Məhkəmə qərarları › İş №e-2(024)-86/2025

Qax Rayon Məhkəməsi Qətnamə — İş №e-2(024)-86/2025

11.03.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qax rayonu İş № e-2(024)-86/2025 11.03.2025 QAX RAYON MƏHKƏMƏSİ Hakim Zeynalov Mirheydər Seyidəmir oğlunun sədrliyi, Məhkəmə iclas katibi Məmmədova Zəhra Rövşən qızının katibliyi, İddiaçı, "xxxx" ASC-in nümayəndəsi Nümayəndə iştirakı ilə İddiaçı cavabdeh Qax rayon Notariat ofisinə və üçüncü şəxs "xxxx" ASC-nə qarşı «icra qeydinin ləğv edilməsi» tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyənetdi: İddiaçı cavabdeh Qax rayon Notariat ofisinə və üçüncü şəxs "xxxx" ASC-nə qarşı «icra qeydinin ləğv edilməsi» tələbinə dair iddia ərizəsi ilə Qax rayon notariat ofisinin xüsusi notariusu X3 tərəfindən müddət üçün vaxtında ödənilməmiş 13.478 manat 70 qəpik borcun "xxxx" ASC-in xeyrinə tutulmasına dair 21 avqust 2024-cü il tarixli icra qeydinin ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Tərəflərə məhkəmə iclasının yeri və vaxtı barədə tərəflərə lazımi qaydada məlumat verilmiş, lakin Qax rayon Notariat ofisinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş, işin baxılmasının təxirə salınması barədə heç bir vəsatət məhkəməyə daxil olmamışdır. Məhkəmə işə cavabdeh Qax rayon Notariat Ofisinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Qax rayon notariat ofisinin xüsusi notariusu X3 tərəfindən müddət üçün vaxtında ödənilməmiş 13.478 manat 70 qəpik borcun İddiaçı "xxxx" ASC-in xeyrinə tutulması barədə icra qeydi verilmişdir. Həmin icra qeydinə əsasən Qax Rayonu üzrə İcra və Probasiya şöbəsindən gələn xəbərdarlıqdan sonra icra qeydindən məlumatlı olmuş və 14 noyabr 2024-cü il tarixdə surətini əldə etmişdir. İcra qeydindən şikayət vermək hüququ izah edilmədiyindən, icra qeydini məhkəmə qaydasında mübahisələndirməsi barədə müddəti ötürməmişdir. İcra qeydini əsassız və qərəzli hesab edir. Tələbkarın əsaslandırılmamış ərizəsi əsasında, borcun qaytarılıb-qaytarılmamasını yoxlamadan notarius tərəfindən icra qeydi verilmişdir. Ona görə də hesab edir ki, 21 avqust 2024-cü il tarixli icra qeydi əsassız olduğundan ləğv edilməlidir. Ona görə də, məhkəməyə müraciət etməli olmuşdur. Məhkəmə iclasında İddiaçı izahatında göstərmişdir ki, o əmisi oğluna zamin durmuşdur. Əmisi oğlunun ondan başqada zamini var. Digər zamindəndə pul tutulur. Bundan əlavə "xxxx" ASC-i qərar çıxartıdırb və onun maaşından da tutulur. Onun əmək haqqından pul tutulmasına etiraz edir. İddianının təmin olunmasını xahiş edir. Məhkəmə iclasında üçüncü şəxs "xxxx" ASC-in etibarnamə üzrə nümayəndəsi Nümayəndə iştirak etdiyi iddia tələbinə münasibət bildirərək göstərmişdir ki, hazırda borc hər iki zaminin əmək haqqlarından tutulur. Tərəf icra qeydinin ləğv edilməsi barədə ərizə vermiş və orada əsaslandırmışdır ki, icra qeydi ilə qeyd ilə bağlı icra məmuru tərəfindən icra və probasiya şöbəsinə dəvət olunan zaman məlumatlanmışdır.Lakin İddiaçı həmin bildirişi şəxsən imza etməklə almış və bildirişdə əsas faiz və cərimə borcu qeyd olunmuşdur. İcra qeydinin ləğv olunması ilə bağlı iddiaçının iddiası əsassızdır. İddia tələbinin əsassız olduğu üçün təmin olunmamasını xahiş edir. Mülki iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş sənədlər: Qax rayon Notariat ofisinin xüsusi notariusu X1 21 avqust 2024-cü il tarixli İcra Qeydinin surətindən görünür ki, AKİA-233873/22 №li müqaviləyə əsasən müddət üçün vaxtında ödənilməmiş 13.478 manat 70 qəpik tutulması qeyd edilmiş, bundan əlavə borclu İddiaçı 360 manat 34 qəpik manat məbləğində cərimə peniya, tələbkar tərəfindən ödənilmiş 25 manat məbləğində dövlət rüsumu olmaqla, cəmi 13.864 manat 04 qəpik pul tutulması qeyd edilmişdir. "xxxx" ASC-in nümayəndəsi tərəfindən İddiaçı göndərilmiş icra qeydinin aparılacağı barədə tələbkar tərəfindən borcluya göndərilən 26 iyul 2024-cü il tarixli bildirişin surətindən görünür ki, üç gün ərzində borcun ödənilməsi tələb olunmuş. əks təqdirdə borc 20 gün ərzində ödənilmədikdə «Notariat Haqqında» Azərbaycan Respublikasının Qanununun 76cı maddəsinin tələblərinə əsasən tələbkar qarşısında icra edilməmiş öhdəliyin icrasını təmin etmək üçün yaranmış borc məbləği və verilməli əmlak (ipoteka predmeti istisna olmaqla) barəsində notarius tərəfindən icra qeydinin aparılacağı izah olunmuşdur. İşdə olan poçt xəbərnaməsinin surətlərindən görünür ki, "xxxx" ASC-i tərəfindən İddiaçı məlum ünvanlarına «EMS» AZEREXPRESSPOST poçt xidməti vasitəsilə göndərilmiş icra qeydi bidirişi İddiaçı yaşadığı Qax rayonu, Güllük kəndində yerləşən ünvanında 01 avqust 2024-cü ildə ona təqdim olunmuşdur. İşin mübahisəsiz hallarından da göründüyü kimi "xxxx" ASC-i ilə X4 arasında 07 dekabr 2022-ci il tarixli, № AKİA-233873/22 saylı kredit müqaviləsi bağlanılmışdır. Həmin kredit müqaviləsinin təminatı olaraq Turanbank ASC-i İddiaçı və X2 arasında 07 dekabr 2022-ci il tarixli, AKİA 233873/22 saylı zaminlik müqaviləsi bağlanılmışdır. Müqavilə üzrə əsas borcalan və zaminlər öhdəliyi yerinə yetirmədiyindən bank tərəfindən 26 iyul 2024-cü il tarixli bildiriş göndərilmiş və bildirişdə 20 gün müddətində borc ödənilmədiyi təqdirdə notarius tərəfindən icra qeydi aparılacağı barədə xəbərdarlıq edilmişdir. Borclu İddiaçı barəsində Qax rayon notariat ofisi tərəfindən 21 avqust 2024-cü il tarixli, 8İ-5783 № li icra qeydi aparılmışdır. Həmin icra qeydinə əsasən İddiaçı ümumilikdə 13.864.04 manat məbləğində pulun tutulması tələb olunmuşdur. Kredit müqaviləsi üzrə müəyyən edilmiş ödəniş cədvəlində qeyd olunan məbləğ kredit alan, yəni iddiaçı tərəfindən müəyyən müddət ödənilməmişdir. Bu səbəbdən də bankın tələbi ilə Qax rayon Notariat ofisinin xüsusi notariusu X3 tərəfindən 21 avqust 2024-cü il tarixli borc məbləinin tutulması barədə icra qeydi verilmişdir. Hazırda İddiaçı icra qeydinin verilməsi prosedurunun pozulduğunu və bank a olan borcunun tutulması haqqında bildirişlə məlumat verilmədiyini iddia edərək 21 avqust 2024cü il tarixli-icra qeydinin ləğvini tələb etmişdir. «Notariat haqqında» Azərbaycan Respublikasının Qanununun 76-cı maddəsinə əsasən borcludan pul məbləğlərini tutmaq və ya əmlakı tələb edib almaq üçün borclunun olduğu yer üzrə notarius borcu müəyyən edən sənədlərdə icra qeydləri aparmalıdır. İcra qeydləri yalnız təqdim olunan sənədlər borcun mübahisəsiz olduğunu təsdiq etdiyi və bu maddənin üçüncü hissəsində nəzərdə tutulan müddət keçmədiyi halda aparılır. Barəsində icra qeydi aparılan tələb üçün qanunla başqa müddət müəyyən edilməmişdirsə, icra qeydi tələb etmək hüququnun yarandığı gündən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsi ilə müəyyən edilmiş müvafiq iddia müddətləri keçənədək aparılır. İcra qeydinin aparılması üçün dövlət orqanları, habelə hüquqi və fiziki şəxslər «Elektron imza və elektron sənəd haqqında» Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada elektron imzadan istifadə etməklə elektron formada müraciət edə bilərlər. Fiziki şəxslər yazılı qaydada da notariat ofisilərınə müraciət edə bilərlər. Tələbkar icra qeydinin aparılması üçün notariat ofisinə müraciət etdiyi gündən ən azı 20 gün əvvəl sifarişli poçt vasitəsilə borcluya tələbin icra edilmədiyi halda icra qeydinin aparılacağı barədə bildiriş göndərməlidir. Bildirişin forması Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. İpoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin göndərilməsi qaydası və bu bildirişdən sonra notarius tərəfindən icra qeydinin aparılması müddəti «İpoteka haqqında»Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir. Bildirişin surəti, onun borcluya çatdırıldığını təsdiq edən sənəd, borclunun cavab məktubu (cavab məktubu olduğu halda) və borcu müəyyən edən sənədlər icra qeydinin aparılması ilə bağlı ərizəyə əlavə olunur. Elektron formada müraciət olunduqda, ərizəyə əlavə olunan sənədlər skan edilərək və ya elektron sənəd formasında ona qoşma kimi əlavə olunur. Skan edilmiş sənədlərin həqiqiliyi ilə bağlı hər hansı şübhələrin yarandığı hallarda tələbkardan həmin sənədlərin əsillərinin təqdim edilməsi tələb olunur. İcra qeydi aparılmış tələb borclu tərəfindən məhkəmə qaydasında mübahisələndirilə bilər. Borcların icra qeydləri əsasında mübahisəsiz qaydada alınmasına əsas olan sənədlərin siyahısını Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. Həmin Qanunun 77-ci maddəsinə əsasən icra qeydləri aşağıdakı məlumatları özündə əks etdirməlidir:1) icra qeydini aparan notariusun vəzifəsi, soyadı, adı və atasının adı; 2) tələbkar fiziki şəxsin soyadı, adı, atasının adı, fərdi identifikasiya nömrəsi (əcnəbilərin və ya vətəndaşlığı olmayan şəxslərin müvəqqəti, yaxud daimi yaşamaq üçün icazə vəsiqələrinin, habelə qaçqın vəsiqəsinin seriyası və nömrəsi), yaşayış yeri və olduğu yer, doğum tarixi, hüquqi şəxsin adı, hüquqi və faktiki ünvanları, VÖEN-i;3) borclu fiziki şəxsin soyadı, adı, atasının adı, fərdi identifikasiya nömrəsi (əcnəbilərin və ya vətəndaşlığı olmayan şəxslərin müvəqqəti, yaxud daimi yaşamaq üçün icazə vəsiqələrinin, habelə qaçqın vəsiqəsinin seriyası və nömrəsi), yaşayış yeri və olduğu yer, doğum tarixi, işlədiyi halda iş yeri, sahibkarlıq fəaliyyəti ilə məşğul olduqda VÖEN-i, hüquqi şəxsin adı, hüquqi və faktiki ünvanları, VÖEN-i;4) ödəniləsi məbləğ və tələb olunub alınası əşyalar, çatası faiz və dəbbə pulu (olduğu təqdirdə); 5) haqqın miqdarı, tələbkarın ödəyəcəyi dövlət rüsumunun və ya borcludan tutulmalı olan dövlət rüsumunun məbləği; 6) icra qeydinin aparıldığı tarix (il, ay, gün);7) icra qeydinin reyestrdə rəsmiləşdirildiyi say; 8) icra qeydini aparan notariusun imzası, möhürü. Həmin Qanunun 79-cu maddəsinə əsasən İcra qeydinin aparılması barədə ərizə müvafiq icra hakimiyyəti orqanının Elektron notariat informasiya sisteminə və ya fiziki şəxsin yazılı ərizəsi notariat ofisinə daxil olduqdan sonra notarius bir iş günü müddətində icra qeydini aparır və icra qeydini müvafiq icra hakimiyyəti orqanının Elektron notariat informasiya sistemi vasitəsilə «İcra haqqında» Azərbaycan Respublikasının Qanununa uyğun olaraq icra olunması üçün müvafiq icra hakimiyyəti orqanının Elektron icra informasiya sisteminə göndərir. Beləliklə, işin faktiki hallarından da göründüyü kimi mübahisə predmetini təşkil edən 21 avqust 2024-cü il tarixli, 8İ-5783 №li icra qeydi qanunvericiliyin tələblərinə uyğun olaraq verilmiş, habelə onun ləğv edilməsi üçün hər hansı əsas müəyyən edilməmişdir. İddiaçı borcun banka qaytarılması barədə məhkəməyə hər hansı əsaslı və mötəbər sübut təqdim etməmişdir. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumu «S.Əliyevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının xx.xx.2004-cü il tarxli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 may 2006-cı il tarixli qərarında göstərmişdir ki, məhkəmə özü tərəfindən işin müəyyən olunmuş hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməlidir. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmununu qətnamədə şərh etməli, sübutları əlaqələndirməli, araşdırılan sübutların qəbul edilibedilməməsinin səbəblərini göstərməlidir. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumu «S.Əliyevanın şikayəti üzrə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının 28 dekabr 2004-cü il tarxli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 may 2006-cı il tarixli qərarında göstərmişdir ki, məhkəmə özü tərəfindən işin müəyyən olunmuş hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməlidir. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmununu qətnamədə şərh etməli, sübutları əlaqələndirməli, araşdırılan sübutların qəbul edilibedilməməsinin səbəblərini göstərməlidir. Mülki Prosessual Məcəlləsinin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Həmin Məcəllənin 76.3-cü maddəsinə əsasən qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə olunmasına yol verilmir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsində təsbit edilmişdir ki, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Burada əsas məqam ondan ibarətdir ki, qətnamədə məhkəmənin gəldiyi nəticənin maddi-hüquqi əsası kimi işə baxan zaman deyil, mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına istinad edilməlidir. Qətnamədə prosessual hüquq normalarına uyğunluğu məsələsi həll olunarkən məhz işin baxılması zamanı yəni müvafiq prosessual hərəkətlərin icra edildyi vaxt qüvvədə olan prosessual hüquq normaları rəhbər tutulmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qətnamənin əsaslığı onun iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərə uyğun olmasında ifadə olunur. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin hallarına uyğun gəlsin. Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Məhkəmə qətnaməsi haqqında Azərbaycan Respublikasının Alı Məhkəməsinin Plenumunun 24 noyabr 2005-ci il tarixli 4 nömrəli Qərarına qeyd olunmuşdur ki, məhkəmə qətnaməsi savadlı, hüquqi cəhətdən düzgün tərtib edilməli, onda anlaşılmayan ifadələr yazılmamalı, hüquqi ifadələr yerində və dəqiq işlədilməlidir. (5-ci bənd). Qətnamənin məzmunu giriş, təsviri, əsaslandırıcı və nəticə hissələrindən ibarət olub, həmin ardıcıllıqla Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 220-ci maddəsində göstərilən məlumatlar əks etdirməlidir (6.1-ci bənd). Qətnamənin əsaslandırıcı hissəsinə xüsusi diqqət verilməlidir. Qətnamənin həmin hissəsində işin məhkəmə tərəfindən müəyyən olunmuş halları məhkəmənin nəticələrini əsaslandırdığı sübutlar bu və ya digər sübutları rədd və ya qəbul etmək üçün istinad etdiyi dəlillər rəhbər tutduğu, qanunlar və ya digər hüquqi aktlar göstərilməlidir. (6.2-ci bənd) Məhkəmə qətnaməsinin əsaslandırıcı hissəsində sübutlar əlaqəli şəkildə şərh edilməli, bu və ya digər sübutun qəbul edilibedilməməsinin səbəbləri orada aydın izah edilməlidir.(6.3-cü bənd). Məhkəmələr nəzərə almalıdırlar ki, qanunvericiliklə müəyyən edilmiş prosessual qaydaların pozulması ilə əldə edilmiş sübutlar məhkəmə qətnaməsinin əsasını təşkil edə bilməz. (6.4-cü bənd) Qətnamənin əsaslandırıcı hissəsində məhkəmənin mübahisə edilən hüquq münasibəti barədə gəldiyi nəticə üçün əsas götürdüyü maddi hüquq normaları, istinad etdiyi qanunun və ya digər hüquqi aktın adı, maddəsi, abzası, bəndi, zəruri hallarda Konstitusiya Məhkəməsinin və Ali Məhkəmə Plenumunun ayrı-ayrı məsələlər barədə qərarları da göstərilməlidir. (6.5-ci bənd) Həmçinin məhkəmə onu da qeyd edir ki, iddia ərizəsinin verilməsi üçün İddiaçı ödədiyi 100 manat 40 qəpik dövlət rüsumu və xidmət haqqı, iddiaçının özünə aid edilməlidir. Şərh olunanlara və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 227, 233 və 360-cı maddələrinə əsasən, məhkəmə q ə t e t d i: İddiaçı cavabdeh Qax rayon Notariat ofisininə və üçüncü şəxs "xxxx" ASC-nə qarşı «icra qeydinin ləğv edilməsi» tələbinə dair iddiası təmin edilməsin. İddia ərizəsinin verilməsi üçün İddiaçı ödədiyi 100 manat 40 qəpik dövlət rüsumu və xidmət haqqı iddiaçının özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində «Elektron məhkəmə» informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Mirheydər Zeynalov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar