Məhkəmə qərarları › İş №e-2(025)-1095/2024

Qəbələ Rayon Məhkəməsi Qətnamə — İş №e-2(025)-1095/2024

24.12.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qəbələ şəhəri İş № e-2(025)-1095/2024 24.12.2024 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair mülki iş üzrə (Açar sözlər: mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələri, maddi ziyanın ödənilməsi) Qəbələ Rayon Məhkəməsi Qənbərov Ülvi Oktay oğlunun sədrliyi, Rəhimli Arzu İsmət oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı pul tələbi barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı pul tələbi barədə iddia qaldıraraq cəmi 2.300,0 manat məbləğində borcun və 43,0 manat dövlət rüsumunun tutularaq onun xeyrinə ödənilməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə birgə sahibkarlıqla məşğul olmaqdan ötrü 2003-cü Xırdalan şəhəri, H.Z.Tağıyev küçəsində yerləşən yaşayış binasının birinci mərtəbəsində 70 kv/m sahədə “Ləziz dad” şirniyyat sexi açmış və obyektin fəaliyyətini təmin etməkdən ötrü "xxxx" MMC-dən 4000,0 manat kredit götürüb həmin vəsait hesabına 1300 manat dəyərində “Damak” markalı soba, 450 manat dəyərində Mayalandırma aparatı, 950 manat dəyərində 30 lt tutumlu xəmir yoğuran spiral mikser, 70 manat dəyərində çörək listlərinin yığılması üçün təkərli araba, cəmi 200,0 manat dəyərində 3x1.50 sm və 75x90x85 sm ölçülərdə 2 ədəd stol alaraq istehsal və satış vəzifələrini yerinə yetirən Cavabdeh təhvil vermişdir. 2023-cü ilin avqust ayınadək olan müddət üçün aparılan hesabat nəticəsində obyektin fəaliyyətindən qazancı olmamış və qarşılıqlı razılaşma əsasında cəmi 2900,0 manat dəyərində olan əmlakını Cavabdeh verərərk ortaqlıqdan ayrılmışdır. Cavabdeh hər ay 500,0 manat verməklə borcunu ödəyib qurtarmalı olduğu halda indiyədək cəmi 1200,0 manat ödəyərək qalan məbləğin qaytarılmasının imtina etmişdir. Cavabdeh borcunu vaxtında qaytarmaması səbəbindən onun tərəfindən "xxxx" MMC-yə 655,0 manat faiz ödənilmişdir. Ona görə də, Cavabdeh cəmi 2.300,0 manat və 43,0 manat dövlət rüsumu tutularaq ona verilməsi haqqında iddia qaldırmışdır. İşdə olan USB fleş kartda olan səs yazılarına əsasən Cavabdeh İddiaçı 2.900,0 manat məbləğində borcu olduğunu təsdiq etmiş və qaytarmağı öhdəsinə götürmüşdür. AR MPM-nin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab edilir. Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmədə tədqiq olunmuş sübutlara əsasən müəyyən edilmişdir ki, 2023-cü ildə həyata keçirilən ortaq sahibkarlıq fəaliyyəti nəticəsində Cavabdeh İddiaçı cəmi 2.900,0 manat borcu yaranmış, həmin məbləğdən 1200,0 manat qaytarmışdır. AR Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə, və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Məhkəmə tədqiq olunmuş sübutlara qiymət verərək hesab edir ki, Cavabdeh 1.700,0 manat və 37,0 manat dövlət rüsumu alınıb İddiaçı xeyrinə ödənilməlidir. Yuxarıda qeyd olunanlara əsasən Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233, 357 və 360-cı maddələrini rəhbər tutaraq Q Ə T E T D İ: İddia tələbi qismən təmin olunsun. Cavabdeh 1.700,0 (bir min yeddi yüz) manat və 37,0 (otuz yeddi) manat dövlət rüsumu alınıb İddiaçı xeyrinə ödənilsin. Qətnamədən 1 (bir) ay müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Ülvi Qənbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar