Azərbaycan Respublikası adından QƏTNAMƏ Qəbələ şəhəri İş № e-2(025)-1056/2024 26.08.2024 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh2, Cavabdeh1 oğluna, Cavabdeh3 və Cavabdeh4 qarşı “borcun tutulması” tələbinə dair mülki iş üzrə (Açar sözlər: alqı-satqı müqaviləsi üzrə mübahisələr) Qəbələ Rayon Məhkəməsinin hakimi X13 İddiaçı "xxxx" ASC-nin cavabdehlər X5, Cavabdeh1, Cavabdeh3 və Cavabdeh4 qarşı pul tələbi barədə iddiasına dair mülki işə baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı "xxxx" ASC-i cavabdehlər X5, Cavabdeh1, Cavabdeh3 və Cavabdeh4 qarşı pul tələbi barədə iddia qaldıraraq xeyrinə xx.xx.2021-ci il tarixli, BPM**********23 nömrəli kredit müqaviləsi üzrə 1666.32 (bir min altı yüz altmış altı manat otuz iki qəpik) manat məbləğində kredit borcunun, ödənilmiş 36.67 (otuz altı manat altmış yeddi qəpik) manat dövlət rüsumunun və 0,4 (qırx qəpik) manat xidmət haqqının tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" ASC-nin Qəbələ filialı ilə X6 arasında bağlanmış xx.xx.2021-ci il tarixli BPM**********23 saylı kredit müqaviləsinə əsasən X4 48 ay müddətinə illik 20 faiz olmaqla 2700 (iki min yeddi yüz) manat məbləğində nağd kredit verilmişdir. X1 xx.xx.2022-ci il tarixdə vəfat etmişdir. X14 xidmət mərkəzində Notariat Ofisinin xx.xx.2024-cü il tarixli 73 saylı məktubu ilə müəyyən edilmişdir ki, mərhum X3 adına vərəsəlik işi açılmış və qanun üzrə vərəsəsi olan Cavabdeh2, Cavabdeh1, Cavabdeh3 və Cavabdeh4 xx.xx.2023-cü il tarixli, 2V- 726 və 2V-727 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələr verilmişdir. Bankın “Qəbələ” filialı tərəfindən təqdim edilmiş maliyyə arayışa əsasən, X3 xx.xx.2021-ci il tarixli BPM**********23 saylı kredit müqaviləsinə əsasən 1,666.32 manat əsas borc olmaqla cəmi 1666.32 manat məbləğində borcu qalmışdır. Cavabdehlər, mərhum X2 qalmış mirası qəbul etməsinə baxmayaraqona çatan miras payı həcmində miras qoyanın "xxxx" ASC qarşısında olan öhdəliyini icra etməmişdir.Mübahisənin məhkəmədən kənar həlli üçün iddiaçı tərəf səy göstərsə də, cavabdeh öz öhdəliyini bu günədək tam şəkildə yerinə yetirməmişdir. İşdə olan xx.xx.2021-ci il tarixli BPM**********23 nömrəli kredit müqaviləsinə əsasən "xxxx" ASC-nin Qəbələ filialı ilə X6 arasında bağlanmış xx.xx.2021-ci il tarixli BPM**********23 nömrəli kredit müqaviləsinə əsasən X4 48 ay müddətinə illik 20 faiz olmaqla 2700 (iki min yeddi yüz) manat məbləğində nağd kredit verilmişdir. İşdə olan AR X14 Xidmət Mərkəzində Notariat ofisi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli 73 nömrəli bildirişin surətindən görünür ki, xx.xx.2022-ci il tarixdə vəfat etmiş, xx.xx.1959-cu il təvəllüdlü X3 (Fin: 2FUUVFG) adına 348 reyestr nömrəli xx.xx.2023-cü il tarixli açılmış vərəsəlik işi üzrə Cavabdeh2 (Qəbələ rayon, Bunud kəndi, ŞV:AZE ********, xx.xx.2015, Qəbələ RPŞ: FİN:xxxxxxx: d/t:xx.xx.1980), Cavabdeh1 (Qəbələ rayonu, Bunud kəndi, ŞV:AA*******, xx.xx.2020, Asan-Qəbələ: FİN:xxxxxxx: d/t:xx.xx.1985), Cavabdeh3 (Qəbələ, Əmirvan kəndi, ŞV: AZE ********, xx.xx.2015, Qəbələ RPŞ: FİN: xxxxxxx: d/t:xx.xx.1979) və Cavabdeh4 (İsmayıllı rayonu, Qalacıq kəndi, ŞV:AZE ********, xx.xx.2018, İsmayıllı RPŞ: FİN: xxxxxxx: d/t: xx.xx.1983) xx.xx.2023-cü il tarixli 2V-726, 727 reystr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadatnamələr verilmişdir. İşdə olan maliyyə arayışına əsasən, "xxxx" ASC ilə cavabdeh X7 arasında bağlanmış xx.xx.2021-ci il tarixli BPM**********23 nömrəli kredit müqaviləsinə əsasən X4 48 ay müddətinə 2700 (iki min yeddi yüz) manat məbləğində nağd kredit verilmişdir. xx.xx.2024-cü il tarixə "xxxx" ASC-yə xx.xx.2021-ci il tarixli BPM**********23 nömrəli kredit müqaviləsi üzrə 1666.32 manat borcu yaranmışdır. İşdə olan AZ-İİ 315663 nömrəli “Ölüm haqqında” şəhadatnamənin surətindən görünür ki, X6 xx.xx.2022-ci il tarixdə vəfat etmişdir. İşdən görünür ki, X8, Cavabdeh1, Cavabdeh3 və Cavabdeh4 xx.xx.2021-ci il tarixli BPM**********23 nömrəli kredit müqaviləsi üzrə 1666.32 manat borc hesablanmışdır. AR Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə, və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır; Həmin Məcəllənin 462.1-ci maddəsinə görə dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir; Həmin Məcəllənin 465.2-ci maddəsinə görə, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödəniməsini və öhdəliyin icrasını tələb edə bilər. Həmin Məcəllənin 1306-cı maddəsinə əsasən, vərəsələr miras qoyanın mövcud olan və onun ölümü ilə xitam olunmayan bütün öhdəlikləri üzrə qəbul etdikləri miras əmlakdakı paylarına mütənasib surətdə birgə borclu kimi məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 1146-cı maddəsinə əsasən miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır. Həmin Məcəllənin 1255-ci maddəsinə əsasən qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Məhkəmə tədqiq olunmuş sübutlara qiymət verərək hesab edir ki, "xxxx" ASC-nin xeyrinə X8, Cavabdeh1, Cavabdeh3 və Cavabdeh4 xx.xx.2021-ci il tarixli BPM**********23 nömrəli kredit müqaviləsi üzrə 1666.32 manat borc, dövlət rüsumuna görə 36.67 manat və 0.40 manat bank xidmət haqqı tutulmalıdır. Yuxarıda qeyd olunanlara əsasən Azərbaycan Respublikası MPM-nin 216, 220, 227,233,357 və 360-cı maddələrini rəhbər tutaraq QƏTETDİ: İddia tələbi təmin edilsin. Cavabdehlər X8, Cavabdeh1, Cavabdeh3 və Cavabdeh4 xx.xx.2021-ci il tarixli BPM**********23 nömrəli kredit müqaviləsi üzrə 1666.32 manat borc, dövlət rüsumuna görə 36.67 manat və 0.40 manat bank xidmət haqqı alınıb iddiaçı "xxxx" ASC-nin hesabına keçirilsin. Qətnamədən 1 (bir) ay müddətində Qəbələ rayon məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Şəki Apellyasiya məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qəbələ Rayon Məhkəməsinin hakimi: Ülvi Qənbərov.
Məhkəmə qərarları › İş №e-2(025)-1056/2024
Qəbələ Rayon Məhkəməsi Qətnamə — İş №e-2(025)-1056/2024
26.08.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver