Məhkəmə qərarları › İş №e-2(025)-1102/2024

Qəbələ Rayon Məhkəməsi Qətnamə — İş №e-2(025)-1102/2024

29.08.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qəbələ şəhəri İş № e-2(025)-1102/2024 29.08.2024 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ İddiaçı Bank Olmayan Kredit Təşkilatı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair mülki iş üzrə (Açar sözlər: alqı-satqı müqaviləsi üzrə mübahisələr) Qəbələ Rayon Məhkəməsinin hakimi X4, İddiaçı Bank olmayan kredit təşkilatı "xxxx" QSC-nin Cavabdeh qarşı pul tələbi barədə iddiasına dair mülki işə baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Bank olmayan kredit təşkilatı "xxxx" QSC Cavabdeh qarşı pul tələbi barədə iddia qaldıraraq xeyrinə 1229.78 manat əsas, 380.88 manat faiz, 184.47 manat cərimə və 38.35 manat ödənilən dövlət rüsumu olmaqla, cəmi 1833,48 manat tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İşdə olan 14 iyun 2023-cü il tarixli 803-QİM-0161-23 saylı kredit müqaviləsinə əsasən, Bank olmayan kredit təşkilatı "xxxx" QSC tərəfindən Cavabdeh 18 ay müddətinə qaytarılmaq şərti ilə 1349,00 manat məbləğində kredit verilmişdir. Krеdit Müqaviləsinin 2.1.1-ci bəndinə əsasən “Borcalan” Müqaviləyə və onun əlavələrinə uyğun olaraq ödəniş məbləğlərini ödəmədikdə və ya vaxtında ödəmədikdə “Borcverən” kreditin vaxtından əvvəl tam ödənilməsini tələb edə bilər. Krеdit Müqaviləsinin 2.4.5-ci bəndinə əsаsən kredit məbləğinin qaytarılması Müqaviləyə uyğun olaraq aparılmadıqda və ya ödənilmədikdə “Borcalan” özünün şəхsi əmlаkı hеsаbınа bоrcun ödənilməsini təmin еtməlidir. İşdə olan xx.xx.2024-cü il tarixli N MA-0036758-24 nömrəli maliyyə arayışına əsasən, BOKT "EMBRFİNANS" X3 ilə X1 arasrnda bağlanmış xx.xx.2022-ci il tarixli, 611-ADK-1182-22 saylı kredit müqaviləsinə əsasən X2 xx.xx.2014-cü il tarixə əsas borcu 478.05 manat (dörd yüz yetmiş sakkiz manat beş qapik), faiz borcu 88.77 AZN (səksən səkkiz manat yetmiş yeddi qapik), cərima borcu 0.00 AZN (sıfır manat sıfır qəpik) umumi borcu 566.82 AZN (beş yüz altmış altr manat səksən iki qəpik) təşkil edir. İşdən görünür ki, Cavabdeh 14 iyun 2023-cü il tarixli 803-QİM-0161-23 saylı kredit müqaviləsinə əsasən Bank olmayan kredit təşkilatı "xxxx" QSC-dən aldığı krediti qismən ödəyərək, 1229.78 manat əsas, 280.88 manat faiz və 184.47 manat cərimə hesablanmışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq puı və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxslərin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank faizinin uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank faizinin uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. Həmin Məcəllənin 449.4-cü maddəsinə əsasən özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Həmin Məcəllənin 462.3-cü maddəsinə əsasən müqavilənin tərəfləri dəbbə pulunun miqdarını sərbəst müəyyənləşdirə bilərlər və bu mümkün zərərdən çox ola bilər. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Məhkəmə tədqiq olunmuş sübutlara yuxarıda qeyd olunan hüquq normalarına əsasən qiymət verərək hesab edir ki, Bank olmayan kredit təşkilatı "xxxx" QSC-nin xeyrinə Cavabdeh 1229.78 manat əsas borc, 380.88 manat faiz borc, dövlət rüsumuna görə 38.35 manat tutulmalı və cərimə məbləği əsas borca mütənasib olaraq endirilməlidir. Yuxarıda qeyd olunanlara əsasən Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233, 357 və 360-cı maddələrini rəhbər tutaraq QƏTETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh 14 iyun 2023-cü il tarixli 803-QİM-0161-23 saylı kredit müqaviləsinə əsasən 1229.78 manat əsas borc, 380.88 manat faiz borc, 13 manat cərimə və dövlət rüsumuna görə 38.35 manat pul alınıb iddiaçı Bank olmayan kredit təşkilatı "xxxx" QSC -nin hesabına keçirilsin. Qətnamədən 1 (bir) ay müddətində Qəbələ rayon məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Şəki Apellyasiya məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qəbələ Rayon Məhkəməsinin hakimi: Ülvi Qənbərov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar