Məhkəmə qərarları › İş №e-2(025)-1092/2023

Qəbələ Rayon Məhkəməsi Qətnamə — İş №e-2(025)-1092/2023

16.08.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qəbələ şəhəri İş № e-2(025)-1092/2023 16.08.2023 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin cavabdeh (mərhum) X3 vərəsələri Cavabdeh2, Cavabdeh5, Cavabdeh1, Cavabdeh4 və Cavabdeh3 qarşı “ölmüş şəxsin kredit borcunun mirası qəbul etmiş vərəsələrdən tutulması” tələbinə dair mülki iş üzrə (Açar sözlər: kredit üzrə mübahisələr, kredit borcu tələbi) Hakim Əliyev Abbas Baba oğlunun sədrliyi, Əbdürəhimova Fəridə Arif qızının katibliyi, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə3, cavabdehlər Cavabdeh2 və Cavabdeh4 iştirakları ilə İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin cavabdeh (mərhum) X3 vərəsələri Cavabdeh2, Cavabdeh5, Cavabdeh1, Cavabdeh4 və Cavabdeh3 qarşı “ölmüş şəxsin kredit borcunun mirası qəbul etmiş vərəsələrdən tutulması” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti cavabbeh (mərhum) X3 vərəsələri Cavabdeh2, Cavabdeh5, Cavabdeh1, Cavabdeh4 və Cavabdeh3 qarşı “ölmüş şəxsin kredit borcunun mirası qəbul etmiş vərəsələrdən tutulması” tələbinə dair məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, cavabdehlər Cavabdeh2, Cavabdeh5, Cavabdeh1, Cavabdeh4 və Cavabdeh3 "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə BPM **********85 nömrəli, xx.xx.2018-ci il tarixli kredit müqaviləsinə əsasən kredit limiti üzrə 1,276.68 manat əsas borc olmaqla, cəmi 1,276.68 manat məbləğində kredit borcunun, ödənilmiş 32.77(otuz iki manat yetmiş yeddi qəpik) manat dövlət rüsumunun və 0,4 (qırx qəpik) manat xidmət haqqının tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İşin faktiki halları: İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı "xxxx" ASC-nin “Qəbələ” filialı ilə X4 arasında bağlanmış BPM **********85 nömrəli, xx.xx.2018-ci il tarixli kredit müqaviləsinə əsasən bank tərəfindən sonuncuya 60 ay müddətinə, illik 27 faiz dərəcəsi ilə hesablanmaqla 1760 (bir min yeddi yüz altmış) manat məbləğində nağd kredit verilmişdir.Tərəflər arasında bağlanmış kredit müqaviləsinin 12.2-ci bəndi ilə müəyyən edilmişdir ki, borcalan bu müqavilə ilə müəyyən edilmiş müddətdə kredit məbləğini və ona hesablanan faizləri ödəməlidir. X1 xx.xx.2020-ci il tarixdə vəfat etmişdir. Qəbələ regional “ASAN xidmət” mərkəzində Notariat Ofisinin xx.xx.2023-cü il tarixli 708 saylı məktubu ilə müəyyən edilmişdir ki, mərhum X3 adına vərəsəlik işi açılmış və qanun üzrə vərəsələri olan Cavabdeh2, Cavabdeh5, Cavabdeh1, Cavabdeh4 və Cavabdeh3 xx.xx.2021-ci il tarixli 38 reyestr nömrəli vərəsəlik işi üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Bankın “Qəbələ” filialı tərəfindən təqdim edilmiş maliyyə arayışına əsasən X3 vəfat etdiyi tarixə banka ödənilməmiş 1,276.68 manat əsas borc olmaqla, cəmi 1,276.68 manat məbləğində kredit borcu qalmışdır. Cavabdehlər mərhum X2 qalmış mirası qəbul etməsinə baxmayaraq ona çatan miras payı həcmində miras qoyanın "xxxx" ASC qarşısında olan öhdəliyini icra etməmişdir. Mübahisənin məhkəmədən kənar həlli üçün iddiaçı tərəf səy göstərsə də, cavabdehlər öhdəliklərini bu günədək tam şəkildə yerinə yetirməmişlər. Məhkəmə icraatı iştirakçılarının iştirakı və izahatları: Məhkəmə iclasında iddiaçı "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə3 iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verib, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh2 iddianı qəbul etməyərək göstərdi ki, mərhum əri X3 Azərbaycan Beynəlxalq Bankı» ASC-dən kredit almasından xəbəri vardır. Hazırda ailənin maddi vəziyyəti heç də yaxşı deyildir, yalnız ailə başçısının itirilməsinə görə maddi yardım alır. Cavabdeh4 əməliyyat olunmuşdur. Maddi vəziyyəti ilə bağlı olaraq krediti hissə-hissə ödəyə bilər. Məhkəmə iclasında Cavabdeh4 iddianı qəbul etməyərək Cavabdeh2 izahatındakı xüsusatları eynilə təsdiq etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdehlər Cavabdeh5, Cavabdeh1 və Cavabdeh3 məhkəmə iclasına gəlməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən cavabdehlər Cavabdeh5, Cavabdeh1 və Cavabdeh3 iştirakı olmadan mülki işə baxılmasını mümkün hesab edir. Məhkəmə iş üzrə təqdim olunmuş sübutları məcmu halında hərtərəfli, tam və obyektiv araşdırıb qiymətləndirərək hesab edir ki, iddia aşağıdakı əsaslara görə təmin edilməlidir. Mülki işdə olan sənədlər: İş üzrə təqdim olunmuş sübutlardan görünür ki, iddiaçı "xxxx" ASC ilə X4 (sonradan kredit müqaviləsinə uyğun borcalan) arasında bağlanan BPM **********85 nömrəli, xx.xx.2018ci il tarixli kredit müqaviləsinə əsasən sonuncuya 60 ay müddətinə illik 27 faiz dərəcəsi ilə 1760 (bir min yeddi yüz altmış) manat məbləğində kredit verilmişdir. İş materiallarında olan BPM **********85 nömrəli, xx.xx.2018-ci il tarixli kredit müqaviləsinə 1 saylı əlavədən görünür ki, borcalan X4 1760 (bir min yeddi yüz altmış) manat məbləğini illik 27%-lə, 60 ay müddətinə aylıq 53,8 manat, sonuncu ay isə 46,53 manat annuitetlə ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan xx.xx.2023-cü il tarixli maliyyə arayışından görünür ki, X3 xx.xx.2023-cü il tarixə BPM **********85 nömrəli, xx.xx.2018-ci il tarixli kredit müqaviləsi üzrə 1,276.68 manat məbləğində borcu vardır. İş materiallarında olan kassa məxaric orderinin surətindən görünür ki, X4 xx.xx.2018-ci il tarixdə 1760 manatı imza edərək qəbul etmişdir. İş materiallarında olan Qəbələ rayon Polis şöbəsi tərəfindən verilmiş AZE seriyalı, 07135024 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X4 xx.xx.1974-cü il tarixdə Qəbələ rayonu Kürd kəndində doğulmuş, Qəbələ rayonu Kürd kəndində qeydiyyatdadır. İş materiallarında olan Qəbələ rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli, AZ-İİ seriyalı, 137834 nömrəli «Ölüm haqqında şəhadətnamə»nin surətindən görünür ki, X4 “ağciyər emboliyası” xəstəliyindən xx.xx.2020-ci il tarixdə Qəbələ rayonunda vəfat etmiş, bu barədə ölüm haqqında akt qeydləri kitabında xx.xx.2020-ci ildə 489 nömrə ilə qeyd edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Qəbələ Regional “ASAN xidmət” mərkəzində notariat ofisindən Azərbaycan Beynalxalq bankı problemli kreditlərlə iş departamentinin direktoru Nümayəndə2 17 fevral 2023-cü il tarixdə ünvanlanmış 708 saylı məktubda xx.xx.2020-ci il tarixdə vəfat etmiş X3 adına açılmış 38 reyesrt nömrəli və xx.xx.2021-ci il tarixli vərəsəlik işi üzrə Cavabdeh2, Cavabdeh5, Cavabdeh1, Cavabdeh4 və Cavabdeh3 xx.xx.2021-ci il tarixli 2V-503 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verildiyi göstərilmişdir. İş materiallarında olan "xxxx" ASC-nin Cavabdeh2, Cavabdeh5, Cavabdeh1, Cavabdeh4 və Cavabdeh3 xx.xx.2023-cü il tarixdə ünvanladığı “kredit müqaviləsi üzrə borcun qaytarılması tələbinə dair bildiriş”in surətindən görünür ki, "xxxx" ASC-nin “Qəbələ” filialı ilə X4 arasında bağlanmış BPM **********85 nömrəli, xx.xx.2018-ci il tarixli kredit müqaviləsinə əsasən bank tərəfindən sonuncuya 60 ay müddətinə, illik 27 faiz dərəcəsi ilə hesablanmaqla 1760 (bir min yeddi yüz altmış) manat məbləğində kredit verildiyi onların nəzərinə çatdırılmaqla həmin kredit müqaviləsi üzrə yaranmış 1,276.68 manat məbləğində borcun ödənilməsi tələb edilmişdir. Bildirişdə borc məbləği könüllü şəkildə ödənilmədiyi təqdirdə məhkəməyə müraciət ediləcəyi onlara bildirilmişdir. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 443.1-ci maddəsinə əsasən öhdəliyi icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməlidir. 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 445.2.1-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. 448.2-ci maddəsinə görə borclu öz öhdəliklərinin hər bir pozuntusu üçün məsuliyyət daşıyır. 1306-cı maddəsinə əsasən, vərəsələr miras qoyanın mövcud olan və onun ölümü ilə xitam olunmayan bütün öhdəlikləri üzrə qəbul etdikləri miras əmlakdakı paylarına mütənasib surətdə birgə borclu kimi məsuliyyət daşıyırlar. 1146-cı maddəsinə əsasən miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır. 1255-ci maddəsinə əsasən qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1 və 1306-cı maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 04 iyun 2018-ci il tarixli qərarı Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. 81-ci maddəsinə görə isə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi: Mülki işin materiallarından göründüyü kimi, "xxxx" ASC ilə X4 arasında bağlanan BPM **********85 nömrəli, xx.xx.2018-ci il tarixli kredit müqaviləsinə əsasən sonuncuya 60 ay müddətinə illik 27 faiz dərəcəsi ilə 1760 (bir min yeddi yüz altmış) manat məbləğində nağd kredit verilmişdir. Borcalan 1760 (bir min yeddi yüz altmış) manat krediti kredit müqaviləsinə əlavədə göstərilən hər ay 53,8 manat, sonuncu ay isə 46,53 manat annuitetlə ödəməyi öhdəsinə götürmüşdür. X4 “ağciyər emboliyası” xəstəliyindən xx.xx.2020-ci il tarixdə vəfat etmişdir. Mülki işin məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, xx.xx.2020-ci il tarixdə vəfat etmiş X3 adına 38 reyesrt nömrəli xx.xx.2021-ci il tarixli açılmış vərəsəlik işi üzrə cavabdehlər Cavabdeh2, Cavabdeh5, Cavabdeh1, Cavabdeh4 və Cavabdeh3 Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Qəbələ Regional “ASAN xidmət” mərkəzində notariat ofisində xx.xx.2021-ci il tarixli 2V-503 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. İşdə olan xx.xx.2023-cü il tarixli maliyyə arayışından göründüyü kimi X3 xx.xx.2023-cü il tarixə BPM **********85 nömrəli, xx.xx.2018-ci il tarixli kredit müqaviləsi üzrə 1,276.68 manat məbləğində borcu vardır. Buna görə də "xxxx" ASC Cavabdeh2, Cavabdeh5, Cavabdeh1, Cavabdeh4 və Cavabdeh3 xx.xx.2023-cü il tarixdə ünvanladığı “kredit müqaviləsi üzrə borcun qaytarılması tələbinə dair bildiriş” ünvanlayaraq bildirişdə "xxxx" ASC-nin Qəbələ şöbəsi ilə X4 arasında bağlanmış BPM **********85 nömrəli, xx.xx.2018-ci il tarixli kredit müqaviləsinə əsasən bank tərəfindən sonuncuya 60 ay müddətinə, illik 27 faiz dərəcəsi ilə hesablanmaqla 1760 (bir min yeddi yüz altmış) manat məbləğində kredit verildiyini onların nəzərinə çatdırmış və kredit müqaviləsi üzrə yaranmış 1,276.68 manat məbləğində borcun ödənilməsi tələb etmişdir. Həmin bildirişlə də borc məbləğinin könüllü şəkildə ödənilmədiyi təqdirdə məhkəməyə müraciət ediləcəyi barədə onlara xəbərdarlıq etmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1 və 1306-cı maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 04 iyun 2018-ci il tarixli qərarında qeyd olunur ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470, 472-ci, eləcə də 1146, 1255 və 1306-cı maddələrinə uyğun olaraq, borclunun ölümündən sonra, ilk növbədə, mirası qəbul etmiş vərəsələr miras açıldığı gündən onlara çatan miras payı həcmində miras qoyanın kreditorları qarşısında bigrə məsuliyyət daşıyırlar. Miras qoyanın kreditorları tərəfindən vərəsələrə qarşı öhdəliyin icrası tələbi irəli sürülərkən, mirasın qəbulu ilə bağlı qanunvericilikdə müəyyən edilmiş müddətlər nəzərə alınmalıdır. Vərəsələr və zamin borclu öldükdən sonra əsas borcdan əlavə, faiz borcuna görə də məsuliyyət daşıyırlar. Borclunun təqsirli hərəkətləri nəticəsində öhdəlik icra edilmədiyi və ya lazımınca icra edilmədiyi halda hesablanmış dəbbə pulunun ödənilməsi ilə bağlı tələb kreditor tərəfindən bu Qərarın təsvirici-əsaslandırıcı hissəsində əks olunmuş qaydada vərəsələr və ya zaminə qarşı irəli sürülə bilər. Vərəsələr və ya zaminin təqsirli hərəkətləri nəticəsində öhdəlik icra edilmədiyi və ya lazımınca icra edilmədiyi təqdirdə kreditor dəbbə pulunun ödənilməsini bu hərəkətləri törətmiş şəxsdən tələb edə bilər. Qanunvericiliyin şərh olunan müddəalarını və işin məlum hallarını sistematik təhlil edərək və nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi X3 vərəsələri olan, hazırkı iş üzrə cavabdehlər Cavabdeh2, Cavabdeh5, Cavabdeh1, Cavabdeh4 və Cavabdeh3 münasibətdə qanuni və əsaslıdır. Belə ki, yuxarıda da qeyd olunduğu kimi mərhum X3 adına vərəsəlik işi açılmış və qanun üzrə vərəsələri olan Cavabdeh2, Cavabdeh5, Cavabdeh1, Cavabdeh4 və Cavabdeh3 Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Qəbələ Regional “ASAN xidmət” mərkəzində notariat ofisində xx.xx.2021-ci il tarixli 2V-503 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Bu mənada hazırkı mübahisənin hüquqi və faktiki halları baxımından (mərhum) X3 vərəsələri Cavabdeh2, Cavabdeh5, Cavabdeh1, Cavabdeh4 və Cavabdeh3 kreditor (iddiaçı) qarşısında məsuliyyət daşıyırlar və kredit müqaviləsi üzrə əsas borc onlardan tutulmalıdır. Mülki iş üzrə çəkilmiş məhkəmə xərcləri Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli, yəni iddia təmin olduğundan hazırkı iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş və tələb edilən 32.77 (otuz iki manat yetmiş yeddi qəpik) manat dövlət rüsumu və 0,4 (qırx qəpik) manat xidmət haqqı cavabdehlərdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Adı çəkilən Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məcəllənin 81-ci maddəsinə görə isə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Həmin məcəllənin 217.4 maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə iddia ərizəsinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək, belə nəticəyə gəlir ki, iddia təmin edilməli, cavabdeh (mərhum) X3 vərəsələri Cavabdeh2, Cavabdeh5, Cavabdeh1, Cavabdeh4 və Cavabdeh3 BPM**********85 nömrəli, xx.xx.2018-ci il tarixli kredit müqaviləsinə əsasən 1276,68 manat əsas borc, 32,77 (otuz iki manat yetmiş yeddi qəpik) manat dövlət rüsumu və 0,40 (qırx qəpik) manat xidmət haqqı, cəmi 1309,85 (bir min üç yüz doqquz manat səksən beş qəpik) manat pul iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 119, 216- 220 və 222.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia təmin edilsin. Cavabdeh (mərhum) X3 vərəsələri Cavabdeh2, Cavabdeh5, Cavabdeh1, Cavabdeh4 və Cavabdeh3 BPM**********85 nömrəli, xx.xx.2018-ci il tarixli kredit müqaviləsinə əsasən 1276,68 manat əsas borc, 32,77 (otuz iki manat yetmiş yeddi qəpik) manat dövlət rüsumu və 0,40 (qırx qəpik) manat xidmət haqqı, cəmi 1309,85 (bir min üç yüz doqquz manat səksən beş qəpik) manat pul iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulsun. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Abbas Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar