Azərbaycan Respublikası adından QƏTNAMƏ Qəbələ şəhəri İş № e-2(025)-1060/2025 14.08.2025 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı "pul və mənəvi ziyan tələbi”nə dair mülki iş üzrə (Açar sözlər: pul və mənəvi ziyan tələbi) Hakim Əliyev Abbas Baba oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əbdürəhimova Fəridə Arif qızının katibliyi, İddiaçı və Cavabdeh2 iştirakları ilə İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı "pulvə mənəvi ziyan tələbi”nə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1qarşı "pul və mənəvi ziyan tələbi”nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh2 vəCavabdeh1 müştərək qaydada 8.000(səkkiz min) manat məbləğində pulun, mənəvi zərərin əvəzi olaraq 2.000 (iki min) manat və hüquqi yardıma görə vəkilə ödənilən 150(bir yüz əlli) manat xidmət haqqı ödənişinin onlardan alınaraq ona verilməsi barədəqətnamə çıxarılmasını xahiş etmişdir. İşin faktiki halları: İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki,o, xx.xx.1974-cü ildə Qutqaşen(indiki Qəbələ) rayonu, Zərgərli kəndində anadan olmuşdur, İİ Qarabağmüharibəsi şəhidi Şöhrət Mikayılovun atasıdır. Bildirir ki, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 onun qohumlarıdır. 2023-cü ilin sonu və 2024-cü ilin əvvəllərində Cavabdeh2 hissə-hissə olmaqla birinin qiyməti 400 manat olmaqla 30 baş erkək xırda buynuzlu qoyunu ümumilikdə 12.000 manata satmış, atası isə borcunu ödəyəcəyinə zamin durmuşdur. Cavabdeh2 aldığı xırda buynuzlu heyvanların dəyərinə görə yaranmış borcunun bir hissəsini qaytarsada, 8.000 manat borcunu qaytarmadığına görə cavabdehlərdən xx.xx.2024-cü il tarixində Qəbələ RPŞ-nin ərazi üzrə sahə rəisinə şikayət etmişdir. Araşdırma zamanıcavabdeh şəxs Cavabdeh2 qalıq borcunun qaytarılması üçün digər cavabdeh şəxs atası Cavabdeh1 verdiyi izahatında qeyd etmişdir ki, qalıq borcu öğlu və özü 2024-cü ilin avqust ayının 3-də 4000 manatını və 31-də isə qalıq 4.000 manatını qaytaracağına söz vermişdir. Hətta torpaq sahəsinin olduğunu və onu adına rəsmiləşdirəcəyini bildirmiş, lakin o, borcunu pul şəklində istədiyindən, satıb pulunu verilməsini istəmişdir. O da cavabdehlərin səmimiliyinə inanmış, lakin 1 ilə qədər vaxt keçdiyindən artıq görünür aldadılmışdır. Bu səbəbdən də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Eyni zamanda bildirir ki, onun səhhətində problemlər var və tez-tez təzyiqi yüksək olur. Cavabdeh şəxslərin hərəkətlərinə görəəsəb və sarsıntı keçirmiş, səhhətinin daha da pozulması ilə əlaqədar bir neçə dəfə həkimə müalicə olunmaq üçün müraciətlər etmişdir. Həmçinin, yaşayış və həyat tərzində mənfi psixi reaksiyaya səbəb olmuş, sağlamlığında iztirab və sarsıntı keçirdiyindən pozulmalar baş vermişdir. Ona görə də ona mənəvi zərərdə dəymişdir ki, dəymiş mənəvizərəri 2.000 manat dəyərləndirir. Məhkəmə icraatı iştirakçılarının iştirakı və izahatları: Məhkəmə iclasında İddiaçı qeyd olunanlara uyğun izahat verib göstərdi ki, iddia ərizəsində cavabdehlərdən 8000 manat pul tələb etsə də, əslində cavabdehlərin borclu olduqları məbləğ 7000 manatdır. O, bu barədə vəkilinə bildirsə də, vəkil səhvliklə iddia ərizəsində 8000 manat pul tələb etmişdir. Bu halın nəzərə alınmaqla iddia tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh2 iddia tələbini qismən etiraf edərək göstərmişdir ki, İddiaçı ümumi dəyəri 12000 manat olan 30 baş xırdabuynuzlu qoyun almışlar. Həmin puldan 5500 manatı ödəmişlər, iddiaçıya borclu olduqları məbləğ isə 6500 manatdır. İddiaçı həmin məbləğin 7000 manat olduğunu bildirirsə, qoy elə olsun, buna etiarzı yoxdur. Həmin borclu olduqları pulu hissə-hissə ödəmək istəsələr də, iddiaçı bundan imtina etmiş və borcun tamamilə ödənilməsini tələb etmişdir. Hal-hazırda borclu olduqları məbləği bir dəfəlik ödəməyə imkanları yoxdur. Məhkəmədən ədalətli qərar qəbul edilməsini xahiş edir. Cavabdeh1 məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmiş və iştirak etməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Belə olan halda məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinin tələblərinə uyğun olaraq məhkəmə iclasını Cavabdeh1 iştirakı olmadan keçirməyi məqsədəmüvafiq hesab etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X4 ifadəsində göstərmişdir ki, iddiaçı və cavabdehlər onun qohumlarıdır. Qohumlarının işlərinin bu yerlərə gəlməsindən narahatdır. İddiaçı şəhid ailəsidir və çətinliklə, zəhmətlə işləyərək gəlir əldə etməkdədir. Cavabdeh tərəfdə kasıb ailədir. Cavabdehlər bir neçə dəfə iddiaçıya pul vermək istəmiş, lakin iddiaçı Cavabdeh2 pulu bütövlükdə tələb etmişdir. Cavabdehlərin pulu ödəmək niyyətləri vardır, lakin maddi imkanları çatmır. Məhkəmə iddiaçının, Cavabdeh2 və şahidin izahatlarını, işdə olan hüquqi sübutları tədqiq edib, toplanmış sübutların məcmusuna hüquqi qiymət verərək, belə nəticəyə gəlir ki, iddia tələbi qismən təmin edilməlidir. Mülki işdə olan sənədlər: İş materiallarında olan Qəbələ rayon Polis şöbəsi tərəfindən İddiaçı ünvanlanmış 30 iyul 2024-cü il tarixli, 21/3-13-89/2-27054 nömrəli məktubda göstərilmişdir ki, araşdırma zamanı heç bir şikayət və tələbinin olmadığını bildirdiyi üçün araşdırılmasının dayandırıldığı göstərilmişdir. İş materiallarında olan Cavabdeh1 tərəfindən Qəbələ rayon Polis şöbəsində yazılmış izahatdan görünür ki, sonuncu İddiaçı borclu olduqları 8000 manatın 4000 manatını avqustun ayının 3-də, 4000 manatını isə avqust ayının 31-də qaytarmasına dair öhdəlik götürmüşdür. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 324.1-ci maddəsinə görə əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsindir. 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 389.1-ci maddəsinin mənasına görə müqavilə, mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşmasıdır. 389.2-ci maddəsinə əsasən müqavilələrə iki və çoxtərəfli əqdlərə dair qaydalar tətbiq edilir. 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə həyata keçirməlidir. 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissəhissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” 31 may 2002-ci il tarixli qərarı Azərbaycan Respublikası Ali məhkəməsi Plenumunun «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında» 03 noyabr 2008-ci il tarixli qərarı Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88 Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.3 Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana” qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. Məhkəmənin mövqeyi: Hazırkı iş üzrə məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Belə ki, İddiaçı cavabdehlərə ümumilikdə hər birinin qiyməti 400 manat olmaqla 30 baş xırda buynuzlu qoyun verdiyini, cavabdehlərin ona verməli olduqları 12000 manatdan 5000 manatını verdiklərini, lakin cavabdehlərin 7000 manatını qaytarmadıqlarını bildirir və iddia tələbinin əsası kimi Cavabdeh1 tərəfindən Qəbələ rayon Polis şöbəsində yazılmış izahatı əsas gətirir. Cavabdeh2 isə iddiaçıya 6500 manat borclarının qalmasını etiraf edir. Eyni zamanda bildirir ki, əgər iddiaçı borc məbləğimi 7000 manat bildirirsə, o buna da etiraz etmir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki prosessual Məcəlləsinin 106.1ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 106.3-cü maddəsinə əsasən tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. Göründüyü kimi məhkəmə iclasında iştirak edən Cavabdeh2 İddiaçı 12000 manat dəyərində qoyun aldıqlarını etiraf etmiş, lakin iddiaçıya cəmi 6500 manat borclarının qalmasını bildirmişdir. Həmçinin iş üzrə digər Cavabdeh1 Qəbələ rayon Polis şöbəsinə verdiyi izahatında İddiaçı 8000 manat borclarının qalmasını etiraf etmişdir. Həmin izahat yazılandan sonra cavabdehlərin 1000 manat pulu qaytardıqlarını iddiaçı da etiraf etmişdir. Belə olan halda borc məbləğinin 7000 manat olduğu müəyyənləşir. Məhkəmə bununla əlaqədar qeyd etməyi zəruri hesab edir ki, Mülki prosessual qanunvericiliyin (MPM-nın 14, 2, 77.1-ci maddələri) tələbinə əsasən hər bir tərəf tələb və etirazının əsası kimi istitnad etdiyi halları sübut etməli, məhkəmə isə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Göründüyü kimi iddia tələbinin əsasını sübut etmə iddiaçının üzərinə düşür. Hazırkı iş üzrə Cavabdeh2 məhkəmə iclasında, Cavabdeh1 isə Qəbələ rayon Polis şöbəsində verdiyi izahatında iddiaçıdan 12000 manat dəyərində xırdabuynuzlu qoyun almalarını etiraf etmişlər. Lakin məhkəmə bildirir ki, iddiaçı məhkəmə iclaslarında cavabdehlərin ona 8000 manat deyil, 7000 manat borclarının qalmasını bildirmişdir. Cavabdeh2 isə iddiaçıya 6500 manat borclarının qalmasını bildirsə də, atası Cavabdeh1 tərəfindən Qəbələ rayon Polis şöbəsində 8000 borclarının qalmasına dair etirafedici izahat verdikdən sonra iddiaçıya 1500 manat pul ödəmələrini təsdiqləyəcək hər hansı sübut təqdim etməmişdir. Bu səbəbdən məhkəmə hesab edir ki, cavabdehlərdən iddiaçının xeyrinə 7000 (yeddi min) manat pul tutulmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsinə görə zərərçəkən fiziki şəxsin sarsıntı keçirməsi dedikdə, ona qarşı törədilən qanunsuz hərəkətlərin və ya hərəkətsizliyin onun şüurunda müəyyən mənfi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” 31 may 2002-ci il tarixli qərarında qeyd edilir ki, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqları və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. Azərbaycan Respublikası Ali məhkəməsi Plenumunun «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında» 03 noyabr 2008-ci il tarixli qərarına əsasən, mənəvi ziyanın miqdarını müəyyən edərkən məhkəmələr hər bir işə fərdi yanaşmalı, mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsini, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıları, xarakterini və ağırlığını, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (az yaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablarad özümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətə layiq hallarını nəzərə almalıdırlar. Bu zaman məhkəmələrin müəyyən etdiyi zərərin məbləği ağlabatan və ədalətli olmalıdır. Qərarın 8-ci bəndində göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nə də ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğ də və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur. Qərarın 11-ci bəndinə əsasən mənəvi zəzərin ödənilməsi barədə işlərə baxıldıqda mülki və mülki prosessual qanunvericiliyin ümumi müddəaları ilə bərabər xüsusi qanunvericilikdə müəyyən olunmuş müddəalar, habelə adətlər, əxlaq normalarıda nəzərə alınmalıdır. Cavabdehlərin qanunsuz əməlləri nəticəsində mənəvi sarsıntı keçirməsinə və buna görədə cavabdehlərin ona vurduğu mənəvi zərəri 2000 (iki min) manat məbləğində qiymətləndirdiyini iddia edən İddiaçı iddia tələbinin əsaslandığı hallara – cavabdehlərin hansı hərəkətləri (və ya hərəkətsizliyi) və təqsiri ucbatından ona mənəvi zərərin dəyməsinə, mənəvi sarsıntı və iztirablara məruz qalmasının nə də ifadə olunmasına, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsinə dair heç bir mötəbər sütubu məhkəməyə təqdim etməmişdir. Buna görə də məhkəmə hesab edir ki, iddia tələbi mənəvi ziyanın ödənilməsi hissəsində təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Adı çəkilən Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məcəllənin 81-ci maddəsinə görə isə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Həmin məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Göstərilən qanunvericilik aktı normalarına əsasən məhkəmə həmçinin hesab edir ki, məhkəmə xərcləri iddianın təmin edilmiş hissələrinə müvafiq olaraq tərəflərə aid edilməli olduğundan, şəhid ailələri dövlət rüsumu ödəməkdən azad olduqarı üçün, məhkəmə xərcinə daxil olan dövlət rüsumu cavabdehlərə aid edilməli və buna görə də cavabdehlərdən müştərək qaydada iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq 90 (doxsan) manat dövlət rüsumu alınaraq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə (Qəbələ rayon məhkəməsinə) ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. İş materiallarına əlavə edilmiş xx.xx.2025-ci il tarixli Mədaxil Qəbzinin surətindən görünür ki, İddiaçı tərəfindən hüquqi xidmətlərin göstərilməsinə görə vəkil X1 150 manat pul ödənilmişdir. Məhkəmə iddia tələbini hüquqi yardıma görə çəkilmiş 150 manat xərcin cavabdehlərdən tutulmasını əsaslı və qanuni hesab edir. Beləliklə, məhkəmə iddianı qismən əsaslı hesab edib hesab edir ki, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada 7000 manat məbləğində pul və 150 (bir yüz əlli) manat vəkil xidmət haqqı alınaraq İddiaçı ödənilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 119, 216- 220 və 222.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia tələbi qismən təmin edilsin. Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada 7000 manat məbləğində pul və 150 (bir yüz əlli) manat vəkil xidmət haqqı alınaraq İddiaçı ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 90 (doxsan) manat dövlət rüsumu müştərək qaydada alınaraq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə (Qəbələ rayon məhkəməsinə) ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Abbas Əliyev
Məhkəmə qərarları › İş №e-2(025)-1060/2025
Qəbələ Rayon Məhkəməsi Qətnamə — İş №e-2(025)-1060/2025
14.08.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver