirilmiş icraat qaydasında baxılmasına mane olmur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən, kiçik iddialar üzrə ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Məhkəmə iddiaçının təqdim etdiyi sənədləri tədqiq edərək toplanmış sübutlara Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən məcmusu halında qiymət verərək hesab edir ki, iddia tələbi təmin olunmalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin birinci hissəsinə görə hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənnin 77-ci maddəsinin tələblərinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. İş materiallarında olan iddiaçı "xxxx" ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2015-ci il tarixli, **********02115 №-li kredit müqaviləsi üzrə iddiaçı "xxxx" ASC qarşısında istifadəyə görə xx.xx.2017-ci il tarixdən xx.xx.2017-ci il tarixə qədər illik 22% dərəcəsi ilə hesablanmış 279.75 ABŞ dolları mənləğində adi faizlər üzrə borcu, xx.xx.2017-ci il tarixindən xx.xx.2018-ci il tarixə qədər vaxtı keçmiş əsas borc məbləğinə illik 5% dərəcəsilə hesablanmış 541 ABŞ dolları məbləğində əldən çıxmış faydanın əvəzi, xx.xx.2017-ci il tarixdən xx.xx.2017-ci il tarixə qədər kredit üzrə ödənilməsi gecikdirilmiş məbləğə illik 15% dərəcəsi ilə hesablanmış 63.23 ABŞ dolları məbləğində penya, cəmi 883.98 ABŞ dolları məbləğində kredit vermiş və cavabdeh bu müqaviləyə əsasən krediti qəbul etməyi, bu müqavilədə göstərilən müddətdə və qaydada krediti və kredit üzrə hesablanacaq faizləri borcverənə qaytarmağı öhdəsinə götürmüşdür. İşin araşdırılan hallarından müəyyən olunur ki, cavabdeh müqavilə ilə üzərinə götürdüyü öhdəliyi lazımi qaydada icra etməmiş, onun iddiaçının qarşısında icra edilməmiş kredit öhdəlikləri vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 425.1-ci maddəsinə görə öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin məcəllənin 443.1-ci maddəsinə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Həmin Məcəllənin 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.7-ci maddəsinə görə borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Həmin Məcəllənin 448.1-ci maddəsinə görə əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə məhkəmə yuxarıda qeyd olunan normalara əsaslanaraq hesab edir ki, iddia təmin edilməli, Cavabdeh xx.xx.2015-ci il tarixli, **********02115 №-li kredit müqaviləsi üzrə iddiaçı "xxxx" ASC qarşısında istifadəyə görə xx.xx.2017-ci il tarixdən xx.xx.2017-ci il tarixə qədər illik 22% dərəcəsi ilə hesablanmış 279.75 ABŞ dolları mənləğində adi faizlər üzrə borcu, xx.xx.2017-ci il tarixindən xx.xx.2018-ci il tarixə qədər vaxtı keçmiş əsas borc məbləğinə illik 5% dərəcəsilə hesablanmış 541 ABŞ dolları məbləğində əldən çıxmış faydanın əvəzi, xx.xx.2017-ci il tarixdən xx.xx.2017-ci il tarixə qədər kredit üzrə ödənilməsi gecikdirilmiş məbləğə illik 15% dərəcəsi ilə hesablanmış 63.23 ABŞ dolları məbləğində penya, cəmi 883.98 ABŞ dolları məbləğində pul vəsaiti və 35.12 manat məbləğində pul tutulub "xxxx" ASC-nin xeyrinə ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 216-220 və 222-ci maddələrinin göstərişini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh xx.xx.2015-ci il tarixli, **********02115 №-li kredit müqaviləsi üzrə iddiaçı "xxxx" ASC qarşısında istifadəyə görə xx.xx.2017-ci il tarixdən xx.xx.2017-ci il tarixə qədər illik 22% dərəcəsi ilə hesablanmış 279.75 ABŞ dolları mənləğində adi faizlər üzrə borcu, xx.xx.2017-ci il tarixindən xx.xx.2018-ci il tarixə qədər vaxtı keçmiş əsas borc məbləğinə illik 5% dərəcəsilə hesablanmış 541 ABŞ dolları məbləğində əldən çıxmış faydanın əvəzi, xx.xx.2017-ci il tarixdən xx.xx.2017-ci il tarixə qədər kredit üzrə ödənilməsi gecikdirilmiş məbləğə illik 15% dərəcəsi ilə hesablanmış 63.23 ABŞ dolları məbləğində penya, cəmi 883.98 ABŞ dolları məbləğində pul vəsaiti və 35.12 manat məbləğində pul tutulub "xxxx" ASC-nin xeyrinə ödənilsin. Qətnamə rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Qax Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmış işlər üzrə çıxarılmış məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Malik Qarayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar