Məhkəmə qərarları › İş №e-2(024)-99/2025

Qax Rayon Məhkəməsi Qərardad — İş №e-2(024)-99/2025

14.04.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Qax rayonu İş № e-2(024)-99/2025 14.04.2025 QAX RAYON MƏHKƏMƏSİ Hakim Zeynalov Mirheydər Seyidəmir oğlunun sədrliyi, Məhkəmə iclas katibi Məmmədova Zəhra Rövşən qızının katibliyi ilə. İddiaçı Açıq Səhmdar Cəmı̇ yyətinin (Ləğv Prosesindədir) cavabdehlər Əlı̇ yeva Vəfa Abdulla qızı, Seydəlı̇ yeva Gülnar Mahmud qızı və Mansırov Hı̇ dayət Əsgər oğluna qarşı "kredit borcunun qaytarılması" tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı Açıq Səhmdar Cəmı̇ yyətinin (Ləğv Prosesindədir) cavabdehlər Əlı̇ yeva Vəfa Abdulla qızı, Seydəlı̇ yeva Gülnar Mahmud qızı və Mansırov Hı̇ dayət Əsgər oğluna qarşı “kredit borcunun qaytarılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cəmi borc 16.670,37 (on altı min altı yüz yetmiş dollar, 37 sent) ABŞ dolları-bundan 7.385,57 (yeddi min üç yüz səksən beş dollar, 57 sent) ABŞ dolları əsas, 2.812,97 (iki min səkkiz yüz on iki dollar, 97 sent) ABŞ dolları faiz, 5.800,27 (beş min səkkiz yüz dollar, 27 sent) ABŞ dolları cərimə, kredit müqaviləsi bitəndən sonra Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin 27 fevral 2015-ci il tarixli Plenum qərarına əsasən hesablanmış 671,56 (altı yüz yetmiş bir dollar, 56 sent) ABŞ dolları faiz borcu və iş üzrə ödənilmiş 175,02 (yüz yetmiş beş manat 02 qəpik) AZN dövlət rüsumunun cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 müştərək qaydada tutularaq, ləğv prosesində olan "Dəmirbank” ASC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı Açıq Səhmdar Cəmı̇ yyətinin (Ləğv Prosesindədir) nümayəndəsi məhkəməyə barışıq sazişi göndərərək tərəflər arasında bağlanılmış 03 mart 2025-ci il tarixli barışıq sazişinin təsdiq edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iddia ərizəsini, habelə digər iş materiallarını tam və hərtərəfli araşdıraraq belə nəticəyə gəlir ki, tərəflər arasında olan mübahisə barışıq yolu ilə həll edildiyindən, onlar arasında bağlanmış barışıq sazişi təsdiq edilməli və iş üzrə icraata xitam verilməlidir. Barışıq sazişinin şərtləri aşağıdakı kimi müəyyən olunmuşdur: Bir tərəfdən ləğv prosesində olan İddiaçı ASC-in ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun icraçı direktorunun müavini X16 şəxsində (bundan sonra “iddiaçı" adlanacaq), digər tərəfdən Cavabdeh2 (ş/v: AZE16671757, verilib: Qax RPŞ, xx.xx.2017) (bundan sonra “Cavabdeh-Borclu” adlanacaq), Cavabdeh1 (ş/v:AZE********, verilib: ASAN 2, xx.xx.2014) və Cavabdeh3 (ş/v:AA*******, verilib: ASAN-Bərdə) (bundan sonra “Cavabdeh-Zaminlər” adlanacaq), iddiaçı, Cavabdeh-Borclu və Cavabdeh-Zaminlər (bundan sonra birlikdə - "Tərəflər”) aşağıdakı şərtlər əsasında qarşılıqlı razılıqla bu Sazişi imzaladılar. Maddə 1. Sazişin mövzusu Bu Sazişin mövzusunu xx.xx.2014-cü il tarixli Kredit müqaviləsi (bundan sonra- “Kredit müqaviləsi" adlanacaq) üzrə cəmi 16.670,37 (on altı min altı yüz yetmiş ABŞ Dolları, 37 sent) ABŞ Dolları-bundan 7.385,57 (yeddi min üç yüz səksən beş ABŞ Dolları, 57 sent) ABŞ Dolları əsas, 2.812,97 (iki min səkkiz yüz on iki ABŞ Dolları, 97 sent) ABŞ Dolları faiz, 5.800,27 (beş min səkkiz yüz ABŞ Dolları, 27 sent) ABŞ Dolları cərimə, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 671,56 (altı yüz yetmiş bir ABŞ Dolları, 56 sent) ABŞ Dolları faiz borcu və iş üzrə ödənilmiş 175,02 (bir yüz yetmiş beş manat, 02 qəpik) Manat dövlət rüsumunun cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 ləğv prosesində olan İddiaçı ASC-in xeyrinə tutulmasına dair Qax Rayon Məhkəməsinin icraatında olan mülki mübahisənin barışıq yolu ilə həll edilməsi təşkil edir. Maddə 2. Barışığın şərtləri Tərəflər təsdiq edirlər ki, cavabdeh-borclunun xx.xx.2014-cü il tarixli Kredit müqaviləsi üzrə 15.01 2025-ci il tarixinə BƏS-də 7.385,57 (yeddi min üç yüz səksən beş ABŞ Dolları, 57 sent) ABŞ Dolları əsas, 2.812,97 (iki min səkkiz yüz on iki ABŞ Dolları, 97 sent) ABŞ Dolları faiz, 4.481,55 (dörd min dörd yüz səksən bir manat, 55 qəpik) ABŞ Dolları köçürülmüş faizlər və 1.318,72 (bir min üç yüz on səkkiz ABŞ Dolları, 72 sent) ABŞ Dolları cərimə borc öhdəliyi mövcuddur. Tərəflər təsdiq edirlər ki, xx.xx.2014-cü il tarixli Kredit müqaviləsi üzrə 1.500 (bir min beş yüz) manat məbləğində ödənişin 30 (otuz) iş günü müddətində ödənilməsinin ilkin ödəniş kimi qəbul edilməsini və bundan sonra qalıq 12.000 (on iki min) manat məbləğində borcun 24 (iyirmi dörd) ay müddətinə, yəni 2025-ci ilin aprel ayından başlayaraq, hər ay 500 (beş yüz) manat ödənilməsi öhdəliyini Cavabdeh-Borclu öz üzərinə götürür. İddiaçı bu Sazişin 2.2-ci bəndində göstərilən 12.000 (on iki min) manat borc məbləğinin Cavabdeh-Borclu tərəfindən ödənilməsinə 24 (iyirmi dörd) ay müddətinə möhlət verilməsi öhdəliyini öz üzərinə götürür. Tərəflər təsdiq edirlər ki, Cavabdeh-Borclu bu Sazişin 2.2-ci bəndindəki öhdəliyini ardıcıl olaraq 2 (iki) ay ərzində lazımi qaydada icra etmədikdə bu Sazişin 2.2-ci bəndinin şərtlərinin pozulması kimi qiymətləndiriləcək və belə olan halda verilmiş güzəştlər ləğv edilərək bu Sazişin 2.1-ci bəndində göstərilən borc məbləği tam şəkildə Cavabdeh-Borclu və Cavabdeh-Zaminlərdən tutulacaqdır. iddiaçı Cavabdeh-Borcluya və Cavabdeh-Zaminlərə bildiriş vermədən dərhal bu Barışıq Sazişinin icraya yönəldilməsi üçün müvafiq Məhkəmə və ya icra orqanlarına müraciət edəcəkdir. 2.5 Tərəflər təsdiq edirlər ki, bu Sazişin 2.2-ci bəndi Cavabdeh-Borclu tərəfindən lazımınca və vaxtında icra edildikdən sonra X1q borc məbləğinin güzəşt tətbiq edilərək silinməsi öhdəliyini iddiaçı öz üzərinə götürür. Maddə 3. Digər şərtlər Sazişin imzalanması əvvəllər mövcud olan mübahisəyə və ya qeyri-müəyyən hüquq və ya iddialara istinad edilməsini istisna edir və hüquqi statusundan asılı olmayaraq Tərəflər üçün yalnız Sazişin şərtləri etibarlı olur. Saziş könüllü icra ediləcəkdir. Saziş könüllü icra edilmədiyi təqdirdə Tərəflərdən biri Sazişin məcburi icrası üçün məhkəməyə müraciət edə bilər. Əgər hər hansı tərəf digər tərəfə qarşı Sazişin icrası ilə əlaqədar müvafiq qaydada məhkəməyə müraciət edərsə, həmin tərəfin qeyd olunan tədbirləri görmək üçün çəkdiyi müvafiq hüquqi xərcləri və məsrəfləri digər tərəf ona ödəməlidir. Könüllü icra edilməmə Sazişin 2.1, 2.2, 2.3, 2.4, 2.5ci bəndləri ilə müəyyən edilmiş şərtlərin pozulması başa düşülür. Bu Saziş məhkəmə tərəfindən təsdiq edilmədikdə, Sazişin məcburi icrası məhkəmənin qərarına əsasən həyata keçirilə bilər. 3.4 Tərəflər razılığa gəlirlər ki, onların heç biri digərinin nüfuzuna xələl gətirməyəcək, buna səbəb olan hər hansı davranış və ya münasibətə yol verməyəcəkdir. Tərəflər razılığa gəlirlər ki, tərəflərin hər birinin yazılı razılığı olmadan Sazişə dəyişiklik, düzəliş və ya əlavələr edilə bilməz. Sazişin hər hansı müddəası səlahiyyətli orqan tərəfindən etibarsız və ya qüvvədən düşmüş hesab edildiyi təqdirdə tərəflər razılığa gəlirlər ki, yerdə qalan müddəalar hüquqi qüvvəsini saxlayacaqdır. Tərəflər təsdiq edirlər ki, onlar Sazişi və onun imzalanmasının və icra edilməsinin nəticələrini tam başa düşürlər. Tərəflər aşağıdakı şəxslər və hallar istisna olmaqla, bu Sazişin məzmununu üçüncü şəxslərə açıqlaya bilməz: 3.7.1. bu məlumatı bilmələri vacib olan vəzifəli şəxslərinə, işçilərinə, nümayəndələrinə, vəkillərinə, auditorlara və vergi məsləhətçilərinə; 3.7.2 bu məlumatların açıqlanması qanunvericiliklə tələb edildikdə və ya vacib olduqda, vergi işçilərinə, digər dövlət qurumlarına, banklara və publik hüquqi şəxslərə; mediasiya və ya hazırkı Sazişin hazırlanması zamanı vəkil və ya nümayəndələrin peşə səhlənkarlığı və ya qanun pozuntusu iddialarını əsaslandırmaq məqsədilə müvafiq məhkəmələrə və aidiyyəti qurumlara; qarşı tərəfin yazılı icazəsi ilə; yaxın qohumlara; Sazişin təsdiqlənməsi və ya qüvvəyə minməsi üçün məhkəmələrə və notariuslara. Bu Sazişin məzmununun Sazişin 3.7.1. və 3.7.5. bəndlərində sadalanan şəxslər tərəfindən açıqlanmasına görə həmin şəxslərə müvafiq məlumatı açıqlayan tərəf məsuliyyət daşıyır. Yekun müddəalar 4.1 Tərəflər bu Saziş üzrə öhdəliklərin pozulması və ya lazımi qaydada icra edilməməsinə görə Azərbaycan Respublikası qanunvericiliyinə müvafiq olaraq məsuliyyət daşıyırlar. 4.2. Bu Sazişin hər hansı müddəasının, o cümlədən də yeni normativ-hüquqi aktların qəbul edilməsi ilə bağlı etibarsızlığı həmin Sazişin digər müddəalarının və bütövlükdə müqavilənin etibarsızlığına səbəb olmur. 4.3. Bu Saziş Azərbaycan dilində eyni hüquqi qüvvəyə malik olan 6 (altı) nüsxədə tərtib olunur və imzalandığı gündən qüvvəyə minir. Mülki iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Nizami filialı ilə Cavabdeh2 arasında bağlanmış 301/14 AYİB nömrəli xx.xx.2014-cü il tarixli kredit müqaviləsindən görünür ki, müqaviləyə əsasən cavabdehə bank tərəfindən Şəxsi məqsədləri üçün 36 ay müddətinə illik 30% dərəcəsi ilə 12.700 ABŞ dolları məbləğində kredit verilmişdir. Cavabdeh2 arasında bağlanmış 301/14 AYİB nömrəli xx.xx.2014-cü il tarixli kredit müqaviləsinin təminatı məqsədi ilə cavabdehlər Cavabdeh1 və Cavabdeh3 ilə Bank arasında 301/14 AYİB nömrəli xx.xx.2014-cü il tarixli Zaminlik müqaviləsindən görünür ki, müqavilənin 4.2-ci bəndinə əsasən faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və Borcalanın öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində Kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, Zamin və ya Zaminlər Kreditor qarşısında Borcalan ilə eyni həcmdə məsuliyyət daşıyır. Kredit və Zaminlik müqavilələri üzrə bağlanmış xx.xx.2015-ci il tarixli, 101/15 saylı Əlavə Sazişlərdən görünür ki, kreditin qalıq məbləği 9.658,89 ABŞ dolları hesablanmışdır. Kreditin müddəti xx.xx.2018-ci il tarixədək uzadılmışıdr. Kredit və Zaminlik müqavilələri üzrə bağlanmış xx.xx.2017-ci il tarixli, 02 saylı Əlavə Sazişlərdən görünür ki, borcalanın Kreditor qarşısındakı borc öhdəliyi Restrukturizasiya edilmişdir. Restrukturizasiya edilmiş kreditin məbləği 12.499,91 (on iki min dörd yüz doxsan doqquz dollar, 91 sent) ABŞ dolları hesablanmışdır. Restrukturizasiya edilmiş kreditin müddəti xx.xx.2022-ci il tarixinədək uzadılmışdır. Kredit üzrə Borcalan tərəfindən bu Əlavə Saziş imzalandığı tarixdən etibarən illik 8% ödənilməli idi. xx.xx.2014-cü il tarixli Kredit müqaviləsi (bundan sonra –«Kredit müqaviləsi» adlanacaq) üzrə cəmi 16.670,37 (on altı min altı yüz yetmiş ABŞ Dolları, 37 sent) ABŞ Dolları - bundan 7.385,57 (yeddi min üç yüz səksən beş ABŞ Dolları, 57 sent) ABŞ Dolları əsas, 2.812,97 (iki min səkkiz yüz on iki ABŞ Dolları, 97 sent) ABŞ Dolları faiz, 5.800,27 (beş min səkkiz yüz ABŞ Dolları, 27 sent) ABŞ Dolları cərimə, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 671,56 (altı yüz yetmiş bir ABŞ Dolları, 56 sent) ABŞ Dolları faiz borcu və iş üzrə ödənilmiş 175,02 (bir yüz yetmiş beş manat, 02 qəpik) Manat dövlət rüsumunun cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 ləğv prosesində olan İddiaçı ASC-in xeyrinə tutulmasına dair Qax Rayon Məhkəməsinin icraatında olan mülki mübahisənin barışıq yolu ilə həll edilməsi barədə 03 mart 2025-ci il tarixli barışıq sazişindən görünür ki, X12, X5, X6, X7, X11, X2, X3, X8, X9 və X4 razılığa gəlmiş və sazişi imzalamışlar. Məhkəmə, tərəflərin təqdim etdikləri barışıq sazişini və digər iş materiallarını nəzərdən keçirərək hesab edir ki, barışıq sazişi təsdiq edilməli və iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 52.3-cü maddəsinə əsasən tərəflər məhkəmə işini bilavasitə özləri, yaxud mediasiya vasitəsilə barışıq sazişi bağlamaqla qurtara bilərlər. Həmin Məcəllənin 191.2-ci maddəsinə əsasən hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. Həmin Məcəllənin 191.2-1-ci maddəsinə əsasən tərəflər arasında mübahisə mediasiya vasitəsilə həll edildikdə, barışıq sazişi, həll edilmədikdə isə mediasiya prosesinin nəticələri barədə protokol məhkəməyə təqdim olunur. Tərəflər barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. Həmin Məcəllənin 52.5-ci maddəsində göstərilmişdir ki, iddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. Bununla əlaqədar olaraq məhkəmə iclasında aparılan araşdırmalar zamanı müəyyən olundu ki, tərəflərin imzaladıqları barışıq sazişi tərəflərin real və həqiqi vəziyyətlərinə uyğundur. Həmin saziş başqa şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini pozmur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 261.0.5-ci maddəsinə əsasən tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə iş üzrə icraata xitam verilir. Həmin Məcəllənin 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. Həmin Məcəllənin 262.5-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməsi haqqında məhkəmənin qərardadından şikayət verilə bilər. Məhkəmə, həmçinin hesab edir ki, iddia üzrə ödənilmiş 175.02 (bir yüz yetmiş beş manat iki qəpik) manat məbləğində dövlət rüsumu iddiaçıya qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 114.1.4-cü maddəsinin tələbinə görə bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla iş üzrə icraata xitam verilərsə, ödənilmiş dövlət rüsumu qaytarılır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 261, 262, 263, 264, 268 və 269-cu maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: İddiaçı Açıq Səhmdar Cəmı̇ yyətinin (Ləğv Prosesindədir) cavabdehlər Əlı̇ yeva Vəfa Abdulla qızı, Seydəlı̇ yeva Gülnar Mahmud qızı və Mansırov Hı̇ dayət Əsgər oğluna qarşı “kredit borcunun qaytarılması” tələbinə dair iddia ərizəsi üzrə tərəflər arasında bağlanmış xx.xx.2025-ci il tarixli barışıq sazişi təsdiq edilsin. Barışıq sazişinin şərtləri aşağıdakı kimi müəyyən edilsin: 2.1. 1. Tərəflər təsdiq edirlər ki, Cavabdeh-Borclunun xx.xx.2014-cü il tarixli Kredit müqaviləsi üzrə 15.01 2025-ci il tarixinə BƏS-də 7.385,57 (yeddi min üç yüz səksən beş ABŞ Dolları, 57 sent) ABŞ Dolları əsas, 2.812,97 (iki min səkkiz yüz on iki ABŞ Dolları, 97 sent) ABŞ Dolları faiz, 4.481,55 (dörd min dörd yüz səksən bir manat, 55 qəpik) ABŞ Dolları köçürülmüş faizlər və 1.318,72 (bir min üç yüz on səkkiz ABŞ Dolları, 72 sent) ABŞ Dolları cərimə borc öhdəliyi mövcuddur. 2.2. Tərəflər təsdiq edirlər ki, xx.xx.2014-cü il tarixli Kredit müqaviləsi üzrə 1.500 (bir min beş yüz) manat məbləğində ödənişin 30 (otuz) iş günü müddətində ödənilməsinin ilkin ödəniş kimi qəbul edilməsini və bundan sonra qalıq 12.000 (on iki min) manat məbləğində borcun 24 (iyirmi dörd) ay müddətinə, yəni 2025-ci ilin aprel ayından başlayaraq, hər ay 500 (beş yüz) manat ödənilməsi öhdəliyini Cavabdeh-Borclu öz üzərinə götürür. 2.3. İddiaçı bu Sazişin 2.2-ci bəndində göstərilən 12.000 (on iki min) manat borc məbləğinin Cavabdeh-Borclu tərəfindən ödənilməsinə 24 (iyirmi dörd) ay müddətinə möhlət verilməsi öhdəliyini öz üzərinə götürür. 2.4. Tərəflər təsdiq edirlər ki, Cavabdeh-Borclu bu Sazişin 2.2-ci bəndindəki öhdəliyini ardıcıl olaraq 2 (iki) ay ərzində lazımi qaydada icra etmədikdə bu Sazişin 2.2-ci bəndinin şərtlərinin pozulması kimi qiymətləndiriləcək və belə olan halda verilmiş güzəştlər ləğv edilərək bu Sazişin 2.1 -ci bəndində göstərilən borc məbləği tam şəkildə Cavabdeh-Borclu və Cavabdeh-Zaminlərdən tutulacaqdır. iddiaçı Cavabdeh-Borcluya və Cavabdeh-Zaminlərə bildiriş vermədən dərhal bu Barışıq Sazişinin icraya yönəldilməsi üçün müvafiq Məhkəmə və ya icra orqanlarına müraciət edəcəkdir. 2.5 Tərəflər təsdiq edirlər ki, bu Sazişin 2.2-ci bəndi Cavabdeh-Borclu tərəfindən lazımınca və vaxtında icra edildikdən sonra X1q borc məbləğinin güzəşt tətbiq edilərək silinməsi öhdəliyini iddiaçı öz üzərinə götürür. Maddə 3. Digər şərtlər 3.1. Sazişin imzalanması əvvəllər mövcud olan mübahisəyə və ya qeyri-müəyyən hüquq və ya iddialara istinad edilməsini istisna edir və hüquqi statusundan asılı olmayaraq Tərəflər üçün yalnız Sazişin şərtləri etibarlı olur. 3.2. Saziş könüllü icra ediləcəkdir. Saziş könüllü icra edilmədiyi təqdirdə Tərəflərdən biri Sazişin məcburi icrası üçün məhkəməyə müraciət edə bilər. Əgər hər hansı tərəf digər tərəfə qarşı Sazişin icrası ilə əlaqədar müvafiq qaydada məhkəməyə müraciət edərsə, həmin tərəfin qeyd olunan tədbirləri görmək üçün çəkdiyi müvafiq hüquqi xərcləri və məsrəfləri digər tərəf ona ödəməlidir. Könüllü icra edilməmə Sazişin 2.1, 2.2, 2.3, 2.4, 2.5ci bəndləri ilə müəyyən edilmiş şərtlərin pozulması başa düşülür. 3.3. Bu Saziş məhkəmə tərəfindən təsdiq edilmədikdə, Sazişin məcburi icrası məhkəmənin qərarına əsasən həyata keçirilə bilər. 3.4 Tərəflər razılığa gəlirlər ki, onların heç biri digərinin nüfuzuna xələl gətirməyəcək, buna səbəb olan hər hansı davranış və ya münasibətə yol verməyəcəkdir. 3.5. Tərəflər razılığa gəlirlər ki, tərəflərin hər birinin yazılı razılığı olmadan Sazişə dəyişiklik, düzəliş və ya əlavələr edilə bilməz. Sazişin hər hansı müddəası səlahiyyətli orqan tərəfindən etibarsız və ya qüvvədən düşmüş hesab edildiyi təqdirdə tərəflər razılığa gəlirlər ki, yerdə qalan müddəalar hüquqi qüvvəsini saxlayacaqdır. 3.6. Tərəflər təsdiq edirlər ki, onlar Sazişi və onun imzalanmasının və icra edilməsinin nəticələrini tam başa düşürlər. 3.7. Tərəflər aşağıdakı şəxslər və hallar istisna olmaqla, bu Sazişin məzmununu üçüncü şəxslərə açıqlaya bilməz: 3.7.1. bu məlumatı bilmələri vacib olan vəzifəli şəxslərinə, işçilərinə, nümayəndələrinə, vəkillərinə, auditorlara və vergi məsləhətçilərinə; 3.7.2 bu məlumatların açıqlanması qanunvericiliklə tələb edildikdə və ya vacib olduqda, vergi işçilərinə, digər dövlət qurumlarına, banklara və publik hüquqi şəxslərə; 3.7.3. mediasiya və ya hazırkı Sazişin hazırlanması zamanı vəkil və ya nümayəndələrin peşə səhlənkarlığı və ya qanun pozuntusu iddialarını əsaslandırmaq məqsədilə müvafiq məhkəmələrə və aidiyyəti qurumlara; 3.7.4. qarşı tərəfin yazılı icazəsi ilə; 3.7.5. yaxın qohumlara; 3.7.6. Sazişin təsdiqlənməsi və ya qüvvəyə minməsi üçün məhkəmələrə və notariuslara. 3.8. Bu Sazişin məzmununun Sazişin 3.7.1. və 3.7.5. bəndlərində sadalanan şəxslər tərəfindən açıqlanmasına görə həmin şəxslərə müvafiq məlumatı açıqlayan tərəf məsuliyyət daşıyır. Barışıq sazişinin təsdiq edilməsi ilə əlaqədar İddiaçı Açıq Səhmdar Cəmı̇ yyətinin (Ləğv Prosesindədir) cavabdehlər Əlı̇ yeva Vəfa Abdulla qızı, Seydəlı̇ yeva Gülnar Mahmud qızı və Mansırov Hı̇ dayət Əsgər oğluna qarşı «kredit borcunun qaytarılması» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cəmi borcu 16.670,37 (on altı min altı yüz yetmiş dollar, 37 sent) ABŞ dolları-bundan 7.385,57 (yeddi min üç yüz səksən beş dollar, 57 sent) ABŞ dolları əsas, 2.812,97 (iki min səkkiz yüz on iki dollar, 97 sent) ABŞ dolları faiz, 5800,27 (beş min səkkiz yüz dollar, 27 sent) ABŞ dolları cərimə, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2015-ci il tarixli Plenum qərarına əsasən hesablanmış 671,56 (altı yüz yetmiş bir dollar, 56 sent) ABŞ dolları faiz borcu və iş üzrə ödənilmiş 175,02 (yüz yetmiş beş manat 02 qəpik) AZN dövlət rüsumunun cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 müştərək qaydada tutularaq, ləğv prosesində olan İddiaçı ASC-yə ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə üzrə mülki işin icraatına xitam verilsin. Qərardadın qüvvədə olduğu müddətdə eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslarla məhkəməyə müraciət edilməsinə yol verilmir. xx.xx.2024-cü il tarixdə Hökümət ödəniş portalında və ya AsanPay vasitəsilə **********06 nömrəli qəbz əsasında dövlət rüsumu kimi ödənilmiş 175.02 (bir yüz yetmiş manat iki qəpik) manat məbləğində pul İddiaçı Açıq Səhmdar Cəmı̇ yyətinə (Ləğv Prosesindədir) qaytarılsın. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Qax Rayon Məhkəməsinə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) şikayət verilə bilər. Sədrlik edən: Mirheydər Zeynalov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar