Məhkəmə qərarları › İş №e-2(025)-1012/2025

Qəbələ Rayon Məhkəməsi Qətnamə — İş №e-2(025)-1012/2025

13.08.2025 · Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qəbələ şəhəri İş № e-2(025)-1012/2025 13.08.2025 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ İddiaçınin Cavabdeh qarşı “əmlak hüquqlarının həyata keçirilməsinə yaradılan maneənin aradan qaldırılması” tələbinə dair mülki iş üzrə (Açar sözlər: torpaq mübahisələri, torpaq sahəsinin boşaldılması) Qəbələ Rayon Məhkəməsi Qənbərov Ülvi Oktay oğlunun sədrliyi, Məmmədova Gülanə Elmdar qızının katibliyi, İddiaçı və Cavabdeh iştirakı ilə, İddiaçınin Cavabdeh qarşı “əmlak hüququnun həyata keçirilməsinə törədilən maneələrin aradan qaldırılması” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı “əmlak hüquqlarının həyata keçirilməsinə yaradılan maneənin aradan qaldırılması” “tələbi barədə ərizə ilə məhkəməyə müraciət edib Qəbələ Rayon Məhkəməsinin e- 2(075)-552/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsinə və e-2(075)-552 saylı, xx.xx.2024-cü il tarixli qərardadına əsasən vərərsələr arasında bölünmüş (X4 6/12 hissə; İddiaçı 1/12 hissə) Qəbələ rayonu Nic qəsəbəsində yerləşən 0,15 ha həyətyanı torpaq sahəsi, həmin torpaq sahəsinin üzərində yerləşən tikililər altı ümumi sahəsi 146,69 kv. metr olan tikililər, o cümlədən ümumi sahəsi 59.0 kv.m olan 2 otaqlı fərdi yaşayış evindən ibarət olan vahid daşınmaz əmlak obyektinin dövlət qeydiyyatına alınmasından ötrü AR İN ƏMDX DƏDKR PHŞ 9 saylı Qəbələ Ərazi İdarəsi mütəxəssislərin iştirakı ilə plan- ölçü və inventarlaşma işlərinin aparılmasına törədilən maneənin aradan qaldırılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı izahatında göstərmişdir ki, Qəbələ Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(025)- 552/2024 saylı qətnaməsi ilə, xx.xx.1994-cü il tarixdə vəfat etmiş X1 miras qalmış Qəbələ rayonu Nic qəsəbəsində yerləşən 0.15 ha həyətyanı torpaq sahəsi, həmin torpaq sahəsi üzərində yerləşən ümumi sahəsi 146,69 kv. metr olan tikililər, o cümlədən ümumi sahəsi 59.0 kv.m olan 2 otaqlı fərdi yaşayış evinin X4 tərəfindən qəbul edilməsi hüquqi faktı müəyyən edilmiş və miras kütləsi vərəsələr arasında bölünərək X3 vəsiyyatnamə üzrə payı 6/12 hissədə, onun isə ( İddiaçınin ) məcburi payı 1/12 hissədə müəyyən olunmuşdur. X1 hər birinə keçmiş paylara dair vərəsəlik hüququ haqqında şəhadətnamə almaqdan ötrü Qəbələ rayonu Nic qəsəbəsində yerləşən 0,15 ha həyətyanı torpaq sahəsi, həmin torpaq sahəsinin üzərində yerləşən tikililər altı ümumi sahəsi 146,69 kv. metr olan tikililər, o cümlədən ümumi sahəsi 59.0 kv.m olan 2 otaqlı fərdi yaşayış evinin vahid daşınmaz əmlak obyekti kimi dövlət qeydiyyatına alınması zərurəti yaranmış, lakin AR İN ƏMDX DƏDKR PHŞ 9 saylı Qəbələ Ərazi İdarəsi mütəxəssislərin iştirakı ilə ərazidə plan- ölçü və inventarlaşma işlərinin aparılmasına Cavabdeh tərəfindən imkan verilməmişdir Cavabdeh izahatında göstərmişdir ki, Qəbələ Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(025)- 552/2024 saylı qətnaməsi ilə, Qəbələ rayonu Nic qəsəbəsində yerləşən 0.15 ha həyətyanı torpaq sahəsi, həmin torpaq sahəsi üzərində yerləşən ümumi sahəsi 146,69 kv. metr olan tikililər, o cümlədən ümumi sahəsi 59.0 kv.m olan 2 otaqlı fərdi yaşayış evi X1 miras qalmamışdır. Həmin torpaq sahəsi onun xüsusi mülkiyyətində olan vahid daşınmaz əmlak obyektinin tərkibinə daxil olduğundan xx.xx.1994-cü il tarixdə vəfat etmiş X2 vərəsələri arasında bölünə bilməzdi. Ona görə də, AR İN ƏMDX DƏDKR PHŞ 9 saylı Qəbələ Ərazi İdarəsi mütəxəssislərin iştirakı ilə, xüsusi mülkiyyət obyekti ilə bağlı plan- ölçü və inventarlaşma işlərinin aparılmasına etiraz etmişdir. İşdə olan Qəbələ Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(025)-552/2024 saylı qətnaməsinin surətinə əsasən X1 miras qalmış Qəbələ rayonu Nic qəsəbəsində yerləşən 0.15 ha həyətyanı torpaq sahəsi və onun üzərində yerləşən fərdi yaşayış evi üzrə mirasın X4 tərəfindən qəbul edilməsi hüquqi faktı müəyyən edilmiş, miras qalmış Qəbələ rayonu Nic qəsəbəsində yerləşən 0.15 ha həyətyanı torpaq sahəsindən və həmin torpaq sahəsinin üzərində yerləşən ümumi sahəsi 59.0 kv.m olan 2 otaqlı fərdi yaşayış evindən (146.69 kv.m) X3 vəsiyyatnamə üzrə payı 6/12 hissə; İddiaçınin mirasdan məcburi payı 1/12 hissədə müəyyən olunmuşdur. İşdə olan Qəbələ Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(025)-552/2024 saylı qərardadına əsasən, Qəbələ Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(025)-552/2024 nömrəli qətnaməsinə düzəliş edilərək X1 miras qalmış Qəbələ rayonu Nic qəsəbəsində yerləşən 0.15 ha həyətyanı torpaq sahəsi və onun üzərində yerləşən fərdi yaşayış evi və digər tikililər üzrə mirasın X4 tərəfindən qəbul edilməsi faktı müəyyən edilmiş, X1 miras qalmış Qəbələ rayonu Nic qəsəbəsində yerləşən 0.15 ha həyətyanı torpaq sahəsindən və həmin torpaq sahəsinin üzərində yerləşən tikililər altı ümumi sahəsi 146.69 kv.m olan tikililərdən, o cümlədən ümumi sahəsi 59.0 kv.m olan 2 otaqlı fərdi yaşayış evindən X3 vəsiyyətnamə üzrə payı 6/12 hissə; İddiaçınin mirasdan məcburi payı 1/12 hissə müəyyən olunmuşdur. İşdə olan AR İN ƏMDX DƏDKR PHŞ 9 saylı Qəbələ Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2024cü il tarixli 3-21-3-42/2-5797/2024 saylı məlumatda göstərilmişdir ki, Qəbələ rayonu Nic qəsəbəsində yerləşən 0.15 ha həyətyanı torpaq sahəsi və həmin torpaq sahəsi üzərində yerləşən fərdi yaşayış evi üzərində X4 ( 6/12 hissə) və İddiaçınin (1/12 hissə) mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması məsələsinin həll edilməsi daşınmaz əmlaka dair mülkiyyət sənədlərinin əsilləri və təsdiq edilmiş bölgü planı olmadığından mümkün olmamışdır. AR MPM-nin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab edilir. Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Məhkəmədə tədqiq olunmuş sübutlara əsasən müəyyən edilmişdir ki, Qəbələ Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(025)-552/2024 nömrəli qətnaməsinə və xx.xx.2024-cü il tarixli, 2(075)-552 saylı qərardadına əsasən, vərəsələr arasında bölünmüş (X4 ( 6/12 hissə); İddiaçınin (1/12 hissə)) Qəbələ rayonu, Nic qəsəbəsində yerləşən 0,15 ha həyətyanı torpaq sahəsi, həmin torpaq sahəsinin üzərində yerləşən ümumi sahəsi 146.69 kv.metr olan tikililər, o cümlədən ümumi sahəsi 59.0 kv.m olan 2 otaqlı fərdi yaşayış evi ilə bağlı İddiaçınin vərəsəlik hüququnu həyata keçirməsi məqsədilə həmin daşınmaz əmlak obyektinin dövlət qeydiyytına alınmasından ötrü AR İN ƏMDX DƏDKR və PHŞ 9 saylı Qəbələ ərazi idarəsi tərəfindən plan-ölçü işlərinin aparılmasına İddiaçı tərəfindən maneələr törədilmişdir. AR Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən qorunur. Azərbaycan Respublikasının tərəfdar çıxdığı «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. AR Mülki Məcəlləsinin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi..... əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər. Ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmin Məcəllənin 162-ci maddəsinə əsasən əşyaya faktik sahib olmağa mahiyyətcə müvəqqəti iqtidarsızlıq və ya imkansızlıq əşyaya sahibliyi ləğv etmir. Həmin Məcəllənin 164.1-ci maddəsinə əsasən sahibin iradəsi olmadan sahiblikdən məhrumetmə və onu pozma qadağan edilmiş özbaşınalıq sayılır. Həmin Məcəllənin 165.1-ci maddəsinə əsasən sahiblik qadağan edilmiş özbaşınalıq yolu ilə pozulduqda sahib pozucudan pozuntulara son qoymağı tələb edə bilər. Həmin Məcəllənin 1255-ci maddəsinə əsasən qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Məhkəmə hesab edir ki, Cavabdeh xx.xx.1994-cü il tarixdə vəfat etmiş X1 miras qalmış Qəbələ rayonu Nic qəsəbəsində yerləşən 0.15 ha həyətyanı torpaq sahəsi, həmin torpaq sahəsi üzərində yerləşən tikililər altı ümumi sahəsi 146,69 kv. metr olan tikililər, o cümlədən ümumi sahəsi 59.0 kv.m olan 2 otaqlı fərdi yaşayış evi ilə bağlı İddiaçınin vərəsəlik hüququnu həyata keçirməsini təmin etmək məqsədilə həmin daşınmaz əmlak obyektinin dövlət qeydiyyatına alınmasından ötrü mütəxəssislərin iştirakı ilə plan- ölçü və inventarlaşma işlərinin aparılmasına törətdiyi maneəni aradan qaldıraraq sahibliyin (əmlak hüquqlarının) pozulmasına yönəlmiş hərəkətlərindən çəkinməlidir. Yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233, 357 və 360-cı maddələrini rəhbər tutaraq QƏTETDİ: İddia tələbi təmin edilsin. İddiaçınin xx.xx.1994-cü il tarixdə vəfat etmiş X1 miras qalmış Qəbələ rayonu Nic qəsəbəsində yerləşən 0.15 ha həyətyanı torpaq sahəsi, həmin torpaq sahəsi üzərində yerləşən tikililər altı ümumi sahəsi 146,69 kv. metr olan tikililər, o cümlədən ümumi sahəsi 59.0 kv.m olan 2 otaqlı fərdi yaşayış evi (vahid daşınmaz əmlak obyekti) ilə bağlı vərəsəlik hüququnu həyata keçirməsi üçün həmin vahid daşınmaz əmlak obyektinin dövlət qeydiyyatına alınmasından ötrü AR İN ƏMDX DƏDKR PHŞ 9 saylı Qəbələ Ərazi İdarəsi mütəxəssislərin iştirakı ilə plan- ölçü və inventarlaşma işlərinin aparılmasına Cavabdeh tərəfindən törədilən maneə aradan qaldırılsın. Qətnamədən 1 (bir) ay müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Ülvi Qənbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar