Məhkəmə qərarları › İş №e-2(025)-1017/2024

Qəbələ Rayon Məhkəməsi Qətnamə — İş №e-2(025)-1017/2024

07.10.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qəbələ şəhəri İş № e-2(025)-1017/2024 07.10.2024 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ İddiaçı "xxxx" Açıq Səhmdar Cəmı̇ yyətinin Cavabdeh qarşı “kredit borcunun tutulması” tələbinə dair mülki iş üzrə (Açar sözlər: müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr, kredit müqaviləsi üzrə mübahisələr) Qəbələ Rayon Məhkəməsi, X1 Oktay oğlunun sədrliyi, Tahirova Ləman Kamran qızının katibliyi, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmı̇ yyətinin Cavabdeh qarşı “kredit borcunun tutulması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı ASC Cavabdeh qarşı kredit müqaviləsi üzrə borcun tutulması tələbi barədə iddia qaldıraraq, Cavabdeh xx.xx.2022-ci il tarixli, GTKR4801382A2299 saylı kredit müqaviləsi üzrə 4753,11 manat əsas borc, 379.05 faiz, cəmi 5132,16 manat, xx.xx.2021-ci il tarixli, BBUM3567294A299 saylı kredit müqaviləsi üzrə 1458,82 manat əsas borc, 160,06 manat faiz olmaqla cəmi 1618,88 manat borc və 87,52 manat dövlət rüsumu tutulub cəmiyyətin xeyrinə ödənilməsi haqqında qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbləri onunla əsaslandırmışdır ki, İddiaçı ASC ilə cavabdeh Nəbiyeva (Hüseynova) Aynurə Mahir qızı arasında elektron qaydada bağlanmış xx.xx.2022- ci il tarixli GTKR4801382A2299 saylı kredit müqaviləsinə əsasən ona 48 ay, illik 28 faiz dərəcəsi ilə 7270 AZN kredit verilmişdir. Daha dəqiq desək kredit nəğd qaydada deyil, cavabdehin elektron imzası əsasında ona məxsus hesaba pul vəsaitinin köçürülməsi yolu ilə verilmişdir. İddiaçı ASC ilə cavabdeh Nəbiyeva (Hüseynova) Aynurə Mahir qızı arasında elektron qaydada bağlanmış xx.xx.2021- ci il tarixli BBUM3567294A299 saylı Kredit müqaviləsinə əsasən illik 25 faiz dərəcəsi ilə 2300 AZNonun kartına mədaxil edilmişdir. Daha dəqiq desək kredit nəğd qaydada deyil, cavabdehin elektron imzası əsasında ona məxsus hesaba pul vəsaitinin köçürülməsi yolu ilə verilmişdir. Kredit müqaviləsinə əsasən cavabdeh müəyyən olunmuş müddətdə kredit və ona hesablanacaq faizləri ödəmək barədə öhdəlik götürsə də, bu öhdəliyi lazımi qaydada yerinə yetirməmiş və banka olan borcunu tam qaytarmamışdır. Bank tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdeh həmin müqavilə üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirməmişdir. İddiaçının tələbinin əsaslandırdığı sənədlər tərəflər arasında bağlanmış Kredit müqaviləsi, bu müqavilə üzrə əsas və faiz borcunu özündə əks etdirən Maliyyə arayışı, kassa sənədi, cavabdehlə mübahisənin məhkəməyə qədər pretenziya qaydasında nizama salınmasına riayət edilməsinə dair ona ünvanladığımız Bildiriş məktubu və məktubun göndərilməsini sübut edən Poçt reyestridir. Nəticədə cavabdehin xx.xx.2024-cü il tarixə İddiaçı ASC-nə xx.xx.2022-ci il tarixli GTKR4801382A2299 saylı kredit müqaviləsinə əsasən 4753,11 AZN əsas; 379,05 AZN faiz;cəmi 5132,16 AZN borcu, xx.xx.2021-ci il tarixli BBUM3567294A299 saylı kredit müqaviləsinə əsasən 1458,82 AZN əsas; 160,06 AZN faiz; cəmi 1618,88 AZN borcu yaranmışdır. Bank tərəfindən dəfələrlə şifahi xəbərdarlıq olunmasına və rəsmi bildirişin göndərilməsinə baxmayaraq (pretenziya qaydasında həll olunma) borcun qaytarılması təmin edilməmişdir. İşdə olan kreditor İddiaçı ASC ilə borcalan Cavabdeh arasında elektron qaydada bağlanmış xx.xx.2022-ci il tarixli GTKR4801382A2299 saylı kredit müqaviləsinin surətinə əsasən tərəflər borcalana illik 28 faiz dərəcəsi ilə 48 ay müddətinə 7270 manat məbləğində kredit verilməsi barədə razılığa gəlmişlər. Kredit nağd qaydada deyil, cavabdehin elektron imzası əsasında ona məxsus hesaba pul vəsaitinin köçürülməsi yolu ilə verilmişdir. İşdə olan kreditor İddiaçı ASC ilə borcalan Cavabdeh arasında elektron qaydada bağlanmış xx.xx.2021-ci il tarixli BBUM3567294A299 saylı kredit müqaviləsinin surətinə əsasən tərəflər borcalana illik 25 faiz dərəcəsi ilə 2300 manat kartına vəsait mədaxil etmişdir. Kredit nağd qaydada deyil, cavabdehin elektron imzası əsasında ona məxsus hesaba pul vəsaitinin köçürülməsi yolu ilə verilmişdir. Müqaviləyə əlavə edilmiş Ödəniş cədvəlinin surətinə əsasən Cavabdeh ona verilən 7270 manat məbləğində krediti 4898.61 manat faizlə birlikdə xx.xx.2022-ci il tarixdən başlayaraq xx.xx.2026-cı il tarixədək hissə-hissə ödəyib qurtarmağı öhdəsinə götürmüşdür. İşdə olan İddiaçı ASC tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli 2024/104/19000 nömrəli maliyyə arayışına əsasən İddiaçı ASC ilə Borcalan Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli GTKR4801382A2299 saylı kredit müqaviləsi üzrə 4753,11 manat əsas borc, 379.05 manat faiz borc, cəmi 5132.16 manat, xx.xx.2021-ci il tarixli BBUM3567294A299 saylı kredit müqaviləsi üzrə 1458.82 manat əsas borc, 160.06 manat faiz borc olmaqla, cəmi 1618.88 manat borcu yaranmışdır. AR Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Həmin Məcəllənin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyi icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməlidir. Həmin Məcəllənin 449.4-cü maddəsinə əsasən özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Məhkəmə tədqiq olunmuş sübutlara qiymət verərək hesab edir ki, Cavabdeh xx.xx.2022-ci il tarixli GTKR4801382A2299 saylı kredit müqaviləsi üzrə 4753.11 manat əsas borc, 379.05 manat faiz borc olmaqla, cəmi 5132.16 manat, xx.xx.2021-ci il tarixli BBUM3567294A299 saylı kredit müqaviləsi üzrə 1458.82 manat əsas borc, 160.06 manat faiz borc olmaqla, cəmi 1618.88 manat borc və ödənilmiş dövlət rüsumuna görə 87.52 manat tutulub İddiaçı ASC-nin xeyrinə ödənilməlidir. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 119, 216-220 və 222.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh xx.xx.2022-ci il tarixli GTKR4801382A2299 saylı kredit müqaviləsinə əsasən 4753,11 manat əsas borc, 379,05 manat faiz, cəmi 5132,16 (beş min bir yüz otuz iki manat on altı qəpik) manat borc: xx.xx.2021-ci il tarixli BBUM3567294A299 saylı kredit müqaviləsinə əsasən 1458,82 manat əsas borc, 160.06 manat faiz cəmi 1618,88 (bir min altı yüz on səkkiz manat səksən səkkiz qəpik) manat borc və 87,52 (səksən yeddi manat əlli iki qəpik) manat dövlət rüsumu tutulub İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Ülvi Qənbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar