Azərbaycan Respublikası adından QƏTNAMƏ Qəbələ şəhəri İş № e-2(025)-10/2025 26.09.2025 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ İlkin İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 qarşı "maddi zərərin ödənilməsi" tələbinə dair və qarşılıqlı iddia üzrə iddiaçılar Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 cavabdeh İddiaçı qarşı “pul tələbi”nə dair (Açar sözlər: podrat müqaviləsi, öhdəliyin pozulması (və ya lazımınca icra edilməməsi, öhdəliyin icra edilməməsi ilə vurulan zərərin əvəzinin ödənilməsi, pul (mudz) tələbi) Hakim Əliyev Abbas Baba oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əbdürəhimova Fəridə Arif qızının katibliyi, İlkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı vəkili və etibarnamə üzrə nümayəndəsi Vəkil3, ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh5 və onun vəkili və nümayəndəsi Vəkil1, ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçılar Cavabdeh1, Cavabdeh2 və Cavabdeh4 iştirakları ilə İlkin İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 qarşı "maddi zərərin ödənilməsi" tələbinə dair və qarşılıqlı iddia üzrə iddiaçılar Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 cavabdeh İddiaçı qarşı “pul tələbi”nə dair qarşılıqlı iddia ərizələri üzrə mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 qarşı "maddi zərərin ödənilməsi" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, (Yeni qaydalarla: AZ1025, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə vurulan 145432,07 AZN (yüz qırx beş min dörd yüz otuz iki) manat məbləğində zərərin cavabdehlərdən tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. xx.xx.2024-cü il tarixdə cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 vəkili və etibarnamə üzrə nümayəndəsi Vəkil1 məhkəməyə elektron qaydada qarşılıqlı iddia ərizəsi təqdim edərək, ilkin iddianın rədd edilməsi, Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Etibar Bəkirli küçəsi 346 ünvanında yerləşən fərdi yaşayış evinin tikintisində göstərilən xidmətin ödənilməmiş hissəsi olan 15304 AZN məbləğində pul vəsaitinin cavabdeh İddiaçı tutularaq iddiaçılar Cavabdeh5, Cavabdeh1, Cavabdeh2, Cavabdeh4, Cavabdeh6 və Cavabdeh3 ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. xx.xx.2024-cü il tarixdə keçirilən məhkəmə iclasında Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X12 Xidməti Bakı şəhər İdarəsiMübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs kimi işə cəlb olunmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 57.1-ci maddəsinə əsasən mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər qətnamə çıxarılana qədər, bu qətnamə tərəflərdən birinə münasibətdə onların hüquq və vəzifələrinə təsir edə biləcəyi təqdirdə, prosesdə iddiaçının və ya cavabdehin tərəfində iştirak edə bilərlər. Onlar işdə iştirak edən şəxslərin vəsatəti üzrə və ya məhkəmənin təşəbbüsü ilə işdə iştirak etməyə cəlb oluna bilərlər. İşin faktiki halları: İlkin iddia tələbi onunla əsaslandırılmışdır ki, 2023-cü ilin aprel ayında Dərnəgüldə seramika satışı mağazasında tikinti briqadiri kimi təqdim edilən Tural adlı şəxslə tanış olmuşdur. Həmin vaxt Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, (Yeni qaydalarla: AZ1025, ünvan 1 ünvanında yerləşən xüsusi mülkiyyətdə yerləşən ərazidə fərdi yaşayış evi tikmək niyyəti var imiş. Söhbət zamanı fərdi yaşayış evi tikdirmək niyyətini bildirmiş, o isə bu sahədə təcrübəsinin olduğunu, özünün işçi qrupunun olduğunu bildirərək işin öhdəsindən gələ biləcəyinə dair vəd vermişdir. Layihə sənədləri ilə tanışlıqdan sonra, ilkin olaraq özül, beton və mərtəbələrin karkaz işlərinin görülməsinə dair razılıq əldə edilmişdir. İcraçı briqadir kimi işin üstündə isə Qədir adlı şəxs təyin edilmişdir. Birinci mərhələ bitdikdən sonra sonra növbəti mərhələ olan hörgü, suvaq, rəngsaz işlərini də üzərinə götürərək ucuz qiymətə edəcəyinə dair vədlər vermişdir. Bu mərhələyədək iş əsnasında narazılıqlar başlanmışdır, etirazlar edilmişdir. Əsasən də narazılıq material çatışmamazlığı imiş. Belə ki, material sifariş veridikdən sonra yenidən material çatışmamazlıqlarının olması, əlavə material tələb edilməsi və bunun səbəblərinin izah etməkdən yayınmaqla müxtəlif bəhanələr gətirilmişdir. Bəzən isə işi görən şəxslər narazılıqlar edirmiş, onlara isə bunun səbəbləri aydın deyilmişdir. Sonradan isə məlum olmuş ki, onlardan pulu alan Tural öz briqadası üçün onlardan zəhmət haqqı alsa da, iş görənlərin pullarını vermirmiş və bu hal dəfələrlə baş verirmiş. Beləliklə təəcüblü də olsa qısa müddətdə, yəni sentyabr ayında artıq 5 sot ərazidə əlavə tikililərlə birgə 400 kvadratdan böyük yaşayış sahəsini tikib yekunlaşdırmşılar, ancaq tikintini təhvil vermədən mübahisə yaradaraq Tural çıxıb getmişdir. Tural və nümayəndələri çıxıb getdikdə sonra məcbur qalan tamamlanma işlərini özləri başa çatdırmalı olmuşlar. Bu zaman məlum olmuş ki, tikinti zamanı həm ərazidən, həm də evin daxili işləri görülən zaman istifadə edilən materiallardan oğurluqlar olmuş, Turalın nəzarətçisi kimi işçisi olan icraçı briqadir Qədir isə hətta tikintiyə yaxın yerdən ev kirayə edərək gecə materilları daşıyaraq ora yığmış, ordan isə gecə daşıyıb aparmışdır. Bu faktarı həm özləri ilə işləyən fəhlələr, həm də qonşular təsdiq etmişlər. Tikintidə olan qüsur və nöqsanları müəyyən etmək üçün məcbur mütəxəssis dəvət edilmiş və buna dair rəy tərtib edilmişdir. Rəydə qeyd edilən qüsurlar elə bir qüsurlardır ki, onların bərpası kifayət qədər xərc, vaxt və əlavə ixtitsaslı mütəxəssislərin cəlb edilməsini tələb edir. Qeyd edilən qüsurlar bu dəqiqədə də qalmaqdadır. Hətta elə qüsurlar var ki, onların mövcudluğu digər sahələri sökmədən, sındırmadan aradan qaldıqmaq mümkün deyildir ki, bu da ziyanın daha artması ilə nəticələnir. Belə ki, görülmüş işlərdən müəyyən olunur ki, fasadın divarının nahamar olması, çatların olması, boyanın səthə qeyri bərabər sürtülməsi, künclərin tinlərin və yamacların nahamar olması vizual baxışdan da görsənir. Daxili hissədə isə döşəmənin nahamarlığı, ara boşluqlaın qeyri bərabər doldurulması, sanitar qovaqda su meylinin düzgün qurulmaması otaqlara suyun axması ilə nəticələnir. Döşəmə altında istilik sisteminin qeyri bərabər bölünməsi isə istiliyin paylanmasını qeyri bərabər etmişdir. Görünən narazılıqlar tikinti zamanı Tural və digər icraçı olan Qədirə bildirilsə də, işin qüsurları əvvəlki ustaların üstünə və əvvəlki işlərə atmaqla sonda aradan qaldırılacaqlarını bildirsələr də, nəticədə heç nə dəyişməmiş, işi görən ustaları onlardan narazı salmaq üçün pulları kəsilmişdir. Halbuki bütün pullar razılaşdırılmış məbləğdə tərəflərindən Turala tam ödənilmişdir. Tural isə onların pullarını kəsə-kəsə verdiyindən ustalar pulların verilməməsini səbəbini onlarda görürmüşlər. Cavabdehlərin əməlləri nəticəsində vurduları ziyanın aradan qalxması üçün əlavə mütəxəssis dəvət edilmiş, vurulmuş əsaslı qüsurlar müəyyən edilmiş, aradan qaldırılması üçün xərc hesablanmışdır. Belə ki, "xxxx" MMC-nin xx.xx.2024-cü il tarixli mütəxəssis rəyinə əsasən əsas qüsurların aradan qalxması üçün 145432,07 AZN məbləğində zərər hesablanmışdır. Tərəflərindən bütün razılaşdırılmış məbləğlər ödənilmiş olsa da, bunun qarşılığında ondan müxtəlif aidiyyət olmayan instansiyala şikayətlər etməklə təsir və təzyiq etməkdən çəkinməmişlər. Qeyd edilən qüsurlar hələ gözlə görünən, vizual qüsurlardır. Qarşılıqlı iddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı irəli sürdüyü iddia tələbi tamamilə əsassızdır. Əksinə, ilk iddia üzrə iddiaçı olan Nuranə xanım ilə aralarında əldə olunmuş şifahi razılığa (sövdələşmə) əsasən öhdəlikləri olan bütün təmir işlərini həyata keçirməklərinə baxmayaraq o, göstərilən xidmətin əvəzini tam şəkildə ödəməmişdir. İlk növbədə, bu məsələ ilə əlaqədar bildirlər ki, onlar yuxarıda adları qeyd olunan şəxslər (Cavabdeh5, Cavabdeh1, Cavabdeh2, Cavabdeh4, Cavabdeh6 və Cavabdeh3) təmir-tikinti və quruculuq işləri ilə məşğul olurlar. 2023-cü ilin aprel ayında İddiaçı adlı şəxs ilə Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Etibar Bəkirli küçəsi 346 ünvanında yerləşən 4 mərtəbəli fərdi yaşayış evinin təmir-tikinti işlərinin onlar tərəfindən həyata keçirilməsinə dair aralarında razılaşma əldə olunmuşdur. İş bölgüsü aşağıdakı şəkildə olmuş, Cavabdeh5-briqadir, Cavabdeh1-dəmir qəlib işləri üzrə, Cavabdeh2 və Cavabdeh4 kafel-metlax, Cavabdeh6 və İsmayıl Rəvanov suvaq işləri, Cavabdeh3 və Vidadi Yaqubov malyar-boya işlərini yerinə yetirmişdir. Misal olaraq qeyd edir ki, danışığa əsasən 1113 kv.m-lik sahəni əhatə edən divar malyar işinin hər kv.m-nə görə xidmət haqqı 7.50 AZN müəyyən olunmuşdur. 390 kv.m sahəni əhatə edən tavanın malyar işinin hər kv.m-nə görə xidmət haqqı 8 AZN müəyyən olunmuşdur. Besetkada görülən suvaq işlərinin hər kv.m-ə görə xidmət haqqı 5 AZN müəyyən olunmuşdur. Görülən hər bir bir işin dəyəri bu formada tərəflərindən müəyyən olunaraq sifarişçi ilə razılaşdırılmışdır. (daha geniş məlumat məhkəmə iclasında arayış formasında təqdim olunacaqdır.) Onlar işə başladıqdan 3 gün sonra qarşı tərəfdən onunla aralarında xidməti müqavilənin bağlanılmasını tələb etmişlər. Nuranə xanım onlara bildirmiş ki, bir müddət işləyin, onunla müqavilə bağlayacaqdır. Bu minvalla uzun müddət tikinti işlərini görməyə davam etmişlər. Lakin bununla yanaşı tez-tez Nuranə xanıma müqavilə bağlamağı xatırlatmışlar. O isə öz növbəsində hər dəfə müəyyən yalan vədlər verərək onları işlətmiş, lakin müqavilə bağlamamışdır. Sonuncu dəfə də onlara bildirmiş ki, “Siz işləyiriniz və mən də bunun qarşılığında sizin pulunuzu vaxtı-vaxtında ödəyirəm. Müqavilənin bağlanılmasına nə zərurət var axı?! Həm də sizinlə müqavilə bağlamalı olsam sizin hər birinizə görə DSMF-yə ödəniş etməli olacam. Bu mənə baha başa gələcək. Odur ki, gəlin müqavilə bağlamayaq.” Beləliklə Nuranə xanım onların səmimiyyətlərindən suiistifadə edərək onunla müqavilə bağlamadan işlətmişdir. 2023-cü ilin dekabr ayının sonlarına yaxın, onlar işi yekunlaşdıran ərəfədə Nuranə xanımın onlara olan münasibəti dəyişməyə və pisləşməyə başlamışdır. Ustaları təhqir etməyə, onlara qarşı nalayıq ifadələr işlətməyə başlamışdır. İşlərini tam şəkildə yekunlaşdırmasına baxmayaraq ustaların pullarını tam şəkildə ödəməmiş və hədə qorxu ilə onları təhqir edərək qovmuşdur. Nuranə xanım onların son 3 aylıq ödənişlərini (oktyabr, noyabr, dekabr) tam şəkildə ödəməmişdir. Göstərilən xidmət qarşılığında ödənilməmiş məbləğlər aşağıda öz əksini tapmışdır. 1. Cavabdeh2 - fasad seramika və çöl pilləkəndə görülən işlərə görə 3500 AZN 2. Cavabdeh4- mansard, seramik, metlax və besetka işlərinə görə 2500 AZN 3. Cavabdeh1- besetka, hovuz, beton və qəlib işlərinə görə 2900 AZN
4. Cavabdeh6- hasarda və besetkada görülən suvaq işlərinə görə 1322 AZN 5. Cavabdeh3 və Nadir Həsənova- malyar işinə görə 2782 AZN 6. Vidadi Yaqubova- tavanda görülən malyar işlərinə görə 2300 AZN Qeyd: İddiaçı göstərilən xidmətlərin qarşılığında qalıq borcu kimi 15304 AZN ödənişi qalmışdır. Beləliklə, cavabdehin ilkin iddiasının rədd edilməsi, Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Etibar Bəkirli küçəsi 346 ünvanında yerləşən fərdi yaşayış evinin tikintisində göstərilən xidmətin ödənilməmiş hissəsi olan 15304 AZN məbləğində pul vəsaitinin cavabdeh İddiaçı tutularaq iddiaçılar Cavabdeh5, Cavabdeh1, Cavabdeh2 Cavabdeh4, Cavabdeh6 və Cavabdeh3 ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
Məhkəmə icraatı iştirakçılarının iştirakı və izahatları:
Məhkəmə iclasında ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı vəkili və etibarnamə üzrə nümayəndəsi Vəkil3 iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək, eyni zamanda göstərdi ki, rəy verilməsi ilə qərarda qeyd edilmişdir ki, Ədliyyə Nazirliyinin ekspert rəyinə uyğun şəkildə rəy verilsin. Həmçinin orada iş materiallarında olan video və fotoşəkillərə də uyğun rəy verilməsi qeyd olunmuşdur. Ona uyğun da ekspert rəyi verilmişdir. İddiaçı əsas problemi o olmuşdur ki, o, Ədliyyə Nazirliyinin ekspertiza üçün gəldiyi zaman artıq evin bir hissəsini təmir etdirmişdir. Lakin evin vəziyyəti hal-hazırda da göz qabağındadır. Eyvandan çölə və içəriyə vurulan ziyan təqdim edilən videolarda da görünür. Eyni zamanda bildirdi ki, məhkəmə ekspertizasının ekspert rəyi ilə və "xxxx" MMC-nin mütəxəssis rəyi ilə razı deyillər. Göstərilənləri nəzərə alaraq ilkin iddianın təmin edilməsi, qarşılıqlı iddianın isə rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçıların vəkili və etibarnamə üzrə nümayəndəsi Vəkil1 izahatında göstərmişdir ki, məhkəmə tərəfindən tikintitexniki ekspertizası təyin edilərək müvafiq rəy alınmışdır.Belə ki, həmin rəyin əsasını mübahisəli obyektdə tikinti zamanı yaranmış qüsurların müəyyən edilməsi təşkil etmişdir.Təqdim edilmiş rəyə əsasən əmlakda müəyyən qüsurlar aşkar edilmişdir və bu əsasla da məhkəmə əmlakdakı qüsürların bərpası üçün çəkilməli olan xərcin müəyyən edilməsi məqsədi ilə yenidən qiymətləndirmə tədqiqatının aparılması üçün Əmtəəşünaslıq ekspertizası təyin etmişdir. "xxxx" MMC məsələyə münasibətdə rəy verərəkən, müəyyən qüsurlara yol vermişdir. İlkin olaraq hesab edirlər ki, ekspert rəy verərkən kifayət qədər kənarlaşmaya yol vermişdir.Əslində rəy verilməli hissə yalnız "Ədliyyə Naziriliyi Məhkəmə Ekspertiza Mərkəzi" tərəfindən müəyyən edilmiş qüsurlar olmalı idi. "xxxx" MMC həmin hissəyə qiymət verməklə yanaşı öz rəyində əlavə qüsurlar müəyyən edərək kifayət qədər yüksək məbləğdə qiymət müəyyən etmişdir."xxxx" MMC rəy verərkən yalnız vizual baxışdan istifadə etmişdir."xxxx" MMC tərəfindən 1-ci suala verilən cavab "Ədliyyə Naziriliyi Məhkəmə Ekspertiza Mərkəzi" tərəfində aşkar edilmiş qüsurlara hesablanan qiymətlə bağlıdır ki, hesab edirlər ki, rəy yalnız bu hissə ilə kifayətlənməli və əlavə qüsurlar aşkarlansa belə qiymət müəyyən edilməməli idi. Onlar "xxxx" MMC-nin yalnız birincisuala verdiyi cavabı ilə razıdırlar ki, həmin hissədə qüsurlara dəyər 8996 AZN müəyyən edilmişdir. Rəyin digər hissələri ilə bağlı göstərilən işlərin heç biri cavabdehlər tərəfindən həyata keçirilməmişdir.Məhkəməyə təqdim etdikləri səs yazılarında işlərin bir qisminin digər şəxslər tərəfindən həyata keçirildiyi öz təsdiqini tapır. Əlavə olaraqda hesab edirlər ki, hal hazırda iddiaçının onlara ödəməli olduğu məbləğ mövcuddur ki, bununla bağlı qarşılıqlı iddialarında mövqelərini ətraflı şəkildə bildirmişlər. Hesab edirlər ki, iddiaçının bu iddianı qaldırmasına səbəb onlara olan borcunu ödəməmək niyyətindən irəli gəlir ki, bu halda cavabdehlər tərəfindən öz zəhmət haqqlarını almaq üçün X7 müraciət edəndən sonra bu iddiannın qaldırılmasıdır ki, mövcud sübutlarda da, bu həll təsdiqini tapır. Əks halda iddiaçı tərəf görülən işlərdən narazı olsaydı cavabdehlər şikayət verməzdən əvvəl özü hər hansı bir iddia qaldırardı. Göstərilənləri nəzərə alaraq ilkin iddianın Məhkəmə Ekspertizası Mərkəzinin rəyində göstərilmiş qüsurlara görə ziyanın tutulması həcmində təmin edilməsini və qalan hissədə təmin edilməməsini, qarşılıqlı iddianın isə təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh5 izahatında göstərdi ki, onlar hansı işi görmüşlərsə onu etiraf edirlər. Görmədikləri işləri isə etiraf etmirlər. Əmlak ekspert mərkəzinin qiymətləndirməsi isə razılaşmırlar. İlk olaraq Cavabdeh2 eyvanlarda və evin əsas giriş hissəsindəki pilləkəndə olan kremoqranit işlərini yerinə yetirmişdir. İşləri Turabın yerinə yetirməsinə baxmayaraq onlar bu işlərlə razılaşırlar. Yəni, Ədliyyə Nazirliyinin ekspert rəyi ilə razıdırlar. Lakin Əmlak Ekspert Mərkəzinin qiymətləndirməsi ilə razı deyillər, çünki düzgün aparılmamışdır. Ona görə ki, həmin zaman alınan materialların qiymətinin neçəyə olması ilə bağlı həmin mağazadan imzalı və möhürlü satış fakturasını almışlar və iş materiallarına əlavə etmişlər. Əmlak Ekspert Mərkəzi qiymətləndirilmə aparan zaman heç bir səbəb göstərmədən həmin satış fakturasına istinad etməmişdir. Əmlak Ekspert Mərkəzinin Rəyində beynəlxalq vs. kimi standartlar qeyd edilmişdir. Amma onsuz işin içində fakt varsa, niyə beynəlxalq qiymətlndirməyə baxılır ki. Eyni zamanda İddiaçı və Cavabdeh2 arasında usta xərci 1 kvadratmetr üçün 12 manat razılaşdırıldığı halda, Əmlak Ekspert Mərkəzi usta xərcini 30 manat qiymətləndirmişdir. Həmçinin Əmlak Ekspert Mərkəzinin rəyində, 17 kvadratmetr daşın sökülüb tullanılması üçün 1000 manat pul qeyd edilmişdir. 17 kvadratmetr 24-25 daşdan ibarətdir. Daşın biri üçün 5 manat hesablansa 25 manat edir. Bunu hansı əsasla qeyd etmişdirlər. Məhkəmədən xahiş edirlər ki, onların təqdim etdikləri satış fakturasına istinad edib yekun qərar çıxarılsın. Göstərilənləri nəzərə alaraq ilkin iddianın Məhkəmə Ekspertizası Mərkəzinin rəyində göstərilmiş qüsurlara görə ziyanın tutulması həcmində təmin edilməsini və qalan hissədə təmin edilməməsini, qarşılıqlı iddianın isə təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 qarşılıqlı iddia ərizəsində göstərilənlərə uyğun izahat verib, ilkin iddianın rədd edilməsini, qarşılıqlı iddianın isə təmin edilməsini məhkəmədən xahiş etdi. Əvvəlki məhkəmə iclasında Cavabdeh1 izahatında göstərmişdir ki, onu mübahisəli evin təmirinə Cavabdeh5 dəvət etmişdir. Beton, hörgü və daxili suvaq işlərini görmüşdür. 25 ildir bu işlə məşğuldur və ilk dəfədir ki, belə halla qarşılaşır. Ev çox yüklü olmuşdur, 3 mərtəbəli olmalı imiş, 4-cü mərtəbə tikilməməli imiş. Ev yiyəsi özü istəsə də, o, 4-cü mərtəbənin tikilməməsini təklif etmişdir. Məhkəmə iclasında ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh2 qarşılıqlı iddia ərizəsində göstərilənlərə uyğun izahat verib, ilkin iddianın rədd edilməsini, qarşılıqlı iddianın isə təmin edilməsini məhkəmədən xahiş etdi. Əvvəlki məhkəmə iclasında Cavabdeh2 izahatında göstərmişdir ki, mübahisəli evdə işi görmək üçün Cavabdeh4la getmişdir. Cavabdeh4 onu həmin işə gətirmişdir. Daha sonra Cavabdeh4 işi çıxmış, o isə qalmışdır. İddiaçı ilə eyvanı, pilləkəni, daş işi üçün qiymət danışmışlar. İşləri kvadrat metri 12 manatdan danışmışlar. O, İddiaçı ilə razılaşmışdır. Cavabdeh5 hər hansı rolu olmamışdır. Onun gördüyü işdən eyvanla bağlı narazıdırlar. Eyvanda pəncərəni nəzərə alaraq meyilliyi az etmişdir. Məhkəmə iclasında ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh4 qarşılıqlı iddia ərizəsində göstərilənlərə uyğun izahat verib, ilkin iddianın rədd edilməsini, qarşılıqlı iddianın isə təmin edilməsini məhkəmədən xahiş etdi. Əvvəlki məhkəmə iclasında Cavabdeh4 izahatında göstərmişdir ki, onu həmin evdə işləməyə Cavabdeh5 çağırmışdır. Orada pilləkən və mansardakı keramika və malyar işlərini görmüşdür. 2009-cu ildəndir ki, usta işləyir. Əvvəllər Ağdaş, Yevlax və Ağsu xəstəxanalarında işləmişdir. Məhkəmə iclasında X13 şahid qismində verdiyi izahatında göstərmişdir ki, "xxxx" MMC-də mütəxəssis vəzifəsində işləyir. ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinə dəymiş zərərin hesablanması tərəfindən həyata keçirilmişdir və mübahisəli mənzilə onun və digər mütəxəssis Cabir Əzizov tərəfindən baxış keçirilmişdir. Mütəxəssis qarşısında həm Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ekspert rəyində göstərilmiş qüsurların aradan qaldırılması üçün nə qədər xərc tələb olunması, həm də digər suallar qoyulmuşdur. Bu səbəbdən digər sualları da cavablandırmışdır. Məhkəmə Ekspertizası Mərkəzinin ekspert rəyində göstərilmiş qüsurların aradan qaldırılması üçün hesabladığı ümumi məbləğ isə 15170 (on beş min bir yüz yetmiş) manat təşkil edir. Əlavə olaraq göstərmişdir ki, qiymət hesablanarkən həm internet üzərindən bazar araşdırması edirlər, həm də zənglər vasitəsilə maraqlanırlar, sonra orta qiyməti çıxardırlar. 25 avqust 2025-ci il tarixdə keçirilən məhkəmə iclasında Şahid1 şahid qismində verdiyi ifadəsində göstərmişdir ki, o, hasarların tikilməsində iştirak etmişdir. Cavabdehlər isə kremoqranit və malyar işlərini görmüşdür. O, öz işi ilə məşğul olmuşdur. Ödənişi İddiaçı almışdır. O, iddiaçı ilə Cavabdeh5ı tanış etmişdir. Qiyməti Cavabdeh5, ödənişin edilməsini isə İddiaçı həll etmişdir. Həyətdəki bəzi işləri qardaşı görmüşdür. İddiaçı 2200 manat ödəniş etmişdir. Qalan 1000 manat isə qalmışdır. İlkin iddia üzrə cavabdehlər, qarşılıqlı iddia üzrə iddiaçılar Cavabdeh3 və Cavabdeh6 və üçüncü şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X12 Xidməti Bakı şəhər İdarəsi məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbər verilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmiş, iştirak etməmələrinin səbəbəri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən ilkin iddia üzrə cavabdehlər, qarşılıqlı iddia üzrə iddiaçılar Cavabdeh3 və Cavabdeh6 və üçüncü şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X12 Xidməti Bakı şəhər İdarəsinin nümayəndəsinin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab edir. Məhkəmə proses iştirakçılarının və şahidin izahatlarını dinləyərək, onların izahatlarını iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia ərizəsinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək, belə hesab edir ki, ilkin iddia qismən, qarşılıqlı iddia isə tam təmin olunmalıdır.
Mülki işdə olan sənədlər:
İş materiallarında olan Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən reyestr nömrəsi **********67-10301, qeydiyyat nömrəsi ********** qeydiyyat tarixli,xx.xx.2023-cü il olan “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış”ın surətindən görünür ki, Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Yeni Qaydalarla: AZ 1025, ünvan 3 ünvanında X4 adına ümumi sahəsi 387 kv.m olan fərdi yaşayış evi və evin yerləşdiyi 0.05 ha yaşayış məntəqələri torpaqları daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 04 aprel 2025-ci il tarixli, 10/7216 saylı rəyində göstərilmişdir ki, 1-ci sual üzrə ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinin layihəsi ilə faktiki inşa olunmuş yaşayış evinin ölçüləri və yaşayış evinin mərtəbə sayı uyğun gəlmədiyindən Yeni qaydalarla: AZ 1025, Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Etibar Bəkirli küçəsi 346 ünvanında tikilən yeni fərdi yaşayış evi layihə sənədlərinə uyğun inşa edilmədiyi müəyyən edilir. 2-ci sual üzrə - Yeni qaydalarla: AZ 1025, Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Etibar Bəkirli küçəsi 346 ünvanında tikilən yeni fərdi yaşayış evinin açıq eyvan tikilisinə vurulmuş kermoqranit materialının bəzi hissələrində, eyvan tikilisinin tavanında boyanın qabarma qarderob otaqlarının bəzi hissələrində olan boyanın nahamar şəkildə vurulması, eyvan tikilisinin döşəməsinə vurulmuş kermoqranit materialının mailliyinin düzgün quraşdırılmadığı, 2-ci mərtəbə səviyyəsində bir yataq otağının pəncərə yamacının yuxarı hissəsində boya olan hissənin nəmlənməsi, hamam tikilisinin trapına suyun axıdılması üçün suyun maililiyinin düzgün qurulmaması, evin damında kermoqranitlə üzlənmiş sahənin müəyyən hissəsində mailliliyin düzgün seçillməməsi nəticəsində qüsurlu işlərin aparıldığı müəyyən edilmişdir. 3-cü sual üzrə - Yeni qaydalarla: AZ 1025, Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Etibar Bəkirli küçəsi 346 ünvanında tikilən yeni fərdi yaşayış evinin fasadında qüsurların olduğu müəyyən edilir. 4-cü sual üzrə Yeni qaydalarla: AZ 1025, ünvan 2 ünvanında tikilən yeni fərdi yaşayış evində keramoqranitlə üzlənmiş döşəmənin 17,0kv.m hissəsində qüsürlu işlərin apanldığı (mailliyi düzgün seçilməmişdir) üçün aparıldığı müəyyən edilir. 5-ci sual üzrə - Yeni qaydalarla: AZ 1025, Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Etibar Bəkirli küçəsi 346 ünvanında tikilən yeni fərdi yaşayış evində keramoqranitlə üzlənmiş sanitar qovşaqların divarlarında qusurların olmadığı müəyyən edilmişdir. 6-ci sual üzrə - Yeni qaydalarla: AZ 1025, Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Etibar Bəkirli küçəsi 346 ünvanında tikilən yeni fərdi yaşayış evinin qarderob otağının, yaşayış otağının və fasada vurulmuş boya qatının bir hissəsinin nahamar, qabarmış şəkildə (qüsurlu) olduğu müəyyən edilir. 7-ci sual üzrə - Yeni qaydalarla: AZ 1025, Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Etibar Bəkirli küçəsi 346 ünvanında tikilən yeni fərdi yaşayış evinin açıq-eyvan meydaçasının və dam hissəsinin bir hissəsində hidroizolyasiya qatının qusurlu olduğu müəyyən edilmişdir. 8-ci sual üzrə - Yeni qaydalarla: AZ 1025, Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Etibar Bəkirli küçəsi 346 ünvanında tikilən yeni fərdi yaşayış evində quraşdırılan istilik sisteminin üzərinə quraşdırılmış isti döşəmənin işlək vəziyyətdə olduğunu (baxış keçirilən zamanı işlək vəziyyətdə molduğu və istilik verdiyini) nəzərə alaraq istilik sistemində qüsurların olmadığı müəyyən edilmişdir. 9-cü, 15-ci və 16-cı suallar üzrə - Yeni qaydalarla: AZ 1025, Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Etibar Bəkirli küçəsi 346 ünvanında yerləşən fərdi yaşayış evində yerinə yetirilməli müxtəlif növ tikinti-təmir və quraşdırma işlərinə sərf ediləcək (edilmiş) materialların həcmi smetada göstərilmişdir. Qiymətləndirmə fəaliyyəti elmin hər hansı bir sahəsində xüsusi bilik tələb etməməklə məhkəmə ekspertizası fəaliyyətinə aid olmadığından və qanunvericiliyə əsasən müstəqil fəaliyyət növü kimi müəyyən edildiyindən ekspert tərəfindən materialların və xidmətlərin qiymətləri müəyyən edilmir. Tikinti-təmir və quraşdırma işlərinin nədən ibarət olması, işlərin ayrı-ayrılıqda növləri, həcmi və sahəsi rəyin tədqiqat hissəsində ətraflı göstərilmişdir. 10-cu sual üzrə - Yeni qaydalarla: AZ 1025, Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Etibar Bəkirli küçəsi 346 ünvanında yerləşən fərdi yaşayış evində aparılan təmir tikinti işlərinin tamamlandığı (faktiki fərdi yaşayış evi təmirli vəziyyətdədir) müəyyən edilmişdir. 11-ci sual üzrə - Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Etibar Bəkirli küçəsi 346 ünvanında 'yerləşən fərdi yaşayış evinin iddia ərizəsində göstərilən qüsurların bir hissəsinin mövgud olduğu müəyyən edilmişdir. Qeyd olunur ki, mövcud qüsurların aradan qaldırılması üçün smeta tərtib olunmuşdur. (bax 9-cu suala). 12-ci sual üzrə -Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Etibar Bəkirli küçəsi 346 ünvanında yerləşən fərdi yaşayış evindəki qüsürlar əsaslı qüsur hesab edilmədiyi müəyyən edilir. Qeyd olunur ki, aparılan təmir işlərində keyfiyyətsiz görülən işlər mövcuddur ki, tikilinin hazırki vəziyyətində təmir işləri aparmaqla qüsurlann aradan qaldırılması mümkündür. 13-cü sual üzrə - Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Etibar Bəkirli küçəsi 346 ünvanında yerləşən fərdi yaşayış evinin döşəməsinə və sanitar qovşağına vurulan keramoqranitlərin keyfiyyətini müəyyən edilməsi məsələsi tikinti ekspertinin həll etdiyi məsələ dairəsindən kənar olduğundan həmin sual üzrə tədqiqat aparılmadı. 14-cü sual üzrə - Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Etibar Bəkirli küçəsi 346 ünvanında yerləşən fərdi yaşayış evində istifadə edilmiş kermoqranitdə qüsur aşkarlanmadığı üçün diaqonalların əyri olub olmadığını müəyyən etmək mümkün olmamışdır. İş materiallarında olan "xxxx" MMC tərəfindən verilmiş 14 iyul 2025-ci il tarixli, ƏEMİ/İ 35- 356/25 nömrəli mütəxəssis rəyindən görünür ki: 1-ci sual üzrə: Yeni qaydalarla: AZ1025, ünvan 3 iinvanında tikilən yeni fərdi yaşayış evində Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 04 aprel 2025-ci il tarixli, 10/7216 saylı rəyində göstərilmiş güsurların aradan qaldırılması üçün çəkilən xərcin (işçilik və material daxil) dəyəri 8996,0 (səkkiz min doqquz yüz doxsan altı) manat təşkil edir. Qeyd: 1-ci sualda qeyd olunan rəqəm 2-ci sual üzrə: Evin daxilində və çölündə (hamam, sanitar qovşağı, zallar, yataq otaqları, dincəlmə otaqları, mətbəx, çöldə həyətə vurulmuş daşlar) daş, kafel, metlax, keramoqranit döşəmiş hissələrdə daşların birinin digərindən hündür olmasının (çıxıntılı və əyri hissələr) eyni daşla təmiri material qarışıq 13 308,0 (on üç min üç yüz səkkiz) manat təşkil edir. 3-cü sual üzrə: Vizual baxış zamanı həyətdə tikilmiş hovuzda əyrilik təsbit edilməmişdir. Bu səbəbdən hovuzun avriliyinə sərfolunan vəsait hesablanmamışdır. 4-cü sual üzrə: Binanın müxtəlif yerlərində divarlarda olan çatların bərpa dəyəri (material və işçilik daxil) 7500,0 (yeddi min beş yüz) manat təşkil edir. 5-ci sual üzrə: Evin daxilində və xaricində divarlarda və tavanında olan əyriliyi təmir etmək üçün çəkilən xərcin (işçilik və material daxil) dəyəri 9 707,0 (doqquz min yeddi yüz yeddi) manat təşkil edir. 6-ci sual üzrə: Evin müxtəlifyerlərində su axması nəticəsində tavanın və divarların zədələnmiş hissələrinin nəticəsində təmirinə tam sökülmədən çəkilən xərc (işçilik və material daxil) 2 821,0 (iki min səkkiz yüz iyirmi bir) manat təşkil edir. 7-ci sual üzrə: Eyvanlarda, hamam və sanitar qovşağında axan suların trapa axıdılması üçün yenidən bərpa işlərinə çəkilən xərc (işçilik və material daxil) 6 803,0 (altı min səkkiz yüz üç) manat təşkil edir. İş materiallarında olan "xxxx" MMC-nin 25 yanvar 2024-cü il tarixli, 07-04/24 nömrəli mütəxəssis rəyində göstərilmişdir ki, İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi (Yeni qaydalarla: AZ 1025, ünvan 1 ünvanda yerləşən, yeni inşa edilmiş fərdi-yaşayış evində aparılmış təmir işləri zamanı döşəmə və divara vurulmuş keramoqranit lövhələrin alçaq-hündür olması, daxili divar, tavan boyasının və fasad boyasının səliqəsiz vurularaq aparılmış keyfiyyətsiz təmir nəticəsində dəymiş zərərin material və işçilik qiymətlərinin təqribi dəyərinin mövcud bazar qiymətləri nəzərə alınmaqla 145432,07 AZN (bir yüz qırx beş min dörd yüz otuz iki manat 07 qəpik) məbləğində olması müəyyən edilir. İş materiallarında olan Cavabdeh5, Cavabdeh1, Cavabdeh2, Cavabdeh4, Cavabdeh6, Cavabdeh3, X6 və X2 tərəfindən X12 Xidmətinə yazılmış ərizədə göstərilmişdir ki, onlar Tuncay Bərdəli və İddiaçı məxsus 4 (dörd) mərtəbəli şəxsi həyət evində təmir, tikinti və quruculuq işləri aparmışlar. Nəticədə müğənni Tuncay Bərdəli və həyat yoldaşı şərti adı Nuray olan xanımın onun ustalarına ümumilikdə 15304 manat borcu yarandığını, bu borcu verməkdən imtina etdiklərini və hətta ustalara borcu ona ödədiyi barədə yalan söylədiyi bildirilmişdir. Onların Cavabdeh1 2900 manat, Cavabdeh2 3500 manat, Cavabdeh4 2500 manat, Cavabdeh6 və Rəvanov İsmayıla 1322 manat, Cavabdeh3 2782 manat, Yaqubov Vidadiyə isə 2300 manat borcu qalmışdır və bu borcu ödəməkdən imtina etmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X12 Xidməti Bakı şəhəri idarəsi tərəfindən Cavabdeh5 və digərlərinə yazılmış 19 yanvar 2024-cü il tarixli məktubda göstərilmişdir ki, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” 2015-ci il 20 oktyabr tarixli 1410-İVQ nömrəli Azərbaycan Respublikasının Qanununa əsasən Azərbaycan Respublikası ərazisində sahibkarlıq sahəsində aparılan yoxlamalar xx.xx.2025-ci il tarixədək dayandırıldığından müraciətdə göstərilən halların yerində araşdırılması və müvafiq tədbirlərin görülməsi mümkün olmamışdır və müraciətdə qeyd edilən məsələlərin həlli ilə əlaqədar məhkəməyə müraciət etmək hüquqları vardır. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi tərəfindən Cavabdeh5 ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubda göstərilmişdir ki, DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə daxil olmuş kollektiv müraciət baxılması üçün aidiyyəti üzrə Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsinə göndərilmişdir.
Mülki işə tətbiq edilən hüquq:
Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 6.2. Fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. 329.2. Əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 390.1. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. 398.1. Müqavilənin icrası tərəflərin razılaşması ilə müəyyənləşdirilmiş qiymət üzrə ödənilir. Qanunda nəzərdə tutulmuş hallarda müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyənləşdirilən və ya tənzimlənən qiymətlər (tariflər, normalar, dərəcələr və s.) tətbiq edilir. 398.2. Müqavilə bağlandıqdan sonra qiymətin dəyişdirilməsinə müqavilədə və ya bu Məcəllədə nəzərdə tutulmuş hallarda və qaydada yol verilir 405.1. Tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır. 406.1. Müqavilə əqdlərin bağlanması üçün nəzərdə tutulan hər hansı formada bağlana bilər, bu şərtlə ki, bu Məcəllədə həmin növ müqavilə üçün müəyyən forma təyin edilməsin. 406.2. Əgər tərəflər müqaviləni müəyyən formada bağlamaq barəsində şərtləşiblərsə, həmin müqavilə növü üçün bu Məcəllə ilə belə forma tələb edilməsə də, müqavilə şərtləşdirilmiş formaya salındıqdan sonra bağlanmış sayılır. 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.
442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 459.1. Zərərin əvəzini ödəməyə borclu olan şəxs əvəz ödəməyə borclu edən hal baş verməsəydi, mövcud olacaq vəziyyəti bərpa etməlidir. 459.5. Əgər ilkin vəziyyətin bərpası yolu ilə zərərin əvəzinin ödənilməsi mümkün deyildirsə və ya bunun üçün tənasübsüz surətdə böyük xərclər zəruridirsə, kreditora pul əvəzi verilə bilər. 752.1. Podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. 752.2. Əgər podratda hər hansı məmulatın hazırlanması nəzərdə tutularsa və podratçı onu özünün əldə etdiyi materiallardan hazırlayarsa, hazırlanmış məmulata mülkiyyəti sifarişçiyə verir. Əgər əvəz edilən əşya hazırlanmışdırsa, alğı-satqı qaydaları tətbiq edilir. 752.3. Podratla bağlı smetanın tərtibi, əgər razılaşmada ayrı qayda müəyyənləşdirilməyibsə, ödənilmir. 753.1. Sifarişçi podratçıya şərtləşdirilmiş muzd ödəməyə borcludur. Əgər həmin şəraitdə podratın yalnız muzd müqabilində yerinə yetirilməsi ehtimal edilirsə, belə hesab edilir ki, muzd dinməz razılıq əsasında şərtləşdirilmişdir. Əgər muzdun miqdarı müəyyənləşdirilməyibsə, adi muzdun şərtləşdirildiyi hesab olunur. Şərtləşdirilmiş muzd ödənildikdə, podratçının müqavilə üzrə razılaşdırılmış iş həcminə daxil olan bütün işləri ödənilmiş sayılır. 753.2. Əgər müqavilədə nəzərdə tutulan iş həcminin yerinə yetirilməsi üçün muzdun əsasları müqavilə bağlandıqdan sonra sifarişçinin sərəncamları əsasında dəyişmişdirsə, onda dəyərin artması və ya azalması nəzərə alınmaqla yeni qiymət razılaşdırılmalıdır. 753.3. Əgər sifarişçi müqavilədə nəzərdə tutulmayan əlavə işlərin görülməsini tələb edirsə, podratçının həmin işləri yerinə yetirməyə görə ayrıca muzd almaq hüququ vardır. Əgər sifarişçi əlavə işlərin yalnız ayrıca muzd müqabilində yerinə yetirilə biləcəyini qəbul etmirsə, podratçı ayrıca muzd almaq hüququ barəsində işə başlamazdan əvvəl məlumat verməlidir. 753.4. Müqavilədə nəzərdə tutulmayan və sifarişçi tərəfindən yerinə yetirilməsi tələb edilməyən işlər ödənilmir. Tələb edildikdə podratçı belə işlərin nəticələrini aradan qaldırmalıdır. Əgər o bunu ağlabatan müddət ərzində etməzsə, sifarişçi onları podratçının hesabına aradan qaldıra bilər. Bundan başqa, podratçı bütün digər zərər üçün sifarişçi qarşısında məsuliyyət daşıyır. 754.1. Əgər podratçı təqribi smetadan əhəmiyyətli dərəcədə kənara çıxarsa, yalnız razılaşdırılmış muzdun verilməsini tələb edə bilər, amma artıq xərci qabaqcadan nəzərdə tutmağın mümkün olmadığı hallar istisna təşkil edir. 754.2. Müqavilə bağlanarkən nəzərdə tutulması mümkün olmayan təqribi smetadan bu cür kənaraçıxma barəsində podratçı ləngimədən sifarişçiyə məlumat verməlidir. Əgər sifarişçi smetadan kənaraçıxma nəticəsində müqaviləyə xitam verərsə, icra olunmuş işi təqribi smeta üzrə ödəməyə borcludur. 759.1. Sifarişçi işlər qurtaranadək istənilən vaxt müqavilədən imtina edə bilər, lakin podratçıya yerinə yetirilmiş işin haqqını verməli və müqavilənin ləğvi ilə vurulan zərərin əvəzini ödəməlidir. 759.2. Əgər sifarişçi tərəfindən müqaviləyə bilavasitə podratçının hərəkətləri (hərəkətsizliyi) nəticəsində baş verən və ya həmin hərəkətlərlə bağlı olan səbəbə görə xitam verilərsə, podratçı yalnız yerinə yetirilmiş işin haqqını tələb edə bilər, bu şərtlə ki, sifarişçinin həmin işlərə hansısa marağı olsun. 760.1. Əgər podratçı tərəfindən müqaviləyə bilavasitə sifarişçinin hərəkətləri nəticəsində baş verməyən və ya həmin hərəkətlərlə bağlı olmayan səbəbə görə xitam verilirsə, podratçı işlər qurtaranadək müqaviləyə elə tərzdə xitam verməlidir ki, sifarişçi işləri başqa şəkildə və bərabər və ya daha əlverişli şərtlərlə ala bilsin. Bu zaman podratçı yerinə yetirilmiş işin haqqının ödənilməsini tələb edə bilər, bu şərtlə ki, sifarişçinin əvvəl görülmüş işlərə hansısa marağı olsun. 760.2. Əgər podratçı tərəfindən müqaviləyə bilavasitə sifarişçinin hərəkətləri (hərəkətsizliyi) nəticəsində baş verən və ya həmin hərəkətlərlə bağlı olan səbəbə görə xitam verilirsə, podratçı yerinə yetirilmiş işin haqqını və müqavilənin ləğvi ilə vurulan zərərin əvəzinin ödənilməsini tələb edə bilər. 762.1. Podratçı sifarişçi üçün podratı elə icra etməlidir ki, podratın nəticəsi qüsurlardan, üçüncü şəxslərin hüquqlarından və ya iddialarından azad olsun. 762.2. Podratın nəticəsi şərtləşdirilmiş keyfiyyətə uyğun gəlirsə, qüsurlardan azad sayılır. Keyfiyyət şərtləşdirilmədikdə podratın nəticəsi müqaviləyə uyğun istifadə və ya adi istifadə üçün yararlı olduğu halda qüsurlardan azad sayılır. 763.1. Əgər məmulatın qüsuru vardırsa, sifarişçi əlavə icra tələb edə bilər. Podratçı öz seçimi ilə ya qüsuru aradan qaldıra bilər, ya da yeni məmulat hazırlaya bilər. 763.2. Əlavə icra məqsədi ilə podratçı iş və materiallar üçün əlavə xərcləri, o cümlədən nəqliyyat xərclərini ödəməlidir. Əgər əlavə icra tənasübsüz xərclər tələb edirsə, podratçı həmin icradan imtina edə bilər. 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. 1115. Zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur.
Azərbaycan Respublikası Mülki-prosessual Məcəlləsinin: 77.2-ci maddəsinin tələbinə görə dövlət orqanlarının, icra və s. orqanlarının aktlarının ləğv edilməsi barədə mübahisələrə baxıldıqda həmin aktların qəbul edilməsi üçün əsas olmuş halları sübut etmək vəzifəsi bu aktı qəbul edilmiş orqanın üzərinə düşür. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. 81-ci maddəsinə görə isə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. 82.4-cü maddəsinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və iqtisadi mübahisəyə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
Məhkəmənin mövqeyi:
Məhkəmə ilkin iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir: Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının Konstitusiyasına görə, hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. Dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir (Konstitusiyanın 26-cı maddəsi və 60-cı maddəsinin İ hissəsi). İddia tələbinin mahiyyətindən müəyyən edilir ki, tərəflər arasında mübahisə podrat müqaviləsi üzrə yaranmış öhdəliklərin pozulması və lazımınca icra edilməməsi ilə bağlıdır. Məhkəmə bildirir ki, mülki qanunvericiliyə müvafiq olaraq müqavilə azad qaydada bağlanılır və məzmunu tərəflərin iradəsi ilə müəyyənləşdirilir. Belə ki, Mülki Məcəllənin 390-cı maddəsi ilə fiziki və hüquqi şəxslərə azad surətdə müqavilələr bağlamaq və bu müqavilələrin məzmununu müəyyənləşdirmək təminatı verilir. Müqavilə azadlığının məzmununu formalaşdıran elementlər sırasına seçdiyi kontragentlə müqavilə bağlamaq (və ya bağlamamaq), onun növü və formasını, habelə bağlanan müqavilənin şərtlərini, o cümlədən müvafiq qiymətləri müəyyən etmək azadlığını aid etmək olar. Mülki qanunvericilik bu azadlığı mülki dövriyyə iştirakçılarına təqdim edərkən hüququn ümumi prinsipinə müvafiq olaraq onların vicdanlı olmaları ehtimalından çıxış edir Qeyd olunmalıdır ki, müqavilə azadlığı prinsipi ilə yanaşı, mülki dövriyyənin sabitliyinin ən vacib sütunlarından biri də “müqavilələr icra olunmalıdır (pacta sunt servanda)” prinsipidir. Mülki dövriyyənin inkişafı və fəaliyyət göstərməsi üçün əsas şərtlərdən biri olan mülki hüquq subyektlərinin öz vəzifə və öhdəliklərini vicdanla yerinə yetirməyə borclu olmaları Mülki Məcəllənin 5.3-cü maddəsində təsbit edilmişdir. Mülki Məcəllənin “Öhdəliklərin icrası zamanı vicdanlılıq” adlanan 425-ci maddəsinə görə, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətdən irəli gələn digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. Öhdəliyin icra edilməməsi anlayışı Mülki Məcəllənin 442-ci maddəsində nəzərdə tutulmuşdur. Həmin maddəyə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Mülki Məcəllənin 448-ci maddəsində isə öhdəliyin icra edilməməsi üçün məsuliyyət nəzərdə tutulmuşdur. Belə ki, həmin maddəyə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. Borclu öhdəliyin pozulmasına görə bu şərtlə məsuliyyət daşımır ki, pozuntunun onun cavabdeh olmadığı haldan irəli gəldiyini və müqavilə bağlanarkən onun həmin halı nəzərə ala biləcəyini, yaxud bu halı və ya onun nəticələrini istisna edə və ya aradan qaldıra biləcəyini gözləməyin mümkün olmadığını sübuta yetirsin. Məhkəmə ilkin iddiaya aydınlıq gətirilməsi üçün mülki qanunvericiliyin podrat müqaviləsi və həmin müqavilədən irəli gələn öhdəliklərin icrasının əsaslarınımüəyyən edən bəzi normalarının nəzərdənkeçirilməsini zəruri hesab edir. Belə ki, podrat müqaviləsinə görə, podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Podratçı sifarişçi üçün podratı elə icra etməlidir ki, podratın nəticəsi qüsurlardan, üçüncü şəxslərin hüquqlarından və ya iddialarından azad olsun (Mülki Məcəllənin 752.1 və 762.1). Bu müqavilənin əsas xüsusiyyətlərindən biri müqavilənin tərəfi olan podratçının həmin müqavilənin digər tərəfi olan sifarişçinin xeyrinə hər hansı bir işi görməsidir. Belə ki, podrat müqaviləsindən irəli gələn öhdəlik təkcə hər hansı əmlakın verilməsini deyil, həm də həmin əmlakın yaradılması üzrə podratçının iş fəaliyyətini ehtiva edir. Podrat müqaviləsi bağlanarkən tərəflərin məqsədi müəyyən hüquqi nəticənin əldə edilməsi ilə birbaşa əlaqəlidir. Məhz bu səbəbdən podrat müqavilələrinin əsasını hüquqi məqsəd və hüquqi nəticə təşkil edir. Podrat müqaviləsini xidmətlərin göstərilməsi haqqında müqavilələrdən fərqləndirən başlıca meyar təqdim edilən nəticə ilə bağlıdır və podrat müqaviləsi üzrə sifarişçiyə mütləq qaydada görülən işin nəticəsi təqdim edilməlidir. Bu nəticə adətən maddi xarakterli olur və istənilən əşyanın hazırlanması və ya emalı, yaxud təmir edilməsi və ya əşya üzərində hər hansı digər əməyin görülməsini nəzərdə tutur. Bununla belə podrat müqaviləsinin nəticəsini yalnız maddi obyektlərlə əlaqələndirmək də yanlış olar. Belə ki, bəzən elə hallara rast gəlinir ki, podratın nəticəsi maddi bir obyekt olmasa da, görülən işin maddi şəkildə nəticəsi olur (məsələn, layihələndirmə xidmətləri üzrə layihənin hazırlanması, proqram təminatının yazılması və s.). Tərəflər hüquq və öhdəliklərini mülki qanunvericiliyə müvafiq olaraq müqavilə ilə razılaşdırdıqları halda məhkəmələr yaranmış mübahisəni həmin müqavilə şərtləri çərçivəsində həll etməli, tərəflərin müqavilə üzrə öhdəliklərini icra edib-etməmələrini hərtərəfli araşdırmalı, eləcə də hansı tərəfin öhdəliyi icra etməməsinə görə məsuliyyət daşımalı olduğunu dəqiqliklə müəyyən etməlidir (Konstitusiya Məhkəməsi Plenumunun "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin şikayəti üzrə 2018-ci il 11 iyun tarixli Qərarı). Hazırki işdən isə görünür ki, tərəflər arasında yazılı müqavilə bağlanmamışdır. Mülki Məcəllədə podrat müqaviləsi üçün forma tələbi müəyyən edilməmişdir. Ona görə də, podrat müqaviləsi Mülki Məcəllənin 406.1-ci maddəsinə əsasən əqdlərin bağlanması üçün nəzərdə tutulan hər hansı formada bağlana bilər. Belə olan halda məhkəmə hesab edir ki, iddia tələbinə təqdim edilmiş sübutlar və tərəflərin izahatları əsasında qiymət verilməlidir. Beləliklə, işin araşdırılmış halları ilə müəyyən edilir ki, İddiaçı məxsus Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Etibar Bəkirli küçəsi 346 ünvanında tikilən yeni fərdi yaşayış evinin tikilməsi Cavabdeh5 və onun tərəfindən gətirilən ustalara, yəni Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh6 həvalə edilmişdir. Bu işin mübahisəsiz halıdır və bu halı tərəflər mübahisələndirmirlər. İddiaçı fərdi yaşayış evinin qüsur və nöqsanlarla tikildiyini, nəticədə cavabdehlərin ona ümumilikdə 145432,07 (yüz qırx beş min dörd yüz otuz iki) manat ziyan vurmasını və həmin məbləğin ona ödənilməsini tələb edir. Dəymiş ziyanın məbləğini isə "xxxx" MMC-nin 25 yanvar 2024-cü il tarixli, 07-04/24 nömrəli mütəxəssis rəyi ilə sübuta yetirməyə çalışmışdır. Cavabdehlər isə iddia tələbini qismən qəbul edərək fərdi yaşayış evində qüsurlar ola biləcəyini, lakin həmin qüsurların iddiaçı Nuranə Bayramovun iddia ərizəsində göstərdikləri işlərin hamısının olmamasını və həmin məbləğ ilə razılaşmadıqlarını bildirmişlər. Məhkəmə, cavabdehlərin iddia ərizəsinə əlavə edilmiş mütəxəssis rəyində göstərilmiş “keyfiyyətsiz təmir olunmuş sahələr” və həmin sahələrə çəkilmiş xərclər ilə razılaşmadığından məhkəmə əmtəəşünaslıq ekspertizası və vurulmuş zərərin qiymətləndirilməsi ekspertizaları keçirmişdir. Məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə keçirilən məhkəmə əmtəəşünaslıq ekspertizası zamanı ekspert qarşısında qoyulan suallar iddiaçıların vəkili və nümayəndəsi, o cümlədən cavabdehlərin vəkili və nümayəndəsi tərəfindən məhkəməyə təqdim edilmiş suallar əsasında həyata keçirilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 04 aprel 2025-ci il tarixli, 10/7216 saylı rəyində mübahisəli fərdi yaşayış evində olan qüsurların dairəsi dəqiq olaraq göstərilmişdir. İddiaçı tərəf Məhkəmə Ekspertiza Mərkəzinin rəyində göstərilmiş rəylərlə razı olmamış, cavabdehlər isə həmin qüsurlarla razı olmuşdur. Məhkəmənin xx.xx.2025-ci il tarixli qərardadı ilə keçirilən əmlaka vurulmuş zərərin qiymətləndirilməsi ekspertizası zamanı ekspert qarşısında qoyulmuş suallarda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 04 aprel 2025-ci il tarixli, 10/7216 saylı rəyində göstərilmiş qüsurların aradan qaldırılması üçün nə qədər xərc tələb olunmasına cavab verilməsi xahiş olunmuş, eyni zamanda İddiaçı vəkili və nümayəndəsinin məhkəməyə təqdim etidiyi vəsatətdə olan sualların cavablandırılması xahiş olunmuşdur. "xxxx" MMC tərəfindən verilmiş 14 iyul 2025-ci il tarixli, ƏEMİ/İ 35-356/25 nömrəli mütəxəssis rəyində göstərilmişdir ki, 1-ci sual üzrə: Yeni qaydalarla: AZ1025, ünvan 3 iinvanında tikilən yeni fərdi yaşayış evində Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 04 aprel 2025-ci il tarixli, 10/7216 saylı rəyində göstərilmiş güsurların aradan qaldırılması üçün çəkilən xərcin (işçilik və material daxil) dəyəri 8996,0 (səkkiz min doqquz yüz doxsan altı) manat təşkil edir. 2-ci sual üzrə: Evin daxilində və çölündə (hamam, sanitar qovşağı, zallar, yataq otaqları, dincəlmə otaqları, mətbəx, çöldə həyətə vurulmuş daşlar) daş, kafel, metlax, keramoqranit döşəmiş hissələrdə daşların birinin digərindən hündür olmasının (çıxıntılı və əyri hissələr) eyni daşla təmiri material qarışıq 13 308,0 (on üç min üç yüz səkkiz) manat təşkil edir. 3-cü sual üzrə: Vizual baxış zamanı həyətdə tikilmiş hovuzda əyrilik təsbit edilməmişdir. Bu səbəbdən hovuzun avriliyinə sərfolunan vəsait hesablanmamışdır. 4-cü sual üzrə: Binanın müxtəlif yerlərində divarlarda olan çatların bərpa dəyəri (material və işçilik daxil) 7500,0 (yeddi min beş yüz) manat təşkil edir. 5-ci sual üzrə: Evin daxilində və xaricində divarlarda və tavanında olan əyriliyi təmir etmək üçün çəkilən xərcin (işçilik və material daxil) dəyəri 9 707,0 (doqquz min yeddi yüz yeddi) manat təşkil edir. 6-ci sual üzrə: Evin müxtəlifyerlərində su axması nəticəsində tavanın və divarların zədələnmiş hissələrinin nəticəsində təmirinə tam sökülmədən çəkilən xərcin (işçilik və material daxil) 2 821,0 (iki min səkkiz yüz iyirmi bir) manat təşkil edir. 7-ci sual üzrə: Eyvanlarda, hamam və sanitar qovşağında axan suların trapa axıdılması üçün yenidən bərpa işlərinə çəkilən xərc (işçilik və material daxil) 6 803,0 (altı min səkkiz yüz üç) manat təşkil edir. Lakin məhkəmə iclasında iştirak edən "xxxx" MMC-nin eksperti Emin Mədətov şahid qismində verdiyi ifadəsində göstərmişdir ki, mütəxəssis qarşısında həm Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ekspert rəyində göstərilmiş qüsurların aradan qaldırılması üçün nə qədər xərc tələb olunması, həm də digər suallar qoyulmuşdur. Bu səbəbdən digər sualları da cavablandırmışdır. Məhkəmə Ekspertizası Mərkəzinin ekspert rəyində göstərilmiş qüsurların aradan qaldırılması üçün hesabladığı ümumi məbləğ isə 15170 (on beş min bir yüz yetmiş) manat təşkil edir. Məhkəmə ilkin iddiaçının cavabdehlərdən dəymiş ziyan olaraq 145432,07 (yüz qırx beş min dörd yüz otuz iki) manat tələb etməsinə münasibət bildirir ki, ilkin iddia tələbi qismən əsaslıdır. Belə ki, ilkin iddiaçı cavabdehlər tərəfindən evin təmiri zamanı dəymiş ziyanı 145432,07 (yüz qırx beş min dörd yüz otuz iki) manat qiymətləndirmişdir. İlkin iddiaçı məhkəməyə təqdim etdiyi ekspert rəyində qüsurlu işləri “söküntü işləri” və “təmir işləri” olaraq 2 hissəyə ayırmışdır. Həmin söküntü işlərinə aşağıdakları aid etmişdir. 1. Fərdi yaşayış evinin döşəmə və divar keramoqranitinin sökülməsi. 2. Fərdi yaşayış evinin döşəmə beton-hazırlıq qatının örtük tavasına qədər sökülməsi. 3. Fərdi yaşayış evinin keramoqranit sökülən divarlarının qaşınması. 4. Söküntü işləri aparılması üçün divar və tavan örtüyün mühafizəsi. 5. Daxili tavan və divar boyasının qaşınması. 6. Fasadın qaşınması. 7. İnşaat tullantılarının daşınması (söküntü). Təmir işlərinə isə aşağıdakılar aid edilmişdir: 1. Fərdi yaşayış evinin döşəmə beton hazırlıq qatının verilməsi (50 mm). 2. Döşəmənin isitmə sisteminin quraşdırılması. 3. İsti döşəmə sistemi quraşdırıldıqdan sonra beton hazırlıq qatının verilməsi (70 mm). 4. Keromoqranit döşəmənin quraşdırılması üçün hamarlayıcı qatın verilməsi. 5. Keromoqranit (60 x 120 ölçüdə) plitlərin quraşdırılması. 6. Divarların üzlənərək hamarlanması. 7. Keromoqranit (60 x 120 ölçüdə) plitələrin divara quraşdırılması. 8. Keromoqranit plitlərin ara boşluqlarının doldurulması. 9. Pilləkanların keromoqranitlə üzlənməsi (6 x 3). 10. Keromoqranit plintusların quraşdırılması. 11. Plintusların quraşdırılması. 12. Daxili tavan və divarın boyanması. 13. Fasadın boyanması. Göründüyü kimi ilkin iddiaçı məhkəməyə təqdim etdiyi ekspert rəyi ilə həmin rəydə olan qüsurların olması ilə razılaşmışdır. İlkin iddia üzrə cavabdehlər isə həmin rəydə göstərilən qüsurlarla razı olmadığından məhkəmə tərəfindən əmtəəşünaslıq ekspertizası keçirilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 04 aprel 2025-ci il tarixli, 10/7216 saylı rəyində isə qüsurların dəqiq siyahısı göstərilmişdir. Həmin rəyə əsasən isə İddiaçı məxsus Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Etibar Bəkirli küçəsi 346 ünvanında tikilən yeni fərdi yaşayış evində olan qüsurlar dəqiq olaraq müəyyən edilmişdir. Həmin qüsurlar isə aşağıdakılardan ibarət olmuşdur.Fərdi yaşayış evinin açıq eyvan tikilisinin tavanında boyanın qabarma qarderob otaqlarının bəzi hissələrində olan boyanın nahamar şəkildə vurulması, eyvan tikilisinin döşəməsinə vurulmuş kermoqranit materialının mailliyinin düzgün quraşdırılmadığı, 2-ci mərtəbə səviyyəsində bir yataq otağının pəncərə yamacının yuxarı hissəsində boya olan hissənin nəmlənməsi, hamam tikilsinin trapına suyun axıldılması üçün suyun maililiyinin düzgün qurulmaması, evin damında kermoqranitlə üzlənmiş sahənin müəyyən hissəsində mailliliyin düzgün seçilməməsi nəticəsində qüsurlu işlərin aparılması, fərdi yaşayış evinin fasadında qüsurların olması, keramoqranitlə üzlənmiş döşəmənin 17,0 kv.m hissəsində qüsurlu işlərin aparıldığı, qarderob otağının, yaşayış otağının və fasada vurulmuş boya qatının bir hissəsinin nahamar, qabarmış şəkildə (qüsurlu) olduğu, açıq-eyvan meydançasının və dam hissəsinin bir hissəsində hidroizolyasiya qatının qüsurlu olması. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, "xxxx" MMC-nin mütəxəssis rəyində göstərilən qüsurlar ilə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ekspert rəyində göstərilən qüsurlar eynilik təşkil etmir. İlkin iddia üzrə cavabdehlər isə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ekspertiza rəyində olan qüsurlar ilə razılaşdıqlarını bildirirlər. Məhkəmə hesab edir ki, "xxxx" MMC-nin mütəxəssis rəyi ilkin iddiaçı Nuranə Bayramovun təklifi əsasında hazırlanmaqla onun mənafelərinə xidmət etmişdir. Belə ki, ilkin iddia üzrə Cavabdeh5 tərəfindən yaddaş kartında (fləş kart) məhkəməyə təqdim edilmiş səs yazıları və video görüntülərdən görünür ki, "xxxx" MMC-nin mütəxəssis rəyinin “söküntü işləri” başlığında göstərilmiş Fərdi yaşayış evinin döşəmə beton-hazırlıq qatının örtük tavasına qədər sökülməsi və Fasadın qaşınması işləri, eyni zamanda “təmir işləri” adı altında göstərilmiş Fərdi yaşayış evinin döşəmə beton hazırlıq qatının verilməsi, Döşəmənin isitmə sisteminin quraşdırılması, İsti döşəmə sistemi quraşdırıldıqdan sonra beton hazırlıq qatının verilməsi, Keromoqranit döşəmənin quraşdırılması üçün hamarlayıcı qatın verilməsi, Keromoqranit (60 x 120 ölçüdə) plitlərin quraşdırılması, Keromoqranit plitlərin ara boşluqlarının doldurulması, Pilləkanların keromoqranitlə üzlənməsi (6 x 3), Keromoqranit plintusların quraşdırılması, Plintusların quraşdırılması və Fasadın boyanması işlərinin cavabdehlər tərəfindən görülmədiyi müəyyən edilmişdir. Belə ki, ilkin iddia üzrə Cavabdeh5 ilə usta olan Araz adlı şəxs arasında olan telefon danışıqlarından görünür ki, mübahisəli fərdi yaşayış evində tamet, daş və beton işlərinin görülməsi Cavabdeh5 birqadası tərəfindən deyil, Araz və onun qardaşı tərəfindən görülmüşdür. Həmçinin Araz adlı şəxs telefon danışığında göstərmişdir ki, orada işləyən ustaların hamısında guya mənfi nəsə tapmışlar. Həmçinin Cavabdeh5 ilə usta Orxan adlı şəxs arasında olan telefon danışıqlarından görünür ki, Araz adlı şəxs İddiaçı (Nuray) məxsus evdə Plintus və qapı işlərinin Orxan adlı şəxs tərəfindən görüldüyü müəyyən edilmişdir. Həmçinin Cavabdeh5 ilə Orxan adlı şəxs arasında olan telefon danışıqlarından görünür ki, Nuranə Bayramovun evində plintus işlərini görmüş Orxan adlı şəxs Cavabdeh5 tanımamaqdadır. Bundan əlavə Cavabdeh5 ilə X10 arasında video görüntü ilə qeydə alınmış danışıqlardan görünür ki, sonuncu Tuncay bəyin danışığı əsasında mübahisəli fərdi yaşayış evində santexnik işlərini, yəni isti pol, döşəmə, hamam işlərini o gördüyünü, Cavabdeh5 əvvəlcədən tanımadığını bildirmişdir. Beləliklə ilkin iddia üzrə Cavabdeh5 təqdim etdiyi sübutlardan görünür ki, ilkin iddiaçının iddia ərizəsi məhkəməyə təqdim edilən zaman alınmış mütəxəssis rəylərində göstərilən qüsurların hamısının Cavabdeh5 və onun gətirdiyi ustalar tərəfindən görülməsi barədə iddiası həqiqəti əks etdirməməkdədir. Beləliklə məhkəmə, iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş rəyi tədqiq edərək qeyd edir ki, həmin rəy mötəbər sübut kimi qəbul edilə bilməz.Belə olan halda mütəxəssis tərəfindən verilmiş rəy heç bir müvafiq sənədə və ya tərəflərin izahatına istinad edilmədən formal olaraq (sadəcə iddiaçı tərəfin qeyd etdiklərinə əsasən) verilmişdir. Beləliklə, məhkəmə məhz ilkin iddiaçının vəkilinin və nümayəndəsinin, o cümlədən qarşılıqlı iddia üzrə iddiaçıların vəkilinin və nümayəndəsinin məhkəməyə təqdim etdikləri suallar əsasında məhkəmə əmtəəşünaslıq ekspertizası keçirilmiş və həmin rəydə qüsurların siyahısının nədən ibarət olması dəqiq olaraq göstərilmişdir. İlkin iddiaçı isə Məhkəmə Ekspertiza Mərkəzinin ekspert rəyindən əlavə qüsurların olması barədə məhkəmə hər hansı sübut təqdim etməmişdir. Eyni zamanda məhkəmə qeyd etməyi zəruri hesab edir ki, "xxxx" tərəfindən verilmiş 14 iyul 2025-ci il tarixli, ƏEMİ/İ 35-356/25 nömrəli mütəxəssis rəyində mütəxəssis qarşısında qoyulmuş bütün suallar üzrə zərərin ümumi məbləğinin cəmi 40139 (qırx min bir yüz otuz doqquz) manat olması, lakin Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizasının rəyində qeyd olunan smeta cədvəlinə əsasən dəymiş ziyanın məbləği 15170 (on beş min yüz yetmiş) manat olması müəyyən edilmişdir. Məhkəmə hesab edir ki, ilkin İddiaçı məxsus ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evində görülmüş qüsurlu işlərin nədən ibarət olması Məhkəmə Ekspertizası Mərkəzinin ekspert rəyi ilə müəyyən olunduğundan "xxxx" tərəfindən verilmiş mütəxəssis rəyində Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizasının rəyində qeyd olunan smeta cədvəlinə əsasən dəymiş ziyanın məbləği əsas götürülməli və ilkin iddia tələbi həmin həcmdə təmin edilməlidir. Məhkəmə hesab edir ki, ekspert rəyinə (Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 04 aprel 2025-ci il tarixli, 10/7216 saylı rəyi) hüquqi qiymət verilərək sübut növü kimi qiymətləndirilməlidir. Belə ki, Azərbaycan Republikası MPM-in 101.3-cü maddəsinə əsasən, ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Həmin Məcəllənin 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsinədə müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Məhkəmə qeyd edir ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlük hüququna malik olmasa da, ekspert rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir. Məhkəmə ekspert rəyini, tədqiq edərək, məhkəmə araşdırması zamanı hazırkı ekspert rəyində müəyyən edilən halları təkzib edən, bu hallara zidd olan sübutlar müəyyən edilmədiyini nəzərə alaraq, həmin rəylə razılaşır və belə nəticəyə gəlir ki, hazırkı iş üzrə ekspert rəyi (Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 04 aprel 2025-ci il tarixli, 10/7216 saylı rəyi) sübut kimi qəbul edilməlidir. Həmçinin məhkəmə onu da nəzərə alır ki, ilkin iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş ekspert rəyində göstərilmiş qüsurlu işlərin çox hissəsinin hazırkı cavabdehlər tərəfindən işlənməməsi müəyyən edilmişdir. Bu da ilkin iddiaçının məhkəməyə həqiqi olmayan məlumat verməsini və bu səbəbdən Məhkəmə Ekspertiza Mərkəzinin ekspert rəyi ilə razı olmadığını deməyə əsas verir. “X5rşı işi üzrə” 16 fevral 2010-cu il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi hesab etmişdir ki, yalnız elmi cəhətdən əsaslandırılmış və məhkəmənin suallarına cavab verən rəy ədalətin gücünə inam yarada və məhkəmənin fəaliyyətinə kömək edə bilər. Məhkəmə, ekspertizanın verdiyi rəyi (Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 04 aprel 2025-ci il tarixli, 10/7216 saylı rəyi) hazırki real vəziyyəti əks etdirdiyi üçün sübut növü kimi qəbul edir və həmin rəylə razılaşır. Məhkəmə qarşılıqlı iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir: Beləliklə, ilkin və qarşılıqlı iddialar məhkəmə tərəfindən araşdırılan zaman müəyyən edilmişdir ki, İddiaçı məxsus Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Etibar Bəkirli küçəsi 346 ünvanında tikilən yeni fərdi yaşayış evinin tikilməsi Cavabdeh5 və onun tərəfindən gətirilən ustalara, yəni Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh6 həvalə edilmişdir. Bu işin mübahisəsiz halıdır və bu halı tərəflər mübahisələndirmirlər. Qarşılıqlı iddiaçılar isə İddiaçı tərəfindən onların gördükləri işlərə görə pulun (muzdun) tam olaraq ödənilməməsini və həmin məbləğin ödənilməsini tələb edirlər. Belə ki, Cavabdeh2 fasad seramika və çöl pilləkəndə görülən işlərə görə 3500 AZN; Cavabdeh4 mansard, seramik, metlax və besetka işlərinə görə 2500 AZN; Cavabdeh1 besetka, hovuz, beton və qəlib işlərinə görə 2900 AZN; Cavabdeh6 hasarda və besetkada görülən suvaq işlərinə görə 1322 AZN; Cavabdeh3 və Nadir Həsənova- malyar işinə görə 2782 AZN; Vidadi Yaqubova tavanda görülən malyar işlərinə görə 2300 AZN pul tələb olunmaqdadır. Qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı isə iddianı qəbul etməmişdir. Məhkəmə hesab edir ki, ilkin iddia da olduğu kimi qarşılıqlı iddia da podrat müqaviləsini tənzimləyən normalara istinad edilməklə həll edilməlidir. Belə ki, Podrat müqaviləsinin tərəfi kimi podratçı müqavilədə nəzərdə tutulan işi icra etməli, sifarişçi isə yerinə yetirilmiş işi qəbul etməli və podratçıya razılaşdırılmış muzdu ödəməlidir. Hazırkı iş üzrə qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı işin görüldüyünü, təhvil alındığını mübahisələndirmir və işin qüsurlu olduğunu bildirir. Lakin tərəfindən qarşılıqlı iddia üzrə iddiaçılara bütün muzdun ödənildiyini bildirir. Hazırkı iş üzrə qarşılıqlı iddia üzrə cavabdeh İddiaçıların evində gördüyü işlərin qüsurlu görülməsinə baxmayaraq bütün pulların (muzdların) ödənilməsini iddia edir. Qarşılıqlı iddia tələbinin qəbul edilməməsinin əsası kimi tərəfindən yaddaş kartında (fləş kart) məhkəməyə təqdim edilmiş video görüntünü əsas gətirir. İlkin iddia üzrə İddiaçı tərəfindən yaddaş kartında (fləş kart) məhkəməyə təqdim edilmiş video görüntündə isə görünür ki,İddiaçı Cavabdeh6 arasında olan telefon danışığında Cavabdeh6 çatası pulu Cavabdeh5 verdiyini bildirmişdir. Göründüyü kimi ilkin iddia üzrə cavabdeh İddiaçı Cavabdeh6 ilə olan telefon danışığında ilkin iddia üzrə cavabdehlərin tələb etdiyi pul məbləğlərinin onlara deyil, məhz Cavabdeh5 verdiyini etiraf etmişdir. Lakin məhkəməyə həmin pulların Cavabdeh5 verilməsini təsdiqləyən hər hansı sübut təqdim etməmiş və eyni zamanda Cavabdeh5 da həmin pulların almasını etiraf etməmişdir. Bundan əlavə məhkəmə qarşılıqlı iddia tələbi ilə bağlı onu da qeyd edir ki, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh5 tərəfindən yaddaş kartında (fləş kart) məhkəməyə təqdim edilmiş səs yazılarından görünür ki, İddiaçı Cavabdeh4 göndərdiyi səs yazısında Cavadın işlədiyi işə görə pulu vermədiyini, Yeni il yaxınlaşdığını və pulu verəcəyini bildirmişdir. Göründüyü kimi həmin səs yazısında İddiaçı Cavabdeh4 verməli olduğu pulun Cavabdeh5 verməsi barədə hər hansı fikir bildirməmişdir. Həmçinin səs yazısından sonra Cavabdeh4 verməli olduğu pulun verilməsinə dair məhkəməyə hər hansı sübut təqdim etməmişdir. Bütün bu hallar qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı ilkin iddia üzrə cavabdehlərə ödəməli olduğu pulun bir hissəsini ödəməməsinə dair əsaslı fikir formalaşdırır. Həmçinin məhkəmə o halı da nəzərə alır ki, ilkin iddia üzrə cavabdehlər Cavabdeh5, Cavabdeh1, Cavabdeh2, Cavabdeh4, Cavabdeh6, Cavabdeh3 və digər ustalar X6 və X1 Əmək Müfəttişliyi Xidmətinə ərizə ilə müraciət edərək, Tuncay Bərdəli və İddiaçı məxsus 4 (dörd) mərtəbəli şəxsi həyət evində təmir, tikinti və quruculuq işləri apardıqlarını, nəticədə müğənni Tuncay Bərdəli və həyat yoldaşı şərti adı Nuray olan xanımın onun ustalarına ümumilikdə 15304 manat borcu yarandığını, bu borcu verməkdən imtina etdiklərini və hətta ustalara borcu ona ödədiyi barədə yalan söylədiyini, onların Cavabdeh1 2900 manat, Cavabdeh2 3500 manat, Cavabdeh4 2500 manat, Cavabdeh6 və Rəvanov İsmayıla 1322 manat, Cavabdeh3 2782 manat, Yaqubov Vidadiyə isə 2300 manat borcu qaldığını və bu borcu ödəməkdən imtina etdiklərini bildirmişlər. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X12 Xidməti Bakı şəhəri idarəsi tərəfindən Cavabdeh5 və digərlərinə yazılmış 19 yanvar 2024-cü il tarixli məktubda isə göstərilmişdir ki, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” 2015-ci il 20 oktyabr tarixli 1410- İVQ nömrəli Azərbaycan Respublikasının Qanununa əsasən Azərbaycan Respublikası ərazisində sahibkarlıq sahəsində aparılan yoxlamalar xx.xx.2025-ci il tarixədək dayandırıldığından müraciətdə göstərilən halların yerində araşdırılması və müvafiq tədbirlərin görülməsinin mümkün olmadığı, müraciətdə qeyd edilən məsələlərin həlli ilə əlaqədar məhkəməyə müraciət etmək hüquqları izah edilmişdir.Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi tərəfindən Cavabdeh5 ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubda isə göstərilmişdir ki, DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə daxil olmuş kollektiv müraciət baxılması üçün aidiyyəti üzrə Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsinə göndərilmişdir. Beləliklə, qarşılıqlı iddia üzrə iddiaçılar tərəfindən X12 Xidmətinə və DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə ünvanlanmış ərizələrdən görünür ki, İddiaçı onları məhkəməyə müraciət etməmişdən əvvəl qarşılıqlı iddia üzrə iddiaçılar qarşılıqlı iddia ərizəsində göstərilmiş pulları (muzdları) İddiaçı tələb etmişlər. Göründüyü kimi qarşılıqlı iddia üzrə iddiaçılar İddiaçı onlara qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etməmişdən xeyli əvvəl şifahi podrat müqaviləsi üzrə öz haqlarını (muzdlarını) tələb etmişlər ki, bu da onların iddialarına haqlı olmasını göstərir. Məhkəmə bildirir ki, mülki dövriyyənin sabitliyinin təmin edilməsi naminə tərəflər arasında işgüzar münasibətlər çərçivəsində imzalanmış müqavilələr vaxtında və qüsursuz şəkildə icra edilməlidir. Əks halda bu müqavilənin hüquqi təbiətinə zidd ola bilər. Müqavilə 2 və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsidir, müəyyən hüquq və öhdəliklərin məcmusu barədə yazılı sənəddir. Qarşılıqlı iddia üzrə iddiaçılar tərəfindən müqavilə üzrə müəyyənləşdirilmiş işlər görülmüş və İddiaçı təhvil verilmişdir. Belə olan halda ustaların pullarının (muzdların) ödənilməməsi müqavilələrin icra edilməsini əngəlləyər, podratçının haqlı mənafeyini təhlükə altında qoyar. Buna görə də, qarşılıqlı iddia üzrə iddiaçıların icra etdikləri işin müqabilində qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı xidmət haqqlarının ödənilməsini tələb etmək hüququ vardır. Bu səbəbdən məhkəmə hesab edir ki, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı 3500 manat tutularaq Cavabdeh2, 2500 manat tutularaq Cavabdeh4, 2900 manat tutularaq Cavabdeh1, 1322 manat tutularaq Cavabdeh6, 2782 manat tutularaq Cavabdeh3 və 2300 manat tutularaq Cavabdeh5 ödənilməlidir. Məhkəmə əlavə olaraq qeyd edir ki, qarşılıqlı iddiada iddiaçılar kimi Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5və Cavabdeh6 göstərilmişdir. Lakin qarşılıqlı iddiada İddiaçı Cavabdeh5 xeyrinə pul tutulması göstərilməmişdir. Bununla bağlı məhkəmə qeyd edir ki, ilkin iddia üzrə Cavabdeh5 tərəfindən yaddaş kartında (fləş kart) məhkəməyə təqdim edilmiş səs yazısından görünür ki, Cavabdeh5 və Vidadi Yaqubov arasında olan telefon danışığında İddiaçı Vidadi Yaqubova ödəməli olduğu 2300 manatın Cavabdeh5 tərəfindən ona ödənildiyini etiraf etmişdir. Bu səbəbdən məhkəmə hesab edir ki, iş materialları ilə İddiaçı tərəfindən Vidadi Yaqubova ödənilməli olan məbləğin Cavabdeh5 tərəfindən ödənildiyi sübuta yetdiyindən tavanda görülən malyar işlərinə görə 2300 manat İddiaçı alınaraq Cavabdeh5 ödənilməlidir. Məhkəmə qeyd edir ki, hazırkı qətnamə tərtib edilərkən Cavabdeh5 tərəfindən yaddaş kartında (fləş kart) məhkəməyə təqdim edilmiş səs yazıları və video görüntülər və eyni zamanda ilkin iddia üzrə İddiaçı tərəfindən yaddaş kartında (fləş kart) məhkəməyə təqdim edilmiş video görüntü sübut kimi istifadə olunmuşdur. Bununla bağlı məhkəmə aşağıdakıları qeyd edir. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin “N.Əsədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 5 avqust 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 12 aprel 2021-ci il tarixli qərarında göstərilmişdir ki, mülki prosessual hüquq doktrinasında qanunsuz sübut anlayışının iki halı fərqləndirilir. Bunlardan biri sübutların qanuna zidd əməllər nəticəsində əldə olunması, digəri isə əldə olunan sübutların qanuna zidd şəkildə istifadə olunması halıdır. Mülki Prosessual Məcəllənin 76.3-cü maddəsində qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə olunmasına yol verilmədiyi müəyyən olunmuşdur. Qanunu pozmaqla əldə edilmiş sübut anlayışı mülki hüquq subyektlərinin şəxsi toxunulmazlıq hüququnun pozulması nəticəsində əldə edilmiş sübut mənasını daşıyır. İnsanın səs, görüntü və s. kimi şəxsiyyəti ilə bağlı olan dəyərlərinin onun iradəsi xaricində istifadə olunmasının yolverilməzliyi prinsipi insan şəxsiyyətinin toxunulmazlığını və ona olan hörməti təmin etmək məqsədi daşıyır. Şəxs tərəfindən əqdin qarşı tərəfinin bildirdiyi iradə ifadələrini əks etdirən danışıqların həmin münasibət barəsində yaranan hüquqi mübahisənin həllində istifadə olunması öz-özlüyündə şəxsi toxunulmazlıq hüququna qəsd kimi qiymətləndirilə bilməz. Belə ki, həmin danışıq və yazışmalar əqdin tərəfləri üçün sirr deyildir və mahiyyət etibarı ilə aralarındakı hüquqi münasibətlə bağlı bir-birlərinə yazılı mətn halında çatdırdıqları iradə ifadələrindən və bildirişlərindən fərqlənmir. Bu baxımdan başqa şəxslə deyil, birbaşa əlaqədar tərəflər arasında olan danışıqların mülki mübahisənin həlli zamanı istifadə edilməsi Mülki Prosessual Məcəllənin 76.3-cü maddəsi ilə nəzərdə tutulan hallara aid edilə bilməz. Məhkəmə Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin “N.Əsədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 5 avqust 2020ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 12 aprel 2021-ci il tarixli qərarını əsas götürərək qeyd edir ki, iş materiallarında olan ilkin iddia üzrə İddiaçı tərəfindən yaddaş kartında (fləş kart) məhkəməyə təqdim edilmiş video görüntü və Cavabdeh5 tərəfindən yaddaş kartında (fləş kart) məhkəməyə təqdim edilmiş səs yazıları və video görüntülərtelefon danışıqları sübut kimi qiymətləndirilməlidir. Belə ki, göründüyü kimi ilkin iddia üzrə Cavabdeh5 ilə Araz adlı şəxs arasında olan telefon danışıqları, Cavabdeh5 ilə Orxan adlı şəxs arasında olan telefon danışıqları, Cavabdeh5 ilə X10 arasında video görüntü ilə qeydə alınmış danışıqlarə, İddiaçı ilə Cavabdeh6 arasında olan telefon danışığı və İddiaçı Cavabdeh4 göndərdiyi səs yazısı tərəflər üçün sirr deyildir və mahiyyət etibarı ilə aralarındakı hüquqi münasibətlə bağlı birbirlərinə yazılı mətn halında çatdırdıqları iradə ifadələrindən və bildirişlərindən fərqlənmir. Beləliklə, yuxarıda qeyd olunan telefon danışıqları və səs yazıları sübut kimi qiymətləndirilməlidir. Məhkəmə onu da vurğulamağı zəruri hesab edir ki, Mülki Prosessual Məcəllənin 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamənin qanuniliyi dedikdə, onun mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılması başa düşülür Qətnamənin əsaslılığı dedikdə isə qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olması başa düşülür. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn nəticəsi onda şərh olunsun, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Qeyd olunmalıdır ki, Azərbaycan Respublikasının Konstitusiyasında təsbit olunmuş məhkəmə müdafiəsi hüququ və hüquqi dövlət prinsipi, şəxsin hüquq və vəzifələri ilə bağlı qərarlar qəbul etmiş məhkəmələrin belə qərarlarını mütləq olaraq lazımi qaydada əsaslandırmalı olduqlarını tələb edir. Bununla hər kəs onun barəsində çıxarılmış qərarın nəinki konkret nəticəsi barədə, həm də səbəbləri və əsasları barədə məlumat əldə etmiş olur. Əsaslandırılmamış, yaxud düzgün əsaslandırılmamış məhkəmə qərarı hüquqi dövlət prinsipi ilə ziddiyyət təşkil edir. Bu, həm də ona görə vacibdir ki, qərarın əsaslandırılması ilə tanış olmadan şikayət etmək hüququnun həyata keçirilməsini təsəvvür etmək mümkün deyildir, çünki şikayət vermək hüququnun həyata keçirilməsi özündə məhkəmənin dəlillərinin və əsaslandırılmasının əks arqumentlər gətirilməklə mübahisələndirilməsini nəzərdə tutur. “S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2006-cı il tarixli qərarında” da göstərilmişdir ki, məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəbləri aydın göstərilməlidir. Sübutları qiymətləndirən zaman məhkəmə “əsaslı şübhələr yaratmayan” sübut standartını qəbul edir. Belə sübut kifayət qədər inandırıcı, aydın və bir-birinə uyğun gələn məntiqi nəticələrin və ya faktlarla bağlı oxşar, təkzib edilməyən ehtimalların mövcudluğundan irəli gələ bilər (“Avşar Türkiyəyə qarşı” AİHM-nin qərarı №25657/94, §282). Məhkəmə eyni zamanda qeyd edir ki, hüquqi müəyyənlik prinsipi digər tələblərlə yanaşı, ən ümumi mənada mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan, məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır (Konstitusiya Məhkəməsi Plenumunun N.Babayevin şikayəti üzrə 28 dekabr 2011-ci il tarixli Qərarı). İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Hiro Balani İspaniyaya qarşı" iş üzrə 1994-cü il 9 dekabr tarixli qərarında göstərmişdir ki, milli məhkəmələr hər təqdim olunan arqumenti və onunla əlaqəli sübutu cavablandırmaq vəzifəsini daşımasalar da, məhkəmə tərəfindən mühüm arqumentlər cavabsız qaldıqda məhkəmə baxışı ədalətli hesab edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd olunan Məcəllənin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə təqdim edilən sübutlara məcmu halda hüquqi qiymət verərək, hesab edir ki, ilkin iddia qismən təmin edilməli, ilkin iddia üzrə cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 müştərək qaydada 15170 (on beş min yüz yetmiş) manat tutularaq ilkin iddia üzrə İddiaçı ödənilməli, qarşılıqlı iddia tələbi təmin edilməli, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı 3500 manat tutularaq Cavabdeh2, 2500 manat tutularaq Cavabdeh4, 2900 manat tutularaq Cavabdeh1, 1322 manat tutularaq Cavabdeh6, 2782 manat tutularaq Cavabdeh3 və 2300 manat tutularaq Cavabdeh5 ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar məsrəflərdən ibarətdir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Göstərilən qanunvericilik aktı normalarına əsasən məhkəmə həmçinin hesab edir ki, məhkəmə xərcləri iddianın təmin edilmiş hissələrinə müvafiq olaraq tərəflərə aid edilməli olduğundan, məcburi köçkünlər dövlət rüsumu ödəməkdən azad olduqarı üçün, ilkin iddia üzrə məhkəmə xərcinə daxil olan dövlət rüsumu cavabdehlərə aid edilməli və buna görə də ilkin iddia üzrə cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 müştərək qaydada iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq 135,5 (bir yüz otuz beş manat əlli qəpik) manat dövlət rüsumu alınaraq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə (Qəbələ rayon məhkəməsinə) ödənilməlidir. Bu səbəbdən məhkəmə hesab edir ki, qarşılıqlı iddia üzrə ödənilmiş dövlət rüsumu qarşılıqı iddiaçılara aid edilməlidir. Aparılmış ekspertiza tədqiqatının dəyəri olan cəmi 100 (yüz) manat pulun 50 manatı ilkin iddia üzrə İddiaçı və 50 manatı isə müştərək qaydada qarşılıqlı iddia üzrə iddiaçılar Cavabdeh5, Cavabdeh1, Cavabdeh2, Cavabdeh4, Cavabdeh6 və Cavabdeh3 tutulаrаq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilməlidir. Aparılmış mütəxəssis tədqiqatının dəyəri olan 600 (altı yüz) manat pulun 300 manatı iddia üzrə İddiaçı və 300 manatı isə müştərək qaydada qarşılıqlı iddia üzrə iddiaçılar Cavabdeh5, Cavabdeh1, Cavabdeh2, Cavabdeh4, Cavabdeh6 və Cavabdeh3 tutulаrаq "xxxx"nin hesabınaödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ:
İlkin iddia tələbi qismən təmin edilsin. İlkin iddia üzrə cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 müştərək qaydada 15170 (on beş min yüz yetmiş) manat tutularaq ilkin iddia üzrə İddiaçı ödənilsin. İlkin iddia tələbi qalan hissədə təmin edilməsin. Qarşılıqlı iddia tələbi təmin edilsin. Qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı 3500 manat tutularaq Cavabdeh2, 2500 manat tutularaq Cavabdeh4, 2900 manat tutularaq Cavabdeh1, 1322 manat tutularaq Cavabdeh6, 2782 manat tutularaq Cavabdeh3 və 2300 manat tutularaq Cavabdeh5 ödənilsin. İlkin iddianın təmin olunmuş hissəsinə mütənasib olaraq ilkin iddia üzrə cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 müştərək qaydada 135,5 (bir yüz otuz beş manat əlli qəpik) manat dövlət rüsumu alınaraq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə (Qəbələ Rayon Məhkəməsinə) ödənilsin. Aparılmış ekspertiza tədqiqatının dəyəri olan cəmi 100 (yüz) manat pulun 50 manatı ilkin iddia üzrə İddiaçı və 50 manatı isə müştərək qaydada qarşılıqlı iddia üzrə iddiaçılar Cavabdeh5, Cavabdeh1, Cavabdeh2, Cavabdeh4, Cavabdeh6 və Cavabdeh3 tutulаrаq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilsin. İş üzrə aparılmış mütəxəssis tədqiqatının dəyəri olan 600 (altı yüz) manat pulun 300 manatı iddia üzrə İddiaçı və 300 manatı isə müştərək qaydada qarşılıqlı iddia üzrə iddiaçılar Cavabdeh5, Cavabdeh1, Cavabdeh2, Cavabdeh4, Cavabdeh6 və Cavabdeh3 tutulаrаq "xxxx"nin (VÖEN: **********, Hesab N AZN: AZ68İBAZ********************, Bank: ABB ASC, VÖEN: **********, Müxbir hesab: AZ03NABZ********************, KOD: 805711; SWİFT: İBAZAZ2X) hesabına ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim: Abbas Əliyev