Azərbaycan Respublikası adından QƏTNAMƏ Qəbələ şəhəri İş № e-2(025)-1156/2024 29.10.2024 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ İddiaçı "xxxx" Qapalı Səhmdar Cəmı̇ yyətinin Cavabdeh qarşı kredit müqaviləsi üzrə “borcun tutulması” tələbinə dair mülki iş üzrə (Açar sözlər: müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr, kredit müqaviləsi üzrə mübahisələr) Qəbələ Rayon Məhkəməsi Qənbərov Ülvi Oktay oğlunun sədrliyi, Tahirova Ləman Kamran qızının katibliyi və Cavabdeh iştirakı ilə, İddiaçı QSC-nin Cavabdeh qarşı kredit müqaviləsi üzrə “borcun tutulması” tələbi barədə iddia ərizəsinə dair işə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı QSC-i Cavabdeh qarşı kredit müqaviləsi borcun tutulması tələbi barədə iddia qaldıraraq aralarında bağlanmış xx.xx.2022-ci il tarixli 035A********** saylı kredit müqaviləsi üzrə Cavabdeh 9144.21 manat əsas borc, 1357.51 manat faiz və 164.71 manat cərimə, ümumilikdə 10666 manat və 122 manat dövlət rüsumu tutulub cəmiyyətin xeyrinə ödənilməsi barədə qətnamə xahiş etmişdir. İddia tələbləri onunla əsaslandırmışdır ki, Cavabdeh İddiaçı QSC ilə xx.xx.2022-ci il tarixdə bağladığı 035A********** saylı kredit müqaviləsi əsasında aylıq faiz dərəcəsi 1.9167% оlmaqla 48 ay müddətinə, kredit müqaviləsinin ayrılmaz hissəsi оlan 1 saylı əlavədə müəyyən оlunmuş ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 13300 (on üç min üç yüz) manat məbləğində kredit götürmüşdür. O, kredit müqaviləsinin 1.2-ci bəndinin tələbini pоzaraq dəfələrlə ödənişləri yubatmış, kredit müqaviləsi üzrə xx.xx.2023-cü il tarixdən ödənilməsi planlaşdırılmış aylıq üçün kredit bоrcu və faiz bоrcundan ibarət vəsaiti qaytarmamışdır. O, götürdüyü kredit bоrcundan 4155.79 manat ödəniş etmiş və оnun iddiaçıya 9144.21 manat məbləğində kredit bоrcu qalmışdır. Kredit müqaviləsinin 2.4-cü maddəsinə əsasən faiz qaytarılmalı kredit məbləği üzrə hər gün üçün bank tərəfindən onun tam qaytarılmasınadək hesablanır. Bir gün üçün faiz həmin kredit müqaviləsinin 1.1 bəndi ilə müəyyən edilmiş aylıq faizin 1/30 hissəsi kimi hesablanır. Qeyd edilənlərə əsasən bildiriirlər ki, o, kredit bоrcunu və faiz borcunu Kreditora qaytarmadığı üçün xx.xx.2024-cü il tarixə 215 gün üçün hesablanmış faiz borcu 1357.51 manat təşkiledir. Kredit müqaviləsinin 4.2.3-cü bəndinə uyğun оlaraq bоrclu ödəniş planı üzrə krediti və оna hesablanmış faizi vaxtında qaytarmadıqda hər gecikdirilən gün üçün kredit qalığının 0,5 % məbləğində cərimə ödəməlidir. xx.xx.2024-cü il tarixə 215 gün üçün kredit müqaviləsi üzrə hesablanmış cərimə 164.71 manat təşkil edir. Cavabdeh izahatında göstərmişdir ki, İddiaçı QSC ilə bağladığı xx.xx.2022-ci il tarixli 035A********** saylı kredit müqaviləsinə əsasən bankdan 48 ay müddətinə aylıq 1.9167 faizlə 13300 manat kredit götürmüş və cədvəl üzrə aylıq ödənişləri ilkin vaxtlarda vaxtı-vaxtında ödəmişdir. Lakin krediti götürəndən bir müddət sonra işdə təlim tərbiyə işləri üzrə direktor müavini vəzifəsindən azad olunmaqla, coğrafiya müəllimi kimi fəaliyyətini davam etdirmiş və başqa gəlirləri olmadığından kreditin qaytarılmasını təmin edə bilməmişdir. Ona görə də, kredit borcunun ödənilməsinə möhlət verilməsini xahiş edir. İşdə olan kreditor İddiaçı QSC ilə borcalan Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli 035A********** saylı kredit müqaviləsinə əsasən aylıq faiz dərəcəsi 1.9167% оlmaqla 48 ay müddətinə, kredit müqaviləsinin ayrılmaz hissəsi оlan 1 saylı əlavədə müəyyən оlunmuş ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 13300 (on üç min üç yüz) manat məbləğində kredit götürmüşdür. İşdə olan İddiaçı QSC tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli OUT-2024/05/06-9 nömrəli arayışa əsasən Cavabdeh ilə bağlanmış xx.xx.2022-ci il tarixli 035A********** saylı kredit müqaviləsi üzrə 9144.21 manat əsas borc, 1357.51 manat faiz, 164.71 manat cərimə hesablanmışdır. Müqaviləyə əlavə edilmiş Ödəniş cədvəlinin surətinə X1 ona verilən 13.300 manat məbləğində krediti 7292.57 manat faizlə birlikdə xx.xx.2022-ci il tarixdən başlayaraq xx.xx.2026-cı il tarixədək hissə-hissə ödəyib qurtarmağı öhdəsinə götürmüşdür. İşdə olan 24 iyun 2023-cü il tarixli 258 nömrəli əmrdən çıxarışa əsasən, Məmmədağalı kənd tam orta məktəbinin Təlim Tərbiyə işləri üzrə direktor müavini Cavabdeh ərizəsi nəzərə alınmaqla AR əmək məcəlləsinin 69-cu maddəsinə əsasən, 24 iyun 2023-cü il tarixindən məktəbdə coğrafiya müəllimi saxlanılmaqla, Təlim tərbiyə işləri üzrə direktor müavini vəzifəsindən azad olunmaqla, əmək müqaviləsində müvafiq dəyişiklik aparılması göstərilmişdir. AR Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Həmin Məcəllənin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyi icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməlidir. Həmin Məcəllənin 449.4-cü maddəsinə əsasən özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Həmin Məcəllənin 462.3-cü maddəsinə əsasən müqavilənin tərəfləri dəbbə pulunun miqdarını sərbəst müəyyənləşdirə bilərlər və bu mümkün zərərdən çox ola bilər. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Məhkəmə tədqiq olunmuş sübutlara qiymət verərək hesab edir ki, Cavabdeh xx.xx.2022-ci il tarixli 035A********** saylı kredit müqaviləsi üzrə 9144.21 manat əsas borc və 1357.51 manat faiz tutulmalı, hesablanmış cərimə məbləği isə əsas borc məbləğinə mütənasib surətdə azaldılmalıdır. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 119, 216-220 və 222.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh 9144.21 (doqquz min bir yüz qırx dörd manat iyirmi bir qəpik) manat əsas borc, 1357.51 (bir min üç yüz əlli yeddi manat əlli bir qəpik) manat faiz borcu və 100 (bir yüz) manat cərimə olmaqla, ümumilikdə 10,601.72 (on min altı tüz bir manat yetmiş iki qəpik) manat borc və 122 (bir yüz iyirmi iki) manat dövlət rüsumu İddiaçı QSC-nin xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Ülvi Qənbərov.
Məhkəmə qərarları › İş №e-2(025)-1156/2024
Qəbələ Rayon Məhkəməsi Qətnamə — İş №e-2(025)-1156/2024
29.10.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver