Məhkəmə qərarları › İş №e-2(025)-1094/2023

Qəbələ Rayon Məhkəməsi Qətnamə — İş №e-2(025)-1094/2023

31.08.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qəbələ şəhəri İş № e-2(025)-1094/2023 31.08.2023 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ İddiaçı "xxxx" Açıq Səhmdar Cəmı̇ yyətinin cavabdeh (mərhum) X3 vərəsəsi Cavabdeh qarşı "kredit müqaviləsi üzrə borcun tutulması” tələbinə dair mülki iş üzrə (Açar sözlər: müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr, kredit müqaviləsi üzrə mübahisələr) Hakim İsayev Elman Bəhruz oğlunun sədrliyi, Tahirova Ləman Kamran qızının katibliyi ilə, "xxxx" Açıq Səhmdar Cəmı̇ yyətinin nümayəndəsi X8 iştirakı ilə, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmı̇ yyətinin Cavabdeh qarşı “kredit müqaviləsi üzrə borcun tutulması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyəyən etdi İşin halları İddiaçı "xxxx" Açıq Səhmdar Cəmı̇ yyətin cavabdeh (mərhum) X3 vərəsəsi Cavabdeh qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, Cavabdehdan iddiaçı "xxxx" ASC-nin xeyrinə BPM**********35 nömrəli, xx.xx.2021-ci il tarixli kredit müqaviləsinə əsasən 5,229.10 manat əsas borc və 60.17 manat faiz borcu olmaqla cəmi 5,289.27 manat məbləğində kredit borcunun, ödənilmiş 72.90 (yetmiş iki manat doxsan qəpik) manat dövlət rüsumunun və 0,4 (qırx qəpik) manat xidmət haqqının tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" ASC-nin Qəbələ şöbəsi ilə X6 arasında bağlanmış BPM**********35 nömrəli, xx.xx.2021-ci il tarixli kredit müqaviləsinə əsasən X5 48 ay müddətinə illik 22 faiz olmaqla 5300 (beş min üç yüz) manat məbləğində kredit verilmişdir. X1 xx.xx.2021-ci il tarixdə vəfat etmişdir. Qəbələ regional ASAN xidmət mərkəzində Notariat Ofisinin xx.xx.2023-cü il tarixli 714 saylı məktubu ilə müəyyən edilmişdir ki, mərhum X4 adına vərəsəlik işi qanun üzrə vərəsələri olan Cavabdehtərəfindən verilmiş mərhumun vəfatından sonra miras qalmış əmlakın qəbul edilməsinə dair ərizələri əsasında açılmışdır. Bankın “Qəbələ” filialı tərəfindən təqdim edilmiş maliyyə arayışa əsasən, X3 BPM**********35 nömrəli, xx.xx.2021-ci il tarixli kredit müqaviləsinə əsasən 5,229.10 manat əsas borc və 60.17 manat faiz borcu olmaqla cəmi 5,289.27 manat məbləğində borcu qalmışdır. Cavabdeh, mərhum X2 qalmış mirası qəbul etməsinə baxmayaraq ona çatan miras payı həcmində miras qoyanın "xxxx" ASC qarşısında olan öhdəliyini icra etməmişdir.Mübahisənin məhkəmədən kənar həlli üçün iddiaçı tərəf səy göstərsə də, cavabdeh öz öhdəliyini bu günədək tam şəkildə yerinə yetirməmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasındə iddiaçı “Azərbaycan Beynəlxalq Bankı" Açıq Səhmdar Cəmı̇ yyətinin nümayəndəsi X10 iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəməyə gəlməmiş və bunun səbəbləri barədə məlumat verməmişlər. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinin tələblərinə uyğun olaraq, məhkəmə işə cavabdehlərin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 443.1-ci maddəsinə əsasən öhdəliyi icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməlidir. 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 445.2.1-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. 448.2-ci maddəsinə görə borclu öz öhdəliklərinin hər bir pozuntusu üçün məsuliyyət daşıyır. 1306-cı maddəsinə əsasən, vərəsələr miras qoyanın mövcud olan və onun ölümü ilə xitam olunmayan bütün öhdəlikləri üzrə qəbul etdikləri miras əmlakdakı paylarına mütənasib surətdə birgə borclu kimi məsuliyyət daşıyırlar. 1146-cı maddəsinə əsasən miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır. 1255-ci maddəsinə əsasən qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1 və 1306-cı maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 04 iyun 2018-ci il tarixli qərarı. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. 81-ci maddəsinə görə isə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Birinci instansiya baxışının hədləri Azərbaycan Respublikası MPM-in 217-ci maddəsinə əsasən Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-in 218.3-cü maddəsinə əsasən Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Birinci instansiya məhkəməsinin mövqeyi Məhkəmə iş üzrə təqdim olunmuş sübutları məcmu halında hərtərəfli, tam və obyektiv araşdırıb qiymətləndirərək hesab edir ki, iddia aşağıdakı əsaslara görə təmin edilməlidir. Belə ki, iş üzrə təqdim olunmuş sübutlardan görünür ki, iddiaçı "xxxx" Açıq Səhmdar Cəmı̇ yyəti ilə X6 arasında bağlanmış xx.xx.2021-ci il tarixli BPM**********35 nömrəli kredit müqaviləsinə əsasən borc verən borc alana 48 ay müddətinə 5300 manat məbləğində, kreditdən istifadəyə görə illik 22% faiz ödəmək şərtilə kredit verməyi, borc alan isə müqavilədə nəzərdə tutulmuş şərtlərlə və qaydada krediti qaytarmağı və ona hesablanmış faizləri borc verənə ödəməyi, habelə kreditdən 1.2-ci bənddə göstərilmiş təyinatı üzrə istifadə etməyi öhdəsinə götürür. İş materiallarında olan xx.xx.2021-ci il tarixli BPM**********35 №-li kredit müqaviləsinə 1 №-li əlavədən görünür ki, X5 48 ay müddətinə 22% dərəcəsi olmaqla, 5300 (beş min üş yüz) manat kredit verilmişdir. İş materiallarında olan maliyyə arayışından görünür ki, X5 xx.xx.2021-ci il tarixli 323RPT********** nömrəli kredit müqaviləsi üzrə 48 ay müddətində 0% dərəcəsi olmaqla 533 (beş min üç yüz) manat kredit verilmişdir. Borc üzrə tələb edilən məbləğ 5289.27 manat, rüsum üzrə tələb edilən cəmi məbləğ 73.3 manatdır. İş materiallarında olan Qəbələ rayon, Qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İİ 227303 №-li ölüm haqqında şəhadatnamədən görünür ki, X6 12 noyabr 2021-ci il tarixdə Qəbələ rayonu Zarağan kəndində vəfat etmişdir. İş materiallarında olan Qəbələ regional Asan xidmət mərkəzində notariat ofisi tərəfindən verilmiş 17 fevral 2023-cü il tarixli 714 №-li arayışından görünür ki, xx.xx.2021-ci il tarixdə vəfat etmiş, xx.xx.1951-ci il təvəllüdlü X3 (FİN: 3R4Z9N) adına 163 reyestr nömrəli xx.xx.2022-ci il tarixli açılmış vərəsəlik işi üzrə Cavabdeh (ŞV:AZE********; xx.xx.2014, Qəbələ RPŞ; FİN:xxxxxxx; d/t:xx.xx.1978, Qəbələ, Zarağan kəndi) mirasın qəbulu etmiş vərəsəsidir, ancaq vərəsəlik hüququ haqqında şəhadatnamə alınmamışdır. Qanunvericiliyin şərh olunan müddəalarını və işin məlum hallarını sistematik təhlil edərək və nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi mərhum X3 vərəsəsi olan, hazırkı iş üzrə Cavabdeh münasibətdə qanuni və əsaslıdır. Belə ki, yuxarıda da qeyd olunduğu kimi mərhum X3 adına vərəsəlik işi açılmış və qanun üzrə vərəsəsi olan Cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Qəbələ Regional “ASAN xidmət” mərkəzində notariat ofisində xx.xx.2022-ci il tarixli 163 reyestr nömrəli vərəsəlik işi açılmışdır. Bu mənada hazırkı mübahisənin hüquqi və faktiki halları baxımından (mərhum) X3 vərəsəsi Cavabdeh kreditor (iddiaçı) qarşısında məsuliyyət daşıyır və kredit müqaviləsi üzrə əsas borc ondan tutulmalıdır. Hazırkı iş üzrə çəkilmiş məhkəmə xərcləri Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli, yəni iddia təmin edilməli olduğundan hazırkı iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 72.90 (yetmiş iki manat doxsan qəpik) manat dövlət rüsumu, habelə 40 (qırx) qəpik bank xidməti haqqı cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Beləliklə, məhkəmə iddia ərizəsinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək, belə nəticəyə gəlir ki, iddia təmin edilməli, cavabdeh (mərhum) X3 vərəsəsi Cavabdeh BPM**********35 nömrəli, xx.xx.2021-ci il tarixli kredit müqaviləsinə əsasən 5229 manat 10 qəpik əsas borc və 60 manat 17 qəpik faiz borcu olmaqla, cəmi 5289.27 (beş min iki yüz səksən doqquz manat iyirmi yeddi qəpik) məbləğində kredit borcunun, ödənilmiş 72.90 (yetmiş iki manat doxsan qəpik) manat dövlət rüsumu və 0.40 (qırx qəpik) manat xidmət haqqı iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 119, 216-220 və 222.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh BPM**********35 nömrəli, xx.xx.2021-ci il tarixli kredit müqaviləsinə əsasən 5229 manat 10 qəpik əsas, 60 manat 17 qəpik faiz borcu olmaqla, cəmi 5289 (beş min iki yüz səksən doqquz) manat 27 (iyirmi yeddi) qəpik kredit borcu, 72 (yetmiş iki) manat 90 (doxsan) qəpik dövlət rüsumu və 0.40 (qırx) qəpik xidmət haqqı iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Elman İsayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar