Məhkəmə qərarları › İş №e-2(024)-739/2024

Qax Rayon Məhkəməsi Qətnamə — İş №e-2(024)-739/2024

23.11.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qax rayonu İş № e-2(024)-739/2024 23.11.2024 QAX RAYON MƏHKƏMƏSİ Mən, Qax rayon məhkəməsinin hakimi Kərimov Taleh Etibar oğlu, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı borcun qaytarılması tələbinə dair kiçik iddia ərizəsinə sadələşdirilmiş icraat qaydasında baxaraq məhkəmə müəyyənetdi: İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı kiçik iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X4 vərəsəsi Cavabdeh iddiaçının xeyrinə BPM**********56 nömrəli, xx.xx.2019-cu il tarixli X9 müqaviləsi üzrə 183.99 manat və bundan başqa BPM**********94 nömrəli, xx.xx.2021-ci il tarixli nağd kredit müqaviləsi üzrə 1623.15 manat əsas və 47.13 manat faiz borcu olmaqla, cəmi 1670.28 manat kredit borcunun, habelə iddia ərizəsinin verilməsinə görə iddiaçı tərəfindən ödənilmiş 34.87 (otuz dörd manat səksən yeddi qəpik) manat dövlət rüsumunun və 0,40 (qırx qəpik) manat xidmət haqqının tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini belə əsaslandırmışdır ki, iddiaçı "xxxx" ASC Qax filialı ilə X6 arasında bağlanmış BPM**********56 nömrəli xx.xx.2019-cu il tarixli X9 müqaviləsinə əsasən borcalana 36 ay müddətinə kreditdən istifadəyə görə illik 24 % dərəcəsilə hesablanmaqla 500 manat məbləğində bərpa olunan kredit limiti və BPM**********94 nömrəli, xx.xx.2021-ci il tarixli kredit müqaviləsinə əsasən 48 ay müddətinə illik 24% olmaqla 1800 manat kredit verilmişdir. Müqavilənin şərtlərinə əsasən Borcalan həmin Müqavilə ilə müəyyən edilmiş müddətdə və qaydada kredit məbləğini qaytarmağı və ondan istifadəyə görə hesablanmış faizləri ödəməyi öhdəsinə götürmüşdür. Lakin X2 xx.xx.2021-ci il tarixdə vəfat etmişdir. “Elektron notariat” X1 çıxarışdan müəyyən edilmişdir ki, mərhum X4 adına vərəsəlik işi qanun üzrə vərəsəsi olan Cavabdeh tərəfindən verilmiş mərhumun vəfatından sonra miras qalmış əmlakın qəbul edilməsinə dair ərizəsi əsasında açılmışdır. Bankın “Zaqatala” filialı tərəfindən təqdim edilmiş maliyyə arayışlara əsasən, X5 vəfat etdiyi tarixə BPM**********56 nömrəli, xx.xx.2019-cu il tarixli X9 müqaviləsinə əsasən kredit limiti üzrə cəmi 183.99 manat və bundan başqa BPM**********94 nömrəli, xx.xx.2021-ci il tarxili kredit müqaviləsinə əsasən nağd kredit üzrə 1623.15 manat əsas və 47.13 manat faiz borcu olmaqla, cəmi 1670.28 manat məbləğində borcu qalmışdır. Cavabdeh - Cavabdeh qalmış mirası qəbul etməsinə baxmayaraq, ona çatan miras payı həcmində miras qoyanın "xxxx" ASC qarşısında olan öhdəliyini icra etməmişdir. Mübahisənin məhkəmədənkənar həlli üçün iddiaçı tərəf səy göstərsə də, cavabdeh öz öhdəliyini bu günədək tam şəkildə yerinə yetirməmişdir. Odur ki, X4 vərəsəsi Cavabdeh iddiaçının xeyrinə X9 müqaviləsi üzrə cəmi 183.99 manat pulun, kredit müqaviləsi üzrə cəmi 1670.28 manat kredit borcunun, habelə iddia ərizəsinin verilməsinə görə iddiaçı tərəfindən ödənilmiş 34.87 (otuz dörd manat səksən yeddi qəpik) manat dövlət rüsumunun və 0,40 (qırx qəpik) manat xidmət haqqının tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə hazırkı iddianın qiymətinin beş min manatdan az olmasını nəzərə alaraq, mülki işə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən, mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin Məcəllənin 284-5.1-ci maddəsinə əsasən, ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. İş materiallarından görünür ki, iddia ərizəsi xx.xx.2024-cü il tarixdə məhkəməyə daxil olmuş və xx.xx.2024-cü il tarixdə məhkəmə cavabdehə prosessual hüquq və vəzifələrinin izahı barədə rəsmi qaydada bildiriş göndərmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.2-ci maddəsinə görə cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. İş materiallarından görünür ki, iddia ərizəsi xx.xx.2024-cü il tarixdə məhkəməyə daxil olmuş və xx.xx.2024-cü il tarixdə məhkəmə cavabdehə prosessual hüquq və vəzifələrinin izahı barədə rəsmi qaydada bildiriş göndərmişdir. SX030276154AZ seriya nömrəli xəbərnamədən görünür ki, xx.xx.2024-cü il tarixdə məhkəmə bildirişi Müzəffər Abdullayev tərəfindən qəbul olunmuşdur. Lakin cavabdeh həmin tarixdən 10 (on) iş günü müddət keçməsinə baxmayaraq, iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri məhkəməyə göndərməmişdir. MPM-nin 135.3-cü maddəsinə əsasən məhkəmə sənədlərinin çatdırılması vəzifəsi üzərinə düşən şəxs ünvan sahibini onun yaşadığı, yaxud işlədiyi yer üzrə tapmadıqda, həmin sənədlər ünvan sahibi ilə birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə (onların razılığı ilə), onlar olmadıqda müvafiq icra hakimiyyəti orqanına, ünvan sahibinin yaşadığı yer üzrə yerli özünüidarə orqanına, yaxud onun işlədiyi yer üzrə müdiriyyətə verilir. Ünvan sahibinin əvəzinə məhkəmə sənədlərini qəbul etmiş şəxs qəbzdə və ya sənədin kötüyündə öz soyadını, adını, atasının adını, ünvan sahibinə münasibətini və ya tutduğu vəzifəni göstərməli və imkan olan kimi məhkəmə sənədlərini ünvan sahibinə verməlidir. Məhkəmə, cavabdehə qanunla müəyyən olunmuş qaydada prosessual hüquq və vəzifələrinin izah olunduğunu, iddiaya qarşı etirazının olmamasını və iddia tələbinin kiçik iddialar kateqoriyasına aid edilməklə yanaşı, mübahisə doğurmayan tələb olduğunu nəzərə alaraq hesab edir ki, mülki işin iddia icraatına keçirilməklə iş üzrə əlavə araşdırma aparılmasına, ekspertiza təyin olunmasına və ya tərəflərin məhkəməyə çağırılmaqla dinlənilmələrinə lüzum yoxdur, mülki işin prosessual vəziyyəti işə sadələşdirilmiş icraat qaydasında baxılmasına mane olmur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən, kiçik iddialar üzrə ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Həmin Məcəllənin 284-6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Məhkəmə iddiaçının təqdim etdiyi sənədlərin tədqiqi nəticəsinə əsaslanaraq hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77-ci maddəsinin tələblərinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 217.2–ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Belə ki, işdə olan "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə X6 arasında bağlanmış BPM**********56 nömrəli xx.xx.2019-cu il tarixli X9 müqaviləsindən görünür ki, borcalana 36 ay müddətinə kreditdən istifadəyə görə illik 24 % dərəcəsilə hesablanmaqla 500 manat məbləğində bərpa olunan kredit limiti və BPM**********94 nömrəli xx.xx.2021-ci il tarixli kredit müqaviləsindən görünür ki, 48 ay müddətinə illik 24% olmaqla 1800 manat məbləğində kredit məbləği verilmişdir. İşdə olan maliyyə arayışlarından görünür ki, xx.xx.2024-cü il tarixədək banka olan borc BPM**********56 nömrəli xx.xx.2019-cu il tarixli X9 müqaviləsinə əsasən 183.99 manat, BPM**********94 nömrəli xx.xx.2021-ci il tarixli kredit müqaviləsinə əsasən isə cəmi 1670.28 manat məbləğində təşkil edir. İşdə olan AZ-İİ № 210030 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X6 xx.xx.2021-ci il tarixdə vəfat etmişdir. İşdə olan “Elektron notariat” X1 çıxarışdan görünür ki, mərhum X5 adına vərəsəlik işi mərhumun vəfatından sonra qanun üzrə vərəsəsi olan Cavabdeh tərəfindən verilmiş miras qalmış əmlakın qəbul edilməsinə dair ərizəsi əsasında açılmışdır. İşdə olan cavabdehə ünvanlanmış xx.xx.2024-cü il tarixli bildirişlərdən görünür ki, banka olan borcu cavabdehə xatırladılaraq, ondan borclu olduğu məbləği qaytarmaq tələb olunmuşdur. Beləliklə, məhkəmə iddiaçının təqdim etdiyi sübutların tədqiqi nəticəsində müəyyən etdi ki, iddiaçı bankla X6 arasında bağlanmış BPM**********56 nömrəli xx.xx.2019-cu il tarixli X9 müqaviləsinə əsasən borcalana 36 ay müddətinə kreditdən istifadəyə görə illik 24 % dərəcəsilə hesablanmaqla 500 manat məbləğində bərpa olunan kredit limiti və BPM**********94 nömrəli, xx.xx.2021-ci il tarixli kredit müqaviləsinə əsasən 48 ay müddətinə illik 24% olmaqla 1800 manat kredit pulu verilmişdir. “Elektron notariat” X1 əldə edilmiş çıxarışa əsasən xx.xx.2021-ci il tarixdə vəfat etmiş X4 vərəsəsi Cavabdehdur. Cavabdeh - X3 miras qalmış əmlakdan tam hissədə pay almışdır. Hazırda cavabdehin iddiaçıya X9 müqaviləsi üzrə cəmi 183.99 (bir yüz səksən üç manat doxsan doqquz qəpik) manat, kredit müqaviləsi üzrə cəmi 1670.28 (bir min altı yüz yetmiş manat iyirmi səkkiz qəpik) manat kredit borcu qalmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Həmin Məcəllənin 1306.1-ci maddəsinə əsasən vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. Həmin Məcəllənin 1307-ci maddəsinə əsasən Mirasın notarius tərəfindən siyahıya alındığı haldan başqa, vərəsə miras qoyanın borclarının mirasdan çox olduğunu sübut etməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin həmin vaxt qüvvədə olan 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin həmin vaxt qüvvədə olan 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Həmin Məcəllənin həmin vaxt qüvvədə olan 741-ci maddəsinə əsasən əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. Həmin Məcəllənin həmin vaxt qüvvədə olan 743-cü maddəsinə əsasən əgər borc alanın əmlak vəziyyəti əhəmiyyətli dərəcədə pisləşərsə, bu isə borcun qaytarılması tələbi üçün təhlükə yaradarsa, borc verən borcun dərhal qaytarılmasını tələb edə bilər. Bu hüquq, həmçinin borc alanın əmlak vəziyyəti müqavilə bağlanmazdan əvvəl pisləşdikdə, borc verənə isə bu yalnız borc müqaviləsi bağlandıqdan sonra məlum olduqda da qüvvədədir. Həmin Məcəllənin 427.3–cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Eləcə də Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.2–ci maddəsində göstərilmişdir ki, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Məhkəmə işin müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, BPM**********56 nömrəli xx.xx.2019-cu il tarixli X9 müqaviləsi üzrə 183.99 (bir yüz səksən üç manat doxsan doqquz qəpik) manat pul və BPM**********94 nömrəli xx.xx.2021-ci il tarixli kredit müqaviləsi üzrə 1623.15 (bir min altı yüz iyirmi üç manat on beş qəpik) manat əsas və 47.13 (qırx yeddi manat on üç qəpik) manat faiz borcu olmaqla, cəmi 1670.28 (bir min altı yüz yetmiş manat iyirmi səkkiz qəpik) manat məbləğində pul alınıb iddiaçıya verilməlidir. İddia tələbi təmin edildiyindən iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi olan 34.87 (otuz dörd manat səksən yeddi qəpik) manat məbləğində pul və 0.40 (qırx qəpik) manat bank xidmət haqqı Cavabdeh alınaraq iddiaçı banka verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233, 284-5.3, 284-6.1, 284-6.2-ci maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: İddia tələbi təmin edilsin. "xxxx" ASC ilə mərhum X6 arasında bağlanmış BPM**********56 nömrəli xx.xx.2019-cu il tarixli X9 müqaviləsi üzrə 183.99 (bir yüz səksən üç manat doxsan doqquz qəpik) manat pul və bundan başqa BPM**********94 nömrəli xx.xx.2021-ci il tarixli kredit müqaviləsi üzrə 1623.15 (bir min altı yüz iyirmi üç manat on beş qəpik) manat əsas və 47.13 (qırx yeddi manat on üç qəpik) manat faiz borcu olmaqla, cəmi 1670.28 (bir min altı yüz yetmiş manat iyirmi səkkiz qəpik) manat məbləğində borc mirası qəbul etmiş vərəsə olan Cavabdeh alınıb iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin hesabına ödənilsin. Ödənilmiş dövlət rüsumu cavabdehə aid edilsin. Cavabdeh ödənilmiş dövlət rüsumunun əvəzi olan 34.87 (otuz dörd manat səksən yeddi qəpik) manat pul və 0.40 (qırx qəpik) manat bank xidmət haqqı alınıb iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinə verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qax rayon Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim : Taleh Kərimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar