Məhkəmə qərarları › İş №e-2(025)-1155/2025

Qəbələ Rayon Məhkəməsi Qətnamə — İş №e-2(025)-1155/2025

14.08.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qəbələ şəhəri İş № e-2(025)-1155/2025 14.08.2025 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair mülki iş üzrə (Açar sözlər: alqı-satqı müqaviləsi üzrə mübahisələr) Qəbələ Rayon Məhkəməsinin hakimi X1 İddiaçı ASC-nin Cavabdeh qarşı pul tələbi barədə iddiasına dair mülki işə baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı ASC Cavabdeh qarşı pul tələbi barədə iddia qaldıraraq xeyrinə 3 iyul 2024-cü il tarixli, SUKRK-02221 saylı kredit müqaviləsi üzrə 298.67 manat əsas borc, 42.22 manat faiz borc, 0 manat cərimə borcu olmaqla cəmi 340.89 manat borc və 30 manat dövlət rüsumu tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı ASC-nin Sumqayıt filialı ilə cavabdeh – Cavabdeh arasında bağlanmış 3yul 2024-cü il tarixli, SUKRK-02221 saylı kredit müqaviləsinə əsasən illik 25 % (iyirmi beş) faiz dərəcəsi olmaqla 24 (iyirmi dörd) ay müddətinə 300 (üç yüz) manat məbləğində cavabdehə kredit verilmişdir (kredit müqaviləsinin 2.1.; 2.3.; 2.4 bəndləri). 3 iyul 2024-cü il tarixli, SUKRK-02221 saylı kredit müqaviləsinin şərtlərinə görə borc alan Cavabdeh kredit üzrə hesablanmış dəbbə pulunu (cərimə, penya), faizləri və əsas borc məbləğini tam və vaxtında ödəməyi öhdəsinə götürsə də, kreditin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımı qaydada icra etməmişdir. Bu barədə dəfələrlə yazılı və şifahi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdehlər öhdəliyinin icra edilməsindən qərəzli olaraq yayınmışdır. Tərəflər arasında bağlanmış 3 iyul 2024-cü il tarixli, SUKRK-02221 saylı kredit müqaviləsinə görə, cavabdeh kredit müqaviləsinin ayrılmaz hissəsi hesab olunan ödəniş cədvəli əsasında, hər ayın 3-dan gec olmayaraq hər ay 16,02 (on altı manat iki qəpik) manat ödəniş etməli olduğu halda öhdəliklərini vaxtı-vaxtında və lazımı qaydada icra etməmişdir. Təqdim olunan maliyyə arayışına əsasən Cavabdeh 3 İyul 2024-cü il tarixli, SUKRK-02221 saylı kredit müqaviləsi üzrə borcunun məbləği əsas borcuna görə 298,67 (iki yüz doxsan səkkiz manat altmış yeddi qəpik) manat, faiz borcuna görə 42,22 (qırx iki manat iyirmi iki qəpik) manat, dəbbə borcuna görə 0 (sıfır) manat, borcun cəmi məbləği 340,89 (üç yüz qırx manat səksən doqquz qəpik) manat təşkil edir. İşdə olan İddiaçı ASC-nin Sumqayıt filialı ilə cavabdeh – Cavabdeh arasında bağlanmış 3 iyul 2024-cü il tarixli, SUKRK-02221 saylı kredit müqaviləsinə əsasən illik 25 % faiz dərəcəsi olmaqla 24 ay müddətinə 300 (üç yüz) manat məbləğində cavabdehə kredit verilmişdir. İşdə olan İddiaçı ASC tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli bildirişin surətinə əsasən, 3 iyul 2024-cü il tarixli, SUKRK-02221 saylı kredit müqaviləsinə əsasən Cavabdeh xx.xx.2025-ci il tarixə 298.67 manat əsas, 42.22 manat faiz və 0 manat cərimə borcu olmaqla, cəmi 340.89 manat borcu yaranmışdır. İşdən görünür ki, Cavabdeh 3 iyul 2024-cü il tarixli, SUKRK-02221 nömrəli Müqavilə üzrə aldığı krediti odəməmiş, 298.67 manat əsas, 42.22 manat faiz borc və 0 manat cərimə hesablanmışdır. AR Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə, və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır; Həmin Məcəllənin 462.1-ci maddəsinə görə dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir; Həmin Məcəllənin 465.2-ci maddəsinə görə, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödəniməsini və öhdəliyin icrasını tələb edə bilər; Hazırkı iş üzrə çəkilmiş məhkəmə xərcləri Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli, yəni hazırkı iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu cavadehdən tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə tədqiq olunmuş sübutlara qiymət verərək hesab edir ki, İddiaçı ASC-nin xeyrinə Cavabdeh 298.67 manat əsas borc, 42.22 manat faiz borc və dövlət rüsumuna görə 30 manat tutulmalıdır. Yuxarıda qeyd olunanlara əsasən Azərbaycan Respublikası MPM-nin 216, 220, 227, 233, 357 və 360-cı maddələrini rəhbər tutaraq QƏTETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh 3 iyul 2024-cü il tarixli, SUKRK-02221 nömrəli kredit müqaviləsi üzrə 298.67 manat əsas borc, 42.22 manat faiz borc və dövlət rüsumuna görə 30 manat pul alınıb İddiaçı ASC-nin hesabına keçirilsin. Qətnamədən 1 (bir) ay müddətində Qəbələ rayon məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Şəki Apellyasiya məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qəbələ Rayon Məhkəməsinin hakimi: Ülvi Qənbərov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar