Məhkəmə qərarları › İş №e-2(025)-1244/2025

Qəbələ Rayon Məhkəməsi Qətnamə — İş №e-2(025)-1244/2025

02.09.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qəbələ şəhəri İş № e-2(025)-1244/2025 02.09.2025 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair mülki iş üzrə (Açar sözlər: alqı-satqı müqaviləsi üzrə mübahisələr) Qəbələ Rayon Məhkəməsinin hakimi X1 İddiaçı ASC-nin Cavabdeh qarşı pul tələbi barədə iddiasına dair mülki işə baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı ASC Cavabdeh qarşı pul tələbi barədə iddia qaldıraraq xeyrinə 27 avqust 2024-cü il tarixli, SKKRK-01479 saylı kredit müqaviləsi üzrə 190.78 manat əsas borc, 20.74 manat faiz borc, 0 manat cərimə borcu olmaqla cəmi 211.52 manat borc və 30 manat dövlət rüsumu tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı ASC-nin Şəki filialı ilə cavabdeh – CavabdehQeysəddin oğlu arasında bağlanmış 27 avqust 2024-cü il tarixli, SKKRK-01479 saylı kredit müqaviləsinə əsasən illik 25 % (iyirmi beş) faiz dərəcəsi olmaqla 48 ay müddətinə 200 (iki yüz) manat məbləğindəcavabdehə kredit verilmişdir. 27 Avqust 2024-cü il tarixli, SKKRK-01479 saylı kredit müqaviləsinin şərtlərinə görə borc alan MəmmədşərifovPərviz Qeysəddin oğlu kredit üzrə hesablanmış dəbbə pulunu (cərimə, penya), faizləri və əsas borc məbləğini tamvə vaxtında ödəməyi öhdəsinə götürsə də, kreditin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımı qaydada icra etməmişdir. Bu barədə dəfələrlə yazılı və şifahi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdehlər öhdəliyinin icra edilməsindən qərəzli olaraq yayınmışdır. Tərəflər arasında bağlanmış 27Avqust 2024-cü il tarixli, SKKRK-01479 saylı kredit müqaviləsinə görə,cavabdeh kredit müqaviləsinin ayrılmaz hissəsi hesab olunan ödəniş cədvəliəsasında, hər ayın 27-dan gec olmayaraq hər ay 10,68 (on manat altmış səkkiz qəpik) manat ödənişetməli olduğu halda öhdəliklərini vaxtı-vaxtında vəlazımı qaydadaicraetməmişdir. Təqdim olunan maliyyə arayışına əsasən Cavabdeh 27 Avqust 2024-cü il tarixli, SKKRK01479 saylı kredit müqaviləsi üzrə borcunun məbləğiəsas borcuna görə 190,78 (bir yüz doxsan manat yetmiş səkkiz qəpik) manat, faiz borcuna görə 20,74 (iyirmimanat 74 qəpik) manat, dəbbə borcuna görə 0 (sıfır) manat, borcun cəmiməbləği 211,52 (iki yüz on bir manat əlli iki qəpik) manat təşkil edir. İşdə olan İddiaçı ASC-nin Şəki filialı ilə cavabdeh – Cavabdeh arasında bağlanmış 27 avqust 2024-cü il tarixli, SKKRK-01479 saylı kredit müqaviləsinə əsasən illik 25 % faiz dərəcəsi olmaqla 48 ay müddətinə 200 (iki yüz) manat məbləğində cavabdehə kredit verilmişdir. İşdə olan İddiaçı ASC tərəfindən Cavabdeh ünvanlanmış xx.xx.2025-ci il tarixli bildirişin surətinə əsasən, 27 avqust 2024-cü il tarixli, SKKRK-01479 saylı kredit müqaviləsinə əsasən Cavabdeh xx.xx.2025-ci il tarixə 190.78 manat əsas, 20.74 manat faiz və 0 manat cərimə borcu olmaqla, cəmi 211.52 lmanat borcu yaranmışdır. İşdən görünür ki, Cavabdeh 27 avqust 2024-cü il tarixli, SKKRK-01479 nömrəli Müqavilə üzrə aldığı krediti qismən ödəyərək, 190.78 manat əsas, 20.74 manat faiz borc və 0 manat cərimə hesablanmışdır. AR Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə, və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır; Həmin Məcəllənin 462.1-ci maddəsinə görə dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir; Həmin Məcəllənin 465.2-ci maddəsinə görə, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödəniməsini və öhdəliyin icrasını tələb edə bilər; Hazırkı iş üzrə çəkilmiş məhkəmə xərcləri Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli, yəni hazırkı iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu cavadehdən tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə tədqiq olunmuş sübutlara qiymət verərək hesab edir ki, İddiaçı ASC-nin xeyrinə Cavabdeh 190.78 manat əsas borc, 20.74 manat faiz borc və dövlət rüsumuna görə 30 manat tutulmalıdır. Yuxarıda qeyd olunanlara əsasən Azərbaycan Respublikası MPM-nin 216, 220, 227, 233, 357 və 360-cı maddələrini rəhbər tutaraq QƏTETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh 27 avqust 2024-cü il tarixli, SKKRK-01479 nömrəli kredit müqaviləsi üzrə 190.78 manat əsas borc, 20.74 manat faiz borc və dövlət rüsumuna görə 30 manat pul alınıb İddiaçı ASC-nin hesabına keçirilsin. Qətnamədən 1 (bir) ay müddətində Qəbələ rayon məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Şəki Apellyasiya məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qəbələ Rayon Məhkəməsinin hakimi: Ülvi Qənbərov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar