Azərbaycan Respublikası adından QƏTNAMƏ Qəbələ şəhəri İş № e-2(025)-1009/2025 11.07.2025 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7, Cavabdeh8, Cavabdeh9, Cavabdeh10 və Cavabdeh11 qarşı “borcun tutulması” tələbinə dair mülki iş üzrə (Açar sözlər: alqı-satqı müqaviləsi üzrə mübahisələr) Qəbələ Rayon Məhkəməsinin hakimi X1, İddiaçı ASC-nin cavabdehlər, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7, Cavabdeh8, Cavabdeh9, Cavabdeh10 və Cavabdeh11 qarşı pul tələbi barədə iddiasına dair mülki işə baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı ASC cavabdehlər, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7, Cavabdeh8, Cavabdeh9, Cavabdeh10 və Cavabdeh11 qarşı kredit müqaviləsi üzrə yaranmış borcun tutulması tələbi barədə iddia qaldıraraq 784.99 manat əsas borc, 15.28 manat faiz borc, 15.28 manat cərimə borcu olmaqla, ümumilikdə 800.27 manat borcunun və ödənilmiş dövlət rüsumuna görə 30 manat tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, iddiaçı – İddiaçı ASC-nin Şəki filialı ilə borclu Kərimov İkram Ağabala oğlu arasında bağlanmış xx.xx.2019-cu il tarixli, SKM0778_KMP saylı kredit müqaviləsinə əsasən illik faiz dərəcəsi 1 % olmaqla 60 ay müddətinə 3372,51 manat məbləğində cavabdehə kredit verilmişdir. Həmin kredit müqaviləsi üzrə yaranmış öhdəliklərin icrasına təminat olaraq xx.xx.2019-cu il tarixdə İddiaçı ASC ilə digər cavabdehlər Cavabdeh11, Cavabdeh4 və Cavabdeh2 arasında zaminlik müqaviləsi bağlanmışdır. Həmin müqavilə üzrə zaminlər xx.xx.2019-cü il tarixli, SKM-0778_KMP saylı kredit müqaviləsi üzrə öhdəliklərin icrasına görə borclu ilə birlikdə məsuliyyət daşıyırlar. Tərəflər arasında bağlanmış xx.xx.2019-ci il tarixli, SKM-0778_KMP saylı kredit müqaviləsinə görə, cavabdehlər öhdəliklərini vaxtıvaxtında və lazımı qaydada icra etməmişdir. Təqdim olunan maliyyə arayışına əsasən xx.xx.2019-ci il tarixli, SKM- 0778_KMP saylı kredit müqaviləsi üzrə borcun məbləği əsas borcuna görə 784,99 AZN, kreditdən istifadəyə görə faiz borcu 15,28 AZN, cərimə borcu 0 AZN, cəmi 800,27 AZN təşkil edir. Qəbələ rayon qeydiyyat Şöbəsinin xx.xx.20223-cü il tarixli Ölüm haqqında şəhadətnaməsinə əsasən, Kərimov İkram Ağabala oğlu xx.xx.2023-cü ildə vəfat etmişdir. Hal-hazırda Bank Azərbaycan Respublikası MM-nin 1306.1. madddəsinə (vərəsələrin kreditorlar qarşısında məsuliyyəti) əsaslanaraq, borclu Kərimov İkram Ağabala oğlunun xx.xx.2023-cü ildə vəfat etdiyini nəzərə alaraq, onun yuxarıda adı çəkilən xx.xx.2019-ci il tarixli, SKM-0778_KMP saylı kredit müqaviləsinə görə borcunu onun qanun üzrə 1-ci dərəcəli vərəsələridən tələb edir. Qəbələ regional "ASAN xidmət" mərkəzində notariat ofisinin sorğumuza verdiyi cavab məktubu ilə xx.xx.2025-ci il tarixli 2V- 377 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surəti göndərilmişdir. xx.xx.2025-ci il tarixli 2V-377 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən borclunun qanun üzrə vərəsələri - Cavabdeh1, Cavabdeh3dur, Cavabdeh9dır, Cavabdeh5dır, Cavabdeh6, Cavabdeh8dır, Cavabdeh7dır və Cavabdeh10d.ırBu səbəbdən xx.xx.2019-ci il tarixli, SKM-0778_KMP saylı kredit müqaviləsi üzrə qalıq borc tam şəkildə Kərimov İkram Ağabala oğlunun qanun üzrə vərəsələri və zaminləri - Cavabdeh1, Cavabdeh3, Cavabdeh9, Cavabdeh5, Cavabdeh6, Cavabdeh8, Cavabdeh7, Cavabdeh10, Cavabdeh11, Cavabdeh4 və Cavabdeh2 tərəfindən ödənilməlidir. İşdə olan xx.xx.2019-cu il tarixli SKM-0778_KMP saylı əsas kredit müqaviləsinə əsasən illik faiz dərəcəsi 1 % olmaqla 60 ay müddətinə 3372.51 manat məbləğində Kərimov İkram Ağabala oğluna kredit verilmişdir. İşdə olan AZ-İİ 344892 nömrəli “Ölüm haqqında şəhadatnamə”nin surətindən görünür ki, Kərimov İkram Ağabala oğlu xx.xx.2023-cü il tarixdə vəfat etmişdir. İşdə olan AR ƏN X2 Xidmət Mərkəzində Notariat Ofisi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli 1343 nömrəli məktubda göstərilmişdir ki, xx.xx.2023-cü il tarixdə vəfat etmiş, xx.xx.1966-cı təvəllüdlü Kərimov İkram Ağabala oğlunun (Fin: 4CYNY6E) adına 472 reyestr nömrəli xx.xx.2024cü il tarixli açılmış vərəsəlik işi üzrə Cavabdeh1 (Qəbələ rayonu, Ovcullu kəndi, ŞV:AA*******, xx.xx.2021, Asan-Qəbələ, Fin: xxxxxxx, d/t: xx.xx.1968), Cavabdeh3 (Qəbələ, Ovcullu kəndi, ŞV: ********, xx.xx.2018, Asan-Qəbələ 1, Fin: xxxxxxx, d/t: xx.xx.1993) Cavabdeh9 (Qəbələ rayonu, Ovcullu kəndi, ŞV: AA*******, xx.xx.2024, Asan-Qəbələ, Fin: xxxxxxx, d/t:xx.xx.1997) Cavabdeh5 (Qəbələ, Çarxana kəndi, ŞV: AZE ********,xx.xx.2018, Qəbələ, FİN: xxxxxxx, d/t xx.xx.1991), Cavabdeh6 ( Qəbələ rayonu, Ovcullu kəndi, ŞV:AA*******, xx.xx.2019, Asan-Qəbələ, Fin: xxxxxxx, d/t: xx.xx.1930), Cavabdeh8 (Qəbələ rayonu, Ovcullu kəndi, ŞV: AA*******, xx.xx.2019, Asan- Qəbələ, Fin: xxxxxxx, d/t: xx.xx.1999), Cavabdeh7 (Qəbələ rayonu, Ovcullu kəndi, ŞV: AA*******, xx.xx.2021, Asan-Qəbələ, Fin: xxxxxxx, d/t: xx.xx.2004) və Cavabdeh10 (Qəbələ ryonu, Kiçik Əmilli kəndi, ŞV: AA*******, xx.xx.2023, Asan-Qəbələ, Fin: xxxxxxx, d/t: xx.xx.2002) hər birinə miras əmlakdan 1/8 hissə olmaqla xx.xx.2025-ci il tarixli 2V-377, 378, 379 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadatnamələr verilmişdir. Müqaviləyə əlavə edilmiş Ödəniş cədvəlinin surətinə əsasən Kərimov İkram Ağabala oğlu ona verilən 3372.51 manat məbləğində krediti 101.70 manat faizlə birlikdə xx.xx.2019-cu il tarixdən başlayaraq xx.xx.2024-cü il tarixədək hissə-hissə ödəyib qurtarmağı öhdəsinə götürmüşdür. İşdə olan Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7, Cavabdeh8, Cavabdeh9, Cavabdeh10 və Cavabdeh11 ünvanlanmış bildirişdə göstərilmişdir ki, Kərimov İkram Ağabala oğlunun İddiaçı ASC-yə 784,99 manat əsas, 15,28 manat faiz borcu olmaqla, cəmi 800,27 manat borcu vardır. X4 Ağabala oğlunun vərəsələri olduqlarına görə qalıq borc onlardan tələb edilmişdir. İşdə olan xx.xx.2025-ci il tarixli arayışdan görünür ki, Kərimov İkram Ağabala oğlunun xx.xx.2019-cu il tarixli, SKM-0778_KMP saylı müqavilə üzrə xx.xx.2025-ci il tarixinə 784,99 manat əsas, 15,28 manat faiz borcu olmaqla, 800,27 manat borcu vardır. İşdən görünür ki, cavabdeh Kərimov İkram Ağabala oğlu aldığı krediti qismən ödəyərək, 784.99 manat əsas, 15.28 manat faiz borcu və 0 manat cərimə borcu olmaqla, cəmi 800.27 manat borcu yaranmışdır. AR Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə, və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır; Həmin Məcəllənin 462.1-ci maddəsinə görə dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir; Həmin Məcəllənin 465.2-ci maddəsinə görə, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödəniməsini və öhdəliyin icrasını tələb edə bilər. Həmin Məcəllənin 1306-cı maddəsinə əsasən, vərəsələr miras qoyanın mövcud olan və onun ölümü ilə xitam olunmayan bütün öhdəlikləri üzrə qəbul etdikləri miras əmlakdakı paylarına mütənasib surətdə birgə borclu kimi məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 1146-cı maddəsinə əsasən miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır. Həmin Məcəllənin 1255-ci maddəsinə əsasən qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Məhkəmə tədqiq olunmuş sübutlara qiymət verərək hesab edir ki, İddiaçı ASC-nin xeyrinə cavabdelər, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7, Cavabdeh8, Cavabdeh9, Cavabdeh10 və Cavabdeh11 xx.xx.2019-cu il tarixli, SKM- 0778_KMP nömrəli kredit müqaviləsi üzrə 784.99 manat əsas borc, 15.28 manat faiz borcu, dövlət rüsumuna görə 30 manat tutulmalıdır. Yuxarıda qeyd olunanlara əsasən Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233, 357 və 360-cı maddələrini rəhbər tutaraq Q Ə T E T D İ: İddia tələbi təmin olunsun. Cavabdehlər, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7, Cavabdeh8, Cavabdeh9, Cavabdeh10 və Cavabdeh11 784.99 manat əsas borc, 15.28 manat faiz borcu olmaqla, cəmi 800.27 manat borc və 30 manat dövlət rüsumu tutulub İddiaçı ASC-nin hesabına xeyrinə ödənilsin. Qətnamədən 1 (bir) ay müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Ülvi Qənbərov.
Məhkəmə qərarları › İş №e-2(025)-1009/2025
Qəbələ Rayon Məhkəməsi Qətnamə — İş №e-2(025)-1009/2025
11.07.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver