Azərbaycan Respublikası adından QƏTNAMƏ Qəbələ şəhəri İş № e-2(025)-1055/2024 22.08.2024 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Bulqədirova (Mahmudova) Elnarə Ramazan qızına qarşı “borcun tutulması” tələbinə dair mülki iş üzrə (Açar sözlər: alqı-satqı müqaviləsi üzrə mübahisələr) Qəbələ Rayon Məhkəməsinin hakimi X9 İddiaçı "xxxx" ASC-nin cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Bulqədirova (Mahmudova) Elnarə Ramazan qızına qarşı pul tələbi barədə iddiasına dair mülki işə baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı "xxxx" ASC-i cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Bulqədirova (Mahmudova) Elnarə Ramazan qızına qarşı pul tələbi barədə iddia qaldıraraq xeyrinə xx.xx.2022-ci il tarixli, BPM**********03 nömrəli kredit müqaviləsi üzrə 1971,94 manat və bundan başqa xx.xx.2022-ci il tarixli BPM**********03 saylı tam kart müqaviləsinə əsasən kart kredit limiti üzrə 299.20 manat əsas borc və 7.40 manat faiz borcu olmaqla cəmi 306.60 manat məbləğində kredit borcunun, ödənilmiş 43.11 (qırx üç manat 11 qəpik) manat dövlət rüsumunun və 0,4 (qırx qəpik) manat xidmət haqqının tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" ASC-nin Qəbələ filialı ilə X7 arasında bağlanmış xx.xx.2022-ci il tarixli BPM**********03 saylı kredit müqaviləsinə əsasən X5 48 ay müddətinə illik 22 faiz olmaqla 2190 (iki min bir yüz doxsan) manat məbləğində nağd kredit və xx.xx.2022-ci il tarixli BPM**********03 saylı tam kart müqaviləsinə əsasən X5 36 aymüddətinə illik 24 faiz olmaqla 300 (üç yüz) manat məbləğində kart kredit limiti verilmişdir. X1 xx.xx.2022-ci il tarixdə vəfat etmişdir. X12 xidmət mərkəzində Notariat Ofisinin xx.xx.2024-cü il tarixli 74 saylı məktubu ilə müəyyən edilmişdir ki, mərhum X3 adına vərəsəlik işi açılmış və qanun üzrə vərəsələri olan Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 xx.xx.2023-cü il tarixli, 2V-730 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Bankın “Qəbələ” filialı tərəfindən təqdim edilmiş maliyyə arayışa əsasən, X4xx.xx.2022-ci il tarixli BPM**********03 saylı kredit müqaviləsinə əsasən nağd kredit üzrə 1,971.94 manat əsas borc olmaqla cəmi 1,971.94 manat və bundan başqa xx.xx.2022-ci il tarixli BPM**********03 saylı tam kart müqaviləsinəəsasən kart kredit limiti üzrə 299.20 manat əsas borc və 7.40 manat faiz borcu olmaqla cəmi 306.60 manat məbləğində borcu qalmışdır. Cavabdehlər, mərhum X2 qalmış mirası qəbul etməsinə baxmayaraqona çatan miras payı həcmində miras qoyanın "xxxx" ASC qarşısında olan öhdəliyini icra etməmişdir.Mübahisənin məhkəmədən kənar həlli üçün iddiaçı tərəf səy göstərsə də, cavabdeh öz öhdəliyini bu günədək tam şəkildə yerinə yetirməmişdir. İşdə olan xx.xx.2022-ci il tarixli BPM**********03 nömrəli kredit müqaviləsinə əsasən "xxxx" ASC-nin Qəbələ filialı ilə X7 arasında bağlanmış xx.xx.2022-ci il tarixli BPM**********03 nömrəli kredit müqaviləsinə əsasən X5 48 ay müddətinə illik 22 faiz olmaqla 2190 (iki min bir yüz doxsan) manat məbləğində nağd kredit və xx.xx.2022-ci il tarixli BPM**********03 saylı tam kart müqaviləsinə əsasən X5 36 aymüddətinə illik 24 faiz olmaqla 300 (üç yüz) manat məbləğində kart kredit limiti verilmişdir. İşdə olan AR X12 Xidmət Mərkəzində Notariat ofisi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli 74 nömrəli bildirişin surətindən görünür ki, xx.xx.2022-ci il tarixdə vəfat etmiş, xx.xx.1962-ci il təvəllüdlü X6 (Fin: 5BY997C) adına 177 reyestr nömrəli xx.xx.2022-ci il tarixli açılmış vərəsəlik işi üzrə Cavabdeh3 ( Qəbələ rayon, Böyük Pirəli kəndi, ŞV:AA*******, xx.xx.2022, Asan-Qəbələ, fin: xxxxxxx: d/t: xx.xx.1996), Cavabdeh2 (Qəbələ rayonu, Böyük Pirəli kəndi, ŞV:AA*******, xx.xx.2022, Asan-Qəbələ: Fin: xxxxxxx: d/t:xx.xx.1986) və Cavabdeh1 (Qəbələ rayonu, Qəbələ şəhəri, Küsnət kəndi ev 8, ŞV:AA*******, xx.xx.2022, Asan-Qəbələ: Fin: xxxxxxx: d/t: xx.xx.1985) xx.xx.2023-cü il tarixli 2V-730 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadatnamələr verilmişdir. İşdə olan maliyyə arayışına əsasən, "xxxx" ASC ilə cavabdeh X7 arasında bağlanmış xx.xx.2022-ci il tarixli BPM**********03 nömrəli kredit müqaviləsinə əsasən X5 48 ay müddətinə illik 22 faiz olmaqla 2190 (iki min bir yüz doxsan) manat məbləğində nağd kredit verilmişdir. xx.xx.2024cü il tarixə "xxxx" ASC-yə xx.xx.2022-ci il tarixli kredit müqaviləsi üzrə 1971.94 manat borcu yaranmışdır. İşdə olan maliyyə arayışına əsasən, "xxxx" ASC ilə cavabdeh X7 arasında bağlanmış xx.xx.2022-ci il tarixli BPM**********03 saylı tam kart müqaviləsinə əsasən X5 36 aymüddətinə illik 24 faiz olmaqla 300 (üç yüz) manat məbləğində kart kredit limiti verilmişdir. xx.xx.2024-cü il tarixə "xxxx" ASC-yə xx.xx.2022-ci il tarixli tam kart müqaviləsi üzrə 306 manat borcu yaranmışdır. İşdə olan AZ-İİ 315725 nömrəli “Ölüm haqqında” şəhadatnamənin surətindən görünür ki, X7 xx.xx.2022-ci il tarixdə vəfat etmişdir. İşdən görünür ki, Cavabdeh3, Cavabdeh2 və Bulqədirova (Mahmudova) Elnarə Ramazan qızına xx.xx.2022-ci il tarixli, BPM**********03 nömrəli kredit müqaviləsi üzrə 1971,94 manat və bundan başqa xx.xx.2022-ci il tarixli BPM**********03 saylı tam kart müqaviləsinə əsasən kart kredit limiti üzrə 299.20 manat əsas borc və 7.40 manat faiz borcu olmaqla cəmi 306.60 manat borc hesablanmışdır. AR Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə, və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır; Həmin Məcəllənin 462.1-ci maddəsinə görə dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir; Həmin Məcəllənin 465.2-ci maddəsinə görə, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödəniməsini və öhdəliyin icrasını tələb edə bilər. Məhkəmə tədqiq olunmuş sübutlara qiymət verərək hesab edir ki, "xxxx" ASC-nin xeyrinə Cavabdeh3, Cavabdeh2 və Bulqədirova (Mahmudova) Elnarə Ramazan qızından xx.xx.2022-ci il tarixli, BPM**********03 nömrəli kredit müqaviləsi üzrə 1971,94 manat və xx.xx.2022-ci il tarixli BPM**********03 saylı tam kart müqaviləsinə əsasən cəmi 306.60 borc, dövlət rüsumuna görə 43.11 manat və 0.40 manat bank xidmət haqqı tutulmalıdır. Yuxarıda qeyd olunanlara əsasən Azərbaycan Respublikası MPM-nin 216, 220, 227,233,357 və 360-cı maddələrini rəhbər tutaraq QƏTETDİ: İddia tələbi təmin edilsin. Cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Bulqədirova (Mahmudova) Elnarə Ramazan qızından xx.xx.2022-ci il tarixli, BPM**********03 nömrəli kredit müqaviləsi üzrə 1971,94 manat və xx.xx.2022-ci il tarixli BPM**********03 saylı tam kart müqaviləsinə əsasən 306.60 borc, dövlət rüsumuna görə 43.11 manat və 0.40 manat bank xidmət haqqı alınıb iddiaçı "xxxx" ASC-nin hesabına keçirilsin. Qətnamədən 1 (bir) ay müddətində Qəbələ rayon məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Şəki Apellyasiya məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qəbələ Rayon Məhkəməsinin hakimi: Ülvi Qənbərov.
Məhkəmə qərarları › İş №e-2(025)-1055/2024
Qəbələ Rayon Məhkəməsi Qətnamə — İş №e-2(025)-1055/2024
22.08.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver