Azərbaycan Respublikası adından QƏTNAMƏ Qəbələ şəhəri İş № e-2(025)-1252/2023 04.10.2023 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin cavabdeh (mərhum) X3 vərəsəsi X9 qarşı “kredit müqaviləsi üzrə borcun tutulması” tələbinə dair mülki iş üzrə (Açar sözlər: kredit üzrə mübahisələr, kredit borcu tələbi) Hakim Əliyev Abbas Baba oğlunun sədrliyi, Əbdürəhimova Fəridə Arif qızının katibliyi, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə2 və cavabdeh X7 iştirakları ilə İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin cavabdeh (mərhum) X3 vərəsəsi X9 qarşı “kredit müqaviləsi üzrə borcun tutulması” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti cavabdeh (mərhum) X3 vərəsəsi X9 qarşı “kredit müqaviləsi üzrə borcun tutulması” tələbinə dair məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, Cavabdehdan iddiaçı "xxxx" ASC-nin xeyrinə 797-xx.xx.2017-002854 nömrəli, xx.xx.2017-ci il tarixli kredit müqaviləsinə əsasən 419,27 manat əsas borc və 6.34 manat faiz borcu olmaqla, cəmi 425,61 manat məbləğində kredit borcunun, ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun və 0,4 (qırx qəpik) manat xidmət haqqının tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İşin faktiki halları: İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" ASC-nin Qəbələ filialı ilə X5 arasında bağlanmış 797-xx.xx.2017-002854 nömrəli, xx.xx.2017-ci il tarixli kredit müqaviləsinə əsasən X4 36 ay müddətinə illik 26 faiz olmaqla 1500 (bir min beş yüz) manat məbləğində nağd kredit verilmişdir. X1 xx.xx.2020-ci il tarixdə vəfat etmişdir. Qəbələ regional ASAN xidmət mərkəzində Notariat Ofisinin xx.xx.2023-cü il tarixli 703 saylı məktubu ilə müəyyən edilmişdir ki, mərhum X3 adına vərəsəlik işi açılmış və qanun üzrə vərəsəsi olan Cavabdeh xx.xx.2021-ci il tarixli, 3 reyestr nömrəli vərəsəlik işi üzrə mirası qəbul etmişdir. Bankın “Qəbələ” filialı tərəfindən təqdim edilmiş maliyyə arayışa əsasən, X3 797-xx.xx.2017-002854 nömrəli, xx.xx.2017-ci il tarixli kredit müqaviləsinə əsasən 419.27 manat əsas borc və 6.34 manat faiz borcu olmaqla cəmi 425.61 manat məbləğində borcu qalmışdır. Cavabdeh, mərhum X2 qalmış mirası qəbul etməsinə baxmayaraq ona çatan miras payı həcmində miras qoyanın "xxxx" ASC qarşısında olan öhdəliyini icra etməmişdir. Mübahisənin məhkəmədən kənar həlli üçün iddiaçı tərəf səy göstərsə də, cavabdeh öz öhdəliyini bu günədək tam şəkildə yerinə yetirməmişdir. AR Qaçqınların və X8 üzrə DK-nin 3-36/2-1244/2023 nömrəli, xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, Cavabdeh ünvan 1 ünvanında faktiki məskunlaşmışdır. Məhkəmə icraatı iştirakçılarının iştirakı və izahatları: Məhkəmə iclasında iddiaçı "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə2 iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verib, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında cavabdeh X11 izahatında göstərdi ki, Kitabxanada işləyir və aylıq əməkhaqqı 300 manatdır. Ayda 150 manat isə Kapital Banka kredit ödəməkdədir. Həmçinin himayəsində xəstə atası vardır. Maddi imkanı aşağı olduğundan anasının kredit borcunu ödəməkdə çətinlik çəkir. Məhkəmədən ədalətli qərar qəbul edilməsini xahiş edir. Məhkəmə iddiaçının nümayəndəsinin və cavabdehin izahatlarını dinləyib, iş üzrə təqdim olunmuş sübutları məcmu halında hərtərəfli, tam və obyektiv araşdırıb qiymətləndirərək hesab edir ki, iddia aşağıdakı əsaslara görə təmin edilməlidir. Mülki işdə olan sənədlər: İş üzrə təqdim olunmuş sübutlardan görünür ki, iddiaçı "xxxx" ASC ilə X5 (sonradan kredit müqaviləsinə uyğun borcalan) arasında bağlanan 797-xx.xx.2017-002854 nömrəli, xx.xx.2017-ci il tarixli kredit müqaviləsinə əsasən sonuncuya 36 ay müddətinə illik 26 faiz dərəcəsi ilə 1500 (bir min beş yüz) manat məbləğində kredit verilmişdir. İş materiallarında olan 797-xx.xx.2017-002854 nömrəli, xx.xx.2017-ci il tarixli kredit müqaviləsinə 1 saylı əlavədən görünür ki, borcalan X5 1500 (bir min beş yüz) manat məbləğini illik 26%-lə, 36 ay müddətinə aylıq 60,50 manat, sonuncu ay isə 57,09 manat annuitetlə ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan xx.xx.2023-cü il tarixli maliyyə arayışından görünür ki, X3 xx.xx.2023-cü il tarixə 797-xx.xx.2017-002854 nömrəli, xx.xx.2017-ci il tarixli kredit müqaviləsi üzrə 419,27 manat əsas borc, 6,34 manat məbləğində faiz borcu vardır. İş materiallarında olan kassa məxaric orderinin surətindən görünür ki, X5 xx.xx.2017-ci il tarixdə 1500 manatı imza edərək qəbul etmişdir. İş materiallarında olan Qəbələ rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli, AZ-İİ seriyalı, 067072 nömrəli «Ölüm haqqında şəhadətnamə»nin surətindən görünür ki, X5 “xroniki qaraciyər çatmamazlığı” xəstəliyindən xx.xx.2020-ci il tarixdə Qəbələ rayonu Zarağan kəndində vəfat etmiş, bu barədə ölüm haqqında akt qeydləri kitabında xx.xx.2020-ci ildə 35 nömrə ilə qeyd edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Qəbələ Regional “ASAN xidmət” mərkəzində notariat ofisindən Azərbaycan Beynalxalq bankı problemli kreditlərlə iş departamentinin direktoru Nümayəndə1 17 fevral 2023-cü il tarixdə ünvanlanmış 703 saylı məktubda xx.xx.2020-ci il tarixdə vəfat etmiş X3 adına açılmış 2V-2 reyesrt nömrəli və xx.xx.2021-ci il tarixli vərəsəlik işi üzrə X7 mirası qəbul etmiş vərəsəsi olduğu göstərilmişdir. İş materiallarında olan "xxxx" ASC-nin X9 xx.xx.2023-cü il tarixdə ünvanladığı “kredit müqaviləsi üzrə borcun qaytarılması tələbinə dair bildiriş”in surətindən görünür ki, "xxxx" ASCnin “Qəbələ” filialı ilə X5 arasında bağlanmış 797-xx.xx.2017-002854 nömrəli, xx.xx.2017-ci il tarixli müqaviləyə əsasən bank tərəfindən sonuncuya 36 ay müddətinə, illik 26 faiz dərəcəsi ilə hesablanmaqla 1500 (bir min beş yüz) manat məbləğində nəğd kredit verilməsi nəzərinə çatdırılmaqla həmin kredit müqaviləsi üzrə yaranmış 419,27 manat məbləğində əsas borcun və 6,34 manat məbləğində faiz borcunun ödənilməsi tələb edilmişdir. Bildirişdə borc məbləği könüllü şəkildə ödənilmədiyi təqdirdə məhkəməyə müraciət ediləcəyi ona bildirilmişdir. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 443.1-ci maddəsinə əsasən öhdəliyi icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməlidir. 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 445.2.1-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. 448.2-ci maddəsinə görə borclu öz öhdəliklərinin hər bir pozuntusu üçün məsuliyyət daşıyır. 1306-cı maddəsinə əsasən, vərəsələr miras qoyanın mövcud olan və onun ölümü ilə xitam olunmayan bütün öhdəlikləri üzrə qəbul etdikləri miras əmlakdakı paylarına mütənasib surətdə birgə borclu kimi məsuliyyət daşıyırlar. 1146-cı maddəsinə əsasən miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır. 1255-ci maddəsinə əsasən qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1 və 1306-cı maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 04 iyun 2018-ci il tarixli qərarı Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. 81-ci maddəsinə görə isə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi: Mülki işin materiallarından göründüyü kimi, "xxxx" ASC ilə X5 arasında bağlanan 797xx.xx.2017-002854 nömrəli, xx.xx.2017-ci il tarixli kredit müqaviləsinə əsasən bank tərəfindən sonuncuya 36 ay müddətinə, illik 26 faiz dərəcəsi ilə hesablanmaqla 1500 (bir min beş yüz) manat məbləğində nəğd kredit verilmişdir. X5 “xroniki qaraciyər çatmamazlığı” xəstəliyindən xx.xx.2020-ci il tarixdə Qəbələ rayonu Zarağan kəndində vəfat etmişdir. Mülki işin materialları ilə müəyyən edilir ki, xx.xx.2020-ci il tarixdə vəfat etmiş X3 adına açılmış 2V-2 reyesrt nömrəli və xx.xx.2021-ci il tarixli vərəsəlik işi üzrə X11 onun vərəsəsidir. xx.xx.2023-cü il tarixli maliyyə arayışından görünür ki, X3 xx.xx.2023-cü il tarixə 797xx.xx.2017-002854 nömrəli, xx.xx.2017-ci il tarixli kredit müqaviləsi üzrə 419,27 manat əsas borc, 6,34 manat məbləğində faiz borcu vardır. Buna görə də "xxxx" ASC X9 xx.xx.2023-cü il tarixdə “kredit müqaviləsi üzrə borcun qaytarılması tələbinə dair bildiriş” ünvanlayaraq «"xxxx" ASC-nin “Qəbələ” filialı ilə X5 arasında bağlanmış 797-xx.xx.2017-002854 nömrəli, xx.xx.2017-ci il tarixli müqaviləyə əsasən bank tərəfindən sonuncuya 36 ay müddətinə, illik 26 faiz dərəcəsi ilə hesablanmaqla 1500 (bir min beş yüz) manat məbləğində nəğd kredit verilməsi nəzərinə çatdırılmaqla həmin kredit müqaviləsi üzrə yaranmış 419,27 manat məbləğində əsas borcun və 6,34 manat məbləğində faiz borcunun ödənilməsi tələb edilmişdir. Bildirişdə borc məbləği könüllü şəkildə ödənilmədiyi təqdirdə məhkəməyə müraciət ediləcəyi barədə ona xəbərdarlıq edilmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1 və 1306-cı maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 04 iyun 2018-ci il tarixli qərarında qeyd olunur ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470, 472-ci, eləcə də 1146, 1255 və 1306-cı maddələrinə uyğun olaraq, borclunun ölümündən sonra, ilk növbədə, mirası qəbul etmiş vərəsələr miras açıldığı gündən onlara çatan miras payı həcmində miras qoyanın kreditorları qarşısında bigrə məsuliyyət daşıyırlar. Miras qoyanın kreditorları tərəfindən vərəsələrə qarşı öhdəliyin icrası tələbi irəli sürülərkən, mirasın qəbulu ilə bağlı qanunvericilikdə müəyyən edilmiş müddətlər nəzərə alınmalıdır. Vərəsələr və zamin borclu öldükdən sonra əsas borcdan əlavə, faiz borcuna görə də məsuliyyət daşıyırlar. Borclunun təqsirli hərəkətləri nəticəsində öhdəlik icra edilmədiyi və ya lazımınca icra edilmədiyi halda hesablanmış dəbbə pulunun ödənilməsi ilə bağlı tələb kreditor tərəfindən bu Qərarın təsvirici-əsaslandırıcı hissəsində əks olunmuş qaydada vərəsələr və ya zaminə qarşı irəli sürülə bilər. Vərəsələr və ya zaminin təqsirli hərəkətləri nəticəsində öhdəlik icra edilmədiyi və ya lazımınca icra edilmədiyi təqdirdə kreditor dəbbə pulunun ödənilməsini bu hərəkətləri törətmiş şəxsdən tələb edə bilər. Qanunvericiliyin şərh olunan müddəalarını və işin məlum hallarını sistematik təhlil edərək və nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi X3 vərəsəsi olan, hazırkı iş üzrə cavabdeh X9 münasibətdə qanuni və əsaslıdır. Belə ki, yuxarıda da qeyd olunduğu kimi mərhum X3 vərəsəsi cavabdeh X10r. Bu mənada hazırkı mübahisənin hüquqi və faktiki halları baxımından (mərhum) X3 vərəsəsi X11 kreditor (iddiaçı) qarşısında məsuliyyət daşıyır və 797-xx.xx.2017-002854 nömrəli, xx.xx.2017ci il tarixli kredit müqaviləsinə əsasən kredit müqaviləsi üzrə əsas borc və faiz borcu ondan tutulmalıdır. Mülki iş üzrə çəkilmiş məhkəmə xərcləri Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli, yəni iddia təmin olduğundan hazırkı iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş və tələb edilən 30 (otuz) manat dövlət rüsumu və 0,4 (qırx qəpik) manat xidmət haqqı cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Adı çəkilən Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məcəllənin 81-ci maddəsinə görə isə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Həmin məcəllənin 217.4 maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə iddia ərizəsinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək, belə nəticəyə gəlir ki, iddia təmin edilməli, cavabdeh mərhum) X3 vərəsəsi X6 797-xx.xx.2017- 002854 nömrəli, xx.xx.2017-ci il tarixli kredit müqaviləsinə əsasən 419,27 manat əsas borc, 6,34 manat faiz borcu, 30 (otuz) manat dövlət rüsumu və 0,40 (qırx qəpik) manat xidmət haqqı, cəmi 456,01 (dörd yüz əlli altı manat bir qəpik) manat pul iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 119, 216- 220 və 222.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia təmin edilsin. Cavabdeh (mərhum) X3 vərəsəsi X6 797-xx.xx.2017-002854 nömrəli, xx.xx.2017-ci il tarixli kredit müqaviləsinə əsasən 419,27 manat əsas borc, 6,34 manat faiz borcu, 30 (otuz) manat dövlət rüsumu və 0,40 (qırx qəpik) manat xidmət haqqı, cəmi 456,01 (dörd yüz əlli altı manat bir qəpik) manat pul iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulsun. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Abbas Əliyev
Məhkəmə qərarları › İş №e-2(025)-1252/2023
Qəbələ Rayon Məhkəməsi Qətnamə — İş №e-2(025)-1252/2023
04.10.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver