Məhkəmə qərarları › İş №e-2(025)-1182/2025

Qəbələ Rayon Məhkəməsi Qətnamə — İş №e-2(025)-1182/2025

22.08.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qəbələ şəhəri İş № e-2(025)-1182/2025 22.08.2025 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair mülki iş üzrə (Açar sözlər: alqı-satqı müqaviləsi üzrə mübahisələr) Qəbələ Rayon Məhkəməsinin hakimi X3 İddiaçı MMC-nin Cavabdeh qarşı “kredit müqaviləsi üzrə borcun tutulması” tələbi barədə iddiasına dair mülki işə baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı MMC Cavabdeh qarşı “kredit müqaviləsi üzrə borcun tutulması” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edib kredit üzrə əsas borcun məbləği 600 (altı yüz) manat, kredit üzrə faiz borcunun məbləği 30 (otuz) manat, kredit üzrə hesablanmış cərimə məbləği 363 (üç yüz altmış üç) manat, iddia qaldırılan günə birdəfəlik komissiya borcunun məbləği 87 (səksən yeddi) manat olmaqla, cəmi 1080 (bir min səksən) manat məbləğdə kredit borcunun və ərizənin məhkəməyə təqdimedilməsi üçün iddiaçı tərəfindən ödənilmiş 30,80 (otuz manat səksən qəpik) manat məbləğdə dövlət rüsumunun Cavabdeh tutularaq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, iddia ərizəsinə əlavə edilən sənədlərdən də göründüyü kimi, "xxxx" BOKT MMCilə Cavabdeharasında elektron qaydada 07 aprel 2024-cü il tarixli, **********004 nömrəli Kredit Müqaviləsi bağlanıb. Həmin müqaviləyə əsasən, cavabdeh - Cavabdehna 1 (bir) ay müddətinə, illik 60,85%,verilmiş kredit məbləğindən istifadəyə görə haqq 5.0%,verilmiş kredit məbləği üzrə xidmət haqqının məbləği 87 AZN olmaqla,600 (altı yüz) manat məbləğdə kredit verilib. Müqavilənin 1.17-ci maddəsinin 1-ci bəndinə əsasən, müqavilədən irəli gələn öhdəliklər Borcalan tərəfindən yerinə yetirilmədikdə BOKT bu Müqavilə üzrə hüquqları (tələbləri) Borcalanın razılığı olmadan, öz mülahizəsinə əsasən hər hansı üçüncü şəxsə, kollektor agentliyinə yönləndirmək hüququna malikdir. "xxxx" Bank Olmayan Kredit Təşkilatı MMC ilə İddiaçı MMC arasında bağlanmış xx.xx.2025-ci il tarixli 1802/25 saylı “tələb hüququnun satılması haqqında” müqaviləyə əsasən Cavabdeh "xxxx" Bank Olmayan Kredit Təşkilatı MMC qarşısında olan kredit öhdəliyi üzrə bütün tələb hüquqları İddiaçı MMC-yə ötürülmüşdür. (xx.xx.2025-ci il tarixli, 1802/25 saylı müqavilə üzrə təhvil-təslim aktı iddia ərizəsinə əlavə olunur.) Məhkəmənin diqqətinə çatdırmaq istəyirik ki, cavabdeh - Cavabdehuzun müddətdir ki, kredit müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmir. İddiaçı - İddiaçı MMCtərəfindən cavabdehə dəfələrlə yazılı və şifahi müraciət edilməsinə baxmayaraq, müqavilə üzrə öhdəliklər hələ də icra edilmir, kredit borcu ödənilmir. İddiaçı tərəfindən tərtib edilmiş maliyyə arayışına əsasən, cavabdeh – Cavabdeh 07 aprel 2024-cü il tarixli, **********004 nömrəli kredit müqaviləsi üzrə kredit borcu - kredit üzrə əsas borcun məbləği 600 (altı yüz) manat, kredit üzrə faiz borcunun məbləği 30 (otuz) manat, kredit üzrə hesablanmış cərimə məbləği 363 (üç yüz altmış üç) manat, iddia qaldırılan günə birdəfəlik komissiya borcunun məbləği 87 (səksən yeddi) manat olmaqla, cəmi 1080 (bir min səksən) manat təşkil edir. İşdə olan 07 aprel 2024-cü il tarixli **********004 nömrəli müqavilənin surətindən görünür ki, "xxxx" BOKT MMCilə Cavabdeharasında elektron qaydada 07 aprel 2024-cü il tarixli, **********004 nömrəli Kredit Müqaviləsi bağlanmış, həmin müqaviləyə əsasən, cavabdeh - Cavabdehna 1 (bir) ay müddətinə, illik 60,85%,verilmiş kredit məbləğindən istifadəyə görə haqq 5.0%,verilmiş kredit məbləği üzrə xidmət haqqının məbləği 87 AZN olmaqla,600 (altı yüz) manat məbləğdə kredit verilmişdir. İşdə olan Müqavilənin 1.17-ci maddəsinin 1-ci bəndinə əsasən müqavilədən irəli gələn öhdəliklər Borcalan tərəfindən yerinə yetirilmədikdə BOKT bu Müqavilə üzrə hüquqları (tələbləri) Borcalanın razılığı olmadan, öz mülahizəsinə əsasən hər hansı üçüncü şəxsə, kollektor agentliyinə yönləndirmək hüququna malikdir. İşdə olan "xxxx" BOKT MMC ilə İddiaçı MMC arasında bağlanmış xx.xx.2025-ci il tarixli 1802/25 saylı “tələb hüququnun satılması haqqında” müqaviləyə əsasən Cavabdeh "xxxx" Bank Olmayan Kredit Təşkilatı MMC qarşısında olan kredit öhdəliyi üzrə bütün tələb hüquqları İddiaçı MMC-yə ötürülmüşdür. İşdə olan X2 ünvanlanmış xx.xx.2025-ci il tarixli bildirişin surətindən görünür ki, X1 xx.xx.2024-cü il tarixli, **********004 saylı kredit müqaviləsinə əsasən xx.xx.2025-ci il tarixə 1080 manat borcu yaranmışdır. İşdə olan xx.xx.2025-ci il tarixli maliyyə arayışına əsasən, X1 İddiaçı MMC-yə 600 manat əsas, 87 manat komissiya borcu, 363 manat borc üzrə hesablanmış cərimə borcu, iddia qaldırılan günə faiz borcu 30 manat olmaqla, cəmi 1080 manat borcu yaranmışdır. İşdən görünür ki, Cavabdeh xx.xx.2024-cü il tarixli, **********004 nömrəli müqavilə üzrə üzərinə götürdüyü öhdəliyi yerinə yetirməyərək aylıq ödəməni qismən icra etmiş və 600 manat əsas, 87 manat komissiya borcu, 363 manat borc üzrə hesablanmış cərimə borcu, iddia qaldırılan günə faiz borcu 30 manat olmaqla, cəmi 1080 manat borcu yaranmışdır. AR Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən şəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə, və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 449.4-cü maddəsinə əsasən özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə tədqiq olunmuş sübutlara qiymət verərək hesab edir ki, Borcverən İddiaçı MMC ilə Borcalan Cavabdeh arasında bağlanmış xx.xx.2024-cü il tarixli, **********004 saylı müqavilə üzrə borclu Cavabdeh 600 manat əsas borc, 30 manat faiz, 87 manat komissiya tutularaq İddiaçı MMC– nin hesabına keçirilməli, cərimə məbləği isə əsas borca mütənasib olaraq birrəqəmli həddə endirilməlidir. Yuxarıda qeyd olunanlara əsasən Azərbaycan Respublikası MPM-nin 216-220,227,233,357 və 360-cı maddələrini rəhbər tutaraq Q Ə T E T D İ: İddia tələbi qismən təmin olunsun. Cavabdeh 600 (altı yüz) manat əsas borc, 30 (otuz) manat faiz, 6 (altı) manat cərimə, 87 (səksən yeddi) manat komissiya və 30,0 (otuz) manat dövlət rüsumu tutulub İddiaçı MMC–nin xeyrinə ödənilsin. Qətnamədən 1 (bir) ay müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şəki Apellyasiya məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Ülvi Qənbərov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar