Azərbaycan Respublikası adından QƏTNAMƏ Qəbələ şəhəri İş № e-2(025)-102/2023 14.03.2023 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ İddiaçı “Muğanbank" Açıq Səhmdar Cəmı̇ yyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı “kredit müqaviləsi üzrə borcun tutulması” tələbinə dair mülki iş üzrə (Açar sözlər: müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələri, kredit müqaviləsi üzrə mbahisələr) Hakim İsayev Elman Bəhruz oğlunun sədrliyi, Tahirova Ləman Kamran qızının katibliyi ilə, İddiaçı “Muğanbank" Açıq Səhmdar Cəmı̇ yyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı “kredit müqaviləsi üzrə borcun tutulması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi İşin halları İddiaçı ASC cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4nndan ümumilikdə 2376.83 (iki min üç yüz yetmiş altı manat səksən üç qəpik) manat (əsas borcu- 2337.31 (iki min üç yüz otuz yeddi manat otuz bir qəpik) manat, faiz borcu -39.52 (otuz doqquz manat əlli iki qəpik) manat məbləğin və ödənilmiş 44 (qırx dörd) manat dövlət rüsumunun tutularaq “Muğanbank" ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələblərini onunla əsaslandırmışdır ki, “Muğanbank" ASC ilə X4 arasında xx.xx.2019-cu il tarixli 15-xx-xx-102950 saylı Kredit müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən, X3 60 (altmış) ay müddətinə, illik 1 (bir) % olmaqla 2337.31 (iki min üç yüz otuz yeddi manat otuz bir qəpik) manat məbləğində kredit verilmişdir. xx.xx.2019-cu il tarixli 15-xx-xx-102950 saylı Kredit müqaviləsi üzrə “Muğanbank" ASC-yə əsas borcu- 2337.31 (iki min üç yüz otuz yeddi manat otuz bir qəpik) manat, faiz borcu -39.52 (otuz doqquz manat əlli iki qəpik) manat, ümumilikdə 2376.83 (iki min üç yüz yetmiş altı manat səksən üç qəpik) manat məbləğində borc təşkil edir. xx.xx.2021-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməsinə əsasən, X2 vərəsələri – Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4dır. Vərəsəlik hüququ ölmüş şəxsin əmlakının və bununla bağlı hüquq və vəzifələrinin qanun üzrə və ya vəsiyyət üzrə vərəsələrə keçməsi qaydalarını müəyyənləşdirən hüquq normalarının məcmusudur. Məhkəmə icraatı iştirakçılarının izahatları İddiaçı ASC-nin nümayəndəsi məhkəməyə ərizə ünvanlayaraq məhkəmə baxışını onların iştirakı olmadan keçirib qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, onlar məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən işə cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllənin) 6.2-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Mülki Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Mülki Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Mülki Məcəllənin 445-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Mülki Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1306-cı maddəsinə əsasən, vərəsələr miras qoyanın mövcud olan və onun ölümü ilə xitam olunmayan bütün öhdəlikləri üzrə qəbul etdikləri miras əmlakdakı paylarına mütənasib surətdə birgə borclu kimi məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 1146-cı maddəsinə əsasən miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır. Həmin Məcəllənin 1255-ci maddəsinə əsasən qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1 və 1306-cı maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 04 iyun 2018-ci il tarixli qərarında qeyd olunur ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470, 472-ci, eləcə də 1146, 1255 və 1306-cı maddələrinə uyğun olaraq, borclunun ölümündən sonra, ilk növbədə, mirası qəbul etmiş vərəsələr miras açıldığı gündən onlara çatan miras payı həcmində miras qoyanın kreditorları qarşısında bigrə məsuliyyət daşıyırlar. Miras qoyanın kreditorları tərəfindən vərəsələrə qarşı öhdəliyin icrası tələbi irəli sürülərkən, mirasın qəbulu ilə bağlı qanunvericilikdə müəyyən edilmiş müddətlər nəzərə alınmalıdır. Vərəsələr və zamin borclu öldükdən sonra əsas borcdan əlavə, faiz borcuna görə də məsuliyyət daşıyırlar. Borclunun təqsirli hərəkətləri nəticəsində öhdəlik icra edilmədiyi və ya lazımınca icra edilmədiyi halda hesablanmış dəbbə pulunun ödənilməsi ilə bağlı tələb kreditor tərəfindən bu Qərarın təsvirici-əsaslandırıcı hissəsində əks olunmuş qaydada vərəsələr və ya zaminə qarşı irəli sürülə bilər. Vərəsələr və ya zaminin təqsirli hərəkətləri nəticəsində öhdəlik icra edilmədiyi və ya lazımınca icra edilmədiyi təqdirdə kreditor dəbbə pulunun ödənilməsini bu hərəkətləri törətmiş şəxsdən tələb edə bilər. Birinci instansiya baxışının hədləri Azərbaycan Respublikası MPM-in 217-ci maddəsinə əsasən Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-in 218.3-cü maddəsinə əsasən Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Birinci instansiya məhkəməsinin mövqeyi Məhkəmə işdə olan sənədləri tədqiq etməklə toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, işdə olan xx.xx.2019-cu il tarixli 15-xx-xx-102950 saylı kredit müqaviləsindən görünür ki, İddiaçı ASC tərəfindən X3 60 ay müddətinə illik 1 % kreditdən istifadəyə görə haqq ödəmək şərti ilə 2337.31 manat məbləğində kredit verilmişdir. İşdə olan «Ödəniş cədvəli»nin surətindən görünür ki, cavabdeh X4 xx.xx.2019-cu il tarixli 15xx-xx-102950 saylı kredit müqaviləsinə əsasən ona verilmiş 2337.31 manat məbləğində kredit vəsaitini 1 il güzəşt müddəti tətbiq edilməklə hər ay 49.70 manat məbləğində ödənişlər etməklə 60 ay ərzində annuitet qaydada qaytarmağı öhdəsinə götürmüşdür. İşdə olan xx.xx.2022-ci il tarixli maliyyə arayışından görünür ki, X1 banka xx.xx.2022-ci il tarixə xx.xx.2019-cu il tarixli, 15-xx-xx-102950 saylı kredit müqaviləsinə əsasən 2337.31 (iki min üç yüz otuz yeddi manat otuz bir qəpik) AZN əsas, 39.52 (otuz doqquz manat əlli iki qəpik) AZN faiz borcu olmaqla cəmi 2376.83 (iki min üç yüz yetmiş altı manat səksən üç qəpik) AZN borcunun olması göstərilmişdir. İş materiallarında olan Qəbələ Regional “ASAN xidmət” Mərkəzi Notariat ofisi tərəfindən verilmiş 10 mart 2021-ci il tarixli Qanun üzrə vərəsəlik haqqında şəhadətmanədən görünür ki, xx.xx.2020-ci il tarixdə vəfat etmiş, X2 adına 2V-150 reyestr nömrəli xx.xx.2021-ci il tarixli açılmış vərəsəlik işi üzrə mirası qəbul etmiş vərəsələri Qəbələ rayonu, Böyük Əmili kəndində qediyyatda olan övladları Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Ağdaş rayonu, Qoşaqovaq kəndində qediyyatda Cavabdeh4dır. İş materiallarında olan sənədlərdən göründüyü kimi, X4 iddiaçıdan kredit məbləği almış, ayrılmış kredit məbləğinin ödəniş planına əsasən qaytarılmasını təmin etməsinə dair bank qarşısında öhdəlik götürmüşdür. Borclu ödənişləri vaxtı-vaxtında və tam həcmdə yerinə yetirməyərək, öhdəliklərini icra etməmişdir. Bildiriş məktubundan görünür ki, İddiaçı ASC kredit müqaviləsi üzrə öhdəliklərin yerinə yetirilməyəcəyi təqdirdə barəsində qanuni tədbirlərin görüləcəyi barədə borcluya xəbərdarlıq etmişdir. Məhkəmə hesab edir ki, İddiaçı ASC-nin iddia tələbi tam əsaslıdır. Belə ki, məhkəməyə təqdim edilmiş maliyyə arayışından görünür ki, xx.xx.2022-ci il tarixə cavabdeh X2 xx.xx.2019-cu il tarixli, 15-xx-xx-102950 saylı kredit müqaviləsinə əsasən əsas borcu 2337.31 manat, faiz borcu 39.52 manat olmuşdur. Məhkəmə hesab edir ki, mərhum X2 vərəsələrinə münasibətdə iddia tələbi qanuni və əsaslıdır. Belə ki, hazırkı mübahisənin hüquqi və faktiki halları baxımından mərhum X2 vərəsələrcavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 kreditor (iddiaçı) qarşısında məsuliyyət daşıyır, kredit müqaviləsi üzrə borc tələbi onlardan tutulmalıdır. Hazırkı iş üzrə çəkilmiş məhkəmə xərcləri Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli, yəni iddia təmin edilməli olduğundan hazırkı iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 44 (qırx dörd) manat dövlət rüsumu iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Beləliklə, məhkəmə iş üzrə tədqiq olunmuş sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Cavabdeh2, Cavabdeh1, Cavabdeh3 və Cavabdeh4 2337.31 (iki min üç yüz otuz yeddi manat otuz bir qəpik) manat əsas borc, 39.52 (otuz doqquz manat əlli iki qəpik) manat faiz borcu olmaqla ümumilikdə 2376.83 (iki min üç yüz yetmiş altı manat səksən üç qəpik) manat borc və 44 (qırx dörd) manat dövlət rüsumu iddiaçı “Muğanbank" Açıq Səhmdar Cəmı̇ yyətinin xeyrinə ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh2, Cavabdeh1, Cavabdeh3 və Cavabdeh4 2337.31 (iki min üç yüz otuz yeddi manat otuz bir qəpik) manat əsas borc, 39.52 (otuz doqquz manat əlli iki qəpik) manat faiz borcu olmaqla ümumilikdə 2376.83 (iki min üç yüz yetmiş altı manat səksən üç qəpik) manat borc və 44 (qırx dörd) manat dövlət rüsumu iddiaçı “Muğanbank" Açıq Səhmdar Cəmı̇ yyətinin xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Elman İsayev
Məhkəmə qərarları › İş №e-2(025)-102/2023
Qəbələ Rayon Məhkəməsi Qətnamə — İş №e-2(025)-102/2023
14.03.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver