Azərbaycan Respublikası adından QƏRARDAD Qəbələ şəhəri İş № e-2(025)-1024/2025 21.06.2025 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Qəbələ Rayon Məhkəməsinin hakimi X2, İddiaçı MMC-nin Cavabdeh torpaq icarə haqqının ödənilməsi tələbi barədə iddiasına dair mülki işə baxaraq MÜƏYYƏNETDİ: İddiaçı MMC Cavabdeh qarşı torpaq icarə haqqının ödənilməsi tələbi barədə iddia qaldıraraq xx.xx.2024-cü il tarixli 071/2024 saylı torpaq icarə müqaviləsi üzrə 412,0 manat icarə haqqı ödənilməsi, o cümlədən 30 manat dövlət rüsumu tutularaq cəmiyyətin hesabına köçürülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İşdə olan xx.xx.2024-cü il tarixli 071/2024 saylı Torpaq icarəsi müqaviləsinin surətinə əsasən İddiaçı MMC-yə məxsus olan Qəbələ rayonu Məlikli kəndində yerləşən 2,06 ha torpaq sahəsi xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək hər hektar üçün 200,0 manat olmaqla, cəmi 412,0 manat icarə haqqı ödənilməsi şərti ilə Cavabdeh icarəsinə verilmişdir. İşdə olan Elektron informasiya sisteminin məlumatına əsasən Cavabdeh xx.xx.2019-cu i il tarixdə fərdi sahibkar statusu (VÖEN: **********; Fəaliyyət istiqaməti: arpanın becərilməsi ) ilə qeydiyyata alınmışdır. AR MPM-nin 24.2-ci maddəsinə əsasən mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir. Həmin Məcəllənin 25.1-ci maddəsinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olmayan mübahisələrə dair işlərə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmələr baxır. Həmin Məcəllənin 26.1-ci maddəinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. Həmin Məcəllənin 26.2-ci maddəsinə əsasən kommersiya məhkəmələri bu Məcəllənin 40-5ci fəslində nəzərdə tutulmuş işlərə, habelə sahibkarlıq fəaliyyəti ilə əlaqədar olduqda bu Məcəllənin 35-ci və 40-2-ci fəsillərində nəzərdə tutulmuş işlərə və qanunla onların səlahiyyətlərinə aid edilən digər işlərə də baxırlar. “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2020-ci il tarixli Qərarının 12-ci bəndində izah edilir ki, məhkəmə aidiyyətinin müəyyən edilməsi zamanı işin kommersiya məhkəməsində baxılması üçün hüquq münasibətlərinin xarakterinə qiymət verilərkən əsas tələb (və yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin tərəflərdən yalnız birinin deyil, ən azı iki qarşı tərəfin ayrıayrılıqda və ya birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən, yaxud da tərəflərin (sahibkarlıq subyekti olub-olmamasından asılı olmayaraq) bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməli olması nəzərə alınmalıdır. Qərarən 13-cü bəndində izah edilir ki, əsas tələb (yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin ən azı iki qarşı tərəfin birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən irəli gəldiyi mübahisələrə müqavilə münasibətlərindən yaranan tələblər aiddir. İş üzrə ən azı iki qarşı tərəfin sahibkarlıq fəaliyyətinin birgə və yaxud ayrı-ayrılıqda həyata keçirdiyi zaman yarana bilən mübahisələrə əşya-hüquqi münasibətlərdən irəli gələn istifadə, sahiblik və mülkiyyət hüquqlarının müdafiəsi, habelə deliktdən irəli gələn tələblər aiddir. Tərəflərin bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən meydana gələn mübahisələrə isə kommersiya hüquqi şəxsi ilə bağlı korporativ mübahisələr aiddir. Qərarın 15-ci bəndində izah edilir ki, kommersiya mübahisələrinin subyektlərinin, habelə baxış predmetinin mümkün dairəsi də məhz mübahisə üzrə hüquq münasibətinin xarakterinin sahibkarlıq fəaliyyəti ilə bağlı olmasına dair bu Qərarın 13-cü bəndində əks olunmuş yanaşma baxımından müəyyənləşdirilməlidir. Məhkəmə hesab edir ki, İddiaçı MMC Cavabdeh qarşı torpaq icarə haqqının ödənilməsi barədə tələbi birgə həyata keçirilən sahibkarlıq fəaliyyəti ilə bağlı müqavilə münasibətlərindən yaranan tələblərə aid olduğundan mahiyyət etibarı ilə iqtizadi məzmunludur. AR MPM-nin 31.1-ci maddəsinə əsasən aidiyyət qaydalarının pozulmasına yol verilmir. Həmin Məcəllənin 152.1.2-ci maddəsinə əsasən əgər iş ərazi və ya məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Məhkəmə hesab edir ki, İddiaçı MMC-nin Cavabdeh torpaq icarə haqqının ödənilməsi tələbi barədə iddia ərizəsi baxılması ümumi məhkəmənin deyil, kommersiya məhkəməsinin aidiyyətində olduğundan geri qaytarılmalıdır. Qeyd olunanlara əsasən Azərbaycan Respublikası MPM-nin 263, 264, 266, 267 və 268-ci maddələrini rəhbər tutaraq Q Ə R A R A A L D İ: İddiaçı MMC-nin Cavabdeh torpaq icarə haqqının ödənilməsi tələbi barədə iddia ərizəsi geri qaytarılsın. İddiaçı MMC tərəfindən X1 hesabına ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu İddiaçı MMC-yə geri qaytarılsın. Qərardaddan 10 (on) gün müddətində Qəbələ Rayon Məhkəməsinə kasasiya şikayəti verilə bilər. Hakim : Ülvi Qənbərov
Məhkəmə qərarları › İş №e-2(025)-1024/2025
Qəbələ Rayon Məhkəməsi Qərardad — İş №e-2(025)-1024/2025
21.06.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver