Azərbaycan Respublikası adından QƏTNAMƏ Qəbələ şəhəri İş № e-2(025)-1079/2024 26.09.2024 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin cavabdeh (mərhum) X3 vərəsələri Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı “ölmüş şəxsin kredit borcunun mirası qəbul etmiş vərəsələrdən tutulması” tələbinə dair mülki iş üzrə (Açar sözlər: kredit üzrə mübahisələr, kredit borcu tələbi) Hakim Əliyev Abbas Baba oğlunun sədrliyi, Əbdürəhimova Fəridə Arif qızının katibliyi, Cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 iştirakları ilə İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin cavabdeh (mərhum) X3 vərəsələri Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı “ölmüş şəxsin kredit borcunun mirası qəbul etmiş vərəsələrdən tutulması” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti cavabdeh (mərhum) X3 vərəsələri Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı “ölmüş şəxsin kredit borcunun mirası qəbul etmiş vərəsələrdən tutulması” tələbinə dair məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, cavabdehlər Cavabdeh4, Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 iddiaçı "xxxx" ASC-nin xeyrinə xx.xx.2023-cü il tarixli, BPM**********04 saylı kredit müqaviləsinə əsasən 5,011.78 manat əsas borc olmaqla, cəmi 5,011.78 manat məbləğində kredit borcunun, ödənilmiş 70.12 (yetmiş manat 12 qəpik) manat dövlət rüsumunun və 0,4 (qırx qəpik) manat xidmət haqqının tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İşin faktiki halları: İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" ASC-nin Qəbələ filialı ilə X5 arasında bağlanmış xx.xx.2023-cü il tarixli BPM**********04 saylı kredit müqaviləsinə əsasən X4 41 ay müddətinə illik 23 faiz olmaqla 5650 (beş min altı yüz əlli) manat məbləğində nağd kredit verilmişdir. X1 xx.xx.2023-cü il tarixdə vəfat etmişdir. Qəbələ regional ASAN xidmət mərkəzində Notariat Ofisinin xx.xx.2024-cü il tarixli 690 saylı məktubu ilə müəyyən edilmişdir ki, mərhum X3 adına vərəsəlik işi açılmış və qanun üzrə vərəsələri Cavabdeh4, Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 olduğu müəyyən edilmişdir. Bankın “Qəbələ” filialı tərəfindən təqdim edilmiş maliyyə arayışa əsasən, X3 xx.xx.2023-cü il tarixli BPM**********04 saylı kredit müqaviləsinə əsasən 5,011.78 manat əsas borc olmaqla cəmi 5,011.78 manat məbləğində borcu qalmışdır. Cavabdehlər, mərhum X2 qalmış mirası qəbul etməsinə baxmayaraq ona çatan miras payı həcmində miras qoyanın "xxxx" ASC qarşısında olan öhdəliyini icra etməmişdir. Mübahisənin məhkəmədən kənar həlli üçün iddiaçı tərəf səy göstərsə də, cavabdeh öz öhdəliyini bu günədək tam şəkildə yerinə yetirməmişdir. Məhkəmə icraatı iştirakçılarının iştirakı və izahatları: İddiaçı "xxxx" ASC-nə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, iddiaçının nümayəndəsi məhkəmə iclasına gəlməmiş, lakin məhkəməyə ərizə göndərərək iddia tələbini müdafiə etdiklərini, məhkəmə iclaslarının onların iştirakı olmadan keçirilməsini xahiş etmişdirlər. Odur ki, məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinin tələblərinə uyğun olaraq işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Məhkəmə iclasında Cavabdeh2 iddianı qəbul edərək izahatında göstərdi ki, mərhum X5 onun anasıdır. Axırıncı dəfə kredit alan zaman cəmi 700 manat alınmışdır. Lakin əvvəlki kreditlərini ödəyə bilmədiklərindən kreditlərini yeniləmişlər. Ona görə 5,011.78 manat olmuşdur. Hal-hazırda krediti tam şəkildə ödəməyə imkanları çatmır. Bank tərəfindən qrafik verilərsə hissə-hissə ödəyəcəklər. Məhkəmə iclasında Cavabdeh4 iddianı qəbul edərək göstərdi ki, mərhum Kifayət Əhmədova həyat yoldaşı olmuşdur. Hal-hazırda aldığı pensiya ilə öz müalicəsini etməkdə, dərmanlarını almaqda çətinlik. Belə ki, ürəyindən əməliyyat olmuşdur. Məhkəmədən ədalətli qərar qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında Cavabdeh3 iddianı qəbul edərək, məhkəmədən ədalətli qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, Cavabdeh1 məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən Cavabdeh1 iştirakı olmadan mülki işə baxılmasını mümkün hesab edir. Məhkəmə cavabdehlərin izahatlarını dinləyib, iş üzrə təqdim olunmuş sübutları məcmu halında hərtərəfli, tam və obyektiv araşdırıb qiymətləndirərək hesab edir ki, iddia aşağıdakı əsaslara görə təmin edilməlidir. Mülki işdə olan sənədlər: İş üzrə təqdim olunmuş sübutlardan görünür ki, iddiaçı "xxxx" ASC ilə X5 (sonradan kredit müqaviləsinə uyğun borcalan) arasında bağlanan xx.xx.2023-cü il tarixli, BPM**********04 saylı kredit müqaviləsinə əsasən sonuncuya 41 ay müddətinə illik 23 faiz dərəcəsi ilə 5650 (beş min altı yüz əlli) manat məbləğində kredit verilmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli, BPM**********04 saylı kredit müqaviləsinə 1 saylı əlavədən görünür ki, borcalan X5 5650 (beş min altı yüz əlli) manat məbləğini illik 23%-lə, 41 ay müddətinə aylıq 200,23 manat, sonuncu ay isə 199,59 manat annuitetlə ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan xx.xx.2024-cü il tarixli maliyyə arayışından görünür ki, X3 xx.xx.2024-cü il tarixə xx.xx.2023-cü il tarixli, BPM**********04 saylı kredit müqaviləsi üzrə 5,011.78 manat məbləğində borcu vardır. İş materiallarında olan Qəbələ rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, AZ-İİ seriyalı, 378045 nömrəli «Ölüm haqqında şəhadətnamə»nin surətindən görünür ki, X5 “beyindaxili çox lokalizasiyalı qansızma” xəstəliyindən xx.xx.2023-cü il tarixdə Qəbələ rayonunda vəfat etmiş, bu barədə ölüm haqqında akt qeydləri kitabında xx.xx.2023-cü ildə 398 nömrə ilə qeyd edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Qəbələ Regional “ASAN xidmət” mərkəzində notariat ofisindən Azərbaycan Beynalxalq bankı problemli kreditlərlə iş departamentinin direktoru Nümayəndə2 02 mart 2024-cü il tarixdə ünvanlanmış 690 saylı məktubda xx.xx.2023-cü il tarixdə vəfat etmiş Cavabdeh3 adına açılmış 475 reyesrt nömrəli və xx.xx.2023-cü il tarixli vərəsəlik işi üzrə vərəsələri Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh1 olduğu göstərilmişdir. İş materiallarında olan "xxxx" ASC-nin Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh1 xx.xx.2024-cü il tarixdə ünvanladığı “kredit müqaviləsi üzrə borcun qaytarılması tələbinə dair bildiriş”in surətindən görünür ki, "xxxx" ASC-nin “Qəbələ” filialı ilə X5 arasında bağlanmış xx.xx.2023-cü il tarixli, BPM**********04 saylı kredit müqaviləsinə əsasən bank tərəfindən sonuncuya 41 ay müddətinə 5650 manat məbləğində kredit verildiyi onların nəzərinə çatdırılmaqla həmin kredit müqaviləsi üzrə yaranmış 5,011.78 manat məbləğində borcun ödənilməsi tələb edilmişdir. Bildirişdə borc məbləği könüllü şəkildə ödənilmədiyi təqdirdə məhkəməyə müraciət ediləcəyi onlara bildirilmişdir. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 443.1-ci maddəsinə əsasən öhdəliyi icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməlidir. 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 445.2.1-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. 448.2-ci maddəsinə görə borclu öz öhdəliklərinin hər bir pozuntusu üçün məsuliyyət daşıyır. 1306-cı maddəsinə əsasən, vərəsələr miras qoyanın mövcud olan və onun ölümü ilə xitam olunmayan bütün öhdəlikləri üzrə qəbul etdikləri miras əmlakdakı paylarına mütənasib surətdə birgə borclu kimi məsuliyyət daşıyırlar. 1146-cı maddəsinə əsasən miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır. 1255-ci maddəsinə əsasən qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1 və 1306-cı maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 04 iyun 2018-ci il tarixli qərarı Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. 81-ci maddəsinə görə isə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi: Mülki işin materiallarından göründüyü kimi, "xxxx" ASC ilə X5 arasında bağlanan xx.xx.2023-cü il tarixli, BPM**********04 saylı kredit müqaviləsinə əsasən sonuncuya 41 ay müddətinə illik 23 faiz dərəcəsi ilə 5650 (beş min altı yüz əlli) manat məbləğində nağd kredit verilmişdir. Borcalan 5650 (beş min altı yüz əlli) manat krediti kredit müqaviləsinə əlavədə göstərilən hər ay 200,23 manat, sonuncu ay isə 199,59 manat annuitetlə ödəməyi öhdəsinə götürmüşdür. X5 “beyindaxili çox lokalizasiyalı qansızma” xəstəliyindən xx.xx.2023-cü il tarixdə vəfat etmişdir. Mülki işin məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, X5 xx.xx.2023-cü il tarixdə vəfat etmişdir. Qəbələ regional ASAN xidmət mərkəzində Notariat Ofisinin xx.xx.2024-cü il tarixli 690 saylı məktubu ilə mərhum X3 adına vərəsəlik işi açılmış və qanun üzrə vərəsələri Cavabdeh4, Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 olduğu müəyyən edilmişdir. İşdə olan xx.xx.2024-cü il tarixli maliyyə arayışından göründüyü kimi X3 xx.xx.2024cü il tarixə xx.xx.2023-cü il tarixli, BPM**********04 saylı kredit müqaviləsi üzrə 5,011.78 manat məbləğində borcu vardır. Buna görə də "xxxx" ASC Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh1 xx.xx.2024-cü il tarixdə ünvanladığı “kredit müqaviləsi üzrə borcun qaytarılması tələbinə dair bildiriş” ünvanlyaraq bildirişdə "xxxx" ASC-nin “Qəbələ” filialı ilə X5 arasında bağlanmış xx.xx.2023-cü il tarixli, BPM**********04 saylı kredit müqaviləsinə əsasən bank tərəfindən sonuncuya 41 ay müddətinə 5650 manat məbləğində kredit verildiyi onların nəzərinə çatdırılmaqla həmin kredit müqaviləsi üzrə yaranmış 5,011.78 manat məbləğində borcun ödənilməsi tələb edilmişdir. Həmin bildirişdə borc məbləği könüllü şəkildə ödənilmədiyi təqdirdə məhkəməyə müraciət ediləcəyi onlara bildirilmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1 və 1306-cı maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 04 iyun 2018-ci il tarixli qərarında qeyd olunur ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470, 472-ci, eləcə də 1146, 1255 və 1306-cı maddələrinə uyğun olaraq, borclunun ölümündən sonra, ilk növbədə, mirası qəbul etmiş vərəsələr miras açıldığı gündən onlara çatan miras payı həcmində miras qoyanın kreditorları qarşısında bigrə məsuliyyət daşıyırlar. Miras qoyanın kreditorları tərəfindən vərəsələrə qarşı öhdəliyin icrası tələbi irəli sürülərkən, mirasın qəbulu ilə bağlı qanunvericilikdə müəyyən edilmiş müddətlər nəzərə alınmalıdır. Vərəsələr və zamin borclu öldükdən sonra əsas borcdan əlavə, faiz borcuna görə də məsuliyyət daşıyırlar. Borclunun təqsirli hərəkətləri nəticəsində öhdəlik icra edilmədiyi və ya lazımınca icra edilmədiyi halda hesablanmış dəbbə pulunun ödənilməsi ilə bağlı tələb kreditor tərəfindən bu Qərarın təsvirici-əsaslandırıcı hissəsində əks olunmuş qaydada vərəsələr və ya zaminə qarşı irəli sürülə bilər. Vərəsələr və ya zaminin təqsirli hərəkətləri nəticəsində öhdəlik icra edilmədiyi və ya lazımınca icra edilmədiyi təqdirdə kreditor dəbbə pulunun ödənilməsini bu hərəkətləri törətmiş şəxsdən tələb edə bilər. Qanunvericiliyin şərh olunan müddəalarını və işin məlum hallarını sistematik təhlil edərək və nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi X3 vərəsələri olan, hazırkı iş üzrə cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh1 münasibətdə qanuni və əsaslıdır. Belə ki, yuxarıda da qeyd olunduğu kimi mərhum X3 vərəsələri Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh1 olması müəyyən edilmişdir. Bu mənada hazırkı mübahisənin hüquqi və faktiki halları baxımından (mərhum) X3 vərəsələri Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh1 kreditor (iddiaçı) qarşısında məsuliyyət daşıyırlar və kredit müqaviləsi üzrə əsas borc onlardan tutulmalıdır. Mülki iş üzrə çəkilmiş məhkəmə xərcləri Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli, yəni iddia təmin olduğundan hazırkı iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş və tələb edilən 70,12 (yetmiş manat on iki qəpik) manat dövlət rüsumu və 0,4 (qırx qəpik) manat xidmət haqqı cavabdehlərdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Adı çəkilən Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məcəllənin 81-ci maddəsinə görə isə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Həmin məcəllənin 217.4 maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə iddia ərizəsinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək, belə nəticəyə gəlir ki, iddia təmin edilməli, cavabdeh (mərhum) X3 vərəsələri Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 xx.xx.2023-cü il tarixli, BPM**********04 saylı kredit müqaviləsinə əsasən 5,011.78 manat əsas borc, 70,12 manat dövlət rüsumu və 0,40 (qırx qəpik) manat xidmət haqqı, cəmi 5082,3 (beş min səksən iki manat otuz qəpik) manat pul iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 119, 216-220 və 222.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia təmin edilsin. Cavabdeh (mərhum) X3 vərəsələri Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 xx.xx.2023-cü il tarixli, BPM**********04 saylı kredit müqaviləsinə əsasən 5,011.78 manat əsas borc, 70,12 manat dövlət rüsumu və 0,40 (qırx qəpik) manat xidmət haqqı, cəmi 5082,3 (beş min səksən iki manat otuz qəpik) manat pul iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulsun. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Abbas Əliyev
Məhkəmə qərarları › İş №e-2(025)-1079/2024
Qəbələ Rayon Məhkəməsi Qətnamə — İş №e-2(025)-1079/2024
26.09.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver