Məhkəmə qərarları › İş №e-2(025)-1091/2023

Qəbələ Rayon Məhkəməsi Qərardad — İş №e-2(025)-1091/2023

16.08.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Qəbələ şəhəri İş № e-2(025)-1091/2023 16.08.2023 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Abbas Baba oğlunun sədrliyi, Əbdürəhimova Fəridə Arif qızının katibliyi, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə3 və Cavabdeh iştirakları ilə İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin cavabdeh (mərhum) X1 vərəsəsi Cavabdeh qarşı “kredit müqaviləsi üzrə borcun tutulması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti cavabdeh (mərhum) X1 vərəsəsi Cavabdeh qarşı “kredit müqaviləsi üzrə borcun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh iddiaçı "xxxx" ASC-nin xeyrinə BPM**********83 nömrəli, xx.xx.2020-ci il tarixli kredit müqaviləsinə əsasən nağd kredit üzrə 134,88 manat əsas borc olmaqla, cəmi 134,88 manat məbləğində kredit borcunun, ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun və 0,4 (qırx qəpik) manat xidmət haqqının tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə3 məhkəməyə ərizə ilə müraciət edərək, cavabdehin borcunu tam bağladığını, mülki işin işin baxılmamış saxlanılmasını və dövlət rüsumunun geri qaytarılmasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh banka olan borcunu tam olaraq bağladığını, bu səbəbdən mülki işin baxılmamış saxlanılmasına etiraz etmədiyini bildirdi. Məhkəmə iddiaçının nümayəndəsinin ərizəsini nəzərə alıb, iddiaçının və cavabdehin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq belə nəticəyə gəlir ki, ərizə əsaslı olduğundan təmin edilməli, mülki iş baxılmamış saxlanılmalı, iddia ərizəsinə əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.11-ci maddəsinə əsasən iddiaçı ərizəsinin qaytarılması barəsində ərizə verdikdə, cavabdeh isə işin mahiyyəti üzrə həll edilməsini tələb etmədikdə, iddia ərizəsi baxılmamış saxlanılır. Məhkəmə hesab edir ki, yuxarıda qeyd edilən hallar iddia ərizəsinin baxılmamış saxlanılması üçün əsasdır. X2 Azərbaycan Respublikasının qanununun 5.1.2. ərizələr (şikayətlər) qaytarıldıqda və ya ərizə baxılmamış saxlanıldıqda, habelə notariat əməliyyatlarının icrasından imtina edildikdə ödənilmiş dövlət rüsumu geri qaytarılır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 114.1.5-ci maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə baxılmamış saxlanılarsa ödənilmiş dövlət rüsumu geri qaytarılır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 114.2-ci maddəsinə əsasən bu Məcəllənin 114.1.1-ci maddəsində nəzərdə tutulmuş hallarda dövlət rüsumunun artıq ödənilmiş hissəsi geri qaytarılır. Dövlət rüsumu Azərbaycan Respublikasının qanunları ilə nəzərdə tutulmuş digər hallarda da geri qaytarılır. Məhkəmə dövlət rüsumunun qaytarılması məsələsi barədə qərardad çıxarır, qərardadda dövlət rüsumunun tam və ya qismən qaytarılmasının əsasları göstərilir. Həmçinin məhkəmə qeyd edir ki, "xxxx" ASC tərəfindən cəmi 30,40 manat məbləğində pul “X3” vasitəsilə ödənilmiş, həmin puldan 30 manat dövlət rüsumu olmuş, 0,40 (qırx) qəpik isə xismət haqqı kimi tutulmuşdur. Göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, iddiaçı "xxxx" ASC tərəfindən Qəbələ Rayon Məhkəməsinə ödənilmiş 30 manat məbləğində dövlət rüsumu ona geri qaytarılmalıdır. Qeyd olunanlara və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 259.0.11, 114.1.5, 263-264, 267-268-ci maddələrinə əsaslanaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin cavabdeh (mərhum) X1 vərəsəsi Cavabdeh qarşı “kredit müqaviləsi üzrə borcun tutulması” tələbinə dairiddia ərizəsi baxılmamış saxlanılsın. İddiaçı "xxxx" ASC tərəfindən “X3” vasitəsilə dövlət büdcəsinə (Qəbələ Rayon Məhkəməsinə) ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu ona geri qaytarılsın. Qərardadın icrası dövlət rüsumunun "xxxx" ASC-yə geri qaytarılması hissəsində icra olunması üçün Qəbələ rayon İcra və probasiya şöbəsinə həvalə edilsin. Qərardadın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Qəbələ Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Abbas Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar