Məhkəmə qərarları › İş №e-2(025)-1053/2024

Qəbələ Rayon Məhkəməsi Qətnamə — İş №e-2(025)-1053/2024

22.08.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qəbələ şəhəri İş № e-2(025)-1053/2024 22.08.2024 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair mülki iş üzrə (Açar sözlər: alqı-satqı müqaviləsi üzrə mübahisələr) Qəbələ Rayon Məhkəməsinin hakimi X8 İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı pul tələbi barədə iddiasına dair mülki işə baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı "xxxx" ASC-i Cavabdeh qarşı pul tələbi barədə iddia qaldıraraq xeyrinə xx.xx.2023-cü il tarixli, BPM**********74 nömrəli kredit müqaviləsi üzrə 4723.75 manat əsas borc, 67.24 manat dövlət rüsumu və 0.40 manat bank xidmət haqqı tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" ASC-nin Qəbələ filialı ilə X7 arasında bağlanmış xx.xx.2023-cü il tarixli BPM**********74 saylı kredit müqaviləsinə əsasən X6 41 ay müddətinə illik 23 faiz olmaqla 5000 (beş min) manat məbləğində nağd kredit verilmişdir. X2 xx.xx.2023-cü il tarixdə vəfat etmişdir. X11 xidmət mərkəzində Notariat Ofisinin xx.xx.2024-cü il tarixli 75 saylı məktubu ilə müəyyən edilmişdir ki, mərhum X1 vərəsəlik işi açılmış və qanun üzrə vərəsəsi Cavabdeh olduğu müəyyən edilmişdir. Bankın “Qəbələ” filialı tərəfindən təqdim edilmiş maliyyə arayışa əsasən, X4 xx.xx.2023-cü il tarixli BPM**********74 saylı kredit müqaviləsinə əsasən 4,723.75 manat əsas borc olmaqla cəmi 4,723.75 manat məbləğində borcu qalmışdır. Cavabdeh, mərhum X3 qalmış mirası qəbul etməsinə baxmayaraq ona çatan miras payı həcmində miras qoyanın "xxxx" ASC qarşısında olan öhdəliyini icra etməmişdir. Mübahisənin məhkəmədən kənar həlli üçün iddiaçı tərəf səy göstərsə də, cavabdeh öz öhdəliyini bu günədək tam şəkildə yerinə yetirməmişdir. İşdə olan xx.xx.2023-cü il tarixli BPM**********74 nömrəli kredit müqaviləsinə əsasən "xxxx" ASC-nin Qəbələ filialı ilə X7 arasında bağlanmış BPM**********74 nömrəli xx.xx.2023-cü il tarixli kredit müqaviləsinə əsasən X6 41 ay müddətinə illi 23 faiz olmaqla 5000 (beş min) manat məbləğində nağd kredit verilmişdir. İşdə olan AR X11 Xidmət Mərkəzində Notariat ofisi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli 75 nömrəli bildirişin surətindən görünür ki, xx.xx.2023-cü il tarixdə vəfat etmiş, xx.xx.1956-cı il təvəllüdlü X5 (Fin: 486QCUC) adına 328 reyestr nömrəli xx.xx.2023-cü il tarixli açılmış vərəsəlik işi üzrə mirası qəbul etmiş vərəsəsi Cavabdehdur. (Qəbələ şəhəri, Səməd Vurğun küçəsi, ev 9, ŞV:AA*******, xx.xx.2020, ASAN-Qəbələ: FİN: xxxxxxx: d/t: xx.xx.1981. İşdə olan maliyyə arayışına əsasən, "xxxx" ASC ilə cavabdeh X7 arasında bağlanmış xx.xx.2023-cü il tarixli kredit müqaviləsinə əsasən ona 41 ay müddətinə 5000 manat məbləğində kredit verilmişdir. xx.xx.2024-cü il tarixə "xxxx" ASC-yə xx.xx.2023-cü il tarixli kredit müqaviləsi üzrə 4723.75 manat borcu yaranmışdır. İşdə olan AZ-İİ 365472 nömrəli “Ölüm haqqında” şəhadatnamənin surətindən görünür ki, X7 xx.xx.2023-cü il tarixdə vəfat etmişdir. İşdən görünür ki, Cavabdeh xx.xx.2023-cü il tarixli BPM**********74 saylı kredit müqaviləsi üzrə 4723 manat borc hesablanmışdır. AR Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə, və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır; Həmin Məcəllənin 462.1-ci maddəsinə görə dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir; Həmin Məcəllənin 465.2-ci maddəsinə görə, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödəniməsini və öhdəliyin icrasını tələb edə bilər. Məhkəmə tədqiq olunmuş sübutlara qiymət verərək hesab edir ki, "xxxx" ASC-nin xeyrinə Cavabdeh 4723.75 manat borc, dövlət rüsumuna görə 67.24 manat və 0.40 manat bank xidmət haqqı tutulmalıdır. Yuxarıda qeyd olunanlara əsasən Azərbaycan Respublikası MPM-nin 216, 220, 227,233,357 və 360-cı maddələrini rəhbər tutaraq QƏTETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh xx.xx.2023-cü il tarixli BPM**********74 kredit müqaviləsi üzrə 4723.75 (dörd min yeddi yüz iyirmi üç manat yetmiş beş qəpik) manat borc, dövlət rüsumuna görə 67.24 (altmış yeddi manat iyirmi dörd qəpik) manat və 0.40 (qırx qəpik) manat bank xidmət haqqı alınıb iddiaçı "xxxx" ASC-nin hesabına keçirilsin. Qətnamədən 1 (bir) ay müddətində Qəbələ rayon məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Şəki Apellyasiya məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qəbələ Rayon Məhkəməsinin hakimi: Ülvi Qənbərov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar