Məhkəmə qərarları › İş №e-2(025)-1011/2024

Qəbələ Rayon Məhkəməsi Qətnamə — İş №e-2(025)-1011/2024

09.08.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qəbələ şəhəri İş № e-2(025)-1011/2024 09.08.2024 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair mülki iş üzrə (Açar sözlər: alqı-satqı müqaviləsi üzrə mübahisələr) Qəbələ Rayon Məhkəməsinin hakimi X3 İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı pul tələbi barədə iddiasına dair mülki işə baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı "xxxx" ASC-i Cavabdeh qarşı pul tələbi barədə iddia qaldıraraq xeyrinə xx.xx.2019-cu il tarixli, BMP**********18 nömrəli kredit müqaviləsi üzrə 3691.58 manat əsas borc və 56.92 manat dövlət rüsumu və 0.40 manat bank xidmət haqqı tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, X2 xx.xx.2022-ci il tarixdə vəfat etmiş və ölüm faktı 4 saylı BakıASAN Xidməti mərkəzi qeydiyyat şöbəsi tərəfindən qeydə alınaraq, xx.xx.2022-ci il tarixdə ölüm haqqında şəhadətnamə verilmişdir. Kredit müqaviləsi üzrə borc qaldığından tərəfimizdən sorğu verilmiş və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi X5 Xidmət Mərkəzində Notariat Ofisindən əldə edilən məlumata əsasən müəyyən edilmişdir ki, xx.xx.2022-ci il tarixdə vəfat etmiş X1 adına 254 reyest nömrəli xx.xx.2022-ci il tarixli açılmış vərəsəlik işi üzrə Cavabdeh xx.xx.2022-ci il tarixli 2V-799, xx.xx.2022-ci il tarixli 2V-860, 861 və 862 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələr verilmişdir. İşdə olan xx.xx.2010-cu il tarixli BPM**********18 nömrəli kredit müqaviləsinə əsasən "xxxx" ASC-nin Suraxanı filialı ilə X2 arasında bağlanmış BPM**********18 nömrəli xx.xx.2019-cu il tarixli kredit müqaviləsinə əsasən sonuncuya 48 ay müddətinə illik 20 faiz ödəmək şərtilə 7500 manat məbləğində kredit verilmişdir. İşdə olan AR X5 Xidmət Mərkəzində Notariat ofisi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli 383 nömrəli bildirişin surətindən görünür ki, xx.xx.2022-ci il tarixdə vəfat etmiş, xx.xx.1962-ci il təvəllüdlü X1 (Fin: 1K2PUST) adına 254 reyestr nömrəli xx.xx.2022-ci il tarixli açılmış vərəsəlik işi üzrə Cavabdeh (Qəbələ rayonu, Həmzəli kəndi, ŞV: AA*******, xx.xx.2022, Asan 4: fin: xxxxxxx: d/t: xx.xx.1972) xx.xx.2022-ci il tarixli 2V-799, xx.xx.2022-ci il tarixli 2V-860, 861 və 862 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadatnamələr verilmişdir. İşdə olan 22 may 2024-cü il tarixli, 83 nömrəli maliyyə arayışına əsasən, "xxxx" ASC ilə cavabdeh X2 arasında bağlanmış xx.xx.2019-cu il tarixli kredit müqaviləsinə əsasən ona illik 20 faiz dərəcəsi ilə 48 ay müddətinə 7500 manat məbləğində kredit verilmişdir. xx.xx.2024-cü il tarixə "xxxx" ASC-yə xx.xx.2019-cu il tarixli kredit müqaviləsi üzrə 3691.58 manat borcu yaranmışdır. İşdə olan AZ-İİ 265183 nömrəli “Ölüm haqqında” şəhadatnamənin surətindən görünür ki, X2 xx.xx.2022-ci il tarixdə vəfat etmişdir. İşdən görünür ki, Cavabdeh xx.xx.2019-cu il tarixli BPM**********18 kredit müqaviləsi üzrə 3691.58 manat borc hesablanmışdır. AR Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə, və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır; Həmin Məcəllənin 462.1-ci maddəsinə görə dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir; Həmin Məcəllənin 465.2-ci maddəsinə görə, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödəniməsini və öhdəliyin icrasını tələb edə bilər. Məhkəmə tədqiq olunmuş sübutlara qiymət verərək hesab edir ki, "xxxx" ASC-nin xeyrinə Cavabdeh 3691.58 manat borc, dövlət rüsumuna görə 56.92 manat və 0.40 manat bank xidmət haqqı tutulmalıdır. Yuxarıda qeyd olunanlara əsasən Azərbaycan Respublikası MPM-nin 216, 220, 227,233,357 və 360-cı maddələrini rəhbər tutaraq QƏTETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh xx.xx.2019-cu il tarixli BPM**********18 kredit müqaviləsi üzrə 3691.58 (üç min altı yüz doxsan bir manat əlli səkkiz qəpik) manat borc və dövlət rüsumuna görə 30.40 (otuz manat qırx qəpik) manat pul alınıb iddiaçı "xxxx" ASC-nin hesabına keçirilsin. Qətnamədən 1 (bir) ay müddətində Qəbələ rayon məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Şəki Apellyasiya məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qəbələ Rayon Məhkəməsinin hakimi: Ülvi Qənbərov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar