Azərbaycan Respublikası adından QƏTNAMƏ Qəbələ şəhəri İş № e-2(025)-1143/2023 19.10.2023 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair mülki iş üzrə (Açar sözlər: mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr, maddi ziyanın ödənilməsi) Hakim İsayev Elman Bəhruz oğlunun sədrliyi, Tahirova Ləman Kamran qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İşin halları İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 600 manat pul məbləğinin və 30 (otuz) manat dövlət rüsumunun cavabdehdən alınaraq mənə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı Bakı şəhərində yaşayır. Qeydiyyat ünvanı isə Oğuz rayon Top kəndidir. Cavabdeh ilə tanışlıq münasibətləri vardır. Cavabdeh ilə tanışlıq münasibətləri olduğu üçün onun mebel sexində işlədiyi barədə məlumatı var idi. Faktiki qeydiyyatda olduğu valideyinlərinə və ona məxsus Oğuz rayon Top kəndində yerləşən evə mətbəx mebeli hazırlanması zərurəti olduğu üçün o tanışı olan Cavabdeh 2022-ci ilin iyun ayında müraciət etmişdir. Mətbəx mebelini 3 ay ərzində yığılaraq ona təhvil verilməsi ilə bağlı aralarında şifahi razılaşma olmuşdur. Həmin şifahi razılaşma əsasında o Cavabdeh əziyyətinin müqabili qarşılığında 600 manat pul məbləği ödəməli idi. (Həmin 600 manat məbləğə əziyyət haqqı,mal və material daxildir). Ancaq o Cavabdeh bildirmişdir ki, həmin pul məbləğini yəni 600 manatı hissə-hissə olmaqla ona ödəyəcəkdir. Əvəzində 2022-ci ilin avqust ayınadək mətbəx mebeli tam şəkildə yığılıb, qurlaşdırılıb ona təhvil verilməli idi. Şifahi danışıqlarında o ona hissə-hissə olmaqla pul verməli idi. Ancaq özü ona şəxsən demişdir ki, 600 manat pul müqabili qarşılığında ona telefon alıb versin. Əvəzində isə hissə-hissə olmaqla borc məbləğini telefon satış məntəqəsinə ödəsin. O belə də etmişdir. Onun istədiyi X1 11 markalı telefonu öz adına kreditə alaraq ona təqdim etmişdir. O həmin telefon qarşılığında telefon satış məntəqəsinə ayda 50 manat olmaqla bir il müddətinə kredit şəklində 600 manat pul ödəmişdir. Keçən müddət ərzində dəfələrlə Cavabdeh 600 manat dəyərində olan telefonun geri qaytarılmasını və ya vəd etdiyi işin tamamlamasını xahiş etmişdir. Aralarında sosial şəbəkə olan WhatsApp yazışmaları vardır. Həmin sosial şəbəkə olann WhatsApp yazışmalarını da ərizəsinə əlavə edir. Hazırda ona cavabdeh 600 manat məbləğində maddicəhətdən ziyan vurmuşdur. Ona dəymiş olan 600 manat məbləğində ziyanlığı cavabdehdən tələb edir. Bundan əlavə olaraq o 09 mart 2023-cü il tarixində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Binəqədi Rayon Polis İdarəsi 5-ci Polis Bölməsinə ərizə ilə müraciət belə etmişdir. Həmin orqanın 18 mart 2023-cü il tarixli məktubunda şikayətinin məhkəmənin səlahiyyətinə aid olduğu qeyd edilərək məhkəməyə müraciət etməyi tövsiyyə olunmuşdur. Qeyd etdiyi kimi aralarında sosial şəbəkə olan WhatsApp yazışmaları vardır. Həmin sosial şəbəkə olan WhatsApp yazışmalarında o, özü etiraf edir ki, pulunu vermirəm, vermiyəcəm demir, verəcəm kredit almalı olduğunu ala bilmədiyini, kartının surətini ona atmağını, o, isə az-az olmaqla həmin ona məxsus karta pul məbləği köçürəcəyini qeyd etmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasındə İddiaçı iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Əvvəlki məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbini qəbul etməyərək, izahatında göstərmişdir ki, iddiaçıya mebelin 600 manata düzəldəcəyini öz aralarında razılığa gəlmişlər. İddiaçı maddi imkanı zəif olduğundan Fariz ona 600 manata mobil telefon almışdır. Hal-hazırda mobil telefon Rabitə Nazirliyi tərəfindən bağlanıldıqından işləmir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəməyə gəlməmiş və bunun səbəbləri barədə məlumat verməmişdir. Odur ki, Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinin tələblərinə uyğun olaraq, məhkəmə işə onun iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091-ci maddəsinə əsasən, əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1092.1-ci maddəsinə əsasən, varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Qaytarma vəzifəsi bu Məcəllənin 157.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla, əldə edilənlərdən götürülən faydaya; əldə edən şəxsin əldə etdiklərinə əsasən və ya onlar üçün kompensasiya kimi əldə etdiyinə və ya qəsdən əldə etmədiyinə də şamil edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Birinci instansiya baxışının hədləri Azərbaycan Respublikası MPM-in 217-ci maddəsinə əsasən Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Qətnamə iş üzrə müəyyən edilmişhallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-in 218.3-cü maddəsinə əsasən Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Birinci instansiya məhkəməsinin mövqeyi Məhkəmə tərəflərin izahatını dinləyib, məhkəmə iclasında araşdırılmış sübutları və iş materiallarını tədqiq edərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, iddiaçı cavabdehə mebel hazırlanması üçün müracət etmişdir. Mebelin hazırlanmasını 600 manata məbləğində razılaşmışlar. İddiaçı cavabdehə 600 manat pulun qarşılığında mobil telefonu kreditə almışdır. Cavabdeh isə mebeli hazırlamamışdır. Sonradan isə razılaşmaları baş tutmadığına görə iddiaçı almış olduğu mobil telefonun dəyəri olan 600 manat pulun qaytarılmasını tələb etmiş, cavabdeh isə bundan boyun qaçırmışdır. Nəticədə İddiaçı məcbur olub Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə hesab edir ki, mülki qanunvericiliyin yuxarıda şərh olunmuş normaları baxımından Cavabdeh hərəkətləri əsassız varlanma kimi qiymətləndirilməli, bu səbəbdən İddiaçı tərəfindən Cavabdeh verilmiş mobil telefonun dəyəri olan 600 (altı yüz) manat məbləğində pul vəsaiti iddiaçıya cavabdeh tərəfindən qaytarılmalıdır. Hazırkı iş üzrə çəkilmiş məhkəmə xərcləri Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli, yəni iddia təmin edilməli olduğundan hazırkı iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 30 (otuz) manat dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, Cavabdehdan 600 (altı yüz) manat məbləğində pul vəsaiti və 30 (otuz) manat dövlət rüsumu tutularaq İddiaçı ödənilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh 600 (altı yüz) manat məbləğində pul vəsaiti və 30 (otuz) manat dövlət rüsumu tutularaq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Elman İsayev
Məhkəmə qərarları › İş №e-2(025)-1143/2023
Qəbələ Rayon Məhkəməsi Qətnamə — İş №e-2(025)-1143/2023
19.10.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver