Məhkəmə qərarları › İş №e-2(025)-1120/2024

Qəbələ Rayon Məhkəməsi Qətnamə — İş №e-2(025)-1120/2024

29.10.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qəbələ şəhəri İş № e-2(025)-1120/2024 29.10.2024 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ İddiaçı "AccessBankk" Qapalı Səhmdar Cəmı̇ yyətinin Cavabdeh qarşı kredit müqaviləsi üzrə “borcun tutulması” tələbinə dair mülki iş üzrə (Açar sözlər: müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr, kredit müqaviləsi üzrə mübahisələr) Qəbələ Rayon Məhkəməsi Qənbərov Ülvi Oktay oğlunun sədrliyi, Tahirova Ləman Kamran qızının katibliyi və Cavabdeh iştirakı ilə, İddiaçı QSC-nin Cavabdeh qarşı kredit müqaviləsi üzrə “borcun tutulması” tələbi barədə iddia ərizəsinə dair işə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı QSC-i Cavabdeh qarşı kredit müqaviləsi üzrə borcun tutulması tələbi barədə iddia qaldıraraq aralarında bağlanmış xx.xx.2022-ci il tarixli 035A********** saylı kredit müqaviləsi üzrə Cavabdeh 6391.5 manat əsas borc, 743.42 manat faiz və 158.39 manat cərimə, ümumilikdə 7293.31 manat və 92.93 manat dövlət rüsumu tutulub cəmiyyətin xeyrinə ödənilməsi barədə qətnamə xahiş etmişdir. İddia tələbi onunla əsaslandırmışdır ki, Cavabdeh İddiaçı QSC ilə xx.xx.2022-ci il tarixdə bağladığı tarixdə bağladığı əırizəyə əsasən, Bankın internet səhifəsində yerləşdirilmiş “Bank Xidmətlərinin göstərilməsi haqqında Müqavilənin ümumi şərtləri”, Tariflər və Valyuta Məzənnəsi ilə tanış olmuş və ərizə ilə eyni məna daşıdığını öz imzası ilə təsdiq etmişdir. Həmin ərizəyə əsasən, Cavabdeh aylıq faiz dərəcəsi 1.8333% оlmaqla 48 ay müddətinə, kredit müqaviləsinin ayrılmaz hissəsi оlan 1 saylı əlavədə müəyyən оlunmuş ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 9300 (doqquz min üç yüz) manat məbləğində kredit götürmüşdür. O, xx.xx.2023-cü il tarixdən ödənilməsi planlaşdırılmış aylıq üçün kredit bоrcu və faiz bоrcundan ibarət vəsaiti qaytarmamışdır. O, götürdüyü kredit bоrcundan 2908.5 manat ödəniş etmiş və оnun iddiaçıya 6391.5 manat məbləğində kredit bоrcu qalmışdır. Müqavilənin 7.6-cı bəndinə əsasən kreditin ərizədə razılaşdırılmış kart hesabına və ya cari hesaba köçürüldüyü tarix nağd kredit barədə müqavilə üzrə kreditin verilmə tarixi xx.xx.2024-cü il tarixə 177 gün üçün hesablanmış faiz borcu 743.42 manat təşkil edir. Cavabdeh izahatında göstərmişdir ki, İddiaçı QSC ilə bağladığı xx.xx.2022-ci il tarixli 035A********** saylı kredit müqaviləsinə əsasən bankdan 48 ay müddətinə aylıq 1.9167 faizlə 13300 manat kredit götürmüş və cədvəl üzrə aylıq ödənişləri ilkin vaxtlarda vaxtı-vaxtında ödəmişdir. Lakin krediti götürəndən bir müddət sonra övladlarını səhətlərində problemlər yarandığı üçün kreditin qaytarılmasını təmin edə bilməmişdir. Ona görə də, kredit borcunun ödənilməsinə möhlət verilməsini xahiş edir. İşdə olan kreditor İddiaçı QSC ilə borcalan Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli 035A********** saylı kredit müqaviləsinə əsasən aylıq faiz dərəcəsi 1.8333 % оlmaqla 48 ay müddətinə, kredit müqaviləsinin ayrılmaz hissəsi оlan 1 saylı əlavədə müəyyən оlunmuş ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 9300 (doqquz min üç yüz) manat məbləğində kredit götürmüşdür. İşdə olan İddiaçı QSC tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli OUT-2024/06/05-114 nömrəli arayışa əsasən Cavabdeh ilə bağlanmış xx.xx.2022-ci il tarixli 035A********** saylı kredit müqaviləsi üzrə 6391.5 manat əsas borc, 743.42 manat faiz, 158.39 manat cərimə hesablanmışdır. Müqaviləyə əlavə edilmiş Ödəniş cədvəlinin surətinə Cavabdeh ona verilən 9.300 manat məbləğində krediti 4855.3 manat faizlə birlikdə xx.xx.2022-ci il tarixdən başlayaraq xx.xx.2026-cı il tarixədək hissə-hissə ödəyib qurtarmağı öhdəsinə götürmüşdür. AR Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Həmin Məcəllənin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyi icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməlidir. Həmin Məcəllənin 449.4-cü maddəsinə əsasən özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Həmin Məcəllənin 462.3-cü maddəsinə əsasən müqavilənin tərəfləri dəbbə pulunun miqdarını sərbəst müəyyənləşdirə bilərlər və bu mümkün zərərdən çox ola bilər. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Məhkəmə tədqiq olunmuş sübutlara qiymət verərək hesab edir ki, Cavabdeh xx.xx.2022-ci il tarixli 035A********** saylı kredit müqaviləsi üzrə 6391.5 manat əsas borc və 743.42 manat faiz tutulmalı, hesablanmış cərimə məbləği isə əsas borc məbləğinə mütənasib surətdə azaldılmalıdır. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 119, 216-220 və 222.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh 6391.5 (altı min üç yüz doxsan bir manat əlli qəpik) manat əsas borc, 743.42 (yeddi yüz qırx üç manat qırx iki qəpik) manat faiz borcu və 100 (bir yüz) manat cərimə olmaqla, ümumilikdə 7234.92 (yeddi min iki yüz otuz dörd manat doxsan iki qəpik) manat borc və 92.93 (doxsan iki manat doxsan üç qəpik) manat dövlət rüsumu İddiaçı QSC-nin xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Ülvi Qənbərov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar