Məhkəmə qərarları › İş №e-2(025)-1117/2023

Qəbələ Rayon Məhkəməsi Qərardad — İş №e-2(025)-1117/2023

10.08.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Qəbələ şəhəri İş № e-2(025)-1117/2023 10.08.2023 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Abbas Baba oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Əbdürəhimova Fəridə Arif qızının katibliyi ilə İddiaçı Cavabdeh qarşı “borcun ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “borcun ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə müraciət edərək, cavabdeh Qəbələ rayonu Kiçik Pirəli kəndində yaşayan Cavabdeh sayğac göstəricisinə əsasən aparılmış hesabata görə 56,70 (əlli altı manat 70 qəpik) manat və itirilmiş qazın bərpası üçün aparılmış hesabata görə 1969,92 (bir min doqquz yüz altmış doqquz manat 92 qəpik) manat, cəmi 2026,62 (iki min iyirmi altı manat 62 qəpik) əsas borcun, əvvəlcədən ödənilmiş 40,27 (qırx manat 27 qəpik) manat dövlət rüsumun və 0.40 (qırx) qəpik bank xidmət haqqının, ümumilikdə isə 2067.29 (iki min altmış yeddi manat 29 qəpik) manat borcun (pulun) tutularaq İddiaçı xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi icraata qəbul edilərək, müvafiq prosessual hərəkətlər edilmişdir. Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, hazırki e-2(025)-1117/2023 nömrəli mülki iş həmin Məhkəmənin icraatında olan (hakim Elman İsayev) iddiaçı Cavabdeh İddiaçınə qarşı “akt əsasında hesablanmış borcun silinməsi” tələbinə dair iddia ərizəsi ilə eyni növlü, eləcədə eyni tərəflərin, eyni tələbi bir-birilərinə qarşı olduğundan, hazırki mülki iş, həmin işə birləşdirilməlidir. Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmiş, İddiaçı məhkəməyə elektron qaydada ərizə yazaraq hazırlıq iclasının onun iştirakı olmadan keçirilərək, işin məhkəmə baxışına təyin edilməsini xahiş etmişdir. Məhkəmə işə iddiaçının nümayəndəsinin və cavabdehin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, iddiaçı Cavabdeh İddiaçınə qarşı “akt əsasında hesablanmış borcun silinməsi” tələbinə dair iddia ərizəsi ilə Qəbələ Rayon Məhkəməsinə müraciət etmiş, iddia ərizəsi 25 aprel 2023-cü il tarixdə icraata qəbul edilmiş, hazırda məhkəmə araşdırması hazırda davam etdirilir. e-2(025)-1117/2023 nömrəli mülki iş isə xx.xx.2023-cü il tarixdə daxil olmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 169.3-cü maddəsinə əsasən hakim həmin məhkəmənin icraatında eyni tərəflərin iştirak etdiyi eyni növlü bir neçə işin, yaxud bir iddiaçının müxtəlif cavabdehlərə, yaxud müxtəlif iddiaçıların eyni cavabdehə iddiaları üzrə bir neçə işin olduğunu müəyyən etdikdə, bu işlərin birləşdirilməsini məqsədə müvafiq hesab edərsə, onları birlikdə baxılmaq üçün bir icraatda birləşdirməyə haqlıdır. Məhkəmə mülki işin materiallarını araşdırıb belə qənaətə gəlir ki, e-2(025)-1117/2023 nömrəli iş həmin Məhkəmənin icraatında iddiaçı Cavabdeh İddiaçınə qarşı “akt əsasında hesablanmış borcun silinməsi” tələbinə dair iddia ərizəsi ilə eyni növlü, eləcədə eyni tərəflərin, eyni tələbli bir-birilərinə qarşı olduğundan, hazırki mülki iş, həmin işə birləşdirilməli, hər iki mülki işə 2(025)-861/2023 nömrəli mülki işin qeydiyyat nömrəsində baxılmalıdır. Qeyd olunanlara və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 169.3, 263- 264-cüvə 267-268-ci maddələrinə əsaslanaraq, məhkəmə QƏRARA ALDİ: Qəbələ Rayon Məhkəməsinin icraatında İddiaçı Cavabdeh qarşı “borcun ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə e-2(025)-1117/2023 nömrəli qeydiyyat nömrəsində olan mülki iş həmin Məhkəmənin icraatında olan (hakim Elman İsayev) iddiaçı Cavabdeh İddiaçınə qarşı “akt əsasında hesablanmış borcun silinməsi” tələbinə dair iddia ərizəsi üzrə 2(025)-861/2023 nömrəli qeydiyyat nömrəsində olan mülki işə birləşdirilsin, birləşdirilmiş iş üzrə 2(025)- 861/2023 qeydiyyat nömrəsi saxlanılsın. e-2(025)-1117/2023 saylı mülki iş üzrə məhkəmə baxışına xitam verilsin. Qərardaddan şikayət verilmir. Sədrlik edən: Abbas Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar