Məhkəmə qərarları › İş №e-2(024)-655/2025

Qax Rayon Məhkəməsi Qətnamə — İş №e-2(024)-655/2025

08.12.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qax rayonu İş № e-2(024)-655/2025 08.12.2025 QAX RAYON MƏHKƏMƏSİ Hakim Zeynalov Mirheydər Seyidəmir oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Kərimov Elman Fərhad oğlunun katibliyi, İddiaçı və onun etibarnamə üzrə nümayəndəsi və vəkili Nümayəndə, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «pul» tələbinə dair mülki işə Qax Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, m ü ə y y ə n e t d i: İddia tələbinin dəlilləri: İddiaçı Cavabdeh qarşı «pul» tələbinə dair iddia ərizəsi ilə Qax Rayon Məhkəməsinə müraciət edərək Cavabdeh 18.000 manat borcun, vəkilə hüquqi xidmət üçün ödənilən 350 manatın, 144 manat dövlət rüsumunun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, xx xxxxxx 1964-cü ildə Daşkəsən şəhərində anadan olmuşdur. Cavabdeh oğlu Samir vasitəsilə tanımışdır. Belə ki, Bakı şəhəri, Nərimanov Rayon Məhkəməsinin 1(005)114/2021 №li, 15 aprel 2021-ci il tarixli hökmünə əsasən R.Cavabdeh Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməsi və ona 7.000 manat məbləğində cərimə cəzası təyin edilməsi, Cinayət Məcəlləsinin 69.4-cü maddəsinə əsasən X1 25 fevral 2020-ci il tarixdən 09 oktyabr 2020-ci il tarixədək həbsdə saxlanıldığı «07» ay, «14» gün müddət nəzərə alınmaqla ona təyin edilmiş cərimə cəzası yüngülləşdirilməsi və üzərində qət olaraq 3.000 (üç min) manat məbləğində cərimə cəzası saxlanılması hökm edilmişdir. Həmin cinayət işinə baxılma ərəfəsində X3 oğlu Samirə yaxınlaşaraq bildirdi ki, ona zərər vurduğuna və vurduğu zərəri ödəmədiyinə görə onu həbs edəcəklər. Xahiş edir ya onunla ya da onun yaxınlarının birisi ilə borcun etirafı barədə müqavilə bağlasınlar, vurduğu zərərin əvəzini guya ki, ödəmişdir. Müqavilə üzrə olan borcu ya yaxın vaxtda ödəyəcəklər, ya da atasının torpağını borcun əvəzinə verəcəklər. Bundan sonra oğlu Samir onunla məsləhətləşərək, Ramilin atası yəni Cavabdeh ilə onun yəni İddiaçı arasında müqavilə bağlamışlar. R.Cavabdeh cəzanın az verilməsi məqsədi ilə dəymiş ziyanın ödənilməsi ilə bağlı məhkəmədə ərizə verilmişdir. Məhkəmə hökm çıxaranda bunu nəzərə aldı. 19 iyun 2020-ci il tarixdə borcun etirafı və ödəniş qaydaları haqqında müqavilədən görünür ki, Cavabdeh 18.000 manat məbləğində olan pulu götürdüyünü etiraf edir. Borclu bu məbləği 2021-ci ilin iyun ayının 19-a qədər tam olaraq ödəməyi öhdəsinə götürür. Bu müqavilənin imzalanmasında şahid kimi N.Ə.Fərəcov və S.S.Qəhrəmanov iştirak etdilər. Həmin gün borc müqaviləsinin zəmanəti olaraq, borclu Cavabdeh dostu A.L.Hüseynovun Abşeron Rayonu Mehdiabad qəsəbəsində 0.03 ha torpaq sahəsini, etibarnamə ilə ona vermişdir. Razılaşmalarına əsasən həmin torpaq sahəsinə Cavabdeh 19 iyun 2020-ci il tarixli, AR-İİ № 065856 saylı etibarnamə əsasında səlahiyyətlərini ona ötürdü. Xeyli müddət keçdi borcu ödəyə bilmədi. Hesab edir ki, Abşeron rayonu, Mehdiabad qəsəbəsində 0.03 ha torpaq sahəsi onundur. Təxminən 3-4 ay bundan əvvəl torpağı sənədləşdirmək üçün asan xidmətdə olmuş, oradan ona məlumat verildi ki, Cavabdeh tərəfindən verilmiş etibarnamə ləğv edilib. Dəfələrlə telefon əlaqəsi saxlamış, ona bildirdi ki, bir az problemi var, bir neçə gün gözləmiş, sonradan nə qədər yığmış, telefonu götürməmiş, vatsapla yazmış, oxumuş, ancaq cavab verməmişdir. Polis şöbəsinə müraciət etmiş, ancaq polis şöbəsində araşdırılma aparılmamışdır. O da məcbur olub məhkəməyə müraciət etməli olmuşdur. Ona görə də o məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Bundan əlavə o məhkəmədə iddia qaldırmaq üçün 135 manat dövlət rüsumu ödəmişdir. Odur ki, hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbinə qarşı etirazın dəlilləri: İddia tələbinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Nümayəndə iddia tələbini müdafiə etdi və əlavə olaraq göstərmişdir ki, Bakı şəhəri, Nərimanov Rayon Məhkəməsinin 1(005)114/2021 №li, 15 aprel 2021-ci il tarixli hökmünə əsasən R.Cavabdeh Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməsi və ona 7.000 manat məbləğində cərimə cəzası təyin edilməsi, Cinayət Məcəlləsinin 69.4-cü maddəsinə əsasən R.Cavabdeh 25 fevral 2020-ci il tarixdən 09 oktyabr 2020-ci il tarixədək həbsdə saxlanıldığı «07» ay, «14» gün müddət nəzərə alınmaqla ona təyin edilmiş cərimə cəzası yüngüllləşdirilməsi və üzərində qət olaraq 3.000 manat məbləğində cərimə cəzası saxlanılması hökm edilmişdir. Həmin cinayət işinə baxılma ərəfəsində R.Cavabdeh iddiaçının oğlu Samirə yaxınlaşaraq bildirdi ki, ona zərər vurduğuna və vurduğu zərəri ödəmədisinə görə onu həbs edəcəklər. Xahiş edir ya onunla ya da onun yaxınlarının birisi ilə borcun etirafı barədə müqavilə bağlayaq, vurduğu zərərin əvəzini guya ki, ödəmişdir. Müqavilə üzrə olan borcu ya yaxın vaxtda ödəyəcəklər, ya da atasının torpağını borcun əvəzinə verəcəklər. Bundan Samir atası yəni iddiaçı ilə məsləhətləşərək, Ramil atası yəni Cavabdeh ilə iddaçı İddiaçı arasında müqavilə bağladıq. R.Cavabdeh cəzanın az verilməsi məqsədi ilə dəymiş ziyanın ödənilməsi ilə bağlı məhkəmədə ərizə verildi. Məhkəmə hökm çıxaranda bunu nəzərə aldı. 19 iyun 2020-ci il tarixdə borcun etirafı və ödəniş qaydaları haqqında müqavilədən görünür ki, Cavabdeh 18.000 manat məbləğində olan pulu götürdüyünü etiraf edir. Borclu bu məbləği 2021-ci ilin iyun ayının 19-a qədər tam olaraq ödəməyi öhdəsinə götürür. Bu müqavilənin imzalanmasında şahid kimi N.Ə.Fərəcov və S.S.Qəhrəmanov iştirak etdilər. Həmin gün borc müqaviləsinin zəmanəti olaraq, borclu Cavabdeh dostu X2 Abşeron Rayonu Mehdiabad qəsəbəsində 0.03 ha torpaq sahəsini, etibarnamə ilə ona verdi. Razılaşmalarına əsasən həmin torpaq sahəsinə Cavabdeh 19 iyun 2020-ci il tarixli, AR-İİ etibarnamə əsasında səlahiyyətlərini iddiaçıya ötürdü. Xeyli müddət keçdi borcu ödəyə bilmədi. Hesab etdilər ki, Abşeron Rayonu Mehdiabad qəsəbəsində 0.03 ha torpaq sahəsi iddiaçınındır. Torpağı sənədləşdirmək üçün iddiaçı asan xidmətdə olub, oradan ona məlumat verildi ki, Cavabdeh tərəfindən verilmiş etibarnamə ləğv edilib. Dəfələrlə telefon əlaqə saxlanıldı, iddiaçıya bildirdi ki, bir az problemləri var, bir neçə gün iddiaçı gözlədi, sonradan nə qədər yığsa da, telefonu götürmədi. Polis şöbəsinə iddiaçı müraciət etdi, ancaq polis şöbəsində araşdırılma olunmadı. O da məcbur olub məhkəməyə müraciət etməli oldu. İddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında İddiaçı iddia tələbinin məzmununa uyğun izahat verdi və əlavə olaraq göstərdi ki, cavabdehin ona 18.000 manat borcu vardır. Aralarında borcla bağlı müqavilə bağlanmışdır. İddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qəbul edərək iddia ilə bağlı izahatında göstərdi ki, pulu oğlu götürmüş, lakin müqaviləyə o qol çəkmişdir. Oğlu həbsdən çıxsın deyə o İddiaçı xahiş etmişdir ki, belə etsələr uşaq azad olunar. İddiaçı da razılaşmış, müqaviləni imzalamışlar. Oğlunun həbs olunmaması üçün İddiaçı müraciət etmişdir. Borc müqaviləsi bağlamışlar. Sadəcə olaraq ödəməyə imkanı yoxdur. Gələn ay pensiyaya çıxacaqdır. O, pensiya kartını götürdükdən sonra nə qədər kredit düşür, götürüb həmin pulu iddiçaıay göndərəcəkdir. İddianı qəbul edir. İşin halları: Belə ki, iş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki, İddiaçı ilə Cavabdeh arasında bağlanmış 19 iyun 2020-ci il tarixli borcun etirafı və ödəniş qaydaları haqqıda müqavilənin müvafiq bəndlərindən görünür ki, kreditor 18.000 manat pulu borcluya 01 il müddətinə verir, borclu isə həmin məbləğdə pulu götürdüyünü etiraf edir. Borclu bu məbləöi 2021-ci ilin iyun ayının 19-a qədər tam olaraq ödəməyi öz öhdəsinə götürür. Ödəniş bu müqavilədə göstərilən vaxtda icra edilmədikdə kreditor məhkəməyə müraciət edə bilər. Borclu kreditorun bu müqaviləyə əsaslanan iddiasına qarşı etiraf olunan borcun əsaslandığı digər əqdlərə istinad edə bilməz. Bakı şəhər İcra Hakimiyyəti Başçısının Aparatı, Mənzil Kommunal Təsərrüfatı departmanetinin Səbail rayon MKTB-in 149 №li Mənzil Kommunal istismar şöbəsinin verdiyi 11 iyul 2025-ci il tarixli arayışdan görünür ki, İddiaçı Bakı şəhəri, Səbail rayonu, Əzizov küçəsi. v/ÖT3 ünvanda qeydiyyatdadır. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 1(005)114/2021 №li, 15 aprel 2021ci il tarixli hökmündən görünür ki, X3 Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirli bilinmiş, ona 7.000 manat məbləğində cərimə cəzası təyin edilmiş, üzərində qəti olaraqa 3.000 manat məbləğində cərimə cəzası saxlanılmışdır. Məhkəmənin mövqeyi: Beləliklə məhkəmə iclasında müəyyən edildi ki, tərəflər arasında bağlanmış 19 iyun 2020-ci il tarixdə borcun etirafı və ödəniş qaydaları haqqında müqaviləyə əsasən Cavabdeh İddiaçı olan 18.000 manat məbləğində olan pulu götürdüyünü etiraf etmiş, Cavabdeh bu məbləği 2021-ci ilin iyun ayının 19-a qədər tam olaraq ödəməyi öhdəsinə götürmüşdür. Lakin Cavabdeh müqavilə üzrə öz üzərinə düşən öhdəliyi icra etməmişdir. İddiaçı Cavabdeh 18.000 manat borcun, vəkilə hüquqi xidmət üçün ödənilən 350 manatın, 144 manat dövlət rüsumunun alınıb ona verilməsini xahiş etmişdir. Cavabdeh İddiaçı 18.000 manat məbləğində borclu olması iddiaçının məhkəməyə təqdim etdiyi 19 iyun 2020-ci il tarixli borcun etiraf edilməsi barədə müqavilə və cavabdehin etirafedici izahatı ilə birbaşa sübuta yetirilmişdir. Məhkəmə qətnaməsi haqqında Azərbaycan Respublikası Alı Məhkəməsinin Plenumunun 24 noyabr 2005-ci il tarixli 4 nömrəli Qərarının 6.6-cı bəndində qeyd edilmişdir ki, iddiaçı məhkəmə iclasında iddianın predmetini və yaxud əsasını dəyişdirdikdə, iddianın həcmini artırıb-azaltdıqda, cavabdeh iddianı tam və ya qismən etiraf etdikdə, bu barədə qətnamədə qeyd edilməli, məhkəmənin bununla razılaşıbrazılaşmamasının səbəbləri qətnamənin əsaslandırıcı hissəsində şərh edilməlidir. Məhkəmə cavabdehin iddianı tam qəbul etməsi ilə razılaşır və bununla bağlı qeyd edir ki, cavabdehin iddiaçıya borclu olması barədə etirafını təkzib edən heç bir hal və şübhə məhkəmə tərəfindən müəyyən olunmamış və məhkəmə onun etirafının tam səmimi olması qənaətindədir. Məhkəmə borcun etirafı barədə müqaviləni və cavabdehin etirafedici izahatını mötəbər sübut kimi qiymətləndirərək iddia tələbinin tam sübuta yetirilməsi qənaətinə gəlir. Tətbiq edilən hüquq Mülki Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, xidmətlər göstərməli, əmlak verməli, iş görməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasının tələb etmək hüququ vardır. Mülki hüquq anlamında öhdəliyi başqa hüquq sahələrinə aid olan hüquq münasibətləri ilə qarışdırmaq olmaz. Məsələn, vergi ödəmək borcu əmlak xarakterli olsa da dövlətlə vətəndaş arasında hakimiyyət tabeliyi prinsipinə əsaslanır və ümumi hüquq münasibətidir. Mülki hüquq mənasında öhdəlik münasibətləri isə bərabər hüquqlu tərəflər arasında yaranan xüsusi hüquq münasibətidir. Öhdəlik konkret şəxslər arasında müəyyən iqtisadi münasibətlər yaradır və subyekt tərkibi qeyri-müəyyən olan mütləq hüquq münasibətlərindən fərqli olaraq nisbi hüquq münasibətidir. Buna görə də şərh olunan maddədə konkret subyektlər arasında, yəni kreditorla borclu arasında iqtisadi xarakterli konkret hüquq münasibətləri nəzərdə tutulmuşdur. Beləliklə, öhdəliyin predmeti pul ödənilməsi, əmlak verilməsi, iş görülməsi, xidmətlər göstərilməsi və ya müəyyən hərəkətdən çəkinmək kimi konkret hərəkət və ya hərəkətsizlik ola bilər. Öhdəliyin anlayışından göründüyü kimi, onun predmetini əmlak dövriyyəsinin müxtəlif obyektlərinin, o cümlədən əşyaların, görülmüş işlərin, göstərilmiş xidmətlərin verilməsi üzrə borclu şəxsin davranışı təşkil edir. Öhdəlik konkret şəxslərin əmlak dövriyyəsində davranışlarını müəyyənləşdirir. Bazar iqtisadiyyatı və azad sahibkarlıq şəraitində mülki dövriyyə iştirakçıları arasında xüsusilə çoxsaylı öhdəlik hüquq münasibətləri yaranır. Mülki qanunvericilikdə nəzərdə tutulan çoxsaylı öhdəliklər müəyyən göstəricilər üzrə sistemləşdirilirlər. Əmələ gəlmə əsaslarına görə öhdəliklər müqavilələrdən əmələ gələn, müqavilədənkənar öhdəliklər və qanundan əmələ gələn öhdəliklərə ayrılırlar. Məzmununa görə öhdəliklər əmlakın mülkiyyətə və sair əşya hüququna verilməsi, əmlakın istifadəyə verilməsi, işlər görülməsi üzrə, xidmətlər göstərilməsi üzrə və s. öhdəliklərə ayrılırlar. Mülki Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Şərh olunan maddədə göstərildiyi kimi öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımi icra edilməməsi anlaşılır. Buraya öhdəliyin tamamilə icra edilməməsi ilə yanaşı, onun vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlara yol verməklə və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi də aiddir. Borclunun öz öhdəliyini icra etməsi üzrə davranışı müqavilənin və qanunvericiliyin müddəalarına, bunlar olmadıqda işgüzar adətlərə və digər, adətən irəli sürülən tələblərə tam cavab verməlidir. Əks təqdirdə öhdəlik pozulmuş olur və öhdəliyin icra edilməməsi baş verir ki, bu da ciddi hüquqi nəticələrə səbəb olur. Bunlar barədə növbəti maddələrin şərhində geniş məlumat verilir. Mülki Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu özünün riski daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün məsuliyyət daşıyır. Borclu öz öhdəliklərinin hər bir təqsir pozuntusu üçün məsuliyyət daşıyır. Öhdəliyin təqsirli pozuntusu həm hərəkət, həmdə hərəkətsizlik nəticəsində baş verə bilər. Borclunun təqsiri isə həm qərəz, həmdə ehtiyatsızlıq formasında ola bilər. Borclu qərəz və ya kobud ehtiyatsızlıq nəticəsində öhdəliyin icra edilmədiyi üçün məsuliyyət daşımalı və onu məsuliyyətdən azad etmək olmaz. İşin faktiki hallarından və mülki qanunvericiliyin tələblərindən görünür ki, borclu yazılı formada bağlanmış kredit müqaviləsinin şərtlərinə əməl etməməklə, kreditor qarşısında üzərinə götürdüyü öhdəlikləri lazımınca icra etməmişdir. Mülki Məcəllənin 421-ci maddəsinin İİ və İİİ hissələrinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Müqavilənin tamamilə və ya hissə-hissə icrasından birtərəfli imtina edildikdə və belə imtinaya bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə yol verildikdə müqavilə müvafiq surətdə ləğv edilmiş və ya dəyişdirilmiş sayılır. Beləliklə, məhkəmə belə qənaətə gəlir ki, tərəflər arasındakı mübahisəli hüquq münasibətləri 19 iyun 2020-ci il tarixdə yarandığından Mülki Məcəllənin 739-cu və 741-ci maddələrinə münasibətdə hazırkı mübahisəyə bu Məcəllənin borc müqaviləsi ilə bağlı həmin vaxt qüvvədə olan müddəaları tətbiq olunmalıdır. Mülki Məcəllənin 739.1-ci maddəsinin 01 oktyabr 2023-cü il tarixədək qüvvədə olan müddəalarına əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinin 01 oktyabr 2023-cü il tarixədək qüvvədə olan müddəalarına əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Həmin Məcəllənin 740-cı maddəsində deyilir ki, borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Həmin Məcəllənin 741-ci maddəsinin 01 oktyabr 2023-cü il tarixədək qüvvədə olan müddəalarına əsasən əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 106.3-cü maddəsinə əsasən tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. «Elektron məhkəmə» informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə məhkəmə iclaslarının fasiləsiz audio yazısının aparıldığı hallar istisna olmaqla faktın etiraf olunması məhkəmə iclasının protokoluna yazılır və bu barədə etiraf edən tərəf protokola imza edir. Faktın etirafı yazılı ərizədə ifadə olunursa, həmin ərizə işə tikilir. Həmin Məcəllənin 106.4-cü maddəsinə əsasən məhkəmə faktın etiraf olunmasının işin həqiqi hallarının gizlədilməsi məqsədi ilə və yaxud aldatma, zor, hədə və ya yanılma təsiri nəticəsində baş verməsinə şübhə edirsə, etirafı qəbul etmir. Bu halda həmin faktlar ümumi qaydada sübut olunmalıdır. Mülki Prosessual Məcəllənin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Burada əsas məqam ondan ibarətdir ki, qətnamədə məhkəmənin gəldiyi nəticənin maddi-hüquqi əsası kimi işə baxan zaman deyil, mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına istinad edilməlidir. Qətnamədə prosessual hüquq normalarına uyğunluğu məsələsi həll olunarkən məhz işin baxılması zamanı yəni müvafiq prosessual hərəkətlərin icra edildyi vaxt qüvvədə olan prosessual hüquq normaları rəhbər tutulmalıdır. Azərbaycan Respublikasının Konstitusiyasının 149-cu maddəsinin Vİİ-ci bəndinə əsasən fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir. Mülki Məcəllənin 7.3-cü maddəsinə əsasən mülki hüquq subyektlərinə ziyan vurarsa və ya onların vəziyyətini pisləşdirərsə, mülki qanunvericiliyin geriyə qüvvəsi ola bilməz. Mülki Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qətnamənin əsaslığı onun iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərə uyğun olmasında ifadə olunur. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin hallarına uyğun gəlsin. Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Həmin Məcəllənin 222.2-ci maddəsinə əsasən pul vəsaitlərinin tutulması haqqında iddianı təmin edərkən hakim əsas borcu, faiz borcunu, zərər və dəbbə pulunu (cərimə, penya) ayrı-ayrılıqda müəyyən etməklə, alınmalı olan ümumi məbləği qətnamədə göstərir. Məhkəmə qətnaməsi haqqında Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun 24 noyabr 2005-ci il tarixli Qərarının 6.6-cı bəndində qeyd olunmuşdur ki, iddiaçı məhkəmə iclasında iddianın predmetini və yaxud əsasını dəyişdirdikdə, iddianın həcmini artırıb-azaltdıqda, cavabdeh iddianı tam və ya qismən etiraf etdikdə, bu barədə qətnamədə qeyd edilməli, məhkəmənin bununla razılaşıb-razılaşmamasının səbəbləri qətnamənin əsaslandırıcı hissəsində şərh edilməlidir. Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Sözügedən Məcəllənin 115.0.9-cu maddəsinə əsasən işə baxılması ilə əlaqədar məsrəflərə məhkəmə tərəfindən zəruri hesab edilən digər xərclər də daxildir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qanunvericiliyin yuxarıda göstərilən tələblərinə əsasən məhkəmə iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməli, Cavabdeh İddiaçı xeyrinə 18.000 manat məbləğində əsas borc və iddiaçı tərəfindən ödənilmiş 144 manat məbləğində dövlət rüsumu tutulmalı, həmçinin hüquqi yarıdma görə vəkilə ödənilmiş 350 manat pul Cavabdeh İddiaçı xeyrinə tutulmalıdır. Şərh olunanlara və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 227, 233 və 360-cı maddələrinə əsasən, məhkəmə q ə t e t d i: İddia təmin edilsin. Cavabdeh İddiaçı xeyrinə 18.000 manat məbləğində əsas borc və iddiaçı tərəfindən ödənilmiş 144 manat məbləğində dövlət rüsumu tutulsun. Hüquqi yarıdma görə vəkilə ödənilmiş 350 manat pul Cavabdeh İddiaçı xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində «Elektron məhkəmə» informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Mirheydər Zeynalov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar