Məhkəmə qərarları › İş №e-2(024)-697/2025

Qax Rayon Məhkəməsi Qətnamə — İş №e-2(024)-697/2025

16.12.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qax rayonu İş № e-2(024)-697/2025 16.12.2025 QAX RAYON MƏHKƏMƏSİ Hakim Zeynalov Mirheydər Seyidəmir oğlunun sədrliyi, Məhkəmə iclas katibi Kərimov Elman Fərhad oğlunun katibliyi, İddiaçı MMC-in etibarnamə üzrə nümayəndəsi Nümayəndə2 iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı «13.661 manat məbləğində əldən çıxmış fayda, nəqliyyat vasitəsinin təmirinə çəkilmiş 399.41 manat məbləğində zərər və 134 manat məbləğində dövlət rüsumunun əvəzinin Cavabdeh tutularaq İddiaçı MMC-yə ödənilməsi» tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: İddia tələbinin dəlilləri: İddiaçı MMC-in Cavabdeh qarşı iddia ərizəsi ilə Qax Rayon Məhkəməsinə müraciət edərək 13.661 manat məbləğində əldən çıxmış fayda, nəqliyyat vasitəsinin təmirinə çəkilmiş 399.41 manat məbləğində zərər və 134 manat məbləğində dövlət rüsumunun əvəzinin Cavabdeh tutularaq İddiaçı MMC-yə ödənilməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, tərəflər arasında bağlanmış K-148A-PCC-24 №li, 29 iyul 2024-cü il tarixli nəqliyyat vasitəsinin müddətli satışı üzrə müqaviləsinə əsasən «BAİC X7 minik» markalı, «az ** YE ***» dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi cavabdehə satılmışdır. Müqaviləyə əsasən satılan nəqliyyat vasitəsinin dəyəri 6.1518 manat məbləğində razılaşdırılmışdır. Tərəflər arasında əldə edilmiş razılığa əsasən satılan nəqliyyat vasitəsinin dəyəri ilkin ödənişsiz, 48 ay müddətinə hər ay 1.282 manat olmaqla bərabər hissələrdə icra edilməli idi. Müqavilənin 2.2-ci maddəsinə əsasən, cavabdeh nəqliyyat vasitəsinin dəyərini müqavilənin ayrılmaz tərkib hissəsi olan Əlavə № 2-də göstərilmiş cədvəl üzrə ödəməli idi. Cavabdeh nəqliyyat vasitəsini 1 (bir) ay istifadə etdikdən sonra 04 sentyabr 2024-cü il tarixində ərizə yazaraq İddiaçı MMC-dən aldığı «BAİC X7» minik markalı, «az ** YE ***» dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin ödənişlərini ödəyə bilmədiyi üçün onunla bağlanan müqaviləyə xitam verilməsini və nəqliyyat vasitəsinin ikinci əl satış şöbəsinə verilməsini xahiş etmişdir. Cavabdehin xahişi nəzərə alınaraq onunla aralarında bağlanmış K-148A-PCC-24 №li, 29 iyul 2024-cü il tarixli nəqliyyat vasitəsinin müddətli satışı üzrə müqaviləyə xitam verilmişdir. Bundan sonra nəqliyyat vasitəsi yenidən satışa verilmişdir. Uzun müddətdən sonra nəqliyyat vasitəsi 01 avqust 2025-ci il tarixində ikinci əl nəqliyyat vasitəsi kimi 47.857 manata satılmışdır. Bunun nəticəsində İddiaçı MMC-i adi mülki dövriyyə şəraitində əldə edəcəyi 13.661 manat məbləğdə gəlirdən məhrum olmuşdur. Nəqliyyat vasitəsinin müəyyən müddət ərzində cavabdeh tərəfindən istismar edilməsi, cavabdehdən alındıqdan sonra uzun müddət ərzində satılmaması və bu müddət ərizində bazarda olan tələb-təklif dəyişiklikləri nəticəsində nəqliyyat vasitəsinin bazar dəyəri xeyli ucuzlaşmışdır. Bundan əlavə olaraq nəqliyyat vasitəsi cavabdehdən alındıqdan sonra şirkətin servis mərkəzində yoxlanılmış və nəqliyyat vasitəsinin yanacaq sisteminin yararsız vəziyyətdə olduğu məlum olmuşdur. Bununla bağlı olaraq servis kartı açılmış və ümumilikdə nəqliyyat vasitəsinin təmirinə 399.41 manat məbləğində xərc çəkilmişdir. İddiaçı MMC-i 08 avqust 2025-c il tarixində şirkətə dəymiş zərərin ödənilməsi ilə bağlı xəbərdarlıq ilə cavabdehə müraciət etmişdir. Lakin xəbərdarlığı aldıqdan sonra da cavabdeh nə xəbərdarlığa münasibət bildirmiş, nə də şirkətə dəymiş zərəri ödəmişdir. Bununla da cavabdeh onların hüquqlarını kobud surətdə pozduğundan hüquqlarının müdafiəsi üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışlar. 13.661 manat məbləğində əldən çıxmış fayda, nəqliyyat vasitəsinin təmirinə çəkilmiş 399.41 manat məbləğində zərər və 134 manat məbləğində dövlət rüsumunun əvəzinin Cavabdeh tutularaq İddiaçı MMC-yə ödənilməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbinə qarşı etirazın dəlilləri: İddia tələbinə etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları: İddiaçı MMC-in nümayəndəsi əvvəlki məhkəmə iclasında iştirak etməsinə baxmayaraq sonuncu məhkəmə iclasına gəlməmiş, məhkəməyə elektron ərizə göndərərək icraatada olan işlərin çoxluğu ilə əlaqədar 16 dekabr 2025-c il tarixdə, saat 14:00-a təyin edilmiş məhkəmə baxış iclasında iştirak edə bilməyəcəklərini, bununla əlaqədar olaraq məhkəmədən baxış iclasının onların iştirakı olmadan keçirilməsini xahiş etmiş, iddianı müdafiə etdiklərini və tam təmin edilməsini xahiş etmiş, Cavabdeh iştirakı təmin olunmamış, məhkəmə iclasının təxirə salınması barədə vəsatət daxil olmamışdır. Məhkəmə işə İddiaçı MMC-in nümayəndəsinin nümayəndəsinin, Cavabdeh iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İddiaçı MMC-in nümayəndəsi əvvəlki məhkəmə iclasında göstərmişdir ki, təmsil etdiyi şəxslə cavabdeh arasında 29 iyul 2024-cü il tarixdə nəqliyyat vasitəsinin müddətli satışı üzrə müqavilə bağlanıb və həmin müqaviləyə əsasən təmsil etdiyi şəxs «BAİC X7 minik» markalı, «az ** YE ***» dövlət qeydiyyat nişanlı nəqliyyat 61.518 manat məbləğində dəyərləndirməklə cavabdehə satmışdır. Tərəflər arasında əldə edilmiş razılaşmaya əsasən həmin məbləğ 48 ay müddətinə hər ay 1.282 manat cavabdeh tərəfindən ödənilməli idi. Cavabdeh nəqliyyat vasitəsini 01 ay idarə etdikdən sonra geri qaytarmış və ödəniş edə bilmədiyini bildirmişdir. Nəqliyyat vasitəsi bundan sonra ikinci əl satış şöbəsində satışa qoyulmuş və uzun müddət satılmamışdır. Xeyli müddət ikinci əl satış şöbəsində qaldıqdan sonra 01 avqust 2025-ci il tarixdə həmin nəqliyyat vasitəsi 47.857 manata satılmışdır. Keçən bir ildən də artıq müddət ərzində bazarda baş vermiş tələb-təklif dəyişdiyi, nəqliyyat vasitəsi ikinci əl olduğu və cavabdeh tərəfindən istismar olunduğu üçün dəyər itkisinə məruz qalmışdır. Bu da təxminən 13.661 manat təşkil edir. Hazırda təmsil etdiyi şəxsin tələbi də ondan ibarətdir ki, həmin dəyərin itkisindən əmələ gələn məbləğ əldən çıxmış fayda kimi cavabdehdən alınsın və onlar da avtomobili təhvil aldıqdan sonra çəkilmiş təmir işləri ilə əlaqədar 399.41 manat məbləği və 134 manat məbləğində dövlət rüsumunu tələb edirlər. İşin halları: Mülki iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş sənədlər: İş materiallarına əlavə edilmiş İddiaçı MMC-i ilə Cavabdeh arasında bağlanmış K-148A- PCC-24 №li, 29 iyul 2024-cü il tarixli nəqliyyat vasitəsinin müddətli satışı üzrə müqaviləsindən görünür ki, müqaviləyə əsasən «BAİC X7 minik» markalı, «az ** YE ***» dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi cavabdehə satılmışdır. Ödəniş cədvəlindən görünür ki, Cavabdeh aylıq 1.282 manat aylıq ödəniş etməli idi. Təhvil-təslim aktından görünür ki, «BAİC X7 minik» markalı «az **-YE-***» dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi Cavabdeh təhvil verilmişdir. Cavabdeh tərəfindən İddiaçı MMC-nin idarə heyətinə ünvana ərizədən görünür ki, o «BAİC X7 minik» markalı «az ** YE ***» dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin ödənişlərini etmədiyi üçün onunla bağlanan müqaviləyə xitam verilməsini və avtomobilin ikinci əl şöbəsinə verilməsinə razılıq verilməsini xahiş etmişdir. F01163335 №li servis kartından görünür ki, ümumilikdə nəqliyyat vasitəsinin təmirinə 399.41 manat məbləğində xərc çəkilmişdir. Cavabdeh ünvanlanmış 08 avqust 2025-ci il tarixli xəbərdarlıqdan (pretenziya məktubu) görünür ki, yaranmış borcun 07 iş günü ərzində ödənilməsi tələb olunmuş, əks təqdirdə məhkəməyə müraicət ediləcəyi bildirilmişdir. Məhkəmənin mövqeyi: Beləliklə məhkəmə iclasında müəyyən edildi ki, tərəflər arasında bağlanmış K- 148A-PCC-24 №li, 29 iyul 2024-cü il tarixli nəqliyyat vasitəsinin müddətli satışı üzrə müqaviləsinə əsasən «BAİC X7 minik» markalı, «az ** YE ***» dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi cavabdehə satılmışdır. Müqaviləyə əsasən satılan nəqliyyat vasitəsinin dəyəri 61.518 manat məbləğində razılaşdırılmışdır. Tərəflər arasında əldə edilmiş razılığa əsasən satılan nəqliyyat vasitəsinin dəyəri ilkin ödənişsiz, 48 ay müddətinə hər ay 1.282 manat olmaqla bərabər hissələrdə icra edilməli idi. Müqavilənin 2.2-ci maddəsinə əsasən, cavabdeh nəqliyyat vasitəsinin dəyərini müqavilənin ayrılmaz tərkib hissəsi olan Əlavə № 2-də göstərilmiş cədvəl üzrə ödəməli idi. Cavabdeh nəqliyyat vasitəsini 1 (bir) ay istifadə etdikdən sonra 04 sentyabr 2024-cü il tarixində ərizə yazaraq İddiaçı MMC-dən aldığı «BAİC X7 minik» markalı «az ** YE ***» dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin ödənişlərini ödəyə bilmədiyi üçün onunla bağlanan müqaviləyə xitam verilməsini və nəqliyyat vasitəsinin ikinci əl satış şöbəsinə verilməsini xahiş etmişdir. Cavabdehin xahişi nəzərə alınaraq onunla aralarında bağlanmış K-148A-PCC-24 №li, 29 iyul 2024-cü il tarixli nəqliyyat vasitəsinin müddətli satışı üzrə müqaviləyə xitam verilmişdir. Bundan sonra nəqliyyat vasitəsi yenidən satışa verilmişdir. Uzun müddətdən sonra nəqliyyat vasitəsi 01 avqust 2025-ci il tarixində ikinci əl nəqliyyat vasitəsi kimi 47.857 manata satılmışdır. Bunun nəticəsində İddiaçı MMC-i adi mülki dövriyyə şəraitində əldə edəcəyi 13.661 manat məbləğdə gəlirdən məhrum olmuşdur. Nəqliyyat vasitəsinin müəyyən müddət ərzində cavabdeh tərəfindən istismar edilməsi, cavabdehdən alındıqdan sonra uzun müddət ərzində satılmaması və bu müddət ərizində bazarda olan tələb-təklif dəyişiklikləri nəticəsində nəqliyyat vasitəsinin bazar dəyəri xeyli ucuzlaşmışdır. Bundan əlavə olaraq nəqliyyat vasitəsi cavabdehdən alındıqdan sonra şirkətin servis mərkəzində yoxlanılmış və nəqliyyat vasitəsinin yanacaq sisteminin yararsız vəziyyətdə olduğu məlum olmuşdur. Bununla bağlı olaraq servis kartı açılmış və ümumilikdə nəqliyyat vasitəsinin təmirinə 399.41 manat məbləğində xərc çəkilmişdir. 13.661 manat məbləğində əldən çıxmış fayda, nəqliyyat vasitəsinin təmirinə çəkilmiş 399.41 manat məbləğində zərər və 134 manat məbləğində dövlət rüsumunun əvəzinin Cavabdeh tutularaq İddiaçı MMC-yə ödənilməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Mülki Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, xidmətlər göstərməli, əmlak verməli, iş görməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasının tələb etmək hüququ vardır. Mülki hüquq anlamında öhdəliyi başqa hüquq sahələrinə aid olan hüquq münasibətləri ilə qarışdırmaq olmaz. Məsələn, vergi ödəmək borcu əmlak xarakterli olsa da dövlətlə vətəndaş arasında hakimiyyət tabeliyi prinsipinə əsaslanır və ümumi hüquq münasibətidir. Mülki hüquq mənasında öhdəlik münasibətləri isə bərabər hüquqlu tərəflər arasında yaranan xüsusi hüquq münasibətidir. Öhdəlik konkret şəxslər arasında müəyyən iqtisadi münasibətlər yaradır və subyekt tərkibi qeyri-müəyyən olan mütləq hüquq münasibətlərindən fərqli olaraq nisbi hüquq münasibətidir. Buna görə də şərh olunan maddədə konkret subyektlər arasında, yəni kreditorla borclu arasında iqtisadi xarakterli konkret hüquq münasibətləri nəzərdə tutulmuşdur. Beləliklə, öhdəliyin predmeti pul ödənilməsi, əmlak verilməsi, iş görülməsi, xidmətlər göstərilməsi və ya müəyyən hərəkətdən çəkinmək kimi konkret hərəkət və ya hərəkətsizlik ola bilər. Öhdəliyin anlayışından göründüyü kimi, onun predmetini əmlak dövriyyəsinin müxtəlif obyektlərinin, o cümlədən əşyaların, görülmüş işlərin, göstərilmiş xidmətlərin verilməsi üzrə borclu şəxsin davranışı təşkil edir. Öhdəlik konkret şəxslərin əmlak dövriyyəsində davranışlarını müəyyənləşdirir. Bazar iqtisadiyyatı və azad sahibkarlıq şəraitində mülki dövriyyə iştirakçıları arasında xüsusilə çoxsaylı öhdəlik hüquq münasibətləri yaranır. Mülki qanunvericilikdə nəzərdə tutulan çoxsaylı öhdəliklər müəyyən göstəricilər üzrə sistemləşdirilirlər. Mülki Məcəllənin 386.1-cı maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Əmələ gəlmə əsaslarına görə öhdəliklər müqavilələrdən əmələ gələn, müqavilədən kənar öhdəliklər və qanundan əmələ gələn öhdəliklərə ayrılırlar. Məzmununa görə öhdəliklər əmlakın mülkiyyətə və sair əşya hüququna verilməsi, əmlakın istifadəyə verilməsi, işlər görülməsi üzrə, xidmətlər göstərilməsi üzrə və s. öhdəliklərə ayrılırlar. Məhkəmə göstərir ki, öhdəlik hüquq münasibəti 3 quruluşdan ibarətdir: Öhdəliyin tərəfləri; Öhdəliyin məzmunu; Öhdəliyin obyekti. Öhdəliyin tərəfləri öhdəlik hüquq münasibətlərində çıxış edən iştirakçılardır. Bura səlahiyyətli şəxs-kreditor və debitor-borclu şəxs daxildir. Öhdəliyin məzmunu həmin öhdəlik hüquq münasibətlərinin hüquq və vəzifələridir. Yəni kreditorun tələb hüququ, borclunun isə müəyyən hərəkətləri etmək vəzifəsi başa düşülür. Öhdəliyin obyekti isə yalnız borclunun davranışıdır. Bu elementlərin hər hansı birinin mövcud olmaması öhdəlik hüquq münasibətinin olmaması deməkdir. Mülki Məcəllənin «Müqavilə hüququ» adlanan 20-ci fəslinin məqsədi müqavilə hüquq münasibətlərinə girən tərəflərin sərbəst iradə ifadəsi və bərabərliyi prinsiplərinə riayət etməklə və onların müqavilə maraqlarını qorumaqla mülki dövriyyənin azadlığını təmin etməkdir. Həmin Məcəllənin 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Mülki qanunvericilikdə müqavilə hüququnun əsasını təşkil edən müqavilə azadlığı prinsipi ilə yanaşı, bağlanan müqavilələrin ümumi şərtlərini (müqavilənin növlərini və formasını, onun standart şərtlərini, dəyişdirilməsinin və ləğv edilməsinin əsaslarını və s.), o cümlədən bağlanmış müqavilənin qüvvəsini tənzimləyən bir sıra müddəalar nəzərdə tutulmuşdur. Müqavilə münasibətlərində tərəflər bərabər hüquq və vəzifələrə malik olmaqla balanslaşdırılmış ortaq maraqdan çıxış edir. Həmin müqaviləni bağlayan şəxslərin iqtisadi marağı onda ifadə olunur ki, bir tərəf-borc verən kreditdən istifadə müddəti ərzində borc verdiyi vəsaitə görə müqavilədə nəzərdə tutulan faiz məbləğindən, digər tərəf-kredit götürən isə kreditdən istifadə müddəti ərzində həmin vəsaitdən səmərəli istifadə etməklə faydalanmağı nəzərdə tutur. Müqavilənin mahiyyəti onda ifadə olunur ki, belə razılaşmada hər iki tərəfin mənafeyi qorunur. Mülki qanunvericilik müqavilə şərtlərinin məcburiliyini və icra edilməli olduğunu təsbit edir. Bu prinsipə görə, bağlanmış müqavilələr onlarda göstərilən və tərəflərin razılığa gəldikləri şərtlər əsasında da icra edilir. Həmin prinsip müəyyən edir ki, müqavilə qüvvəyə mindiyi andan tərəflər üçün məcburi xarakterə malik olur və onun şərtləri, bir qayda olaraq, dəyişdirilmir. Bu, mülki dövriyyənin sabitliyini, möhkəmliyini və dayanıqlığını təmin edir. Eyni zamanda, mülki qanunvericilik müqavilənin qüvvədə olduğu müddət ərzində dəyişdirilməsinin və ləğv edilməsinin mümkünlüyünü nəzərdə tutur. Məhkəmə qeyd edir ki, tərəflər arasında öhdəlik hüquq münasibətləri yaranması üçün kredit müqaviləsinin bağlanması şərtdir. Çünki məhz müqavilə bağlanacağı halda iddia tələbi üzrə cavabdehin borcu qaytarmaq öhdəliyi yaranmış olacaqdı. Nəzərə almaq lazımdır ki, öhdəlik hüquq münasibətlərinin əmələ gəlmə əsasları dedikdə öhdəliyin əmələ gəlməsini şərtləndirən, onun yaranmasına dəlalət edən, qanunda nəzərdə tutulan və qanunun əlaqələndirdiyi hüquqi faktlar başa düşülür. Yəni öhdəliklər hüquqi faktlar əsasında meydana gəlir. Öhdəliyin əmələ gəlməsini şərtləndirən hüquqi faktların dairəsi geniş olsa da, ən genişi müqavilə olmasıdır. Mülki Məcəllənin 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Mülki Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Şərh olunan maddədə göstərildiyi kimi öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımi icra edilməməsi anlaşılır. Buraya öhdəliyin tamamilə icra edilməməsi ilə yanaşı, onun vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlara yol verməklə və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi də aiddir. Borclunun öz öhdəliyini icra etməsi üzrə davranışı müqavilənin və qanunvericiliyin müddəalarına, bunlar olmadıqda işgüzar adətlərə və digər, adətən irəli sürülən tələblərə tam cavab verməlidir. Əks təqdirdə öhdəlik pozulmuş olur və öhdəliyin icra edilməməsi baş verir ki, bu da ciddi hüquqi nəticələrə səbəb olur. Bunlar barədə növbəti maddələrin şərhində geniş məlumat verilir. Həmin Məcəllənin 445.2-ci maddəsinə əsasən Aşağıdakı hallar borclunun icranı gecikdirməsi sayılır: Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi; Həmin Məcəllənin 445.2.2-ci maddəsinə əsasən icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi. Azərbaycan Respublikasının Mülki Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu özünün riski daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün məsuliyyət daşıyır. Borclu öz öhdəliklərinin hər bir təqsir pozuntusu üçün məsuliyyət daşıyır. Öhdəliyin təqsirli pozuntusu həm hərəkət, həmdə hərəkətsizlik nəticəsində baş verə bilər. Borclunun təqsiri isə həm qərəz, həmdə ehtiyatsızlıq formasında ola bilər. Borclu qərəz və ya kobud ehtiyatsızlıq nəticəsində öhdəliyin icra edilmədiyi üçün məsuliyyət daşımalı və onu məsuliyyətdən azad etmək olmaz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən «zərərin əvəzinin ödənilməsini tələb ermək hüquqna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın». Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olunması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Məhkəmə hesab edilir ki, Cavabdeh kredit müqaviləsi üzrə öz riskləri ilə müqaviləni bağladığından həmin müqavilə üzrə öhdəliklərə görə məsuliyyət daşıyır. İşin faktiki hallarından və mülki qanunvericiliyin tələblərindən görünür ki, borclu yazılı formada bağlanmış kredit müqaviləsinin şərtlərinə əməl etməməklə, kreditor qarşısında üzərinə götürdüyü öhdəlikləri lazımınca icra etməmişdir. Mülki Prosessual Məcəllənin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Burada əsas məqam ondan ibarətdir ki, qətnamədə məhkəmənin gəldiyi nəticənin maddi-hüquqi əsası kimi işə baxan zaman deyil, mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına istinad edilməlidir. Qətnamədə prosessual hüquq normalarına uyğunluğu məsələsi həll olunarkən məhz işin baxılması zamanı yəni müvafiq prosessual hərəkətlərin icra edildyi vaxt qüvvədə olan prosessual hüquq normaları rəhbər tutulmalıdır. Azərbaycan Respublikasının Konstitusiyasının 149-cu maddəsinin Vİİ-ci bəndinə əsasən fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir. Mülki Məcəllənin 7.3-cü maddəsinə əsasən mülki hüquq subyektlərinə ziyan vurarsa və ya onların vəziyyətini pisləşdirərsə, mülki qanunvericiliyin geriyə qüvvəsi ola bilməz. Mülki Prosessual Məcəlləsinin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Həmin Məcəllənin 76.3-cü maddəsinə əsasən qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə olunmasına yol verilmir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsində təsbit edilmişdir ki, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qətnamənin əsaslığı onun iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərə uyğun olmasında ifadə olunur. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin hallarına uyğun gəlsin. Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Həmin Məcəllənin 222.2-ci maddəsinə əsasən pul vəsaitlərinin tutulması haqqında iddianı təmin edərkən hakim əsas borcu, faiz borcunu, zərər və dəbbə pulunu (cərimə, penya) ayrı-ayrılıqda müəyyən etməklə, alınmalı olan ümumi məbləği qətnamədə göstərir. Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Sözü gedən Məcəllənin 115.0.9-cu maddəsinə əsasən işə baxılması ilə əlaqədar məsrəflərə məhkəmə tərəfindən zəruri hesab edilən digər xərclər də daxildir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qanunvericiliyin yuxarıda göstərilən tələblərinə əsasən məhkəmə iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməli, 13.661 manat məbləğində əldən çıxmış fayda, nəqliyyat vasitəsinin təmirinə çəkilmiş 399.41 manat məbləğdə zərər və 134 manat məbləğində dövlət rüsumu, cəmi 14.194.41 manat Cavabdeh tutulub İddiaçı MMC-in xeyrinə ödənilməlidir. Şərh olunanlara və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1, 216-220, 227, 233 və 360-cı maddələrinə əsasən, məhkəmə qət etdi: İddia təmin edilsin. 13.661 manat məbləğində əldən çıxmış fayda, nəqliyyat vasitəsinin təmirinə çəkilmiş 399.41 manat məbləğdə zərər və 134 manat məbləğində dövlət rüsumu, cəmi 14.194.41 manat Cavabdeh tutulub İddiaçı MMC-in xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində «Elektron məhkəmə» informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Mirheydər Zeynalov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar