Azərbaycan Respublikası adından QƏTNAMƏ Qəbələ şəhəri İş № e-2(025)-124/2025 17.07.2025 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair mülki iş üzrə (Açar sözlər: mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələri, maddi ziyanın ödənilməsi) Qəbələ Rayon Məhkəməsi Qənbərov Ülvi Oktay oğlunun sədrliyi, Məmmədova Gülanə Elmdar qızının katibliyi və İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “maddi ziyanın ödənilməsi” tələbi barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh qarşı dəymiş ziyanın ödənilməsi tələbi barədə iddia qaldıraraq qarşı tərəfin təqsirli hərəkətləri ilə xx.xx.2024-cü il tarixdə, saat 19:20 radələrində Bakı şəhəri, Xətai rayonu, Ukrayna dairəsində baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində ona məxsus olan “Hyundai Sonata minik” markalı **-EN-*** dövlət nömrə nişanlı avtomobilin “Hyundai İ-30 minik” markalı **- AJ-*** dövlət nömrə nişanlı avtomaşınla toqquşaraq zədələnməsi nəticəsində ona 2260,80 manat miqdarında ziyan dəydiyini göstərib həmin məbləğ və 43 manat dövlət rüsumu, ümumilikdə 2303,80 manat tutulub onun xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı izahatında göstərmişdir ki, xx.xx.2024-cü il tarixdə, saat 19:20 radələrində Bakı şəhəri, Xətai rayonu, Ukrayna dairəsində baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində ona məxsus olan “Hyundai Sonata minik” markalı **-EN-*** dövlət nömrə nişanlı avtomobil Cavabdeh idarə etdiyi “Hyundai İ-30 minik” markalı **-AJ-*** dövlət nömrə nişanlı avtomaşınla toqquşmuşdur. YNH-də avtomobilinin zədələnməsi nəticəsində ona 2260,80 manat miqdarında ziyan dəymiş, Cavabdeh hadisəni törətməkdə təqsirli bilinərək inzibati qaydada tənbeh olunmuş, lakin ona dəymiş maddi zərəri ödəməmişdir. Ona görə də, Cavabdeh 2260,80 manat və 43 manat dövlət rüsumu, ümumilikdə 2303,80 manat tutulub onun xeyrinə ödənilməsi barədə iddia qaldırmışdır. İşdə olan xx.xx.2024-cü il tarixli TP ******* saylı “inzibati tənbeh vermə haqqında” qərarın surətinə əsasən Cavabdeh «Hyundai Sonata» markalı ** AJ *** dövlət nömrə nişanlı avtomobili idarə edərək xx.xx.2023-cü il tarixdə, saat 19:20 radələrində Bakı şəhəri, Xətai rayonu, Ukrayna dairəsində hərəkətdə olarkən «Hyundai İ-30 minik» markalı **-EN-*** dövlət nömrə nişanlı avtomobillə toqquşma ilə nəticələnən yol nəqliyyat hadisəsi törətmişdir. İşdə olan BB 325521 nömrəli Nəqliyyat vasitəsinin Qeydiyyat şəhadətnaməsinin surətinə əsasən 2014-cü il buraxılışlı «Hyundai İ-30 minik» markalı **-EN-*** dövlət nömrə nişanlı nəqliyyat vasitəsi xx.xx.2022-ci il tarixdə İddiaçı adına qeydiyyata alınmışdır. İşdə olan “Auto Azərbaycan” şirkəti tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli zərər aktına əsasən texniki baxış zamanı «Hyundai İ-30 minik» markalı **-EN-*** dövlət nömrə nişanlı avtomobilin təmir-bərpa xərci 2260,80 manat məbləğində müəyyən edilmişdir. İşdə olan "xxxx" MMC tərəfindən verilmiş 30 iyun 2025-ci il tarixli, UNİ/İ46-320/2025 saylıekspert rəyində göstərilmişdir ki, 2014-cü il buraxılışlı, “Hyundai İ-30 Minik” markalı **-EN-*** dövlət nömrə nişanlı avtomobilin istismara yararlı vəziyyətə gətirilməsi üçün çəkiləcək xərclərin miqdarı 1097,00 manat təşkil edir. AR MPM-nin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab edilir. Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Məhkəmədə tədqiq olunmuş sübutlara əsasən müəyyən edilmişdir ki, xx.xx.2024-cü il tarixdə, saat 19:20 radələrində Bakı şəhəri, Xətai rayonu, Ukrayna dairəsində **-AJ-*** dövlət nömrə nişanlı “HYUNDAİ SONATA” markalı avtomobili idarə edən Cavabdeh təqsirindən baş vermiş yol nəqliyyat hadisəsində İddiaçı məxsus **-EN-*** dövlət nömrə nişanlı “HYUNDAİ İ-30” markalı avtomobilin zədələnməsi nəticəsində İddiaçı cəmi 1097,00 manat məbləğində maddi zərər dəymiş və ödənilməmişdir. AR Mülki Məcəlləsinin 21.1 maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzininin tam ödənilməsini tələb edə bilər. Həmin Məcəllənin 1097-ci maddəsinə əsasən mülki hüquq pozuntusu nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Həmin Məcəllənin 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhkükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən,.....və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludur, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər.Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və s.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Həmin Məcəllənin 1108.2-ci maddəsinə əsasən yüksək təhlükə mənbəyinin sahibi digər şəxslərin hüquqa zidd hərəkətləri nəticəsində mənbənin onun sahibliyindən çıxdığını sübuta yetirərsə, həmin mənbənin vurduğu zərər üçün məsuliyyət daşımır. Belə hallarda yüksək təhlükə mənbəyinin vurduğu zərər üçün məsuliyyəti mənbəyə hüquqa zidd yiyələnmiş şəxslər daşıyırlar. Yüksək təhlükə mənbəyinin sahibi həmin mənbənin onun sahibliyindən hüquqa zidd götürülməsində təqsirli olduqda məsuliyyət həm mənbə sahibinin, həm də yüksək təhlükə mənbəyinə hüquqa zidd yiyələnmiş şəxsin üzərinə qoyula bilər. Məhkəmə tədqiq olunmuş sübutlara qiymət verərək hesab edir ki, xx.xx.2023-cü il tarixdə, saat 19:20 radələrində Bakı şəhəri, Xətai rayonu, Ukrayna dairəsində baş vermiş yol nəqliyyat hadisəsində İddiaçı məxsus **-EN-*** dövlət nömrə nişanlı “HYUNDAİ İ-30” markalı avtomobilin zədələnməsi nəticəsində ona dəymiş cəmi 1097,0 manat məbləğində maddi zərər Cavabdeh tərəfindən ödənilməlidir. Yuxarıda qeyd olunanlara əsasən Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233, 357 və 360-cı maddələrini rəhbər tutaraq Q Ə T E T D İ: İddia tələbi qismən təmin olunsun. Cavabdeh 1.097,0 (bir min doxsan yeddi) manat və 31,0 (otuz bir) manat dövlət rüsumu tutulub, İddiaçı xeyrinə ödənilsin. İş üzrə ekspertiza xərcini təşkil edən 150,0 (bir yüz əlli) manat Cavabdeh və 150,0 (bir yüz) manat İddiaçı tutularaq "xxxx" MMC-nin xeyrinə ödənilsin. Qətnamədən 1 (bir) ay müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Ülvi Qənbərov
Məhkəmə qərarları › İş №e-2(025)-124/2025
Qəbələ Rayon Məhkəməsi Qətnamə — İş №e-2(025)-124/2025
17.07.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver