Məhkəmə qərarları › İş №e-2(025)-1025/2024

Qəbələ Rayon Məhkəməsi Qətnamə — İş №e-2(025)-1025/2024

15.08.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qəbələ şəhəri İş № e-2(025)-1025/2024 15.08.2024 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair mülki iş üzrə (Açar sözlər: alqı-satqı müqaviləsi üzrə mübahisələr) Qəbələ Rayon Məhkəməsinin hakimi X1, İddiaçı ASC-nin Cavabdehya qarşı pul tələbi barədə iddiasına dair mülki işə baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı ASC Cavabdehya qarşı kredit müqaviləsi üzrə yaranmış borcun tutulması tələbi barədə iddia qaldıraraq 4880.21 manat əsas borc, 256.53 manat faiz borc, 40.58 manat cərimə borcu olmaqla, ümumilikdə 5177.32 manat borcunun və ödənilmiş dövlət rüsumuna görə 71.78 manat tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İşdə olan 25 fevral 2022-ci il tarixli 11250***-*******02L saylı kredit müqaviləsinə əsasən Cavabdeh 120 ay müddətinə 50.000 (əlli min) manat məbləğində kredit limiti ayrılmışdır. Kredit limiti müqaviləsinin şərtlərinə uyğun olaraq xx.xx.2022-ci il tarixli SMS razılaşmasına əsasən idiaçı İddiaçı ASC-i tərəfindən Cavabdeh 36 ay müddətinə illik 15 % dərəcəsi ilə 11800 manat məbləğində kredit verilmişdir. İşdə olan 21 iyun 2024-cü il tarixli pretenziyanın surətindən görünür ki, 25 fevral 2022-ci il tarixli 11250***-*******02L saylı kredit müqaviləsi üzrə Cavabdeh İddiaçıya olan borc məbləği: 4880.21 manat əsas borc, 231.99 manat faiz borc, 26.63 manat cərimə borcu olmaqla 5138.43 manat təşkil edir. AR Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə, və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır; Həmin Məcəllənin 462.1-ci maddəsinə görə dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir; Həmin Məcəllənin 465.2-ci maddəsinə görə, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödəniməsini və öhdəliyin icrasını tələb edə bilər; Məhkəmə tədqiq olunmuş sübutlara qiymət verərək hesab edir ki, İddiaçı ASC-nin xeyrinə 25 fevral 2022-ci il tarixli 11250***-*******02L saylı kredit müqaviləsinə əsasən Cavabdehdan müştərək qaydada 4880.21 (dörd min səkkiz yüz səksən manat iyirmi bir) manat əsas borc, 256.53 (iki yüz əlli altı manat əlli üç qəpik) manat faiz, 40.58 (qırx manat əlli səkkiz qəpik) manat cərimə borcu və 71.78 (yetmiş bir manat yetmiş səkkiz qəpik) manat dövlət rüsumu tutulmalıdır. Yuxarıda qeyd olunanlara əsasən Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233, 357 və 360-cı maddələrini rəhbər tutaraq Q Ə T E T D İ: İddia tələbi təmin olunsun. Cavabdehdan 25 fevral 2022-ci il tarixli 11250***-*******02L saylı kredit müqaviləsinə əsasən 4880.21 (dörd min səkkiz yüz səksən manat iyirmi bir qəpik) manat əsas, 256.53 (iki yüz əlli altı manat əlli üç qəpik) manat faiz, 40.58 (qırx manat əlli səkkiz qəpik) manat cərimə borcu və 71.78 (yetmiş bir manat yetmiş səkkiz qəpik) manat dövlət rüsumu tutulub İddiaçı ASC-nin hesabına xeyrinə ödənilsin. Qətnamədən 1 (bir) ay müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qəbələ Rayon Məhkəməsinin hakimi: Ülvi Qənbərov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar