Məhkəmə qərarları › İş №e-2(024)-669/2025

Qax Rayon Məhkəməsi Qətnamə — İş №e-2(024)-669/2025

25.09.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qax rayonu İş № e-2(024)-669/2025 25.09.2025 QAX RAYON MƏHKƏMƏSİ Hakim Zeynalov Mirheydər Seyidəmir oğlunun sədrliyi, İddiaçı (bundan sonra MMC) Cavabdeh qarşı «pul» tələbinə dair kiçik iddia üzrə sadələşmiş icraat qaydasında ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, məhkəmə iclasından kənar baxaraq, müəyyən etdi: İddiaçı "xxxx" MMC-i Cavabdeh qarşı «pul» tələbinə dair kiçik iddia üzrə sadələşmiş icraat qaydasında ərizə ilə məhkəməyə müraciət edərək, X1 1.080 manat əsas məbləğin və ödənilmiş 31 manat dövlət rüsumunun iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, iddiaçı "xxxx" MMC ilə Cavabdeh arasında 481 №li, 29 may 2024-cü il tarixli nəqliyyat vasitələrinin icarə müqaviləsi bağlanmış, müqavilənin təminatı kimi «Hyundai Elantra» markalı, «az **-PH-***» dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi günlük 60 manat ödəmək şərti ilə 29 may 2024-cü il tarixdən 16 iyun 2024-cü il tarixədək icarəyə verilmişdir. Avtomobil təhvil verilərkən təhviltəslim aktı tərtib olunmuş, heç bir qüsur olmamışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və ya lazımınca icra etməmişdir. Dəymiş ziyan mütəxəssislər tərəfindən 1.080 manat məbləğində qiymətləndirilmişdir. Cavabdehə zərərin ödənilməsi ilə bağlı dəfələrlə müracit edilsədə, cavabdeh dəymiş zərərin ödənilməsi ilə bağlı heç bir səy göstərməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5-ci maddəsinə uyğun olaraq cavabdehə bildiriş və iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə göndərilməklə, ona iddia tələbinə dair əsaslandırılmış etirazını, dəlillərini və sübutlarını təqdim etmək təklif olunsa da cavabdehdən iddiaya dair etiraz daxil olmamışdır. Məhkəmə iş üzrə sənədləri araşdıraraq hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş: "xxxx" MMC-i ilə alıcı Cavabdeh arasında bağlanmış 481 saylı, 29 may 2024-cü il tarixli nəqliyyat vasitələrinin icarə müqaviləsindən görünür ki, «Hyundai Elantra» markalı, «az **-PH-***» dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi günlük 60 manat ödəmək şərtiylə 29 may 2024-cü il tarixdən 16 iyun 2024-cü il tarixədək X2 icarəyə verilmişdir. Təhvil-təslim aktlarından görünür ki, «Hyundai Elantra» markalı, «az ** PH ***» dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi Cavabdeh icarəyə verilərkən heç bir qüsur olmamış, 29 may 2024-cü il tarixdə nəqliyyat vasitəsi Cavabdeh təhvil götürülmüşdür. İş materiallarına əlavə edilmiş Pretenziyadan (borcun ödənilməsi barədə görünür ki, cavabdeh borcun ödənilməyəcəyi təqdirdə məhkəmədə ona qarşı iddia qaldırılacağı barədə xəbərdar edilmişdir. İddia tələbinin qanuni əsası kimi məhkəmə aşağıdakı maddi hüquq normalarına istinad etməyi əsaslı hesab edir. Belə ki, öhdəlik hüququndan bəhs edən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsində qeyd edilir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 329.2-ci maddəsinə əsasən əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. Həmin Məcəllənin 329.3-cü maddəsinə əsasən şifahi bağlana bilən əqd o halda bağlanmış sayılır ki, şəxsin əqdi bağlamaq iradəsi onun rəftarından məlum olur. Həmin Məcəllənin 329.4-cü maddəsinə əsasən susmaq bu Məcəllədə və ya tərəflərin razılaşmasında nəzərdə tutulan hallarda əqdi bağlamaq iradəsinin ifadəsi sayılır. Həmin Məcəllənin 700.1-ci maddəsinə əsasən icarəyə verən icarəyə:götürənə icarəyə götürdüyü obyektdən, istifadə ilə yanaşı bəhər götürmə hüququda verir. İcarəyə götürən icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. Məhkəmə tədqiq olunmuş sübutlara tam, hərtərəfli, obyektiv və məcmu halında qiymət verərək hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməli, "xxxx" MMC-in xeyrinə Cavabdeh 1.080 manat əsas məbləğ tutularaq iddiaçıya verilməlidir. Bununla yanaşı, MPM-in 107-ci və 119.1 -ci maddələrinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Ona görə də, məhkəmə ödənilmiş 31 (otuz bir) manat ödənilmiş dövlət rüsumunun da cavabdehdən iddiaçının xeyrinə tutulmasını əsaslı hesab edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 119.1 -ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-273-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə 1.080 manat zərər məbləği və 31 ödənilmiş dövlət rüsumu tutulsun. Qətnamənin surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində «Elektron məhkəmə» informasiya sistemində yaradılmış elektron kabinetə yerləşdirilməklə Qax rayon məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdkdən sonra qanuni qüvvəyə minir. Hakim: Mirheydər Zeynalov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar