Azərbaycan Respublikası adından QƏRARDAD Qəbələ şəhəri İş № e-2(025)-1173/2023 12.07.2023 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Mən, Qəbələ Rayon Məhkəməsinin hakimi İsayev Elman Bəhruz oğlu İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə qarşı iddia ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirib m ü ə y y ə n e t d i m: İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 19 iyun 2023-cü il tarixində ƏMDX-nın aparıcı məsləhətçisi X2 tərəfindən yazılmış MN №0262832 saylı protokola əsasən ƏMDXnın Şöbə X1 tərəfindən 3 iyul 2023-cü il tarixli MN №0248081 saylı İnzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. İddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib hesab edirəm ki, iddianın yol verilməzliyinə görə ərizənin qəbulundan imtina edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.2.1-ci maddəsinə əsasən ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Göründüyü kimi, İddiaçı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin narazı olduğu inzibati tənbeh vermə haqqında qərarına dair iddia ilə müraciət etmişdir. İddiaçının mülki məhkəmə icraatı qaydasında inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi xahiş etdiyi məsələ inzibati orqanın qərarı ilə təsdiq olunur. Bu isə tərəflər arasında inzibati xəta üzrə mübahisə yaranmışdır ki, belə mübahisəyə baxılması mülki məhkəmə icraatı qaydasında baxıla bilməz. Qeyd edilənləri nəzərə alaraq, hesab edirəm ki, İddiaçı iddia ərizəsi və ona əlavə olunmuş sənədlər iddianın yolverilməzliyinə görə geri qaytarılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153, 153.2.2, 263-264, 268-ci maddələrini rəhbər tutaraq, q ə r a r a a l d ı m: İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə qarşı iddia ərizəsinin qəbulundan iddianın yolverilməzliyinə görə imtina edilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətinə Qəbələ Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Elman İsayev
Məhkəmə qərarları › İş №e-2(025)-1173/2023
Qəbələ Rayon Məhkəməsi Qərardad — İş №e-2(025)-1173/2023
12.07.2023 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver