Azərbaycan Respublikası adından QƏTNAMƏ Qəbələ şəhəri İş № e-2(025)-1064/2025 16.10.2025 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ İddiaçı cavabdehlər, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 Astan oğluna qarşı “maddi zərərin ödənilməsi” tələbinə dair mülki iş üzrə (Açar sözlər: mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələri, maddi zərərin ödənilməsi) Qəbələ Rayon Məhkəməsi Qənbərov Ülvi Oktay oğlunun sədrliyi, Məmmədova Gülanə Elmdar qızının katibliyi, İddiaçı və nümayəndəsi Vəkil, cavabdehlər, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 Astan oğlunun iştirakı ilə, İddiaçı cavabdehlər, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 Astan oğluna qarşı maddi zərərin ödənilməsi tələbi barədə iddiasına dair işə baxaraq MÜƏYYƏNETDİ: İddiaçı cavabdehlər, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 Astan oğluna qarşı maddi zərərin ödənilməsi tələbi barədə iddia qaldırıb Cavabdeh1 məxsus olan Qəbələ şəhəri, E.Kərimov küçəsində fəaliyyət göstərən avtomobil təmiri sexinə təmir məqsədilə təhvil verilmiş mülkiyyətində olan «VAZ 21074 Minik» markalı ** RH *** dövlət nömrə nişanlı avtomobilin yanması səbəbindən yararsız vəziyyətə düşməsi nəticəsinə ona 4500,0 manat məbləğində maddi zərər dəydiyini göstərərək həmin məbləğin və 65,0 manat dövlət rüsumunun cavabdeh tərəfdən tutularaq xeyrinə ödənilməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini müdafiə edərək izahatında göstərmişdir ki, 2024-cü ilin mart ayında özünə məxsus olan yol nəqliyyat hadisəsi nəticəsində yararsız hala düşmüş «VAZ 21074 Minik » markalı ** RH *** dövlət nömrə nişanlı avtomobili təmir məqsədilə Cavabdeh1 məxsus olan Qəbələ şəhəri, E.Kərimov küçəsində fəaliyyət göstərən avtomobil təmiri sexinə aparmış və ilk növbədə dəmirqayırma işlərini görməkdən ötrü Cavabdeh3 təhvil vermişdir. Cavabdeh3 deformasiya olunmuş dəmir hissələrin bərpa işlərini gördükdən sonra avtomobil Cavabdeh4 Astan oğlu tərəfindən rənglənmiş və son quraşdırma işləri görülməsindən ötrü xx.xx.2024-cü il tarixdə Cavabdeh2 təhvil verilmişdir. xx.xx.2024-cü il tarixdə həmin avtomobil təmiri sexində baş vermiş yanğın nəticəsində ona məxsus olan «VAZ 21074 Minik» markalı ** RH *** dövlət nömrə nişanlı avtomobil tamamilə yanaraq yararsız hala düşmüş və ona 4500,0 manat məbləğində maddi zərər dəymişdir. Cavabdeh1 yanğın hadisəsinin ildırım boşalması nəticəsində baş verdiyini bildirərək ona dəymiş maddi zərəri ödəməkdən imtina etmişdir. AR FHN tərəfindən aparılmış araşdırma nəticəsində yanğın hadisəsinin bilavasitə texniki səbəbi taplmasa da ildırım boşalması nəticəsində baş vermədiyi müyəyyən edilmişdir. Cavabdeh1 məxsus olan Qəbələ şəhəri, E.Kərimov küçəsində fəaliyyət göstərən avtomobil təmiri sexində mühafizə olmamış və yanğın təhlükəsizliyi sistemi qurulmamışdır. Ona görə də, Qəbələ şəhəri, E.Kərimov küçəsində fəaliyyət göstərən avtomobil təmiri sexinə təmir məqsədilə təhvil verilmiş mülkiyyətində olan «VAZ 21074 Minik» markalı ** RH *** dövlət nömrə nişanlı avtomobilin yanması səbəbindən yararsız vəziyyətə düşməsi nəticəsinə ona dəymiş 4500,0 manat məbləğində maddi zərərin cavabdehlər, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 Astan oğlunun hesabına müştərək qaydada ödənilməsi haqqında iddia qaldırmışdır. Cavabdeh1 iddia tələbini qəbul etməyərək izahatında göstərmişdir ki, Qəbələ şəhəri, E.Kərimov küçəsində fəaliyyət göstərən avtomobil təmiri sexi ona məxsusdur və görülən işlərin xarakterinə görə uyğunlaşdırılmış hər biri 20 kv/m olan hissələrə (bokslar halında) bölünərək ayda 50,0 manat haqq müqabilində doqquz nəfərinn icarəsinə verilmişdir. İcarədarların hər biri ilə aralarında İcarə müqaviləsi bağlanmış, müqavilə tərəfləri ayrı-ayrılıqda vergi orqanında qeydiyyata alınaraq fərdi qaydada sahibkarlıq fəaliyyəti ilə məşğul olmuşdur. Cavabdeh2 (Çilingər), Cavabdeh3 (Dəmirçi) və Cavabdeh4 Astan oğlu (Rəngsaz) hər biri ona məxsus olan həmin avtomobil təmiri sexinin bir boksunu icarəyə götürmüş və təmirə gətirilən avtomobil sahibləri tərəfindən ona tapşırılan işləri şifahi müqavilə əsasında öz məsuliyyəti ilə yerinə yetirmişdir. 2024-cü ilin mart ayında İddiaçı məxsus olan «VAZ 21074 Minik » markalı ** RH *** dövlət nömrə nişanlı avtomobil ona məxsus olan Qəbələ şəhəri, E.Kərimov küçəsində fəaliyyət göstərən avtomobil təmiri sexinə gətirilmiş və ilk növbədə dəmirqayırma işlərini görməkdən ötrü Cavabdeh3 təhvil verilmişdir. Cavabdeh3 deformasiya olunmuş dəmir hissələrin bərpa işlərini gördükdən sonra avtomobil Cavabdeh4 Astan oğlu tərəfindən rənglənmiş və son quraşdırma işləri görülməsindən ötrü xx.xx.2024-cü il tarixdə Cavabdeh2 təhvil verilmişdir. Həmin gün hava şəraiti tutqun olduğundan avtomobil boyanın korlanmaması üçün İddiaçı təkidi ilə Əhməd Eminovun işlədiyi boksa salınmışdır. İş vaxtı başa çatandan sonra həmişə olduğu kimi Elektrik Şiti qapanaraq sexə elektrik enerjisi verilişi dayandırılmış və qapılar bağlanaraq ərazi tərk edilmişdir. Sexdə müşahidə kameraları quraşdırılmış və zərurət olmadığından mühafizə qoyulmamışdır. xx.xx.2024-cü il tarixdə, saat 00-45 radələrində ildırım boşalması səbəbindən sexin tavan-dam ötrüyündə yangın olmuş, sexin bəzi hissələri və içindəki avadanlıqlar yanaraq həm ona, həm də icarədarlara maddi zərər dəymişdir. Yangın nəticəsində bokslardan birində olan İddiaçı məxsus «VAZ 21074 Minik » markalı ** RH *** dövlət nömrə nişanlı avtomobil tamamilə yanaraq yararsız hala düşmüşdür. Avtomobilin yanması onun və icarədarların təqsirindən deyil, təbii fəlakət səbəbindən baş verdiyindən iddia tələbi əsassız hesab edilməlidir. Cavabdeh3 iddia tələbini qəbul etməyərək izahatında göstərmişdir ki, o, Cavabdeh1 məxsus olan Qəbələ şəhəri, E.Kərimov küçəsində fəaliyyət göstərən avtomobil təmiri sexinin sahəsi 20 kv/m olan bir boksunu icarəyə götürmüş və vergi orqanında qeydiyyata alınaraq (VÖEN: **********) fərdi qaydada sahibkarlıq fəaliyyəti ilə məşğul olmuşdur. O, təmirə gətirilən avtomobil sahibləri tərəfindən ona tapşırılan dəmirqayırma işlərini şifahi müqavilə əsasında öz məsuliyyəti ilə yerinə yetirmiş və Cavabdeh1 hər ay 50,0 manat icarə haqqı ödəmişdir. 2024-cü ilin mart ayında İddiaçı özünə məxsus olan «VAZ 21074 Minik» markalı ** RH *** dövlət nömrə nişanlı avtomobili sexə gətirilmiş və ilk növbədə deformasiya olunmuş dəmir hissələrinin bərpa işlərini görməkdən ötrü ona təhvil vermişdir. Dəmirqayırma işləri görüldükdən sonra avtomobil İddiaçı tərəfindən rənglənməkdən ötrü Cavabdeh4 Astan oğluna verilmiş, rəngləndikdən sonra isə son quraşdırma işləri görülməsindən ötrü xx.xx.2024-cü il tarixdə Cavabdeh2 təhvil verilmişdir. Həmin gün hava şəraiti tutqun olduğundan avtomobil boyanın korlanmaması üçün İddiaçı təkidi ilə Əhməd Eminovun işlədiyi boksa salınmışdır. İş vaxtı başa çatandan sonra həmişə olduğu kimi Elektrik Şiti qapanaraq sexə elektrik enerjisi verilişi dayandırılmış və qapılar bağlanaraq ərazi tərk edilmişdir. xx.xx.2024-cü il tarixdə, saat 00:45 radələrində ildırım boşalması səbəbindən sexin tavan-dam ötrüyündə yangın olmuş, sexin bəzi hissələri və içindəki avadanlıqlar yanaraq həm içarəçiyə, həm də icarədarlara maddi zərər dəymişdir. Yangın nəticəsində bokslardan birində olan İddiaçı məxsus «VAZ 21074 Minik » markalı ** RH *** dövlət nömrə nişanlı avtomobil tamamilə yanaraq yararsız hala düşmüşdür. Avtomobilin yanması onun təqsirindən baş vermədiyindən iddia tələbi əsassız hesab edilməlidir. Cavabdeh4 Astan oğlu oğlu iddia tələbini qəbul etməyərək izahatında göstərmişdir ki, o, Cavabdeh1 məxsus olan Qəbələ şəhəri, E.Kərimov küçəsində fəaliyyət göstərən avtomobil təmiri sexinin sahəsi 20 kv/m olan bir boksunu icarəyə götürmüş və vergi orqanında qeydiyyata alınaraq (VÖEN: **********) fərdi qaydada sahibkarlıq fəaliyyəti ilə məşğul olmuşdur. O, təmirə gətirilən avtomobil sahibləri tərəfindən ona tapşırılan rəngləmə işlərini şifahi müqavilə əsasında öz məsuliyyəti ilə yerinə yetirmiş və Cavabdeh1 hər ay 50,0 manat icarə haqqı ödəmişdir. 2024-cü ilin mart ayında İddiaçı özünə məxsus olan «VAZ 21074 Minik» markalı ** RH *** dövlət nömrə nişanlı avtomobili sexə gətirmiş və ilk növbədə deformasiya olunmuş dəmir hissələrinin bərpa işlərini görməkdən ötrü Cavabdeh3 təhvil vermişdir. Dəmirqayırma işləri görüldükdən sonra avtomobil rənglənməkdən ötrü ona verilmiş, rəngləndikdən sonra isə İddiaçı tərəfindən son quraşdırma işləri görülməsindən ötrü xx.xx.2024-cü il tarixdə Cavabdeh2 təhvil verilmişdir. Həmin gün hava şəraiti tutqun olduğundan avtomobil boyanın korlanmaması üçün İddiaçı təkidi ilə Əhməd Eminovun işlədiyi boksa salınmışdır. İş vaxtı başa çatandan sonra həmişə olduğu kimi Elektrik Şiti qapanaraq sexə elektrik enerjisi verilişi dayandırılmış və qapılar bağlanaraq ərazi tərk edilmişdir. xx.xx.2024-cü il tarixdə, saat 00:45 radələrində ildırım boşalması səbəbindən sexin tavan-dam ötrüyündə yangın olmuş, sexin bəzi hissələri və içindəki avadanlıqlar yanaraq həm içarəçiyə, həm də icarədarlara maddi zərər dəymişdir. Yangın nəticəsində bokslardan birində olan İddiaçı məxsus «VAZ 21074 Minik » markalı ** RH *** dövlət nömrə nişanlı avtomobil tamamilə yanaraq yararsız hala düşmüşdür. Avtomobilin yanması onun təqsirindən baş vermədiyindən iddia tələbi əsassız hesab edilməlidir. Cavabdeh2 iddia tələbini qəbul etməyərək izahatında göstərmişdir ki, o, Cavabdeh1 məxsus olan Qəbələ şəhəri, E.Kərimov küçəsində fəaliyyət göstərən avtomobil təmiri sexinin sahəsi 20 kv/m olan bir boksunu icarəyə götürmüş və vergi orqanında qeydiyyata alınaraq ( VÖEN: **********) fərdi qaydada sahibkarlıq fəaliyyəti ilə məşğul olmuşdur. O, təmirə gətirilən avtomobil sahibləri tərəfindən ona tapşırılan quraşdırma işlərini şifahi müqavilə əsasında öz məsuliyyəti ilə yerinə yetirmiş və Cavabdeh1 hər ay 50,0 manat icarə haqqı ödəmişdir. 2024-cü ilin mart ayında İddiaçı özünə məxsus olan «VAZ 21074 Minik» markalı ** RH *** dövlət nömrə nişanlı avtomobili sexə gətirmiş və ilk növbədə deformasiya olunmuş dəmir hissələrinin bərpa işlərini görməkdən ötrü Cavabdeh3 təhvil vermişdir. Dəmirqayırma işləri görüldükdən sonra avtomobil rənglənməkdən ötrü Cavabdeh4 Astan oğluna verilmiş, rəngləndikdən sonra isə İddiaçı tərəfindən son quraşdırma işləri görülməsindən ötrü xx.xx.2024-cü il tarixdə ona təhvil verilmişdir. Həmin gün hava şəraiti tutqun olduğundan avtomobil boyanın korlanmaması üçün İddiaçı təkidi ilə Əhməd Eminovun işlədiyi boksa salınmışdır. İş vaxtı başa çatandan sonra həmişə olduğu kimi Elektrik Şiti qapanaraq sexə elektrik enerjisi verilişi dayandırılmış və qapılar bağlanaraq ərazi tərk edilmişdir. xx.xx.2024-cü il tarixdə, saat 00:45 radələrində ildırım boşalması səbəbindən sexin tavan-dam ötrüyündə yangın olmuş, sexin bəzi hissələri və içindəki avadanlıqlar yanaraq həm içarəçiyə, həm də icarədarlara maddi zərər dəymişdir. Yangın nəticəsində bokslardan birində olan İddiaçı məxsus «VAZ 21074 Minik » markalı ** RH *** dövlət nömrə nişanlı avtomobil tamamilə yanaraq yararsız hala düşmüşdür. Avtomobilin yanması onun təqsirindən baş vermədiyindən iddia tələbi əsassız hesab edilməlidir. İşdə olan AR İN DVX tərəfindən verilmiş Fiziki şəxsin uçotu haqqında şəhadətnamənin surətinə əsasən Cavabdeh1 xx.xx.2012-ci il tarixdə 10 saylı Ərazi Vergilər İdarəsi tərəfindən uçota (VÖEN: **********) alınmışdır. İşdə olan xx.xx.2023-cü il tarixli 01 nömrəli İcarə müqaviləsinin surətinə əsasən Cavabdeh1 məxsus olan Qəbələ şəhəri, E.Kərimov küçəsində fəaliyyət göstərən avtomobil təmiri sexinin 20 kv/m sahəsi ayda 50 manat icarə haqqı ödənilməsi şərti ilə 5 il müddətinə Cavabdeh4 Astan oğlunun ( VÖEN: **********) istifadəsinə verilmişdir. İşdə olan xx.xx.2024-cü il tarixli 06 nömrəli İcarə müqaviləsinin surətinə əsasən Cavabdeh1 məxsus olan Qəbələ şəhəri, E.Kərimov küçəsində fəaliyyət göstərən avtomobil təmiri sexinin 20 kv/m sahəsi ayda 50 manat icarə haqqı ödənilməsi şərti ilə 5 il müddətinə Cavabdeh2 ( VÖEN: **********) istifadəsinə verilmişdir. İşdə olan xx.xx.2023-cü il tarixli 03 nömrəli İcarə müqaviləsinin surətinə əsasən Cavabdeh1 məxsus olan Qəbələ şəhəri, E.Kərimov küçəsində fəaliyyət göstərən avtomobil təmiri sexinin 20 kv/m sahəsi ayda 50 manat icarə haqqı ödənilməsi şərti ilə 5 il müddətinə Cavabdeh3 (VÖEN: **********) istifadəsinə verilmişdir. İşdə olan AC ******* nömrəli Qeydiyyat şəhadətnaməsinin surətinə əsasən 2008-ci ildə buraxılmış VAZ 21074 Minik» markalı ** RH *** dövlət nömrə nişanlı avtomobil xx.xx.2017-ci il tarixdə İddiaçı adına qeydiyyata alınmışdır. İşdə olan xx.xx.2025-ci il tarixli “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” Qərarın surətinə əsasən xx.xx.2024-cü il tarixdə, saat 03:00 radələrində Cavabdeh1 məxsus olan Qəbələ şəhəri, E.Kərimov küçəsində fəaliyyət göstərən avtomobil təmiri sexində baş vermiş yanğın hadisəsi ilə əlaqədar AR FNN Əməliyyat-İstintaq İdarəsi tərəfindən aparılan araşdırma nəticəsində müəyyən edilmişdir: *Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi Yanında Milli hidrometeorologiya Xidmətinin xx.xx.2024-cü il tarixli, 3-14-2012 H 97-3/2024 nömrəli məktubuna əlavə edilmiş xx.xx.2024-cü il tarixli Qəbələ rayonu ərazisində müşahidə olunmuş hava şəraiti haqqında arayışa əsasən hava tutqun, buludlu (8/8), meteoroloji görünüş məsafəsi 4-10 km, havanın orta temperaturu 22,0 C, minimal temperaturu 16,6 C maksimal temperaturu 28,8 C cənub istiqamətli küləyin maksimal sürəti 8 m/san (5 bal) olmuşdur. 12.06..2024-cü il tarixində gecə saatlarında ildırımla müşayiət olunan yağış və leysan xarakterli yağış yağmış, yağıntının miqdarı 72,9 mm qeydə alınmışdır; *Azərbaycan Respublikası Fövqəladə Hallaı Nazirliyi Əməliyyat-istintaq İdarəsinə xx.xx.2024-cü il tarixdə daxil olmuş, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli, 3-16-16/2-9/5765/2024 nömrəli məhkəmə əmtəəşünaslıq ekspertinin rəyinə əsasən yanaraq sıradan çıxmış 2006-cı il buraxılışlı, “VAZ 21074” markalı, **-RH-*** dövlət nömrə nişanlı minik avtomobilinin təyinatı üzrə istifadəyə tam yararlı (normal) vəziyyətdə orta bazar qiyməti nəzəri qaydada təxminən 4500,00 (dörd min beş yüz) manat müəyyən olunmuşdur; *Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Əməliyyat-İstintaq İdarəsinə xx.xx.2024cü il tarixdə daxil olmuş, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli, 3-16-16/2-10/5580 nömrəli məhkəmə yanğın-texniki ekspertinin rəyinə əsasən Qəbələ şəhəri, E.Kərimov küçəsində yerləşən avtomobil təmiri sexində baş vermiş yanğının mənbəyi, sexin tavan-dam hissəsində olmuşdur. Baxış zamanı mənbə zonasında yanğını şərtləndirə bilən hər hansı istilik ixrac edə bilən texniki qurğuların, yaxud ildırım boşalması üçün xarakterik olan iz və əlamətlərin aşkar edilmədiyini nəzərə aldıqda yanğın hadisəsinin bilavasitə texniki səbəbini müəyyən etmık mümkün olmamışdır; *Hadisə yerinə keçirilmiş baxış protokolu, alınmış izahatlarla, ekspert rəyi və araşdırma zamanı toplanmış digər sənədlərə əsasən xx.xx.2024-cü il tarixdə, saat 03:00 radələrində Qəbələ şəhəri, E.Kərimov küçəsində yerləşən, Cavabdeh1 məxsus avtomobillərin təmiri sexinin tavan-dam hissəsinə təbiət hadisəsi olan ildırım boşalmasının düşməsindən yanğın hadisəsi baş vermişdir. AR MPM-nin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab edilir. Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Məhkəmədə tədqiq olunmuş sübutlara əsasən müəyyən edilmişdir ki, xx.xx.2024-cü il tarixdə, saat 03:00 radələrində Cavabdeh1 məxsus olan Qəbələ şəhəri, E.Kərimov küçəsində fəaliyyət göstərən avtomobil təmiri sexi təbiət hadisəsi olan ildırım boşalması ilə əlaqədar tavandam hissəsində baş vermiş yanğın nəticəsində yanmışdır. Yangın nəticəsində İddiaçı məxsus olan «VAZ 21074 Minik » markalı ** RH *** dövlət nömrə nişanlı avtomobilin tamamilə yanması ilə əlaqədar 4500,0 manat məbləğində maddi zərər dəymişdir. AR Mülki Məcəlləsinin 14.1-ci maddəsinə əsasən mülki hüquqlar və vəzifələr qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Həmin Məcəllənin 14.2.6-cı maddəsinə əsasən başqa şəxsə zərər vurulması mülki hüquqlar və vəzifələr yaradır. Həmin Məcəllənin 21.1 maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzininin tam ödənilməsini tələb edə bilər. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd ( mülki qanunvericiliyin normalarını pozan) əməldir ( hərəkət və ya hərəkətsizlikdir) Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Həmin Məcəllənin 1097.3-cü maddəsinə əsasən qanunla zərərvuranın təqsiri olmadıqda da (obyektiv surətdə hüquqa zidd əməl üçün) zərərin əvəsinin ödənilməsi nəzərdə tutula bilər. Məhkəmə tədqiq olunmuş sübutlara qiymət verərək hesab edir ki, xx.xx.2024-cü il tarixdə Cavabdeh1 məxsus olan Qəbələ şəhəri, E.Kərimov küçəsində fəaliyyət göstərən avtomobil təmiri sexində baş vermiş yanğın konkret bir şəxsin təqsirindən baş verməmişdir və təbiət hadisəsi olan ildırım boşalması ilə əlaqədar olduğundan obyektiv surətdə hüquqa zidd əməl hesab edilmir. Ona görə də, həmin vaxt sexdə saxlanmış «VAZ 21074 Minik» markalı ** RH *** dövlət nömrə nişanlı avtomobilin yanaraq yararsız vəziyyətə düşməsi nəticəsinə İddiaçı dəymiş maddi zərər cavabdeh tərəfdən tələb oluna bilməz. Yuxarıda qeyd olunanlara əsasən Azərbaycan Respublikası MPM-nin 216, 220, 227, 233, 357 və 360-cı maddələrini rəhbər tutaraq QƏTETDİ: İddia tələbi təmin edilməsin. Qətnamədən 1 (bir) ay müddətində Qəbələ rayon məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Ülvi Qənbərov.
Məhkəmə qərarları › İş №e-2(025)-1064/2025
Qəbələ Rayon Məhkəməsi Qətnamə — İş №e-2(025)-1064/2025
16.10.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver