Məhkəmə qərarları › İş №e-2(025)-117/2023

Qəbələ Rayon Məhkəməsi Qətnamə — İş №e-2(025)-117/2023

31.01.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qəbələ şəhəri İş № e-2(025)-117/2023 31.01.2023 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ İddiaçı"xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh Səmədov Yusı̇ f Çələbı̇ oğluna qarşı alqı-satqı müqaviləsi üzrə borcun tutulması” tələbinə dair mülki iş üzrə (Açar sözlər: alqı-satqı müqaviləsi üzrə mübahisələr) Hakim İsayev Elman Bəhruz oğlunun sədrliyi, Tahirova Ləman Kamran qızının katibliyi, "ABC-Telecom" Məhdud Məsulı̇ yyətli Cəmı̇ yyətinin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı "ABC-Telecom" Məhdud Məsulı̇ yyətli Cəmı̇ yyətinin cavabdeh Səmədov Yusı̇ f Çələbı̇ oğluna qarşı “alqı-satqı müqaviləsi üzrə borcun tutulması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi İşin halları İddiaçı "xxxx" MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 1. xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən, Samsung markalı soyuducu və paltaryuyan üçün 3097.4 (üç min doxsan yeddi manat qırx qəpik) manat ödənilməmiş hissə, 926.6(doqqua yüz iyirmi altı manat altmış qəpik) manat cərimə; 2. xx.xx.2020-cu il tarixli müqaviləsinə əsasən, Marmaris yumşaq künc üçün 2721.4 (iki min yeddi yüz iyirmi bir manat qırx qəpik) manat ödənilməmiş hissə, 770.6(yeddi yüz yetmiş manat altmış qəpik) manat cərimə; 3. xx.xx.2020-cu il tarixli müqaviləsinə əsasən, Braun markalı ütü üçün 130.4 (bir yüz otuz manat qırx qəpik) manat ödənilməmiş hissə, 38.6(otuz səkkiz manat altmış qəpik) manat cərimə miqdarında borc, ümumilikdə, 7687 manat borc, 96.87 manat ödənilmiş dövlət rüsumu cavabdeh Səmədov Yusı̇ f Çələbı̇ oğlundan alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələblərini onunla əsaslandırmışdır ki, cavabdeh, "xxxx" MMC ilə xx.xx.2021-ci il, xx.xx.2020-ci il, xx.xx.2020-ci il tarixlərindəki müqavilələrinə əsasən, SAMSUNG markalı soyuducu və paltaryuyan, MARMARİS yumşaq künc, BRAUN markalı ütü almış və nəticədə 7687 (yeddi min altı yüz səksən yeddi) manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 327.6 (üç min iki yüz yetmiş doqquz manat altmış qəpik) manat (18 ay x 182.2 manat + 0 manat ilkin ödəniş) olan SAMSUNG markalı soyuducu və paltaryuyan üçün 4026 (dörd min iyirmi altı) manat olmaqla ondan, 3097.4 (üç min doxsan yeddi manat qırx qəpik) manat ödənilməmiş hissə, 928.6 (doqquz yüz iyirmi səkkiz manat altmış qəpik) manat dəbbə pulu; xx.xx.2020-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 3258.8 (üç min iki yüz əlli səkkiz manat səksən qəpik) manat (24 ay x 135.7 manat + 0 manat ilkin ödəniş) olan MARMARİS yumşaq künc üçün 3492 (üç min dörd yüz doxsan iki) manat olmaqla ondan 2721.4 (iki min yeddi yüz iyirmi bir manat qırx qəpik) manat ödənilməmiş hissə, 770.6 (yeddi yüz yetmiş manat altmış qəpik) manat dəbbə pulu; xx.xx.2020-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 308.4 (üç yüz səkkiz manat qırx qəpik) (12 ay x 25.7 manat + 0 manat ilkin ödəniş) olan BRAUN markalı ütü üçün 169 (yüz altmış doqquz) manat olmaqla ondan 130.4 (yüz otuz manat qırx qəpik) manat ödənilməmiş hissə, 38.6 (otuz səkkiz manat altmış qəpik) manat dəbbə pulu; Cavabdehin cəmi ödədiyi məbləğ 895.6 manat təşkil edir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Ödəniş cədvəlinin 3-cü bəndinə əsasən, ödəniş edilən zaman hesablanmış penya aşkarlanırsa, “ABC” “Müştəri”-nin ödədiyi məbləğin 50%-nə qədər hissəsi peniya ödənilməsinə yönədilə bilər. Tələbimizin əsaslığını və əmlakın dəyərini sübut edən sənədlər: Tərəflər arasında bağlanılmış Müqavilə, onun əlavəsi, bildirişi, əşyaların təhvil-təslim aktı və ödəniş cədvəlindən ibarətdir. Cavabdehlə aramızda bağlanılmış ilə ilə xx.xx.2021-ci il, xx.xx.2020-ci il, xx.xx.2020-ci il tarixli Müqavilələrinin ayrılmaz tərkib hissəsi olan Əşyaların təhvil-təslim aktından görünür ki, cavabdeh əldə etdiyi məhsulu tam və qüsursuz şəkildə təhvil almışdır. Cavabdehlə aramızda olan telefon danışığı, həmçinin göndərdikləri xx.xx.2022-ci il tarixli xəbərdarlıq məktubunda mübahisənin Məhkəmədən kənar həll olunması, onun üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğunu rəsmi qaydada bildirsə də, qarşı tərəf müqavilə ilə təsbit olunmuş öhdəlikləri icra etməmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasında iddiaçı "xxxx" MMC-nin nümayəndəsi X2 iddia ərizəsini müdafiə edərək iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh Səmədov Yusı̇ f Çələbı̇ oğluna məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəməyə gəlməmiş və bunun səbəbləri barədə məlumat verməmişlər. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinin tələblərinə uyğun olaraq, məhkəmə işə cavabdehlərin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllənin) 6.2-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Mülki Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Mülki Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Mülki Məcəllənin 445-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Mülki Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir Azərbaycan Respublikası Mülki Məcəlləsinin 458.1-ci maddəsinə əsasən əgər öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi hər iki tərəfin təqsiri üzündən baş vermişsə, məhkəmə borclunun məsuliyyətinin ölçüsünü müvafiq surətdə azaldır. Kreditor icra etməmək və ya lazımınca icra etməmək nəticəsində dəyən zərərin miqdarının artmasına qəsdən və ya ehtiyatsızlıq üzündən kömək göstərdikdə və ya zərəri azaltmaq üçün ağlabatan tədbirlər görmədikdə də məhkəmə borclunun məsuliyyətinin ölçüsünü azalda bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 465.2-ci maddəsinə görə, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Mülki Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Birinci instansiya baxışının hədləri Azərbaycan Respublikası MPM-in 217-ci maddəsinə əsasən Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-in 218.3-cü maddəsinə əsasən Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Birinci instansiya məhkəməsinin mövqeyi Məhkəmə iş üzrə təqdim olunmuş sübutları, iddia ərizəsinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək, belə hesab edir ki, iddia aşağıda göstərilənlərə əsasən qismən təmin olunmalıdır. Belə ki, iş materiallarında olan "xxxx" MMC ilə Səmədov Yusı̇ f Çələbı̇ oğlu arasında bağlanmış xx.xx.2021-ci il tarixli 22238544 №-li müqaviləyə əsasən Səmədov Yusı̇ f Çələbı̇ oğlu "xxxx" MMC-dən ümumi qiyməti 2919.6 manat dəyərində olan Samsung markalı soyuducu və paltaryuyan almışdır. Ödəniş cədvəlindən görünür ki, cavabdeh Səmədov Yusı̇ f Çələbı̇ oğlu xx.xx.2021-ci il tarixli müqavilə üzrə borcu 18 ay müddətinə, aylıq 182.2 manat annuitetlə ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan "xxxx" MMC ilə Səmədov Yusı̇ f Çələbı̇ oğlu arasında bağlanmış xx.xx.2020-cu il tarixli 22055204 müqaviləyə əsasən Səmədov Yusı̇ f Çələbı̇ oğlu "xxxx" MMC-dən ümumi qiyməti 3256.8 manat dəyərində olan Marmaris yumşaq künc almışdır. Ödəniş cədvəlindən görünür ki, cavabdeh Səmədov Yusı̇ f Çələbı̇ oğlu xx.xx.2020-cu il tarixli müqavilə üzrə borcu 24 ay müddətinə, aylıq 135.7 manat annuitetlə ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan "xxxx" MMC ilə Səmədov Yusı̇ f Çələbı̇ oğlu arasında bağlanmış xx.xx.2020-cu il tarixli 21167711 müqaviləyə əsasən Səmədov Yusı̇ f Çələbı̇ oğlu "xxxx" MMC-dən ümumi qiyməti 308.4 manat dəyərində olan Braun markalı ütü almışdır. Ödəniş cədvəlindən görünür ki, cavabdeh Səmədov Yusı̇ f Çələbı̇ oğlu xx.xx.2020-cu il tarixli müqavilə üzrə borcu 12 ay müddətinə, aylıq 25.7 manat annuitetlə ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan “Maliyyə və ödəniş cədvəlin”dən görünür ki, cavabdeh Səmədov Yusı̇ f Çələbı̇ oğlu ödənişləri gecikdərməklə müqavilə şərtlərini pozduğuna görə müqavilənin ödəniş cədvəli üzrə 2-ci bəndinə uyğun olaraq xx.xx.2021-ci il tarixli 22238544 saylı müqavilə üzrə 3097.4 manat ödənilməmiş hissə, 928.6 manat dəbbə; xx.xx.2020-cu il tarixli 22055204 saylı müqavilə üzrə 2721.4 manat ödənilməmiş hissə, 770.6 manat dəbbə; xx.xx.2020-cu il tarixli 21167711 saylı müqavilə üzrə 130.4 manat ödənilməmiş hissə, 38.6 manat dəbbə hesablanmışdır. İş materiallarında olan "xxxx" MMC tərəfindən borclu Səmədov Yusı̇ f Çələbı̇ oğluna ünvanlanmış bildirişlərdən görünür ki, borcunun tam olaraq qısa bir zamanda ödəməyi təklif etmişlər, əks təqdirdə borcun və onun üçün çəkilən xərclərin tam olaraq qaytarılması ilə əlaqədar iddia tələbi ilə məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. Beləliklə, məhkəmə iclasında sübutların tədqiq edilməsi nəticəsində müəyyən edilmişdir ki, iddia üzrə iddiaçı müqavilə ilə öz üzərinə düşən öhdəliyi tam və lazımı qaydada icra etmiş, lakin qarşı tərəf müqavilə üzrə öz üzərinə düşən öhdəliyi tam və lazımı qaydada icra etməmişdir. Məhkəmə hesab edir ki, iddia tələbi əsas borcun tutulması hissəsində tam əsaslıdır. Ona görə də, cavabdehdən "xxxx" MMC-nin xeyrinə xx.xx.2021-ci il tarixli 22238544 №-li müqavilə üzrə 3097.4 manat, xx.xx.2020-cu il tarixli 22055204 №-li müqavilə üzrə 2721.4 manat, xx.xx.2020-cu il tarixli 21167711 №-li müqavilə üzrə 130.4 manat ödənilməmiş əsas borcu tutulmalıdır. Məhkəmə hesab edir ki, xx.xx.2021-ci il tarixli 22238544 saylı müqavilə üzrə 928.6 manat cərimə borcu yaranmış borc məbləğinə mütənasib olmadığından onun məbləği azaldılmalı, 309 manata endirilməli, xx.xx.2020-cu il tarixli 22055204 №-li müqavilə üzrə 770.6 manat cərimə borcu yaranmış borc məbləğinə mütənasib olmadığından onun məbləği azaldılmalı, 272 manata endirilməli, xx.xx.2020-cu il tarixli 21167711 saylı müqavilə üzrə 38.6 manat cərimə borcu yaranmış borc məbləğinə mütənasib olmadığından onun məbləği azaldılmalı, 13 manata endirilməlidir. Hazırkı iş üzrə çəkilmiş məhkəmə xərcləri Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli, yəni iddia təmin edilməli olduğundan hazırkı iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 96.87manat dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası MPM-nin 78.1.-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Adı çəkilən Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məcəllənin 81-ci maddəsinə görə isə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Həmin məcəllənin 217.4 maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə iddia ərizəsinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək, belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməli, cavabdeh Səmədov Yusı̇ f Çələbı̇ oğlundan xx.xx.2021-ci il tarixli 22238544 saylı müqavilə üzrə 3097.4 manat əsas borc, 309 manat cərimə borcu olmaqla, cəmi 3406.4 manat borc; xx.xx.2020-cu tarixli 22055204 saylı müqavilə üzrə 2721.4 manat əsas borc, 272 manat cərimə borcu olmaqla, cəmi 2993.4 manat borc; xx.xx.2020-cu il tarixli 21167711 saylı müqavilə üzrə 130.4 manat əsas borc, 13 manat cərimə borcu olmaqla, cəmi 143.4 borc olmaqla ümumilikdə 6399.4(altı min üç yüz doxsan doqquz manat qırx qəpik) manat borc və 96.87 (doxsan altı manat səksən yeddi qəpik) manat məbləğində ödənilmiş dövlət rüsumu tutularaq iddiaçı "xxxx" MMC-nin xeyrinə tutulmalı, iddia qalan hissədə təmin edilməməlidir. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 119, 216-220 və 222.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh Səmədov Yusı̇ f Çələbı̇ oğlundan xx.xx.2021-ci il tarixli müqavilə üzrə 3097.4 (üç min doxsan yeddi manat qırx qəpik) manat əsas borc, 309 (üç yüz doqquz) manat cərimə borcu olmaqla, cəmi 3406.4 (üç min dörd yüz altı manat qırx qəpik) manat borc; xx.xx.2020-cu il tarixli müqavilə üzrə 2721.4 (iki min yeddi yüz iyirmi bir manat qırx qəpik) manat əsas borc, 272 (iki yüz yetmiş iki) manat cərimə borcu olmaqla, cəmi 2993.4 (iki min doqquz yüz doxsan üç manat qırx qəpik) manat borc; xx.xx.2020-cu il tarixli müqavilə üzrə 130.4 (bir yüz otuz manat qırx qəpik) manat əsas borc, 13 (on üç) manat cərimə borcu olmaqla, cəmi 143.4 (bir yüz qırx üç manat qırx qəpik) manat borc olmaqla ümumilikdə 6399.4(altı min üç yüz doxsan doqquz manat qırx qəpik) manat borc və 96.87 (doxsan altı manat səksən yeddi qəpik) manat məbləğində ödənilmiş dövlət rüsumu tutularaq iddiaçı "xxxx" MMC-nin xeyrinə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Elman İsayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar