Məhkəmə qərarları › İş №e-2(025)-1100/2023

Qəbələ Rayon Məhkəməsi Qətnamə — İş №e-2(025)-1100/2023

31.08.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qəbələ şəhəri İş № e-2(025)-1100/2023 31.08.2023 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ İddiaçı "xxxx" Açıq Səhmdar Cəmı̇ yyətinin cavabdeh (mərhum) X3 vərəsələri Cavabdeh4, Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 qarşı "kredit müqaviləsi üzrə borcun tutulması” tələbinə dair mülki iş üzrə (Açar sözlər: müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr, kredit müqaviləsi üzrə mübahisələr) Hakim İsayev Elman Bəhruz oğlunun sədrliyi, Tahirova Ləman Kamran qızının katibliyi ilə, "xxxx" Açıq Səhmdar Cəmı̇ yyətinin nümayəndəsi X7 iştirakı ilə, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmı̇ yyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı “kredit müqaviləsi üzrə borcun tutulması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyəyən etdi İşin halları İddiaçı "xxxx" Açıq Səhmdar Cəmı̇ yyəti cavabdeh (mərhum) X3 vərəsələri Cavabdeh4, Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 qarşı “kredit müqaviləsi üzrə borcun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh4, Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 iddiaçı "xxxx" ASC-nin xeyrinə BPM**********10 nömrəli, xx.xx.2020-ci il tarixli kredit müqaviləsinə əsasən nağd kredit üzrə 595.30 manat əsas borc və 7.23 manat faiz borcu olmaqla cəmi 602.53 manat məbləğində kredit borcunun, ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun və 0,4 (qırx qəpik) manat xidmət haqqının tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" ASC-nin Qəbələ şöbəsi ilə X6 arasında bağlanmış BPM**********10 nömrəli, xx.xx.2020-ci il tarixli kredit müqaviləsinə əsasən X5 18 ay müddətinə illik 20 faiz olmaqla 1500 (bir min beş yüz) manat məbləğində nağd kredit kredit verilmişdir. X1 xx.xx.2021-ci il tarixdə vəfat etmişdir. Qəbələ regional ASAN xidmət mərkəzində Notariat Ofisinin xx.xx.2023-cü il tarixli 706 saylı məktubu ilə müəyyən edilmişdir ki, mərhum X3 adına vərəsəlik işi açılmış və qanun üzrə vərəsələri olan Cavabdeh4, Cavabdeh1, Cavabdeh3, Cavabdeh2 xx.xx.2022-ci il tarixli, 152 reyestr nömrəli vərəsəlik işi üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Bankın Qəbələ filialı tərəfindən təqdim edilmiş maliyyə arayışa əsasən, X4 BPM**********10 nömrəli, xx.xx.2020-ci il tarixli kredit müqaviləsinə əsasən nağd kredit üzrə 595.30 manat əsas borc və 7.23 manat faiz borcu olmaqla cəmi 602.53 manat məbləğində borcu qalmışdır. Cavabdeh, mərhum X2 qalmış mirası qəbul etməsinə baxmayaraqona çatan miras payı həcmində miras qoyanın "xxxx" ASC qarşısında olan öhdəliyini icra etməmişdir.Mübahisənin məhkəmədən kənar həlli üçün iddiaçı tərəf səy göstərsə də, cavabdeh öz öhdəliyini bu günədək tam şəkildə yerinə yetirməmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasındə iddiaçı “Azərbaycan Beynəlxalq Bankı" Açıq Səhmdar Cəmı̇ yyətinin nümayəndəsi X8 iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdehlər Cavabdeh4, Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəməyə gəlməmiş və bunun səbəbləri barədə məlumat verməmişlər. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinin tələblərinə uyğun olaraq, məhkəmə işə cavabdehlərin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 443.1-ci maddəsinə əsasən öhdəliyi icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməlidir. 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 445.2.1-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. 448.2-ci maddəsinə görə borclu öz öhdəliklərinin hər bir pozuntusu üçün məsuliyyət daşıyır. 1306-cı maddəsinə əsasən, vərəsələr miras qoyanın mövcud olan və onun ölümü ilə xitam olunmayan bütün öhdəlikləri üzrə qəbul etdikləri miras əmlakdakı paylarına mütənasib surətdə birgə borclu kimi məsuliyyət daşıyırlar. 1146-cı maddəsinə əsasən miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır. 1255-ci maddəsinə əsasən qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1 və 1306-cı maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 04 iyun 2018-ci il tarixli qərarı. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. 81-ci maddəsinə görə isə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Birinci instansiya baxışının hədləri Azərbaycan Respublikası MPM-in 217-ci maddəsinə əsasən Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-in 218.3-cü maddəsinə əsasən Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Birinci instansiya məhkəməsinin mövqeyi Məhkəmə iş üzrə təqdim olunmuş sübutları məcmu halında hərtərəfli, tam və obyektiv araşdırıb qiymətləndirərək hesab edir ki, iddia aşağıdakı əsaslara görə təmin edilməlidir. Belə ki, iş üzrə təqdim olunmuş sübutlardan görünür ki, iddiaçı "xxxx" Açıq Səhmdar Cəmı̇ yyətinin ilə mərhum X6 arasında bağlanmış xx.xx.2020-ci il tarixli BPM**********10 nömrəli kredit müqaviləsinə əsasən X5 18 ay müddətinə illik 20% olmaqla 1500 (bir min beş yüz) manat məbləğində nağd kredit verilmişdir. İş materiallarında olan 29 oktyabr 2020-ci il tarixli BPM**********10 №-li kredit müqaviləsinə 1 №-li əlavədən görünür ki, X5 18 ay müddətinə, aylıq ödəniş 97.20 manat və 20% dərəcəsi olmaqla, 1500 (bir min beş yüz) manat kredit verilmişdir. İş materiallarında olan maliyyə arayışından görünür ki, X5 xx.xx.2020-ci il tarixli 252PTL********** nömrəli kredit müqaviləsi üzrə 18 ay müddətində 0% dərəcəsi olmaqla 1500 (bir min beş yüz) manat kredit veilmişdir. 904.7 manat əsas borc, 196.57 manat cərimə faizi ödənilmiş, 595.30 manat əsas borc yaranmışdır. İş materiallarında olan Qəbələ rayon, Qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İİ 192416 №-li ölüm haqqında şəhadatnamədən görünür ki, X6 28 sentyabr 2021-ci il tarixdə Qəbələ rayonu, Vəndam qəsəbəsində vəfat etmişdir. İş materiallarında olan Qəbələ regional Asan xidmət mərkəzində notariat ofisi tərəfindən verilmiş 17 fevral 2023-cü il tarixli 706 №-li arayışından görünür ki, xx.xx.2021-ci il tarixdə vəfat etmiş, xx.xx.1953-cü il təvəllüdlü X3 (FİN: 4QHVVAR) adına 152 reyestr nömrəli xx.xx.2022-ci il tarixli açılmış vərəsəlik işi üzrə Cavabdeh4 (ŞV:AA*******; xx.xx.2022, Asan-Qəbələ; FİN:xxxxxxx; d/t:xx.xx.1952, Qəbələ rayonu, Vəndam qəsəbəsi), Cavabdeh1 (ŞV:AA*******: xx.xx.2019, Asan- Qəbələ; FİN:xxxxxxx; d/t:xx.xx.1984, Qəbələ rayonu, Vəndam qəsəbəsi), Cavabdeh3 (ŞV:AA*******; xx.xx.2022, Asan-Qəbələ; FİN:xxxxxxx; d/t:xx.xx.1987, Qəbələ rayonu, Vəndam qəsəbəsi) və Cavabdeh2 (ŞV:AA*******; xx.xx.2021, Asan-Qəbələ; FİN:xxxxxxx; d/t:xx.xx.1988, Qəbələ rayonu, Vəndam qəsəbəsi) xx.xx.2022-ci il tarixli 2V-62 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadatnamələr verilmişdir. Qanunvericiliyin şərh olunan müddəalarını və işin məlum hallarını sistematik təhlil edərək və nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi mərhum X3 vərəsələri olan, hazırkı iş üzrə cavabdehlər Cavabdeh4, Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 münasibətdə qanuni və əsaslıdır. Belə ki, yuxarıda da qeyd olunduğu kimi mərhum X3 adına vərəsəlik işi açılmış və qanun üzrə vərəsələri olan Cavabdeh4, Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Qəbələ Regional “ASAN xidmət” mərkəzində notariat ofisində xx.xx.2022-ci il tarixli 152 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Bu mənada hazırkı mübahisənin hüquqi və faktiki halları baxımından (mərhum) X4 vərəsələri Cavabdeh4, Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 kreditor (iddiaçı) qarşısında məsuliyyət daşıyırlar və kredit müqaviləsi üzrə əsas borc onlardan tutulmalıdır. Hazırkı iş üzrə çəkilmiş məhkəmə xərcləri Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli, yəni iddia təmin edilməli olduğundan hazırkı iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 30 (otuz) manat dövlət rüsumu, habelə 40 (qırx) qəpik bank xidməti haqqı cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Beləliklə, məhkəmə iddia ərizəsinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək, belə nəticəyə gəlir ki, iddia təmin edilməli, cavabdeh (mərhum) X3 vərəsələri Cavabdeh4, Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 BPM**********10 nömrəli, xx.xx.2020-ci il tarixli kredit müqaviləsinə əsasən 595 manat 30 qəpik əsas borc və 7 manat 23 qəpik faiz borcu olmaqla, cəmi 602.53 (altı yüz iki manat əlli üç qəpik) məbləğində kredit borcunun, ödənilmiş 30 manat dövlət rüsumunun və 0,40 (qırx qəpik) manat xidmət haqqı iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 119, 216-220 və 222.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 BPM**********10 nömrəli, xx.xx.2020-ci il tarixli kredit müqaviləsinə əsasən 595 manat 30 qəpik əsas, 07 manat 23 qəpik faiz borcu olmaqla, cəmi 602 (altı yüz iki) manat 53 (əlli üç) qəpik kredit borcu, ödənilmiş 30 (otuz) manat dövlət rüsumu və 0.40 (qırx) qəpik xidmət haqqı iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Elman İsayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar