Məhkəmə qərarları › İş №e-2(025)-1001/2025

Qəbələ Rayon Məhkəməsi Qərardad — İş №e-2(025)-1001/2025

13.06.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Qəbələ şəhəri İş № e-2(025)-1001/2025 13.06.2025 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ X2 Oktay oğlunun sədrliyi ilə, İddiaçı QSC-nin Cavabdeh qarşı “nisyə alqı-satqı müqaviləsinin ləğv olunması, əmlakın boşaldılması və təhvil verilməsi” tələbinə dair iddia ərizəsinə və ona əlavə edilmiş sənədlərə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı QSC Cavabdeh qarşı “nisyə alqı-satqı müqaviləsinin ləğv olunması, əmlakın boşaldılması və təhvil verilməsi” tələbi barədə iddia qaldıraraq, Cavabdeh ilə İddiaçı QSC arasında bağlanmış Bakı şəhəri 53 saylı notariat ofisinin xüsusi notariusu tərəfindən təsdiqlənmiş xx.xx.2022-ci il tarixli AN-İ № ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsinin ləğv edilməsi, Qəbələ rayonu, Aydınqışlaq kəndi,ev- ünvanında yerləşən, ümumisahəsi 88.6 kv.m, yaşayış sahəsi 25.2 kv/m, yardımçısahəsi 55.2 kv/m olan 1 otaqlı olan fərdi yaşayış evindən və ünvan 2 ünvanında yerləşən, ümumi sahəsi 0.29 ha olan torpaq sahəsindən Cavabdeh çıxarılması, əmlakın boşaldılması, mülkiyyətçi İddiaçı QSC-yə təhvil verilməsi və ödənilmiş 100 manat dövlət rüsumunun cavabdehdən bankın xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iddia ərizəsinin mümkünlüyü məsələsinə baxaraq, iş materiallarını araşdırıb hesab edir ki, iddia ərizəsinin icraata qəbul edilməsindən imtina edilməli və iddia ərizəsi əlavə olunmuş sənədlərlə birlikdə geri qaytarılmalıdır. Azərbaycan Respublikası MPM-in 149.1 İddia ərizəsi məhkəməyə yazılı şəkildə verilir. O, iddiaçı və ya onun bunu imza etməyə səlahiyyəti olan nümayəndəsi tərəfindən imzalanır. Həmin Məcəllənin 149.2 ərizədə aşağıdakılar göstərilməlidir: Həmin Məcəllənin 149.2.1 ərizənin verildiyi məhkəmənin adı; Həmin Məcəllənin 149.2.2 iddiaçının, onun nümayəndəsinin (əgər iddia ərizəsini nümayəndə təqdim edirsə), cavabdehin və işdə iştirak edən digər şəxslərin, şahidin və məhkəmə iclasına dəvət etmək istədiyi digər şəxslərin soyadı, adı, atasının adı (hüquqi şəxsə münasibətdə adı), şəxsiyyəti eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, olduğu halda – iş yerinin ünvanı, telefon nömrələri, o cümlədən mobil telefon nömrələri, elektron poçt ünvanı, cavabdehin və işdə iştirak edən digər şəxslərin eyniləşdirmə məlumatları (şəxsiyyət vəsiqəsinin seriya nömrəsi və ya VÖEN, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, xarici hüquqi şəxslərin və ya onların nümayəndəsinin eyniləşdirmə məlumatları); Həmin Məcəllənin 149.2.3. iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb; Həmin Məcəllənin 149.2.4. müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla bu nəzərdə tutulmuşsa, cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınmasına riayət edilməsinə dair məlumat; Həmin Məcəllənin 149.2.4-1. “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, tərəflərin məhkəməyə müraciət etməzdən əvvəl mediasiya prosesində iştirakı tələb olunduğu halda, həmin tələbə riayət edilməsinə dair məlumat; Həmin Məcəllənin 149.2.5. ərizəyə əlavə edilən sənədlərin siyahısı. Həmin Məcəllənin 149.3. İddiaçı bir-biri ilə bağlı olan bir neçə tələbi bir iddia ərizəsində birləşdirməyə haqlıdır. Həmin Məcəllənin 149.4. Ərizədə mübahisənin düzgün həll edilməsi üçün zəruri olan digər məlumatlar, həmçinin iddiaçının vəsatətləri də göstərilir. Qanunverciliyin tələbindən görünür ki, tələbetmə hüququ barədə mübahisə vardırsa, məhkəmə işə baxa bilməz. Göründüyü kimi iddiaçı iddia ərizəsinə cavabdehlərin şəxsiyyətini eyniləşdirməyə imkan verən məlumatları qeyd etmişdir. Cavabdeh şəxsiyyətini eyniləşdirməyə imkan verən məlumatlar “Elektron məhkəmə” sistemi vasitəsilə yoxlanılmış və müəyyən olunmuşdur ki, iddiaçının cavabdeh kimi göstərdiyi Cavabdeh xx.xx.2023-cü il tarixdə ölmüşdür. Göründüyü kimi iddiaçı ölmüş şəxsə qarşı iddia qaldırmışdır. Nəticədə iddiaçı Cavabdeh qarşı məhkəmədə iddia qaldırıldıqdan əvvəl öldüyündən o, işdə iştirak edən şəxslər kateqoriyasına aid edilə bilmədiyi üçün, iddia tələbi Cavabdeh qarşı yönəldilərkən qanunvericiliyin tələbləri iddiaçı tərəfindən pozulmuşdur. Bu səbəbdən məhkəmə hesab edir ki, İddiaçı QSC Cavabdeh qarşı hazırki iddia tələbi ilə məhkəməyə müraciət etməzdən əvvəl, bank hazırki tələb üzrə Cavabdeh vərəsələrini müəyyən etməli, daha sonra müvafiq iddia tələbi ilə məhkəməyə müraciət etməli idi. İddia ərizəsi tərtib edilərkən qeyd edilən qüsurlar aradan qaldırılmalıdır. Məhkəmə belə hesab edir ki, ərizə iddiaçıya geri qaytarılmalı və ona izah edilməlidir ki, hazırki tələb üzrə borclu Cavabdeh vərəsələrini müəyyən etməli, qeyd olunan çatışmazlıqları aradan qaldırdıqdan sonra müvafiq ərizə ilə məhkəməyə müraciət edə bilər. X1 Azərbaycan Respublikasının qanununun 5.1.2. ərizələr (şikayətlər) qaytarıldıqda və ya ərizə baxılmamış saxlanıldıqda, habelə notariat əməliyyatlarının icrasından imtina edildikdə ödənilmiş dövlət rüsumu geri qaytarılır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 114.1.5-ci maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə baxılmamış saxlanılarsa ödənilmiş dövlət rüsumu geri qaytarılır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 114.2-ci maddəsinə əsasən bu Məcəllənin 114.1.1-ci maddəsində nəzərdə tutulmuş hallarda dövlət rüsumunun artıq ödənilmiş hissəsi geri qaytarılır. Dövlət rüsumu Azərbaycan Respublikasının qanunları ilə nəzərdə tutulmuş digər hallarda da geri qaytarılır. Məhkəmə dövlət rüsumunun qaytarılması məsələsi barədə qərardad çıxarır, qərardadda dövlət rüsumunun tam və ya qismən qaytarılmasının əsasları göstərilir. Göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, İddiaçı QSC tərəfindən Qəbələ Rayon Məhkəməsinə ödənilmiş 100 manat məbləğində dövlət rüsumu ona geri qaytarılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 284-1, 284-4-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı QSC Cavabdeh qarşı “nisyə alqı-satqı müqaviləsinin ləğv olunması, əmlakın boşaldılması və təhvil verilməsi” tələbinə dair iddia ərizəsinin icraata qəbul edilməsindən imtina edilsin. İddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılsın. İddiaçı QSC tərəfindən dövlət büdcəsinə (Qəbələ Rayon Məhkəməsinə) ödənilmiş 100 (bir yüz) manat məbləğində dövlət rüsumu ona geri qaytarılsın. Qərardadın icrası dövlət rüsumunun İddiaçı QSC-nə geri qaytarılması hissəsində icra olunması üçün Qəbələ rayon İcra və probasiya şöbəsinə həvalə edilsin. Qərardaddan şikayət verilmir. Hakim: Ülvi Qənbərov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar