Məhkəmə qərarları › İş №e-2(025)-101/2024

Qəbələ Rayon Məhkəməsi Qətnamə — İş №e-2(025)-101/2024

18.01.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qəbələ şəhəri İş № e-2(025)-101/2024 18.01.2024 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı "pul tələbi"nə dair mülki iş üzrə (Açar sözlər: kredit müqaviləsi üzrə mübahisələr, borcun ödənilməsi) Hakim Əliyev Abbas Baba oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əbdürəhimova Fəridə Arif qızının katibliyi, İddiaçının vəkili və etibarnamə üzrə nümayəndəsi Nümayəndə iştirakı ilə İddiaçı Cavabdeh qarşı "pul tələbi"nə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı Cavabdeh qarşı "pul tələbi"nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 23000 (iyirmi üç min) AZN məbləğində əsas borc məbləğinin, 159 (yüz əlli doqquz) manat dövlət rüsumunun onun xeyrinə tutulması barədəqətnamə çıxarılmasını xahiş etmişdir. İşin faktiki halları: İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Cavabdeh xx.xx.2023-cü il tarixdə 23000 (iyirmi üç min) AZN məbləğində borc pul vermişdir. Buna dair cavabdehlə aralarında Bakı şəhəri 3 saylı Bakı "ASAN xidməti" mərkəzində Notariat ofisində xx.xx.2023-cü il tarixli kredit müqaviləsi də bağlanmışdır. Kredit müqaviləsinin şərtlərinə görə cavabdeh aldığı borc məbləğini xx.xx.2023-cu il tarixinədək qaytarılmalı idi. Cavabdeh ondan aldığı pul məbləğini bu günədək qaytarmamışdır. Bu səbəbdən o və ailəsi əlverişsiz vəziyyətə düşmüşlər. Cavabdehlə dəfələrlə borcunu qaytaracağına söz versə də, onu çox çətin və əlverişsiz vəziyyətə salmış, onunla şifahi danışıqlar aparsa da, nəticəsi olmamışdır. Ona görə də, məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Bakı şəhəri 3 saylı Bakı "ASAN xidməti" mərkəzində Notariat ofisində 3M-441 reyestr nömrəsi ilə təsdiq edilmiş xx.xx.2023-cü il tarixli kredit müqaviləsindən görünür ki, cavabdeh Qəbələ rayonu Vəndam qəsəbəsində ünvanında qeydiyyatdadır. Məhkəmə icraatı iştirakçılarının iştirakı və izahatları: Məhkəmə iclasında iddiaçının vəkili və etibarnamə üzrə nümayəndəsi Nümayəndəiddia ərizəsində qeyd olunanlara uyğun izahat verib,iddia tələbinin təmin edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmiş/ Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığı aşkar etdikdə, işə baxmağa haqlıdır. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan mülki işə baxılmasını mümkün hesab edir. xx.xx.2023-cü il tarixdə keçirilən məhkəmə iclasında Cavabdeh iddia tələbini qəbul etməyərək izahatında göstərmişdir ki, may ayından onlar bazarda fəaliyyət sahələri həm əmlak şirkətidir, həm texnikalardır, həm də Rusiyadan Azərbaycana armatur gətirirlər. “Yeraz group” onların şirkətdir və oranın rəhbəridir. Kamal ona yaxılaşıb “TCF” şirkəti adı ilə müqavilə bağlamışdır. Onlardan dəyəri 300.000 (üç yüz min) manat olan armatur, beton kimi məhsullar götürmüşdür. Kamal onlardan məhsul götürüb iş görmüşlər. 2 ay tamam olduqdan sonra Kamalın ona 20.000 (iyirmi min) manata yaxın borcu olmuşdur, amma o, pulu ala bilməmişdir. Kamala demiş ki, pulu o dediyi firmaya vursun. Kamal onu2 ay 10 gün gözlətdikdən sonra ona olan borclarının 10200 (on min iki yüz) manatını başqa şirkətə köçürmüşlər və 5500 (beş min beş yüz) dolları onların işçi Cəfərdən nağd şəkildə göndərmişlər. Bununla da onların aralarında pul söhbəti bağlanmışdır. Ümumilikdə 20000 (iyirmi min) manat civarında pul edirmiş ƏDV-siz. Demişlər pul bugünə-sabaha köçəcək, 1 həftədə belə pulu ala bilməmişdir. Dediklərinə görə onlar pulun köçürülməsi üçün sənədləri vermişdilər, lakin ödənişin həyata keçirilməsi üçün xarici şirkət göstəriş verməli imiş. Kamilgilin şirkətinin icraçı direktoru Famil yaxın vaxtlarda pulun ona ödənəcəyini, səbrli olmağını demişdir. Sonda pul köçmüşdür. Daha sonra əlavə məhsul götürmək üçün başqa şirkətə mal vurmuşlar. Həmin şirkətin adını Kamalgiləo vermişdir və onun dediyi vaxtda pulu vurmalarını tapşırmışdır. Həmin şirkətin Kibercinayətkarlığa qarşı mübarizə idarəsi ilə problemi olmuşdur. Lakin onlar o deməmiş pulu həmin şirkətə köçürmüşlər. Həmin sirkət daha sonra bağlanmış və 9500 (doqquz min beş yüz) manat pul onun üstündə qalmışdır. Əlavə bu 23000 (iyirmi üç min) manatın yaranmağının səbəbi isə, bunlar ondan armaturu 1020 (bir min iyirmi) manata almışlar, amma sənədlərə 1100 (bir min yüz) manat yazmışlar və şirkət rəhbəri Anar Kərimovu 80 (səksən) manat aldadırmışlar. Bu pul atkatdır, ora yığılıb. O, bütün bu alqı-satqı sənədlərini məhkəməyə təqdim edəcəkdir. O, Kamala bu işləri Anar Kərimova bildirəcəyini demiş, o isə ona bunu deməməyi üçün yalvarmış, çünki işdən qovulacağından qorxmuşdur. Bundan əlavə 3000 (üç min) manat faiz borcu üzərinə gəlmişdir. Kamal onla 23000 (iyirmi üç min) manatlıq borc müqaviləsini Ağdamda yeni şirkətdə ümumi dəyəri 500.000 (beş yüz min) manatlıq tikinti işlərini onlara verməsi vədi ilə bağlamışdır. Onun arxasıyca “Korsan” şirkətinin başqa işini vermişdir. Bütün bu dediklərini təsdiq edən sübutlarını və şahidlərini növbəti məhkəmə iclasında məhkəməyə təqdim edəcəyini bildirmişdir. Məhkəmə iddiaçının vəkilinin və etibarnamə üzrə nümayəndəsinin izahatını, işdə olan hüquqi sübutları tədqiq edib, toplanmış sübutların məcmusuna hüquqi qiymət verərək, belə nəticəyə gəlir ki, iddia tələbi təmin edilməlidir. Mülki işdə olan sənədlər: İş materiallarında olan 28 sentyabr 2023-cü il tarixdə 3 saylı Bakı “Asan xidmət” mərkəzində notariat ofisinin xüsusi notariusu X1 tərəfindən 3M-441 reyetr nömrəsi ilə qeydə alınmış «kredit müqaviləsi»ndən görünür ki, İddiaçı Cavabdeh 23000 manat 00 qəpik (iyirmi üç manat sıfır qəpik) məbləğində pulu borc vermişdir. Müqavilə ilə «borc alan» xx.xx.2023-cü il tarixədək həmin borc məbləğini qaytarmağı öhdəsinə götürmüşdür. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 443.1-ci maddəsinə əsasən öhdəliyi icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməlidir. 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. 448.1-ci maddəsinə əsasən, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 739.1-cu maddəsinə (mübahisəli hüquq münasibətləri yarandığı dövrdə qüvvədə olan redaksiyada) əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 740.1-ci maddəsinə (mübahisəli hüquq münasibətləri yarandığı dövrdə qüvvədə olan redaksiyada) əsasən borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəflivə tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyaları “Əqdə əsaslanan iddialara baxıldığı halda, ayrıca icraatda həmin əqdin etibarlılığının mübahisələndirilməsinin mümkünlüyünə dair qanunvericiliyin tətbiqi məsələləri üzrə” 14 iyun 2022-ci il tarixli, 02/2022 nömrəli qərardadı. Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana” qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. Məhkəmənin mövqeyi: Göründüyü kimi, kredit müqaviləsinə görə borc verən pul məbləğinə olan mülkiyyət hüququnu borc alana keçirməyi, sonuncu isə həmin pulu müqavilə şərtlərinə uyğun olaraq borc verənə qaytarmağı öhdələrinə götürürlər və borclu öhdəliklərin icra edilməməsi üçün məsuliyyət daşıyır. Buradan belə aydın olur ki, kredit müqaviləsinin predmetini borc verilən pul məbləği təşkil edir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Mülki qanunvericiliyə əsasən, əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. İradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir (Mülki Məcəllənin 324.1, 324.2, 324.4 və 324.5-ci maddələri). Hazırkı iş üzrə məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Belə ki, İddiaçı 28 sentyabr 2023-cü il tarixli kredit müqaviləsinə əsaslanaraq, həmin müqavilədə nəzərdə tutulmuş 23000 manat məbləğində borcun qaytarılmasını iddia və tələb etdiyi halda, Cavabdeh oğu müqavilə üzrə iddiaçıdan pul almadığını, Kamalın onunla 23000 (iyirmi üç min) manatlıq borc müqaviləsini Ağdamda yeni şirkətdə ümumi dəyəri 500.000 (beş yüz min) manatlıq tikinti işlərini ona verməsi vədi ilə bağladığını bildirmişdir. Göründüyü kimi, qanunverici məhkəmənin üzərinə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırıb, onlardan istifadə etmək vəzifəsini, tərəflərin üzərinə isə tələb və etirazlarının əsası kimi istinad etdikləri halları məhkəmədə sübut etmək vəzifəsini qoymuşdur. Hazırki işdə tərəflər arasında bağlanmış 28 sentyabr 2023-cü il tarixli yazılı kredit müqaviləsindən görünür ki, Cavabdeh İddiaçı 23000 manat məbləğində borc pul almış və o, həmin borcu xx.xx.2023-cü ilə qədər qaytaracağını könüllü olaraq ifadə etmiş və bu barədə üzərinə öhdəlik götürmüşdür. Göründüyü kimi tərəflər arasında mübahisələndirilən borc məbləği cavabdehin borcu xx.xx.2023-cü il tarixə qədər qaytaracağına dair öhdəliyindən irəli gələn və məhz notarial qaydada tərəflər arasında imzalanmış kredit müqaviləsində öz əksini tapmışdır. Bir sözlə, məhkəmənin qənaətinə görə kredit müqaviləsinə dair hüquqi proseslər barəsində cavabdehin müqavilə tərəfi kimi azadlığı olmuş, “müqavilə azadlığı” prinsipi çərçivəsində o, tam sərbəst iradəsi ilə hərəkət etmiş, müqavilə şərtləri qarşılıqlı razılıq çərçivəsində müəyənləşdirilmiş, kredit müqaviləsi cavabdehin iradəsinə və iradə ifadəsinə uyğun şəkildə bağlınmışdır. İddiaçının istinad etdiyi kredit müqaviləsi isə etibarlı əqdlər olmaqla, onun irəli sürdüyü faktiki hallar iddia tələblərinin dispozisiya şərtləri ilə uzlaşmaqdadır. Bundan başqa, cavabdeh kredit müqaviləsini“Kamalın onunla 23000 (iyirmi üç min) manatlıq borc müqaviləsini Ağdamda yeni şirkətdə ümumi dəyəri 500.000 (beş yüz min) manatlıq tikinti işlərini ona verməsi” vədi ilə bağlamasını bildirsə də, bunu təsdiqləyən faktları məhkəməyə təqdim etməmişdir. Əvvəlki məhkəmə iclaslarında bununla bağlı sübutlarını məhkəməyə təqdim edəcəyinə dair vəd versə də, vədinə əməl etməmiş, növbəti məhkəmə iclaslarına gəlməmişdir. İşin bu halı kredit müqaviləsinin tərəflər arasında iradə ifadəsinin əksi olaraq könüllük prinsipi ilə (tərəflərin “müqavilə azadlığı” prinsipi çərçivəsində, tam sərbəst iradələri ilə, müqavilə şərtləri barəsində qarşılıqlı razılıq çərçivəsində) bağlandığına dəlalət edir. Ona görə də məhkəmə hesab edir ki, iddiaçının həmin şərtdən kənara çıxan “Kamalın onunla 23000 (iyirmi üç min) manatlıq borc müqaviləsini Ağdamda yeni şirkətdə ümumi dəyəri 500.000 (beş yüz min) manatlıq tikinti işlərini ona verməsi vədi ilə bağlaması”na dair) tələbi əsassız sayılmalıdır. Məhkəmə əlavə olaraq qeyd edir ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyaları “Əqdə əsaslanan iddialara baxıldığı halda, ayrıca icraatda həmin əqdin etibarlılığının mübahisələndirilməsinin mümkünlüyünə dair qanunvericiliyin tətbiqi məsələləri üzrə” 14 iyun 2022-ci il tarixli, 02/2022 nömrəli qərardadının 33-cü bəndində göstərilmişdir ki,məhkəmə əqdə əsaslanan mübahisəyə baxarkən tərəf iradəsinin zədələnməsini və buna görə əqdi mübahisələndirməsini sübut etdikdə, yaxud məhkəmə işin halları əsasında bunu müəyyən etdikdə, etibarsızlıq nəticəsini xüsusi bir iddia tələbinin irəli sürülməsindən asılı olmayaraq nəzərə almalı və ona görə qərar verməlidir. Göründüyü kimi Cavabdeh 28 sentyabr 2023-cü il tarixli kredit müqaviləsinin “Kamalın onunla 23000 (iyirmi üç min) manatlıq borc müqaviləsini Ağdamda yeni şirkətdə ümumi dəyəri 500.000 (beş yüz min) manatlıq tikinti işlərini ona verməsi vədi ilə bağlaması”nı sübuta yetirə bilməmişdir. Həmin Qəradadın 34-cü bəndində göstərilmişdir ki, mübahisələndirmə şəxsə bağlı olan hüquqdur. Əgər tərəf əqdlə bağlı olmadığına dair öz iradə bəyanını qarşı tərəfə bildirmirsə, etibarsızlıq nəticəsini doğuracaq hüquqi hərəkət (mübahisələndirmə) aidiyyəti şəxs tərəfindən edilməmiş olur. Bu halda məhkəmə işdən iradənin zədələnməsi faktlarını görsə belə, öz xidməti vəzifəsinə əsaslanaraq əqdin etibarsızlığı ilə bağlı həmin halları araşdıra və nəzərə ala bilməz. Çünki, şəxsə bağlı olan hüquqlar əlaqədar şəxsdən başqa heç kim tərəfindən istifadə edilə bilməz. Elə Konstitusiya Məhkəməsi Plenumunun qərarının nəticə hissəsinin 7-ci bəndində də mübahisə edilən əqdlərlə bağlı etibarsızlıq halının tələb olmadan məhkəmə tərəfindən nəzərə alına bilinməyəcəyi xüsusi olaraq qeyd olunmuşdur.Hazırki iş üzrə də Cavabdeh 28 sentyabr 2023-cü il tarixli kredit müqaviləsini mübahisələndirsə də, bununla bağlı sübutlarını məhkəməyə təqdim etməmişdir. Həmin Qərardadın 46-cı bəndində göstərilmişdir ki, işdə iştirak edən şəxslərin əqdə əsaslanan tələblərə baxılarkən ona verilmiş prosessual hüquqlardan istifadə etmədən (etiraz və qarşılıqlı iddia vermədən, öz dəlil və sübutlarını təqdim etmədən) əqdin etibarsızlığına dair ayrıca iddia qaldırması həm də MPM-in 47.1-ci maddəsi ilə işdə iştirak edən şəxslərin üzərinə qoyulmuş prosessual hüquqlardan vicdanla istifadə etmək vəzifəsi və prosessual qənaət prinsipi ilə bir araya sığmır.Hazırkı işdən də göründüyü kimi, Cavabdeh 28 sentyabr 2023-cü il tarixlikredit müqaviləsinin etibarsızlığına dair hər hansı etiraz, qarşılıqlı iddia və s. sübut təqdim etməmişdir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, İddiaçı ilə Cavabdeh arasında bağlanmış 28 sentyabr 2023-cü il tarixli kredit müqaviləsi etibarlıdır və həmin müqavilənin etibarsızlığı məhkəmə araşdırması zamanı müəyyən edilməmişdir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə də iddia verilən zaman ödənilmiş 159 (bir yüz əlli doqquz) manat dövlət rüsumu Cavabdeh alınıb iddiaçıya verilməlidir. Beləliklə, məhkəmə tərəflərin təqdim etdiyi sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Cavabdeh 23000 (iyirmi üç min) manat məbləğində borc və 159 (bir yüz əlli doqquz) manat dövlət rüsumu olmaqla, ümumilikdə 23159 (iyirmi üç bir yüz əlli doqquz) manat məbləğində pul alınaraq İddiaçı ödənilməlidir. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 119, 216- 220 və 222.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh 23000 (iyirmi üç min) manat məbləğində borc və 159 (bir yüz əlli doqquz) manat dövlət rüsumu olmaqla, ümumilikdə 23159 (iyirmi üç min yüz əlli doqquz) manat məbləğində pul alınaraq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan Elektron kabinetdən istifadə edilməklə) Qəbələ Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Abbas Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar